Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1341/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X2 və X qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1341/2024 Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsızlığı, nikah dövründə ərarvadddan birinə hədiyyə edilmiş əşyalar, əsassız varlanma (əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi), sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi (şahid ifadələrinin qiymətləndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və X qarşı X və Maraq lı şəxs2 Xüçüncü şəxs qismində cəlb edilməklə “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-192/2024 saylı iş üzrə, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X3, 29 noyabr 2020-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Tərəflər arasında münasibətlər pozulduğuna hal- hazırda Nizami Rayon Məhkəməsinin icraatında nikahın ləğvi tələbi üzrə mülki məhkəmə mübahisəsi mövcuddur.
3. X5 ünvan 1 ünvanında qeydiyyatdadır və ailə tərkibi ilə birgə 2018-ci il tarixdən həmin mənzildə yaşayır.
4. Mübahiəsli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, İddiaçı ərinə məxsus olan mübahisəli mənzilin bağışlanmasına etiraz etmədiyini dair ərizəsi əsasında həmin mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçının qayınatası X2 bağışlanmışdır. 5. 22 ferval 2022-ci il tarixli kirayə müqaviləsinə əsasən, Maraqlı şəxs2 Fəhrad qızı ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən mənzil aylıq 500 manat kirayə haqqı olmaqla, xx.xx.2027-ci il tarixədək Cavabdeh1 kirayəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X tərəfindən cavabdehlər Cavabdeh1 və X7 arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzil üzrə xx.xx.2022-ci il tarixli “bağışlanma müqaviləsi” nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması (Cavabdeh1 mülkiyyətinə) həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, birgə nikah dövründə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzilə, ümumilikdə (iddiaçı və cavabdeh tərəfindən) sərf edilmiş 60000 manat təmir xərcinin 1/2 hissəsinin (30000 manatın) və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin Cavabdeh1 tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1 barəsində “xüsusi qərardad” elan edilib, aidiyyəti üzrə prokurorluğa göndərilm əsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər hazırda mübahisəli mənzildə yaşayır, eyni zamanda iddiaçı tərəf həmin mənzildə övladları ilə birgə pasport qeydiyyatındadır. Cavabdeh1 Sərhəd Xidmətinin mayor rütbəli zabiti olduğu üçün iddiaçını aldadaraq dövlətin ona kirayə haqqı adı ilə veriləcək müavinətin əldə edilməsi məqsədilə mübahisə predmeti olan mənzilin atasının adına (digər cavabdehə) müvəqqəti və formal olaraq bağışlanması barədə müqavilə bağlamış və kirayə haqqını aldıqdan sonra mənzili yenidən öz adına geri rəsmiləşdirəcəyini qeyd etsə də, bu günə qədər formal olaraq bağlanmış “bağışlama müqaviləsini”nin ləğv edərək, mənzilin yenidən öz adına geri qaytarılmasını təmin etməmişdir. Cavabdeh1 həm iddiaçı tərəf olan İddiaçı aldadaraq, ona məxsus bi rgə nikan dövründə əldə edilmiş əmlaka dair hüquqularını məhdudlaşdırmış, eyni zamanda Dövlət Sərhəd Xidmətini aldadaraq qanunsuz olaraq vəsaitləri mənimsəmişdir. xx.xx.2022- ci il tarixli 3M -103 saylı Cavabdeh1 ilə Maraqlı şəxs2 arasında bağlanmış “kirayə müqaviləsi” mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 105.80 kv m olan mənzil üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 4Ə-İ33 saylı “bağışlama müqaviləsi”ndən təxminən 01 ay sonra formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh1 atası X7 ilə arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli “ bağışlama müqaviləsi" formal və uydurma əqddir. Həmin “bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması, həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak ” statusunun tanınması, həmin əmlak üzrə iddiaçı tərəf olan İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması və hüquqlarının AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınması mütləq və zəruridir. Bundan əlavə birgə nikah dövründə əldə etdikləri mənzil təmirsiz olduğu üçün iddiaçı ümumilikdə evə 60000 manat təmir xərci edilmişdir. Hal-hazırda cavabdehlər iddiaçını həmin mənzilə buraxmırlar və mənzildən istifadə hüququnun həyata keçirməsinə məhdudiyyət qoymuşlar.
8. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və X1 nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə xx.xx.2016-cı il tarixdə daxil olmuşlar. Sözügedən mənzil nikahdan əvvəl cavabdehə əvəzsiz qaydada verilmişdir. Belə ki, Azərbaycan Respublikası cənab Prezidentinin göstərişinə əsasən, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə bir qrup idmançı və idman xadimi mənzillə təmin edilmiş, həmin sərəncamın 10-cu bəndinə əsasən Cavabdeh1 "xxxx" MMC-nin ünvan 6 ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m, yaşayış sahəsi 52 kv.m olan 2 otaqlı 90 saylı mənzil verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2014-cü il tarixli, 33 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyəti başçısına müraciət edərək, layihədə olan dəyişiklərlə əlaqədar olaraq 15 saylı xx.xx.2012-ci il tarixli məktubu ilə BŞİH-nin mənzil fonduna 2 saylı binadan ayırdığı mənzillərin sıra sayında və mərtəbələrində dəqiqləşmələr aparıldığını bildirmiş, yeni göstəricilərin nəzərə alınmasını xahiş etmişdir. Ba kı şəhəri İcra Hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 645 saylı xx.xx.2014-cü il tarixli sərəncamından çıxarışa əsasən Cavabdeh1 Əcəmi MMC-nin ünvan 6 ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m, yaşayış sahəsi 52 kv. m olan 2 otaqlı 90 saylı mənzilin yeni sıra sayı 192, ümumi sahəsi, 105.80 kv.m olan mənzil verilmişdir. Nümayəndə həmçinin vurğulamışdır ki, mübahisənin predmeti olan mənzil 2014-cü ildə verildikdən sonra Nicatın atası tərəfindən təmir edilmişdir. Belə ki, Nicatın atası usta olduğu üçün mənzillərin təmiri ilə məşğuldur, ona görə bu mənzilin də təmirini onun briqadası tərəfindən aparılmışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirm işdir ki, o, iddiaçının dayısıdır, Cavabdeh1 onun əmisi nəvəsidir. İddiaçı ilə Cavabdeh1 2017-ci ildə nikaha daxil olmuşdurlar. O, toy məclisində iştirak etmişdir. Ailə qurduqdan sonar tərəflər NZS-də yaşamışlar. Həmin mənzil iddiaçının qayınatasının evi idi. Orada xeyli yaşamış, sonradan 2018-ci ildən öz evlərinə köçmüşdürlər. Gediş-gəlişləri olmuşdur. O, tərəflər mübahisəli mənzilə köçməmişdən əvvəl, təmir zamanı orada iki dəfə olmuşdur. Evin təmirinə Nicatın atası nəzarət edirdi və özü də orda ustalıq edirdi. Yeznəsi Akif onunla birgə həmin mənzilə demək olar ki, bütün tikinti materialları alıb aparmışdır. Həmin vaxt onun maşını var idi.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 14 fevral 2023-cü il tarixli, 2(011)-1066/2023 saylı qətnaməsi i lə (hakim: İlahə Abbasova) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq, həmin mənzilin bölünməsini tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, həmin mənzil Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə cavabdehə əvəzsiz qaydada verilmişdir. Həmçinin iddiaçı həmin mənzilin birgə vəsait hesabına təmir edildiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X6 işin faktiki hallarına dair qeyri-dəqiq məlumatlar verərək, mübahisəli mənzilin təmirinin cavabdehin usta olan atasının nəzar əti və iştirakı ilə aparıldığını təsdiq etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən əvəzsiz qaydada əldə edildiyindən həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə təmin edilməməlidir.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin təmirinə birgə nikah dövründə birgə vəsait hesabına 60 000 manat təmir xərcinin sərf edildiyini bildirsə də, məhkəmədə bunu da sübut edə bilməmişdir. Odur ki, iddia tələbləri mü bahisəli mənzilin təmirinə sərf edilmiş 60 000 manat xərcin ½ hissəsinin Cavabdeh1 tutulması hissəsində də təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 668, 337.1, 337.2, 339.2, 339.3, 354.1, 347.1, 354.2, 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 35-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3, 216-220-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında Plenum qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətn amədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, şahidin ifadəsini təkzib edərək, iddiaçının “təmir-tikinti işlərinin həcmi və müddətinin “müəyyən edilməsi ilə bağlı vəsatəti rədd etmişdir. O, iddia tələbinə dair halları şahid və digər arayış, hüquqmüəyyənedici sənədlərlə sübut etdiyi halda hakim heç bir halda araşdırma aparmamışdır. Məhkəmə birgə nikah dövründə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış mənzil və onun nikahdan sonra 2018-ci ildə təmir xərclərinin edilməsi faktına önəm vermədən cavabdehin tək izahatını mötəbər sübut qismində dəyərləndirərək qanuna zidd qətnamə elan etmişdir. Cavabdeh1 Sərhəd Xidmətinin mayor rütbəli zabiti olduğu üçün iddiaçını aldadaraq dövlətin ona kirayə haqqı adı ilə veriləcək müavinətin əldə edilməsinin mübahisə predmeti olan mənzilin atasının adına (digər cavabdehə) müvəqqəti və formal olaraq bağlanamasına bağlı olduğu və kirayə haqqına dair Dövlət Sərhəd Xidmətinin nəzərə aldıqdan sonra mənzili yenidən öz adına geri rəsmiləşdirəcəyini qeyd etsə də, bu günə qədər formal olaraq bağlanmış “bağışlama müqaviləsini” nin ləğv edərək, yenidən öz adına geri qaytarılmasını təmin etməmişdir. “Əcəmi“ MMC tərərfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda cavabdeh tərəf olan Cavabdeh1 2018-ci ildən hal-hazırkı müddətə qədər yaşaması faktı öz təsdiqini tapmışdır. Lakin məhkəmə bütün bu olanları təkzib etmiş və qanuna zidd formad a qətnamə elan etmişdir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbini pozmuşdur. İş materialında ilkin iddiaçının xeyrinə olan sənədlərə doğru qiymət vermədən qətnamə elan etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş tikintitexniki və əmtəəşünaslıq ekspertizasının 07 noyabr 2023-cü il tarixli, №10/4272 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan 192 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 40875,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, müb ahisələndirilən mənzildə aparılan təmir-tikinti işlərinin xx.xx.2016-cı ildən sonrakı müddəti əhatə edib-etməməsi barədə ekspert qarşısına qoyulmuş suala aparılmış təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılması mümkün olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-192/24 nömrəli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil nikahdan öncə Cavabdeh1 əvəzsiz qaydada verildiyindən, yəni nikah dövründə əldə edilmədiyindən, bununla da, birgə nik ah dövründə əldə olunmuş əmlakın ümumiliyi prezumpsiyası mövcud olmadığından, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün, yəni birgə nikah dövründə, birgə vəsait hesabına təmir edilməsi ilə bağlı sübutetmə yükü, bunu iddia edən iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə sübut olaraq şahid kimi dindirilməsi üçün öz dayısı X6 təqdim olunmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq dindirilməsi üçün təqdim olunmuş şahid iddiaçının yaxın qohumu olan dayısı olmaqla, onun bitərəf mövqe tutması inandırıcı deyil. Digər tərəfdən şahid təmirin hansı tarixdə aparılması, ümumiyyətlə təmirlə bağlı ətraflı ifadə verməmişdir. Hansı ki, təmirin aparılması ilə bağlı yalnız mötəbər sübutlara istinad oluna bilər
21. Kollegiya hesab etmişdir ki, tədqiq olunmuş sübutlara əsasən mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən nikahdan əvvəl əvəzsiz qaydada əldə edildiyindən, bununla da sonuncu mülkiyyətçi olaraq öz əmlakı üzərində sərbəst surətdə sərəncam vermək səlahiyyəti olduğundan, həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından, iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki hüquqi vəziyyətə gətirilməsi və həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə düzgün olaraq məhkəmə tərəfindən təmin edilməməlidir. Bundan başqa, iddiaçı əslində mübahisə pr edmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan cavabdeh X1 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilmişdir ki, iddiaçı həmin ərizəni verərkən Cavabdeh1 məxsus olan mübahisəli mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının razılıq ərizəsini verərkən aldadılması ilə bağlı dəlilini əsassız hesab etmişdir.
22. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mənzilin birgə nikah dövründə təmir edilməsini sübut edə bilmədiyindən, məhkəmə iddianı mənzilin təmirinə çəkilmiş 60000 manat xərcin 1/2 hissəsinin Cavabdeh1 tutulması ilə bağlı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152.1, 225.1, 225.2, 225.4, 324.2, 324.4, 324.5, 337.1, 337.4, 339.2, 339.3, 666.1, 668.1ci maddələrinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 34.1, 35-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdır ki, məhkəmə iş materialında olan və iddiaçı tərəfindən təqdim edilmiş bir çox hüquqmüəyyənedici sənədləri tam, hərtəfli və obyektiv şəkildə qiymətlən dirmədən, əksinə, sadəcə cavabdeh tərəfindən söylənmiş, hər hansı müəyyənedici və ya təsdiq edici mötəbər dəlillə sübuta yetirilməyən, şifahi mülahizələrə əsaslanan ifadələr əsasında qətnamə elan etmişdir. Belə ki, "xxxx" MMC tərərfindən xx.xx.2022- ci il tarixli sorğuya cavab məktubunda cavabdeh tərəf olan Cavabdeh1 2018-ci ildən hal-hazırkı müddətə qədər mübahisəli mənzildə yaşaması faktı öz təsdiqini tapmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
28. Maddə 225.2.Nikaha girənə dək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
29. Maddə 225.4.Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
30. Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağış lama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
31. Maddə 668.1 və 668.1.1.Bağışlama müqaviləsi daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
32. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 339.2. Şəxs əqd bağlanması məq sədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
35. Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
38. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsait in qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, işin faktiki hallarını mü əyyən edən məhkəmələr tərəfindən iddiaçının mübahisələndirdiyi əqdin etibarsızlığına əsas verən halların olması, onun bağlanması nəticəsində iddiaçının hüquqlarının pozulması iş üzrə müəyyən edilməmişdir.
52. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.
53. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır
55. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli 2(103)-192/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.