Məhkəmə qərarları › İş №2(102)-1337/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1337/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1337/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh və onun vəkili Vəkil oğlunun iştirakı ilə, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)2558/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Masallı rayon məhkəməsinin (hakim Firdovsi Əliyev) 2(050)-170/2018 saylı xx xxxxxx 201 8-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 50000 ABŞ dollarının və dövlət rüsumuna görə ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi mülki kolllegiyasının (hakimlər Tofiq Heydərov-sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev və Zəki Babayev) xx xxx 2018-ci il tarixli 2(106)-1268/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyas iya Məhkəməsinin mülki kollegiyasnın xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin (hakimlər Kamil Bəşirov - sədrlik edən və məruzəçi, İsmayıl Əhmədov və Fuad Soltanov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) 10 may sentyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, qətnaməsi ləğv edilmiş, iş ap elyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tale Kərimov- sədrlik edən və məruzəçi, Fehruz Abbasov, Müşfiq Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməsin. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Masallı rayon məhkəməsinə müraciət edərək cavabdehdən 50000 ABŞ dollarının və dövlət rüsumuna görə ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təxminən 2012-ci ilin may-iyun aylarında qardaşı X4 vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Qardaşı ilə dostluq münasib ətində olduğunu deyən cavabdeh özünə kiçik femer təsərrüfatı yaratmaq istədiyini bildirmiş və ondan borc pul istəmişdir. O, əvvəlcə cavabdehə borca pul vermək istəməmiş, lakin sonradan qardaşı ilə qohum olduğunu bilib, onun xahişini nəzərə alıb “xxxx” MMC vasitəsi ilə 2012-ci ilin oktyabr ayından 2016-cı ilin noyabr ayına qədər ümumilikdə 50000 ABŞ dolları pul göndərmişdir. Cavabdeh ondan aldığı pulları 2017-ci ilin mart ayına qədər qaytarmağı öhdəsinə götürsə də, sözünə əməl etməmişdir. Dəfələrlə verdiyi pulu cavabdehdən tələb etsə də, o, hər dəfə bir bəhanə gətirərək hal-hazıra qədər ondan borca aldığı pulları qaytarmamışdır. Odur ki, borc verdiyi 50000 ABŞ dolları pulun ona qaytarılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan və un və digərlərinin Cavabdeh qarşı iddiası ilə başlanmış mülki iş ilə hazırki mülki iş üzrə tərəflər arasındakı münasibətlər eynitipli deyildir, belə ki, digər işdə tərəflər arasında münasibətlərin tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olması məhkəmə tərəfindən müəyyən edilsə də, hazırki işdə tərəflər arasındakı münasibətlər borc münasibətləridir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ilə İddiaçı boşansa da, İddiaçı yenə də un qardaşıdır, həmçinin cavabdehi İddiaçı qardaşı vasitəsilə tanımışdır. və digərlərinin iddiası üzrə başlanmış mülki işdə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olması müəyyən edilmişdirsə, bu işdə də tərəflər arasındakı münasibətlər eynitiplidir, məhkəmənin buna qarşı yeganə təkzibi ilə iddiaçının boşanması olmuşdur. Məhkəmə diqqət etməmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı hələ də iddiaçının qardaşının, un yanında, eyni ərazidə yaşayır və mülki iş üzrə də onun tərə findən üçüncü şəxslərdən biri kimi çıxış edir. Bu da iddiaçı ilə nm formal olaraq boşandıqlarını göstərir. Hazırki ki iş üzrə isə iddiaçının cavabdehə pulu borc kimi verməsini sübut edəcək heç bir sübut, dəlil yoxdur. Birincisi, İddiaçıla Cavabdeh arasında pulun alınması ilə əlaqədar heç bir söhbət olmayıb, 2012-2016-cı illərdə bir dəfə də olsun nə telefon danışığı, nə də başqa vasitələrlə əlaqə olmayıb. Belə olan təqdirdə şəxs 4 il ərzində başqasına hissə-hissə pul borc göndərməsi ağlabatan deyil və qeyri-mümkündür. Ali Məhkəmənin də əsas göstərişlərindən biri iddiaçının pulu cavabdehə borc kimi verməsinin aydınlaşdırılması olmuşdur. Məhkəmə kollegiyası ilə bu faktın aydınlaşdırılması üçün əlavə araşdırma aparmamışdır, sadəcə iddiaçının mülahizələrini sübut kimi qəbul etmişdir.Apellyasiya instansiyası məhkəməsi daha əvvəlki işə baxmış kollegiya kimi yenə qətnamədə belə qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsi borc münasibətlərinin, pulun borc kimi alındığının etirafı kimi qiymətləndirilməlidir. Lakin iddia müddətinin tətbiqi barədə ərizədə cavabdeh iddiaçıya borclu olduğunu qəbul etmir, ümumiyyətlə ona İddiaçı tərəfindən borc verilmədiyini, ona göndərilən pulların a məxsus olmasını qeyd etmişdir. Sonda sadəcə iddiaçının ona verdiyini iddia etdiyi hətta borc olsa idi belə onun tələb edilməsi vaxtı da keçdiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi ərizənin məzmununa diqqət etmədən bu ərizəni əsas götürməklə, cavabdehin iddiaçıya olan borcu etiraf etməsini qətnamədə qeyd edərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahat ları: Cavabdeh və onun vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən “QKQ”xxxx” MMC-nin xx xxxx 2017-ci il tarixli, 2524/1-17 nömrəli Western Union sistemi üzrə pul köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh İrac oğlunun adına xx xxxxxxx 2012-ci ildən xx xxxxxx 2016-cı il tarixədək olan müddət ərzində cəmi 50000 ABŞ dolları məbləğində pul göndərilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Mülki işin ap elyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Rusiya Federasiyası Maqadan vilayətinin Maqadan şəhəri üzrə VVAQ şöbəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X8 arasında bağlanmış nikah, Maqadan şəhəri 1 nömrəli sahə üzrə məhkəmənin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi əsasında pozulmuş, nikah pozulandan sonra qadına Abdulova soyadı verilmişdir. Mülki işin apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Cavabdeh Rusiya Federasiyası Maqadan şəhəri X16 göndərdiyi və ünvan üzrə xx xxxxxxxx 2017-ci il tarixdə qeydiyyatdan keçmiş ərizəsinin surətindən görünür ki, sonuncu X10 tərəfindən yaxın qohumlarının adından ona pullar göndərildiyini, həmin pulları qəbul edərək, onlara mənzillər, avtomob illər aldığını, a məxsus mənzil və evləri təmir etdirdiyini, sadə bir insan olan un haradan belə astoronomik məbləğdə pulunun olmasının onu narahat etdiyini bildirmişdir. Cavabdeh həmçinin tərəfindən ona müxtəlif qohumlarının adından göndərilən pul vəsaitlərinin məbləğlərini və həmin şəxslərin adlarını ərizəsində xüsusilə qeyd etmişdir və onlar aşağıdakılardır; X6 adından 55000 ABŞ dolları, X2 adından 30000 ABŞ dolları, X3 adından 50000 ABŞ dolları, X9 adından 35000 ABŞ dolları, X5 adından 231000 ABŞ dolları. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki işin Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan X4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsləri n Cavabdeh qarşı irəli sürdükləri pul tələbinə dair iddiaları üzrə mülki işlə, tərəflər arasında formalaşan münasibətlərin vahid niyyətlə əhatə olunması (tapşırıq müqaviləsindən irəli gələn) əsası ilə bir icraatda birləşməsinə dair Cavabdeh vəsatəti əsassızdır. Belə ki, bunun üçün cavabdeh tərəfindən iddiaçıdan aldığı pulların məhz a məxsus olması, həmin pulların in tapşırığı əsasında Azərbaycanda gördüyü işlərlə bağlı İddiaçı adından göndərilməsi sübuta yetirilməli idi, lakin cavabdeh buna dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin iddiaçı və onun arvadı (digər iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs) tərəfindən bir-birindən məlumatsız olaraq cavabdehə pul göndərmələrinin vahid niyyətlə əhatə olunmamasının inandırıcı görsənməməsinə dair fikirlərinə münasibət bildirərək hesab etmişdir ki, İddiaçıla arvadı arasında bağlanmış nikah hələ xx xxxxxx 2011-ci il tarixindən pozulduğundan, onlar ər-arvad deyildirlər və ayrı-ayrılıqda cavabdehə fərqli münasibətlər çərçivəsində pullar göndərmələrində qeyri-adi olan bir-şey yoxdur. Digər tərəfdən cavabdehin özü vaxtı ilə (xx xxxxxxxx 2017-ci ildə qeydiyyatdan keçmiş) Rusiyanın hüquq mühafizə orqanlarına yazmış olduğu ərizəsində, tərəfindən ona kimlərin adından pullar göndərildiyini və göndərilən pulların məbləğlərini dəqiq göstərmişdir və həmin şəxslər sırasında İddiaçı yoxdur. Qeyd edilənlərdən savayı mübahisə predmeti üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə, cavabdehin iddiaçı ilə arasında formalaşan münasibətlərin borc müqaviləsindən irəli g ələn münasibətlər olduğunu qəbul etməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız sayaraq hesab edir ki, 50000 ABŞ dolları məbləğində pulun cavabdehə borc olaraq 2017-ci ilin mart ayına qədər qaytarmaq şərtilə verilməsini iddiaçı bildirdiyinə görə bu halları sübut etmək vəzif əsi də onun özünün üzərinə düşür. Lakin iş materiallarından göründüyü kimi, göstərilən məbləğin cavabdehə 2017-ci ilin mart ayına qədər qaytarmaq şərtilə borc məqsədilə verilməsi iddiaçının izahatından başqa hər hansı digər mötəbər sübutla təsdiq olunmur. İddiaçının təqdim etdiyi yeganə sübut “QKQ”xxxx” MMC-nin xx xxxx 2017-ci il tarixli, 2524/1-17 nömrəli Western Union sistemi üzrə pul köçürmələrinə dair hesabdan çıxarışdır ki, həmin çıxarışda da İddiaçı tərəfindən Cavabdeh İrac oğlunun adına xx.xx.2012-ci ildən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda hər dəfə 5000 ABŞ dolları olmaqla, cəmi 50000 ABŞ dolları məbləğində pul vəsaiti göndərildiyi qeyd olunsa da, həmin göndərilən məbləğlərin təyinatı, hansı məqsədlə (borc və s.) göndərilməsi, qaytarılmalı olubolmamas ı, yaxud qaytarılma vaxtı göstərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 739.1-ci maddəsinin tətbiqini düzgün saymır və hesab edir ki, işə yenidən baxılarkən bu məsələ hərtərəfli araşdırılmaqla və işin həqiqi halları, o cümlədən pulun hansı məqsədlə göndərildiyi müəyyən edilməklə mübahisəyə maddi hüquq normasının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu i lə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hazırki işdən göründüyü kimi, cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən ona göndərilən pulun iddiaçıya deyil, iddiaçının onunla qohumluq (qudalıq) münasibətində olan qardaşı a məxsus olduğunu, həm iddiaçının, həm də digər şəxslərin adından göndərilən və a məxsus olan pulların hesabına un tapşırığına əsasən daşınmaz əmlaklar aldığını, həmin daşınmaz əmlakları onların adına keçirdiyini, o nlara məxsus evlərdə təmir və s. işlər gördüyünü, lakin qohumluq münasibətləri pozulduğuna görə hazırda Xəlilovun həm öz adından, həm adlarından pul göndərdiyi şəxslərin, o cümlədən iddiaçının adından ona qarşı pul tələbinə dair iddialar qaldırdığını göstərmişdir. Bu barədə işə əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin qərarında göstəriş verilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə əməl etməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiq edilməsinin qe yri-mümkünlüyü barədəki qənaətini qüvvədə olan qanunvericiliyin tələblərinə zidd sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu bildirərək mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etməklə əslində tərəflər arasında borc münasibətlərinin olduğunu qəbul edir və iddia müddətinin tətbiqi barədə ərizə verməklə borc müqaviləsi üzrə öhdəliklərdən yayınmaq məqsədi güdür, buna görə də, mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqindən imtinanın bu cür əsaslandırılması qanuni olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddianı etiraf, yaxud rədd etməsi mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqinin qarşısını alan hal ola bilməz. Mülki hüquqların müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu baxımdan iddia müddətinin tətbiqi barədə ərizə verən cavabdeh in məsuliyyətdən yayınması məqsədi daşıması əsası ilə iddia müddətinin tətbiqindən imtina edilməsi qanuna söykənmir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən iddia müddətinin axımının başlanması və bitməsi anı dəqiq müəyyən edilməklə iddia müddətinin həqiqətən də keçibkeçmədiyi müəyyən olunmalı və müəyyən edilən hallara müvafiq maddi hüquq normaları tətbiq olunmaqla əsaslandırılmış qiymət verilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı s ayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2558/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gön dərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar