Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1339/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xesed “Qerşon" X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdeh Xesed “Qerşon" X4rşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8060/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2010-cu il tarixli, 24 saylı əmr ilə Xesed “Qerşon” X5 (bundan sonra – cavabdeh və ya Mərkəz) tibb proqramının rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2. “X11 X1 in Azerbaıjan “JOİNT BAKU”-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən “Qerşon” Xesedinin direktoru Şaul Davıdova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4 nömrəli bildirişdə göstərilir ki, dünyada baş verən və vəsaitlərin toplanmasına mənfi təsir edən qlobal vəziyyətlərlə əlaqədar 2022-ci il üçün “Qerşon” Xesedinin proqram maliyyələşdirilməsinin 2021-ci il büdcəsi ilə müqayisədə azaldığı, vəsaitlərin toplanması şöbəsinin proqnozlarına əsasən onlar cari ildə büdcənin əlavə olaraq azaldılmasının gözləndiyi bildirilmişdir. Qəyyumluq altında olan ahıl insanlar üçün təqdim edilən xidmətlərin həcminə və keyfiyyətinə xələl dəymədən ən yaxın vaxtda proseslərin optimallaşdırılması xahiş edilmiş, həmçinin bu bildirişin nəzərə alınmasını, Xesedin cari büdcəsində müvafiq dəyişikliklər hazırlanması və büdcənin azaldılması layihəsini təsdiq edilməsi üçün 31 yanvar tarixində günün sonuna qədər göndərilməsi xahiş edilmişdir.
3. Mərkəz tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, son dövrlərdə dünyadaki qlobal şəraitlə əlaqədar Mərkəzin maliyyələşdirilməsində müəyyən çətinliklər yaşanır. Bu səbəbdən mərkəzin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması zərurətindən irəli gələrək, işçi qüvvəsinin tərkibinin restru kturizasiyası, o cümlədən, çalışdığı ‘‘kurator” vəzifəsi üzrə ştat vahidinin ixtisarı və bağlanması zərurəti yaranmışdır. İddiaçının Mərkəzdə əmək stajı ümumilikdə 10 ildən artıq olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Məktubda 1 mart 2022-ci il tarixindən başlanan xəbərdarlıq müddətinin 6 may 2022-ci il tarixində başa çatacağı, bu müddət ərzində iddiaçının iş axtarmaq üçün əmək funksiyalarının icrasından tam azad edildiyi bildirilmişdir. 4. 02.03.2022-ci il tarixli, 19 nömrəli əmrlə Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə riayət edilməklə “kurator” vəzifəsi üzrə ştat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar edilməsi, müva fiq vəzifədə çalışan işçiyə tətbiq edilən qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş təqdim edilməsi, ixtisar prosedurlarının İnsan resursları şöbəsi tərəfindən əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilməsi əmr edilmişdir. 5. 06.05.2022-ci il tarixli, 28 nömrəli əmrlə iddiaçının Mərkəzdə tutduğu “kurator” vəzifəsindən azad edilməsi və iddiaçı ilə 04 yanvar 2018-ci il tarixli əmək müqaviləsinin Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə 06 may 2022-ci il tarixdən ləğv edilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci İl tarixinədək olan iş ilinə görə son haqq-hesabının və işdənçıxarma müavinətinin qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsinin mühasibatlığa həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi, əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar bu əmrin surəti, işçinin əmək kitabçası və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, işçinin təminatları və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi əmr edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş 19 saylı, 2 mart 2022-ci il tarixli və 28 saylı, 06 may 2022-ci il tarixli əmrlərin ləğv olunması və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2021- ci ilin dekabr ayında İsrail dövləti tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə, Mərkəzə və orada mövcud olan ştat vahidlərinə təqdim olunması üçün büdcə ayrılmışdır. Yekunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Mərkəzə təqdim olunmuş büdcənin təyinatında onun və onun tutduğu "kurator" vəzifəsinin də adları qeyd olunmuşdur. Göstərilənlərə əsasən, Mərkəz tərəfindən qəbul olunmuş 19 saylı, 02 mart 2022-ci il tarixli və 28 saylı 06 may 2022-ci il tarixli əmrlər ləğv olunmalı, iddiaçı tutduğu "kurator" vəzifəsinə bərpa olunmalıdır.
8. Cavabdeh tərəfindən məhkəməyə "xxxx" ASC-nin Mərkəzə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2578 saylı məktub təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, Mərkəzin Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında açılmış hesabları üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək daxil olmalar mövcud deyildir.
9. Cavabdeh iddiaçının 2022-ci il əvvəlində yeni açılmış ştat üzrə yeni işçi qəbul edilməsinə dair dəlilinə münasibətdə yazılı olaraq məhkəməyə bildirmişdir ki, 2022-ci ilin yanvar ayından 4 ay məzuniyyətdə olan və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş “Gündüz mərkəzi”nin proqram rəhbəri vəzifəsində çalışan X2 yerinə X6 işə qəbul edilmişdir. Daha sonra X6 da işdən çıxmış yerinə 21 yanvar 2022-ci il tarixdən hazıradək X3 həmin vəzifədə çalışır (müvafiq əmrlər ərizəyə əlavə edilmişdir).
10. Məhkəmənin sorğusuna Mərkəzin verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 2021-2022-ci illər üzrə Mərkəzlə “X14 X9, tnk” təşkilatının Azərbaycan Respu blikasındakı nümayəndəliyi arasında qrant müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Qrantın icra müddəti xx.xx.2021 - xx.xx.2022-ci il müəyyən edilmişdir. Qrantın ümumi məbləği 439.951 ABŞ dolları təşkil etmişdir. Mərkəz xx.xx.2018ci il tarixli, 0-003 saylı icarə müqaviləsi əsasında Bakı şəhəri, Zərifə Əliyeva, 55 ünvanı üzrə Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşən 34B saylı ofisdə fəaliyyət göstərir, icarə müqaviləsi üzrə aylıq icarə haqqı 2.166,85 manat təşkil edir.
11. Resipiyent - Mərkəzlə Donor - “X14 X9, tnk” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “Qrant verilməsi haqqında” müqaviləyə, donor müqavilənin 1 saylı Əlavəsində qeyd olunan proqramlara əsasən Azərbaycanda olan yəhudi əsilli aztəminatlı əhaliyə tibbi, ərzaq məhsulları ilə təminat, evdə qulluqla bağlı və digər bu xarakterli humanitar yardımın göstərilməsi üçün əvəzsiz qaydada qrantı təqdim etməyi öhdəsinə götürür. Müqavilə xx.xx.2021-ci tarixdən qüvvəyə minir və xx.xx.2022-ci tarixədək müddətə bağlanılır. Büdcə məbləği 439.951 ABŞ dolları təşkil edir. 12. xx.xx.2021-ci il tarixli “qrant verilməsi haqqında” müqaviləyə əlavə edilmiş 1 saylı cədvələ əsasən büdcə məbləği 439.951 ABŞ dolları təşkil edir. O cümlədən risk ailələri üzrə büdcə 78.600 ABŞ dolları, evdə qulluq - 93.960 ABŞ dolları, inzibati xərclər – 107.905 ABŞ dolları, icma proqramları – 0, maddi yardım – 130.980 ABŞ dolları, klub proqramları – 21.990 ABŞ dolları və SOS – 6.516 ABŞ dolları təşkil edir.
13. Sorğuya cavab məktubunda 5 yanvar 2021-ci il tarixli və 25 may 2022-ci i l tarixli ştat cədvəlləri göstərilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-3392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Cəmilə Musayeva) ilə iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əm əl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi ilə iddiaçı arasındakı əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, əmək funksiyasının icrasından tam azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa cavabdeh tərəfindən 28 saylı, 6 may 2022-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçası işçiyə təqdim edilmişdir.
16. Məhkəmə iddiaçının xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə formalaşdırılmış büdcədə ona və tutduğu “kurator” vəzifəsinə birbaşa aid bəndin olmasına, ştatın ixtisar edilməsinin Mərkəzin əməkdaşları tərəfindən ona qarşı edilən ayrı-seçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar qeyd etmişdir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hall ar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə,11-ci maddəsinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 76-cı maddəsinə, 77-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, 83-cü maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli illik ştat cədvəlinə əsasə n, 2022-ci il tarixi üçün "kurator" vəzifəsinin adı qeyd olunmaqla illik büdcə ayrılmış olması nəzərə alınmaqla Mərkəz tərəfindən qəbul olunmuş 19 saylı, 02 mart 2022-ci il tarixli və 28 saylı, 06 may 2022-ci il tarixli əmrlər ləğv olunmalı və iddiaçının işə bərpa olunması barədə qərar qəbul olunmalıdır. Cavabdeh tərəfindən əmrlərin qəbuluna əsas olmuş hallar məhkəmə tərəfindən verilmiş sorğularla və əldə edilmiş sənədlərlə təkzib olunur. Lakin birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlər və sübutlar əsasında deyil, öz mülahizələri ilə qətnamə qəbul etmişdir. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquq larının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli ştat cədvəlindən aydındır ki, iddiaçının işdən azad olunması maliyyə çətinlikləri ilə əlaqədar olmayıb, qərəzli xarakter daşımaqdadır. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. "Kurator" vəzifəsinin icrasına Mərkəz tərəfindən aylıq 770,30 manat olmaqla illik 9,243,60 manat büdcə ayrılmış olmasına baxmayaraq, iddiaçının işdən çıxarılmasının zəruriliyi əsaslandırılmalıdır.
21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz edilmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qeyri-kommersiya təşkilatıdır, heç bir gəlir əldə etmir və 20 i ldən artıq müddətdir ki, tam şəkildə donor təşkilat X12 Dağıtım Komitəsi tərəfindən qrant müqavilələri vasitəsi ilə maliyyələşdirilir. Cavabdeh qrant müqaviləsi üzrə vəsaiti ancaq bu müqavilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra əldə edə bilir. Belə ki, 2021-2022-ci illər üçün nəzərdə tutulan qrant müqaviləsi 2021-ci ilin oktyabr - 2022-ci ilin oktyabr aylarını əhatə edən müddət üçün nəzərdə tutulmuşdur. Lakin qrantın Ədliyyə Nazirliyində qeydiyyatı, cavabdehdən asılı olmayan səbəblərdən gecikmə ilə, yəni 7 yanvar 2022-ci il tarixində faktiki olaraq həyata keçirilmiş və bu, qrant müqaviləsi üzrə maliyyələşdirməyə uyğun olaraq xidmətlərin vaxtında göstərilməsinə və maliyyə ilinin sonunadək vəsaitdən istifadə etmək üçün donor qarşısında götürülən öhdəliklərin yerinə yetirilməs inə imkan verməmişdir Cavabdehin hesabına bu müddət ərzində heç bir mədaxilin olmadığına dair müvafıq bankdan çıxarışlar məhkəməyə təqdim olunmuşdur. 2022-ci ilin yanvar ayının 7-də qrant müqaviləsi qeydiyyata alındıqdan sonra cavabdeh 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün borcları ödəməyə başlamış, bunlar maddi yardım şəklində xidmətlər, təşkilat işçilərinin maaşları, eləcə də kontragentlərə olan borclar idi. Bundan başqa, donor vəsait toplamaqda çətinliklərin olmasını səbəb gətirməklə 2022-ci il yanvar ayında büdcəyə yenidən baxmaq məqsədilə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Beləliklə, 2022-ci ildə fəaliyyət göstərməyə, yəni əhalinin aztəminatlı təbəqəsinə yardım göstərməyə davam etmək üçün donorun tələbi ilə cavabdeh təşkilatın büdcəsinə yenidən baxmalı oldu. Bununl a əlaqədar qəbul edilən qərarlardan biri də maddi proqramlarda ştatın ixtisar edilməsi olub. İxtisar Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfındən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə işdə olan bütün sənəd və sübutları araşdıraraq, onlara hüquqi qiymət verərək qətnamə çıxarmışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8060/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə birinci instansiya məhkəməsinin gə ldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə dair işdə sübutlar mövcuddur. İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Cavabdehin onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verilməsi maliyyə çətinlikləri ilə əlaqədar olmayıb, qərəzli xarakter daşıyıb.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının düşdüyü vəziyyət anlaşılan ol sa da göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün kifayətedici əsas deyildir. Çünki, cavabdeh qurum qrant hesabına fəaliyyət göstərən, təşkilatı hüquqi forması ictimai birlik olan qeyri-kommersiya təşkilatıdır. İddiaçının işlədiyi vəzifə ştatı ixtisar olunmuş, yəni artıq mövcud deyildir. İddiaçının bildirdiyi dəlillər, iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilmir. Çünki, iddia hansısa təsdiq olunmayan fikirlərə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırkı iddia əsaslı olmamışdır.
26. Cavabdeh qurumda 2022-ci ildə yeni açılmış ştat üzrə, yeni işçilərin işə qəbul olunması halına dair dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki bu dəlil cavabdehin təqdim etdiyi sübutlarla təkzib edilir. Hətta həqiqi olsa belə bunlar hazı rkı iddianın əsaslılığına dəlalət etmir. Çünki, həmin şəxslər göstərdiyi vəzifəyə məhkəmə qərarı ilə bərpa edilməmişlər. Bu məsələ işəgötürənlə işçi arasında könüllü qaydada həll edilən münasibətlərə aiddir. İddiaçının bu vəzifədə uzun müddət işləməsi, əmək intizamının pozulmasına yol verməməsi və intizam məsuliyyətinə cəlb edilməməsi də hazırkı iddianın təmin edilməsini bilavasitə labüd etmir. Çünki, iddiaçı ilə olan əmək müqaviləsi göstərdiyi hallara yol verdiyinə görə ləğv edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ştatlar deyil, işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bəzi kateqoriyadan olan işçilərin işdə saxlanılmasına üstünlük ver məlidir. Lakin hazırkı halda iddiaçının işlədiyi ştat ixtisar olunmuş, başqa sözlə bütövlükdə “kurator” ştatı ləğv edilmişdir. Buna görə də bu vəziyyət cavabdeh tərəfindən qanunun tələbinin pozulması kimi qiymətləndirilə bilməz.
27. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 11-ci maddəsinə, 70-ci maddəsinin “b” bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 76-cı maddəsinə, 77-ci maddəsinin 1, 2, 3-cü hissələrinə, 78-ci maddəsinin 2-ci hissəsinə, 83-cü maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnsan hüquqları və azadlıqları haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi, Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci hissəsi, 71-ci maddəsinin 3-cü hissəsi, MPM-in 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur.
30. Belə ki, xx.xx.2022-ci il tarixli ştat cədvəlindən aydındır ki, iddiaçının işdən azad olunması maliyyə çətinlikləri ilə əlaqədar olmayıb qərəzli xarakter daşıyıb. "Kurator" vəzifəsinin icrasına Mərkəz tərəfindən aylıq 770,30 manat olmaqla, illik 9,243,60 manat büdcə ayrılmış olmasına baxmayaraq, iddiaç ının işdən çıxarılmasının zəruriliyi əsaslandırılmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı məktubda "maliyyə çətinlikləri"ni səbəb göstərərək onun çalışdığı "kurator" vəzifəsinin ixtisar olunduğunu qeyd etsə də, Mərkəz tərəfindən 21 yanvar 2022-ci il tarixdə "Gündüz Mərkəzi" pr. rəhbəri vəzifəsinə yeni işçi təyin olunmuşdur. Buradan görünür ki, iddiaçıya ünvanlanan "maliyyə çətinlikləri" ilə işdən azad olunma tamamilə əsasızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
32. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 71 (1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümləd ən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
34. Maddə 77 (1).
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həf təsi.
35. Maddə 77 (2). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
36. Maddə 77 (3). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: [128] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduq da – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
37. Maddə 78 (2). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
38. Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
39. Maddə 300 (1). Əgər, işəgötü rən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Mülki Prosessual Məcəllə
40. Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazı rkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8060/2022 nömrəli mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.