Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “torpaq sahəsinə baxış keçirilməsi, yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “torpaq sahəsinə baxış keçirilməsi, yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4917/2024 nömrəli iş üzrə 19 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcraiyyə Komitəsi X2 və İstismarı Birliyi tərəfindən Nardaran qəsəbəsində hər biri 0,12 ha olan bağ sahələrinə dair aşağıdakı icarə müqavilələri bağlanılmışdır: 1046 №-li bağ sahəsinə dair xx.xx.1987-ci il tarixdə X7 ilə 15189 №-li müqavilə; 1047 №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə X6 ilə 2754 №-li müqavilə; 1047a №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə Cavabdeh1 ilə 19880 №-li müqavilə.
2. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı X3 oğludur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********04 №-li «Daşınmaz əmlakın üzərində İddiaçı hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş»ə əsasən texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəb indən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsini, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Şahbazov Aydın Abas oğlundan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ miras qalmış, Şahbazov Aydın Abas oğlunun vəfatından sonra sözügedən bağ sahəsi İddiaçı anası, X3 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. xx.xx.1988-ci il tarixdə X3 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. İddiaçı anası, X3 istifadəsində qalan Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 №-li müqavilə bağlanm ışdır. X3 vəfatından sonra Bakı şəhəri 4 saylı Notariat Ofisinə “vərəsəlik işinin açılması” barədə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə vərəsə kimi tanınmışdır. X1 miras qalmış Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçını və mühəndisi zorla həyətdən çıxarmışlar. İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********04 Ns li bildirişinə əsasən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi, cavabdehlər tərəfindən şəraitin yaradılmaması göstərilmişdir. Cavabdehlər iddiaçını həyətdən qovlamaqla onun da payını mənimsəmək istəyirlər. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 №-li Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxşa və hasarın çəkilməsinə cavabdeh lər tərəfindən yaradılan maneələrə görə cavabdehlərə qadağan olunması zərurəti yaranmışdır.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək qeyd etmişdir ki, iddiaçının anası ilə bağlanmış müqavilənin müddəti bitmiş, həmin müqavilədə Şahbazova Sevilin ata adı «Movsum», ölüm haqqında şəhadətnamədə isə «Mövsüm» qeyd edilmişdir, hesab edir ki, onlar fərqli insanlardılar, ümumiyyətlə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə müqavilədə göstərilən torpaq sahəsinin eynilik təşkil etməsi müəyyən edilməmişdir. Odur ki, hesab edir ki, iddia rədd edilməlidir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim T.Əsədova) 2(008)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilmə si qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 1047 №-li bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsləri tərəfindən inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib edilməsi, yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanmasının təmin edilməsi üçün torpaq sahəsinə baxışın keçirilməsi zəruridir. Lakin qeyd edildiyi kimi, ekspert tərəfindən iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin onun mərhum anası X4 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyni olması müəyyən edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, hazırki iddianın təmin edilməsi iddia çının iddia etdiyi 0,12 ha torpaq sahəsinin 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyniləşdirilməsi ilə nəticələnə bilər, halbuki buna səlahiyyəti olan orqan tərəfindən bu hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, əslində iddiaçı istədiyinə nail olmuşdur. Belə ki, onun iddia etdiyi torpaq sahəsinin koordinatları səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında artıq müəyyən edlilmiş və sxem tərtib edilmişdir. Qeyd edildiyi kimi, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 1047 №-li bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu isə texniki baxışın keçirilməs i və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. Beləliklə, artıq həmin texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılmasına zərurət aradan qalxmışdır və iddia edilən və sxemi tərtib edilmiş torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1047 №-li bağ sahəsi ilə eynilik təşkil edilməsi müəyyən edildiyi təqdirdə mərhum X3 adına mülkiyyət hüququna dair arayışın verilməsi həyata keçirilə bilər.
11. Hazırda nə qədər ki həmin eynilik müəyyən edilməmişdir, iddianın təmin edilməsi yolverilməzdir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin onun anasına ayrılmış torpaq sahəsi olmasını sübut edə bilmədiyindən iddia rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə, 68-ci maddəsinə, «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.7-ci maddələrinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsiri Nizamnaməsinin 3.1.16-cı maddəsinə, Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007- ci il tarixli qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82, 101-1.2, 106.1, 106.3, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və və kili tərəfindən vəsatət verilmiş və mütəxəssis rəyi alınması üçün ekspertiza təyin edilmişdir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, ekspert rəyinə düzgün qiymət verməmişdir. Ekspert rəyi təqdim edildikdən sonra xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını məhkəmə mülki iş üzrə sübutları yenidən tədqiq etmək üçün xx.xx.2024-cü il tarixə məhkəmə təxirə salmışdır. xx.xx.2024-cü il tarixdə keçrilən məhkəmənin növbəti baxış iclasında məhkəmə işi yenidən araşdırmaq üçün məhkəmə iclasını təxirə salmağı təklif etsə də, iddiaçı və cavabdeh buna etiraz etdikdən sonra məhkəmə iclası qaldığı yerdən davam etmişdir. Bundan sonra ilk olaraq iddiaçı tərəfə münasibət bildirməsi üçün, sonra isə cavabdehə münasibət bildirmək üçün söz verilmişdir. Cavabdehin nüm ayəndəsi və vəkili izahatın bitirdikdən sonra replika hüququndan istifadə tərəflərə təklif edilmədən məhkəmə müşavirə otağına gedərək qısa vaxtda geri qayıdıb qətnamənin yekun hissəsinin elan etmişdir. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Təəccüblüsü isə ondan ibarətdir ki, məhkəmə iddiaçının istəyinə nail olmasını və eyni zamanda iddia etdiyi torpaq sahəsinin koordinatlarının səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında müəyyən edildiyini qeyd etməyi zəruri hesab etdiyi halda iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Şahbazov Aydın Abas oğlundan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 № -li bağ miras qalmışdır. Şahbazov Aydın Abas oğlunun vəfatından sonra sözügedən bağ sahəsi İddiaçı anası, X3 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. xx.xx.1988-ci il tarixdə X3 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №li bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin adına keçirilmişdir. İddiaçının anası X3 istifadəsində qalan Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. X6 öldükdən sonra Bakı şəhəri 4 saylı Notariat Ofisinə “vərəsəlik işinin açılması” barədə müraciət etmiş, vərəsə kimi tanınmışdır. Miras qalmış torpaq sahəsi y əni-1047 №-li bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023-cü il tarixdə DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinə ərizəilə müraciət etmişdir. Texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçını və mühəndisi zorla həyətdən çıxarmışlar. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsi iddia tələbini rədd etməklə iddiaçının mülkiyyət hüququn tanınmasına bir daha maneə törətmişdir. Belə ki, iddia tələbi təmin edilməməsini əsas tutan cavabdehlər iddiaçı və mütəxəsislərin həmin həyətə girməsinə hal-hazırda da mane olurlar. Cavabdehlər iddiaçıya miras qalm ış əmlakın həmin eyni hasar daxilində yerləşməsinə əmin olduqıarı üçün kənar şəxsləri qərəzli olaraq həmin sahəyə girməsinə mane olur. Səbəb isə iddiaçının mülkiyyət hüququnun tanınmasına əngəl törətməkdir. Məhkəmənin isə iddia tələbini təmin etməməsi isə cavabdehlərin iddiaçının mülkiyyət hüququnu tam olaraq məhdudlaşdırmasına bir daha şərait yaradır. Belə aydın olur ki, iddia tələbi təmin edilməyəcəyi təqdirdə iddiaçı heç vaxt valideynlərindən miras qalan əmlakı qəbul edə və həmin əmlaka münasibətdə mülkiyyət hüququnun tanıda bilməyəcəkdir. Mütəxəssis tərəfindən 3-cü suala cavab olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən bağ sahəsi sənəd üzrə 0.12 ha olsa da faktiki olaraq qonşu bağ sahələri ilə eyni hasar daxilində yerləşir və ümumi sahəsi 0.3385 ha təşkil e dir. Mütəxəssi rəyi iddia edilən torpaq sahəsinin cavabdehlər tərəfindən maneə törədilən və hal hazırda onların yaşadığı sahə ilə eyni hasar daxilində yerləşməsi qeyd edilsə də məhkəmə sübutu yəni mütəxəsis rəyini düzgün tədqiq etməyərək səhv nəticəyə gəlmiş və iddia tələbinin əsassız sayaraq rədd etmişdir. Məhkəmənin baxış iclasında cavabdehin nümayəndəsi və vəkili torpaq sahəsinə dair cizginin olmamasını bildirmiş, tərəflərindən 1982-ci il tarixli ciziginin surəti məhkəməyə təqdim edilsə də məhkəmə qətnamə qəbul edərkən bu sübuta da düzgün qiymət verməmiş və sözügedən qətnaməni qəbul etmişdir. İddiaçının anası Sevil Şahbazovanın adına olan 25 ha torpaq sahəsinin 12 ha hissəsinin kimin adına rəsmləşdirilməsi barədə müqafiq orqanlara verilmiş sorğunun cavabı bu günki günə kimi onlara təqdi m edilmədiyi üçün işə apellyasiya qaydasında baxılan vaxt məhkəməyə təqdim ediləcəkdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4917/2024 nömrəli iş üzrə 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması qət edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
17. İşin halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 iyul 2023-cü il tarixli, 3-21-3-30/2-Ş-0155-8/2023 nömrəli məktubda qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar olaraq xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilənin təsdiq edilmiş surəti İddiaçı təqdim edilmişdir.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3-21-3-30/2-27906/2024 nömrəli məktubda qeyd edilir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X3 istifadəsinə verilmişdir. Daha sonra 0,25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi icarədarın xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Cavabdeh1 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989-cu il tarixli, 1 9880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.
19. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, İddiaçı müraciəti əsasında Bakı şəhəri 4 saylı Notariat Ofisində anası X3 adına vərəsəlik işi açılmışdır.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********04 №-li «Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş»ə əsasən texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir.
21. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ vardır.
22. Belə ki, iddiaçı X3 övladıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilə vardır. İddiaçının müraciəti əsasında Bakı şəhəri 4 saylı Notariat Ofisində anası X3 adına vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmişdir. Texniki baxışın keçirilməsi və çölölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir.
23. O cümlədən qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X3 istifadəsinə verilmişdir. 0,25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi X3 xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Cavabdeh1 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989-cu il tarixli, 19880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.
24. Texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə törədilir. Cavabdehin nümayəndəsi və vəkili də izahatında qeyd etmişdir ki, cavabdehin çıxarışı yoxdur. 2 sənəd var-1046 və 1047A hansıdır bilinmir. Hüququ olmayan şəxsə ai d sahəyə baxış keçirilməsi ilə razı deyillər. Cavabdeh özü üçün oranı əkir, becərir. İddiaçının anası ilə qohumdurlar, cavabdehlər anasını tanıyırdılar. Amma, iddiaçını tanımırlar.
25. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 olsa da, faktiki olaraq qonşu bağ sahələri ilə bir hasar daxilində olmaqla 0,3385 ha təşkil edir.
26. Cavabdeh tərəf isə 0,3385 ha torpaq sahəsinin bütövlükdə onlara məxsus olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Mütəxəssis rəyində də qeyd olunub ki, qonşu bağ sahələrinə dair sənəd təqdim edilməyib.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 139.1, 139-1.1.7, 1133.1, 1151.1, 1159.1.1, 158.1.2, 157.4, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.7, 9.1.1, 10.1, 10.1-1, 10.2, 10.2.1, 10.2.2, 10.2.3, 10.2.4-cü və MPM-nin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki iddianın təmin edilməsi iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyniləşdirilməsi ilə nəticələnə bilər, halbuki, buna səlahiyyəti olan orqan tərəfindən bu hal müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əslində iddiaçı istədiyinə nail olmuşdur. Belə ki, onun iddia etdiyi torpaq sahəsinin koordinatları səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında artıq müəyyən edlilmiş və sxem tərtib edilmişdir. Beləliklə, artıq həmin texniki baxışın keçirilməsi və çöl ölçmə işlərinin aparılmasına zərurət aradan qalxmışdır və iddia edilən və sxemi tərtib edilmiş torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1047 №-li bağ sahəsi ilə eynilik təşkil edilməsi müəyyən edildiyi təqdirdə mərhum X3 adına mülkiyyət hüququna dair arayışın verilməsi həyata keçirilə bilər. Hazırda nə qədər ki, həmin eynilik müəyyən edilməmişdir, iddianın təmin edilməsi yolverilməzdir.
31. Hazırki iddianın qaldırılması üçün iddiaçının subyektiv hüquq yoxdur. Apellyasiya instansiya məhkəməsi iddiaçının müraciətinin qanuni əsaslarını yoxlamamış, onun miras əmlak üzərində vərəsəlik hüququ əldə edib-etməməsini araşdırmamışdır. Halbuki, idd iaçı anasından qalan miras əmlaka dair notariat orqanından vərəsəlik hüququ haqqında şəhadətnamə almamış və reyestr xidmətinə hüququnun qeydə alınması üçün təqdim etməmişdir. Halbuki, iddiaçı ilk öncə vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdikdən sonra reyestr xidmətinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əldə etmək üçün müraciət etməli, arayışı alıb notariat orqanına təqdim etməli, əgər qanunla müəyyən edilmiş vərəsəliyin qəbulu müddəti ötməmişdirsə, notarius iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli, həmin şəhadətnamə iddiaçı tərəfindən hüququn qeydə alınması üçün müqavilə və torpağa dair plan-çizgi ilə birgə reyestr xidmətinə təqdim olunmalı, bundan sonra reyestr xidməti hüququ qeydə almaq üçün öz əməkdaşını mübahisəli torpaq sa həsinə ölçmə işləri aparmaq üçün göndərməlidir.
32. İndiki halda ümumiyyətlə bu qayda və prosedurlara əməl edilmədən, lazımi sənədlər təqdim edilmədən iddiaçı birbaşa reyestr xidmətinə ərizə ilə müraciət etmiş, reyestr xidmətinin əməkdaşları əraziyə baxış keçirməyə təşəbbüs göstərmiş, şərait yaradılmadığına görə imtina cavabı vermişlər. Apellyasiya instansiya məhkəməsinin diqqətinə qanunun bu tələbləri çatdırılsa da məhkəmə bu məqamları araşdırmamış, bu xüsusatlara diqqət yetirməmişdir. Reyestr xidmətinin hazırki vəziyyətdə əraziyə baxış keçirməklə bağlı hüququ və vəzifəsi – səlahiyyəti olmamışdır. Çünki, edilən müraciət hüququn qeydə alınması üçün deyil, hüququn qeydə alınmasından imtina üçün əsas verir. Nə qədər ki, iddiaçı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə, torp ağa da plan-çizgi təqdim etməmişdir, həmin hüququn qeydə alınmasından, ən əsası isə əraziyə ölçmə işləri aparmaq üçün baxış keçirilməsindən söhbət belə gedə bilməz. Müqavilənin tərəfi olmuş anası vəfat etdiyindən iddiaçının birbaşa ərizə ilə reyestr xidmətinə müraciəti qanunla nəzərdə tutulmamışdır. Birbaşa ərizə ilə müraciət etmək hüququ yalnız müqavilə tərəfi olan anasına məxsus olmuşdur. Ölmüş şəxsə məxsus əmlak üzərində hüququn qeydə alınması üçün təqdim olunan yeganə sənəd isə vərəsəlik hüququ haqqında şəhadətnamə nəzərdə tutulmuşdur.
33. Digər tərəfdən miras qoyan Şahbazova Sevilin atasının adı ölüm haqqında şəhadətnamədə “Mövsüm”, iddiaçının doğum haqqında şəhadətnaməsində və torpaq sahəsinə dair bağlanmış müqavilədə isə “Movsum” kimi qeyd olunduğundan ölən şəxslə müqavilənin bağlan dığı və iddiaçının anası olan şəxsin eyni şəxs olması müəyyən edilmir, istisna olunur. Sənədlərdəki bu uyğunsuzluq barədə apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırılsa da məhkəmə öz qətnaməsində etirazın əsası kimi istinad etdiyi bu xüsusatlara ümumiyyətlə qiymət verməmişdir. Həmçinin, müqavilə Şahbazova Sevillə xx.xx.1989-cu ildə 10 il müddətinə bağlanmış, yenidən müddəti uzadılmamışdır. Tərəflərin bir-birinə müqavilənin ləğvi ilə bağlı bildiriş göndərməməsi əsası ilə müqavilə yenidən həmin müddətə bağlanmış hesab edilsə belə növbəti 10 illik 2019-ci il tarixədək olmuş, Şahbazova Sevil isə 2017-ci ildə vəfat etmişdir. Sevil Şahbazovanın 2017-ci ildə vəfatından sonra özünü onun vərəsəsi hesab edən İddiaçı torpaq sahəsinin olmasından xəbərdar olmamış, heç ünvanını bilməmiş, ona sahiblənməmiş, vaxtında notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Bununla da onun 1047 saylı bağ sahəsi ilə bağlı mirası qəbul etməsi müddəti ötüb keçmişdir. 2023-cü ildə o belə bir iddia ilə məhkəməyə müraciət etmiş, 2023-cü ildə notariat orqanına ərizə vermişdir. Məhkəmə bu vacib xüsusatları ümumiyyətlə araşdırmamış, qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Cavadebh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
37. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
38. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
39. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə h üququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
40. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılı r.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
45. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
46. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
47. Maddə 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X5 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
48. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə e dən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
49. Maddə 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur.
50. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
51. Maddə 10.2.1. hüquqların döv lət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
52. Maddə 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;
53. Maddə 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
54. Maddə 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4917/2024 nömrəli iş üzrə 19 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.