Məhkəmə qərarları › İş №2(102)-134/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-134/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: etibarsız nikah Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-499/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. X4 ilə X5 (bundan sonra - iddiaçı) xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qafarov, arvada Qafarova soyadı verilmişdir. Həmin şəxslərin birgə nikahdan 4 uşaqları dünyaya gəlmişdir.

2. X4 ilə Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qafarov, arvada Əhmədova soyadı verilmişdir.

3. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qərarı ilə Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X4 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haq qında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mübahisələndirilən aktın aparılmasına əsas olmuş məhkəmə aktı aşkar edilməmişdir.

5. X1 daşınmaz əmlak və minik avtomobilindən ibarət miras qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 09 avqust 2019-cu il tarixli, 91 nömrəli nikahın etibarsız hesab olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Əlirza Qafarovla ölənə qədər ər-arvad kimi bir yerdə yaşamış lar. Əri öləndən sonra onun sənədlərinin arasında 2008-ci il tarixində Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş onunla olan nikahın pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Boşanma sənədinin mövcudluğundan bu vaxta qədər onun, uşaqlarının və Əlirzanın qohumlarından heç kimin (bacı-qardaşlarının) xəbəri olmamışdır. Bu barədə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək, hansı əsasla nikahın pozulmasını aydınlaşdırmaq istəmişdir. Sabunçu rayonu Qeydiyyat şöbəsi ona 29 oktyabr 2021-ci il tarixli, xx/xx-2594 saylı məktubla cavab verərək nikahın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən pozulduğunu bildirmişdir. Həmin məhkəməyə müraciət etmiş, 02 noyabr 2021-ci il tarixli məktubla ona bidirilmişdir ki, Əlirza Qafarovla onun arasınd a nikahın pozulmasına dair mülki iş məhkəmədə qeydə alınmamışdır. Bundan sonra nikahın pozulması barədə sənədin etibarsızlığı ilə əlaqədar inzibati məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, X4 ilə nikahlarının 2019-cu ildə bağlanmasına baxmayaraq, 2017-ci ildən faktiki olaraq ər-arvad kimi ünvan 1 ünvanında və ünvan 2şamışlar və ümumi təsərrüfatı birgə idarə etmişlər. Bundan başqa, ünvan 3 ünvanında yerləşən 48.8 kv.m qeyri-yaşayış sahəsi mərhum əri X4 tərəfindən mağaza kimi icarəyə verilmişdir. Göstərilən əmlaklardan başqa X2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 9, mənzil 3 şəxsi mülkiyyətindədir. Onun keçmiş həyat yoldaşı hazırkı iş üzrə iddiaçı Masallı rayonu Sərcuvar k əndində qeydiyyatda olmaqla X4 ölənədək orada yaşamışdır. İddiaçı X4 ilə Bakı şəhərində birgə yaşamamış, aralarında olan nikahın pozulmasından xəbəri olmuşdur. Hazırda isə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi X1 miras qalmış əmlakı ələ keçirməkdir. Mərhumun ölümündən sonra miras əmlakla bağlı notariat ofisinə müraciət etdikdə inzibati məhkəmədə olan mübahisədən xəbər tutmuşdur. Mərhumla bir yerdə yaşayarkən sonuncu ona əvvəlki ailəsi ilə münasibətlərin çox pis olduğunu, arvadının və uşaqlarının ona hörmət etmədiyini bildirmişdir. X4 ilə ünvan 1 ünvanında yaşayarkən hər ikisi “COVİD-19” xəstəliyi tutmuş, onu TTY maşını ilə cavabdeh və onların uşaqları xəstəxanaya yola salmışlar. Xəstəxanada olduğu dövrdə gündəlik cavabdehlə telefon əlaqəsi saxlamış, səslər gönd ərmişdir. Bütün bunlar isə sübutlarla təsdiq olunur.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3271/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Əlirza Qafarov arasında xx.xx.1979-cu il tarixdə bağlanmış nikah ləğv edilmədən Əlirza Qafarovun sağlığında digər şəxslə rəsmi qaydada nikaha daxil olması Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 12.0.3-cü maddəsinin tələbinə zidd olmuşdur. Ona görə də iddia təmin olunmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 10.1, 11.1, 12, 25.2, 25.4, 180, 181, 182-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən nə iddia ərizəsindəki işin hallarını, nə də etirazda təqdim edilən sübutları araşdırmamışdır. İddiaçı özü də iddia ərizəsində istinad etdiyi faktları sübut edə bilməmişdir. Halbuki, tərəflərin hər biri öz tələb və etirazlarının əsasları kimi istinad etdiyi halları sübut etməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-499/2023 nömrəli iş üz rə 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında istinadla qeyd etmişdir ki, nikahın pozulması haqqında akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə istinad edilsə də, nəinki həmin qətnamənin, ümumiyyətlə X2 iddiaçıya qarşı, yaxud da, iddiaçının X3 qarşı nikahın pozulması tələbinə dair 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. İddiaçı ilə mərh um X4 arasında olan nikahın pozulması haqqında şəhadətnamə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız sayıldığından, onlar arasında xx.xx.1979-cu il tarixdə Masallı rayonu Xıl kənd sovetində akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınmış nikah qüvvədədir. Belə olduğu təqdirdə, X4 ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınmış nikah X4 ilə iddiaçının nikahda olduğu dövrdə qeydə alınmışdır.

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hətta cavabdehin istinad etdiyi həmin hallar sübut olunsa belə, onlar arasında rəsmi nikah münasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət etmir. Çünki, mərhum Qafarov Əlirza həmin dövrdə cavabdeh ilə faktiki ol araq yaşasa da, rəsmi olaraq iddiaçı ilə boşanmamış və onunla evli olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 12.0.3, 25.2, 25.4, 180.1, 180.2, 181.1-ci və MPM-in 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, X4 vəfat etdiyindən iddiaçı ilə aralarında olan nikah qeydi göstərilən normanın dispozitivliyinə əsasən, bərpa və ya həmin qeydin ləğv olunmasının etibarsız sayılması əsasları ilə təmin oluna bilməz. Məhkəmə işə baxarkən nikahın etibarsızlığı bağlı qanunun tələblərini pozmuşdur. Belə ki, cavabdeh ilə mərhum X4 ilə arasında nikah bağlanarkən onun mübahisələndirilən qətnamədən (nikahın pozulması barədə 1-ci arvadı ilə) məlumatı olmamışdır. Mərhum onunla nikah bağlayarkən özünün subaylığı barədə sənədlərini təqdim etmiş, onlar bir yerdə faktiki olaraq 2017-ci il tarixdən yaşamağa başlamış, 2019-cu ildə isə rəsmi nikaha girmişlər. Ümumilikdə isə onlar ərarvad kimi 5 il birlikdə yaşamışlar. Göstərilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticədə onun bu illər ərzində mərhuma xidmət etməyi və sair hallarla bağlı qanunla qorunan hüquqları pozulmuşdur. Mərhum əri ilə birlikdə yaşadıqlarına dair sübutlarına qiymət verilməmişdir. İddiaçı isə mərhumla ölən günəd ək birlikdə yaşadığını sübut edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi

21. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

22. Maddə 12.0.3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

23. Maddə 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

24. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq ni yyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

25. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

26. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

27. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:... 26.1.6. bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı.

28. Maddə 28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nika h etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər.

29. Maddə 180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.

30. Maddə 180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

31. Maddə 181.1. Qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqla rının olubolmadığını təsdiq etməyə borcludurlar. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət verilm işdir.

44. Həmçinin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 14.1-ci maddəsi nikahda olan şəxslə başqa şəxs arasında bağlanmış və birbaşa qanun göstərişinə əsasən etibarsız olan nikahın məhkəmə qaydasında etibarsızlığına mane olan norma kimi qiymətləndirilə bilməz. Çünki ailə qanunvericiliyi ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol vermir, bu qaydada bağlanmış nikahı etibarsız (saxta) hesab edir. Belə nikahın məhkəmə qaydasında etibarsızlığı təsbit edildikdə, nikah onun bağlandığı gündən etibarsız sayılır (§ 22-26).

45. Əmlak hüquqlarının pozulması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyi tərəfin diqqətəlayiq mənafeləri bunu tələb etdikdə etibarsız hesab edilmiş nikahlar üzrə də arvadın (əri n) əmlak hüquqlarının qorunmasını istisna etmir. Belə ki, Ailə Məcəlləsinin 28.5-ci maddəsinə əsasən nikah etibarsız hesab edilərkən məhkəmə, nikah etibarsız hesab edilən vaxtadək ər-arvadın birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-499/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar