Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1339/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » mart 2019-ci il İş № 2(102)-1339/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh, nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin13 mart 2018-ci il tarixli, 2(014)-260/2018 nömrəli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh 16595 manat 33 qəpik (on altı min beş yüz doxsan beş manat otuz üç qəpik) tutularaq İddiaçı-nə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(107)-1735/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şükürov sədrlik edən, məruzəçi, M.Hüseynov və R.Əliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Ağdaş Rayon Məhkəməsinin13 mart 2018-ci il tarixli, 2(014)-260/2018 nömrəli qətnaməsi qismən-İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməyən hiss əsində ləğv edilməsi, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilərək, iddia tam təmin edilərək Cavabdeh 44495,33 (qırx dörd min dör yüz doxsan beş manat otuz üç qəpik) və dövlət rüsumu kimi ödənilmiş otuz manat tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbi hаqqındа iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək “ İddiaçı” ASC-yə vurulan maddi ziyana görə Cavabdeh 44495.33 manat məbləgində pulun İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanması haqqında xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurorurluga göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işi tam və hərtərəfli araşdırılmadığı üçün yalnış qənaətə gəlmiş və tətbiq etdiyi maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olu nması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdirki, İddiaçı MMCnin Nizamnaməsindən görünür ki, MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 Saylı Ərazi Vergilər Departamentində 19 avqust 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 09 dekabr 2011-ci il tarixli 02 saylı agent müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilənin bütün şərtləri ilə razılaşmaqla agent müqaviləsi bağlanılmışdır. Cavabdeh ünvanlanmış bildirişdən aydın olur ki, Cavabdeh İddiaçı-yə olan 44495 manat 33 qəpik borcu ödəməsi üçün 05 noyabr 2015-ci il tarixədək vaxt verilmişdir. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörün ürki, cavabdeh apellyasiya şikayətində borcunu iddiaçıya tam olaraq qaytardığını göstərsədə, təyin olunmuş məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin öz etirazın əsası kimi gətirdiyi halların təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı vurulmuş maddi zərərə görə cavabdehdən 44495,33 manat tələb edir. Öz növbəsində birinci instansiya məhkəməsi cavabdehə məxsus bazada işləyən işçilərə (X1 200 manat x 18 ay = 3600 manat, X2 300 manat x 21 ay = 6300 manat, Azad Həmidova 600 manat x 20 ay = 12000 manat, X3 300 manat x 20 ay = 6000 manat) əmək haqqı kimi cavabdeh tərəfindən ödənilmiş 27900 manatı çıxaraq, iddianı qismən təmin etmişdir. Lakin, birinci instansiya məhkəməsinin gəldiy i bu qənaət əsassızdır. Çünki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində və məlum apellyasiya şikayətində göstərir ki, icarə pulu kimi hər ay 1000 manat olmaqla 18 ay müddətində 18000 manat xərcləmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsinin qeyd etdiklərini inandırıcı qəbul etsək, belə olan halda tikinti materiallarının saxlandığı anbara görə 18 aylıq icarə haqqının ödənildiyi halda işçilərə 20 və 21 aylıq əmək haqqının ödənilməsi kifayət qədər şübhəli görünür. Bundan əlavə, hazırkı mübahisəyə bundan əvvəl Siyəzən Rayon Məhkəməsində baxılmış (bu Məhkəmənin qətnaməsi aidiyyat qaydalarının pozuntusuna görə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir), eyni mübahisə ilə bağlı həm Siyəzən Rayon Məhkəməsində, həm də Ağdaş Rayon Məhkəməsində iştirak edən Nümayəndə (cavabdehin nümayəndəsi) Siyəzən Rayon Məhkəməsində satış təmsilçisi X2 hər ay 300 manat olmaqla 18 ay ərzində cəmi 5400 manat əmək haqqı verdiyini bildirsə də, Ağdaş Rayon Məhkəməsində X2 hər ay 300 manat olmaqla 21 ay ərzində cəmi 6300 manat əmək haqqı verdiyini bildirmişdir.Bunundan başqa, Nümayəndə Siyəzən Rayon Məhkəməsində verdiyi izahatında onlara məxsus bazada mühafizəçi kimi İlqarın, sürücü kimi Valehin və kompyuter mütəxəssisi kimi Kənanın işlədiyini, onlara əmək haqqı verdiyini bildirsədə, (hansıkı iş materiallarında adları sadalanan işçilərlə əmək müqaviləsinin bağlanmasına dair hər hansı bir sənədə rast gəlinmir) Ağdaş Rayon Məhkəməsində bazada işləyən işçi kimi tamamilə yeni şəxslərin adlarını qeyd edərək, guya idarəçi olduğu iddia edilən X4 adlı şəxsə hər ay 600 manat olmaql a 20 ay ərzində 12000 manat, satış təmsilçisi X3 hər ay 300 manat olmaqla 20 ay ərzində 6000 manat əmək haqqı verdiyini göstərməklə biri-birini tamamlamayan, ziddiyyətli izahatlar vermiş, birinci instansiya məhkəməsi isə həmin sübutlara istinad edərək iddianı qismən təmin etmişdir. Eləcədə, nəzərə almamışdır ki, 09 dekabr 2011-ci il tarixli 02 saylı agent müqaviləsində iddiaçı cavabdehə məxsus bazada işləyən işçilərə aylıq əmək haqqını ödəyəçiyi (eləcədə anbarın icarə haqqı ilə bağlı) barədə hər hansı bir öhdəlik götürməmişdir. Əksinə, 09 dekabr 2011ci il tarixli 02 saylı agent müqaviləsinin 2.2.22 və 2.2.23-cü bəndində göstərilir ki, agentin keyfiyyət və ya tərtibat baxımından, habelə lazımi avadanlıqlarla təchiz olunmasında İddiaçı tələblərinə cavab verən anbarı, mağazaları və partnyor s atış məntəqələri olmalı, agentin və satış məntəqələrinin müvafiq işçi heyyəti İddiaçı tərəfindən təşkil olunan və keçirilən toplantı və seminarlarda mütləq iştirak etməlidirlər. Digər tərəfdən işdə olan 17 avqust 2013-cü il tarixli üzləşmə aktından aydın olur ki, Hacıyeva Gülyanə Hüseyn qızınınİddiaçı-yə 54495 manat 33 qəpik məbləğində borcu var. Həmçinin işdə olan 17 avqust 2013-cü il tarixli borcun etirafı haqqında müqavilədən aydın olur ki, Cavabdeh nümayəndəsi Nümayəndə İddiaçı-yə olan 54495 manat 33 qəpik borcdan hər ay 2000 manatını ödəməsini üzərinə götürmüşdür. Cavabdeh nümayəndəsi X1 birinci instansiya məhkəməsinin iclasında Cavabdeh agent müqaviləsi, həmçinin borc məbləğindən bixəbər olduğunu bildirərək bağlanmış müqavilə və aktların etibarsızlığını irəli sürsə də, Cavabdeh Nümay əndə vermiş olduğu etibarnamədə onun adından Nümayəndə bütün səlahiyyətlər verilmiş, həmçinin etibarnamə ləğv edilməmişdir. Odur ki, Nümayəndə səlahiyyəti çərçivəsində İddiaçı ilə agent müqaviləsi, üzləşmə aktları və borcun etirafı haqqında müqavilə bağlayaraq imza atmışdır.Beləliklə, Ağdaş Rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsi qismən-İddiaçı-nin iddiasını qismən təmin edərkən birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət i təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin13 mart 2018-ci il tarixli, 2(014)-260/2018 nömrəli qətnaməsi qismən təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası tam təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya verdiyi borc sənədi hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Resp ublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Lakin cavabdeh qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələbini təkzib edən sübutları təqdim etməmiş, iddiaçının təqdim etdiyi sübutların mötəbər olmamasını təkzib edə bilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əs asən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstər ilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv əyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1339/2019
04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver