Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1337/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı (üçüncü şəxs qismində Nərimanov rayonu Nərimanov Bələdiyyəsi cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmədə baxılmalı deyilsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı(məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı (mübahisə p redmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayonu Nərimanov Bələdiyyəsi cəlb edilməklə ) “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(103)-800/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 7 may 2017-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinin surətinə əsasən “Hədiyyə verən” X2 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4016.9 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət üzrə “Hədiyyə alan” Cavabdeh mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən 4016.9 kv.m sahəyə malik qeyri-yaşayış binası Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan “istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 25 aprel 2022-ci il tarixli bildirişinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin icarəyə götürülməsi təkl if olunmuşdur.
4. Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 07 oktyabr 2022-ci il tarixli arayışınına əsasən ünvan 2 ünvanda yerləşən mülkün sahibi Cavabdeh, həmin mülkə görə Nərimanov Bələdiyyəsində əmlak və torpaq vergi qeydiyyatına alınıb, illər üzrə əmlak və torpaq vergisini ödəyir və 2022-ci il 31 dekabr tarixinə kimi əmlak və torpaq vergi borcu yoxdur.
5. AR Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 293 nömrəli Sərəncamından görünür ki, Əhməd Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilən yolun kənarında yerləşən ofis binasının vətəndaş B.H.Məmmədovun adına rəsmiləşdirilməsinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 589,4 kv.m tor paq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2022-ci il tarixli, SEM/A664-755/2022 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 1178800,0 manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə ic lasında Cavabdeh qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinə etiraz etdiyini bildirir və qeyd edir ki, iş üzrə iddiaçı iddia tələbində bir sıra qanunlara istinad edərək göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışım həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.” İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı’nın 9.2-ci bəndinə istinad etməklə torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmələrini göstərmələri əsassızdır. Belə ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bizə heç bir müraciət olunmamışdır. İş materiallarında olan iddaçınm bildirişindən də göründüyü kimi, cavabdehə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciət edilməsi göstərilmir, bildirişdə bu hal göstərilsə də, həmin bildirişin kim tərəfindən qəbul edilməsi və həmin şəxs in cavabdehə nə kimi aidiyyatın olması göstərilməmişdir. İddiaçının iddia ərizəsində “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.” göstərməsinin bizə heç bir aidiyyatı yoxdur. İddiaçının istinad etdiyi bu qanun özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə aiddir. Cavabdehin mülkiyyətində olan obyektin v ə istifadəsində olan torpaq sahəsinin bu bəndə heç bir aidiyyatı yoxdur. Torpaq sahəsi dövlət tərəfindən, yəni Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən cavadehin əmisi X1 ayrılmış, həmin sahədə onun tərəfindən öz şəxsi vəsaiti hesabına qeyri-yaşayış sahəsi inşa etdirilmiş və qeyriyaşayış sahəsi özəlləşdirildikdən sonra cavabdehə hədiyyə edilmişdir. O ki, qaldı iddiaçının istinad etdiyi qanunun tələblərinə, iddiaçı həmin qanunu iddia ərizəsində düzgün təsvir etməmişdir. Belə ki, “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən, Torpaqsahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərb aycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun mü əyyən edilir. Bütün bunların nəzərə alınaraq, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra –birinci instansiya məhkəməsi) 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Əfəndizadə Mehriban ) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan “istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 25 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000- ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdi kdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 4 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməli deyil.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 399.1, 700.1, 700.2, 706.1-ci, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, müqavilə bağlamağa məcbur etməyə yol verilən istisna hallar hazırkı işdə mövcud deyil. Belə ki, məhkəmə tərəfin könüllü olaraq öhdəlik götürmədiyini bildirmişdir, lakin dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehin qanunsuz olaraq faktiki istifadə etdiyini nəzərə almamışdır. Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olsa da, torpaq sahəsi isə özəl ləşdirilməmiş və dövlətin mülkiyyətində qalmaqda davam edir. Bu halda isə torpaq ya özəlləşdirilməli, ya da icarə müqaviləsi əsasında istifadə edilməlidir. Həm Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsində, həm də “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş - “Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir” – müddəası imperativ müddəadır və icrası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. 08 yanvar 2024-cü il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini, tərəfin icarə müqaviləsini bağlamağa razılıq verdiyi halda barışığın mümkün ola biləcəyini, mövcud qanunvericiliyin tələbinə görə əmlakın ya özəlləşdirilməli, ya da icarə müqaviləsinin bağlanmalı olduğunu, özlləşdirmə mərkəzi və onların ekspertləri tərəfindən əmlaka qiymət qoyulduğunu qeyd etmiş, hazırkı işi üzrə də ümumi özəlləşdirmə məbləği 1 178 8000,0 manat məbləğində müəyyən olunduğunu, Bakı şəhəri üzrə həmin məbləğin 3 faizi, digər rayonlar üzrə isə 2 faizi illik icarə haqqı sayıldığını, Həmin məbləğin də 3 faizi illik 35364 manat təşkil etdiyini, həmin məbləğ də aylığa bölünəndə 2947 manat təşkil etdiyini qeyd etmiş, bu qəbilədən olan işlərdə əvvəl lər icarə haqqı və ya özəlləşdirilmə tələb olunmamasına səbəbi kimi iş yükünün çoxluğunu, icarə müqaviləsinin bağlanması ilə bağlı normanın artıq uzun müddətdir qanunvericilikdə mövcud olduğunu, 2020-ci ildən sonra bu məsələyə xüsusi diqqət yetirildiyini qeyd etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 29 yanvar 2024-cü il tarixli, 2(103)-800/2024 nömrəli qərardadı ilə (hakimlər: Fuad Talışınski (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məmməd Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qay dasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən: “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur p rinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir.
17. Mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş ü zrə icraata xitam verilməlidir. İzah edilməlidir ki, ilkin olaraq inzibati münasibətlərin səciyyəsindən asılı olmayaraq inzibati orqan tərəfindən vəzifələrin icra edilməsi baxımından inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq məhkəmə instansiyasına müraciət edilə bilər. Belə ki, şəxsin müraciət edilməsindən asılı olmayaraq inzibati hüquq münasibətlər çərşivəsində cavabdehin hüquqlarına və məlum olmayan əvvəlki rəftara (etimada) müvafiq iddiaçının öz vəzifələrini həyata keçirərək inzibati icraat qaydasında araşdırma aparmaq və cavabdehin bu prosedurda iştirak (və digər) hüquqları mövcuddur. Nə qədər ki, qeyd edilən prosedur həyata keçirilməyib və inzibati icraatın nəticəsi barədə qərar qəbul edilməmişdir, məhkəmə (ələlxüsus mülki məhkəmə) icraatı qaydasında işin baxılması yolverilməzdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasının qərardadı əsassızdır və ləğv edilməklə iddia təmin edilməlidir. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.1- ci maddəsinə əsasən buQanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, p rinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bununla bağlı bildiririk ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunu 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının dördüncü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana mür aciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarından qeyd olunur ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllə də öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçıƏmlak Məsələləri Dövlət Xidmətinin hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmiş iddia növlərinin heç biri ilə uyğun gəlmir və iddiaçının qeyd olunan tələbi ilə bağlı tərəflər arasında yaranmış münasibətlərə inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, hazırda iddianın predmeti olan dövlət mülkiyyətində olan torpaq sahəsinə dair cavabde h tərəfindən icarə müqaviləsinin bağlanılmasından imtina edildiyindən, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəflər arasında mövcud mübahisənin xarakteri mahiyyət etibarilə müqavilə münasibətlərinə əsaslandığından, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti (mülki dövriyyənin iştirakçısı) kimi torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunaraq cavabdehin üzərinə icarə müqaviləsi bağlanması barədə öhdəliyin qoyulmasını xahiş edir. Nəzərə almamışdır ki, inzibati hüquq münasibətləri inzibati orqanının şəxsə münasibətdə hakimiyyət səlahiyyətləri həyata keçirilməsi (inzibati aktın qəbulu və ya şəxsin müraciəti ilə əlaqədar inzibati orqanın hərəkət və ya hərəkətsizliyi) ilə müşayiət olunur. Hazırda tərəflər arasında yaranan mübahisə cavabdehə mün asibətdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş hər hansı inzibati akt və ya cavabdehin müraciəti ilə əlaqədar Xidmətin hərəkət və ya hərəkətsizliyi ilə bağlı olmadığından, mübahisəyə inzibati icraat qaydasında baxılması mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə yalnız inzibati orqana münasibətdə hər hansı inzibati aktın qəbulu, orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı üzərinə öhdəlik qoyulması nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qor umaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
23. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başq a qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qərardadın tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. İşin məhkəmələr tərəfind ən müəyyən edilmiş mübahisəsiz hallarına görə dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpa q sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir.
35. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
36. Cavabdeh isə iddiaya etirazının əsası kimi “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsas ında onlara məxsus torpaq sahələrinin satışının həyata keçirilməsini və üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklifini qeyd etmiş. Həmçinin bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bizə heç bir müraciət olunmamışdır.
37. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci b əndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməni ləğv etmiş və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah olunmasını qeyd etmişdir.
40. Halbuki bu münasibət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyek tlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”-nin 8-ci bəndinə istinad edilmişdir.
41. Belə ki, iddiaçının istinad etdiyi bu qanun özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə aiddir, hazırkı mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona ayrılmış, həmin boş torpaq sahəsində cavabdehin əmisi tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş, sonradan isə həmin sahə cavabdehə hədiyyə edilmişdir. Bu səbəbdən həmin qanunun ona münasibətdə aidiyyatının olmadığını, bundan əlavə iddiaçının ilkin olaraq onlara özəlləşdirmə təklif etməli olduğunu, özəlləşdirmədən imtina etdikləri təqdirdə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə müvafiq olaraq ancaq icarə müqaviləsi bağlanılmalı olduğunu, həmin icarə müqaviləsinə əsasən illik icarə haqqının təqribi olaraq 240 manat civarında olmalı olduğunu qeyd etmişdir. 42. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
43. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədi r, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
44. Baxılan işdə nə mübahisə tərəflərinin hüquqi vəziyyəti, nə də ki tərəflər arasındakı mübahisənin predmeti xüsusi (inzibati) hüququn nizamasalma predmetinə aid deyildir. 45. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
46. Hazırki işdə isə Əmlak Məsələləri Dövlət Xidməti iddiaçı qismində iştirak etməklə, mülki qanunvericiliklə əsaslandırılan tələbini fiziki şəxsə qarşı yönəltmişdir. Göründüyü kimi, həmin iddiaya cavab verməli olan şəxs, inzibati orqan deyil, fiziki şəxsdir, münasibətlər də ümumi (publik) hüquqla tənzimlənən münasibətlərdir.
47. Yuxarıda qeyd edilən Plenum qərarının 6.1 və 6.2-ci bəndlərində də bu mövqe sərgilənmişdir ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə ha kimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidi yyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
49. Beləliklə işdən görünür ki, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara, düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.
50. Ona görə də qərardad ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
51. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(103)-800/2024 nömrəli qərardadı ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.