Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1341/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İdd iaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “əmrin ləğvi, işə bərpa olunma və hazırkı günə qədər əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*03)-473*/2024 nömrəli *6 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 239 saylı əmrindən 27.**.2023-cu il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin fiziki tərbiyə müəllimi iş prosesində əmək intizamı qaydalarına əməl etmədiyinə, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirmədiyinə, valideynlər və şagirdlər arasında mənfi fikir yaratdığına, məktəbin 8-ci sinif şagirdi X*0 ilə müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24.**.2023-cü il tarixdən işdən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
2. Suraxanı RPİ-nin 3*-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Sail Hacıyevin *6.07.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 şikayət ərizəsi əsasında toplanmış materialda İddiaçı hərəkətlərində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəb tərəfindən 27.*2.2023-cü il tarixli, 239 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmağı, işdən azad olunduğu gündən hazırkı günədək ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 20*8-ci ildən Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. 24.**.2023-cü il tarixli əmrə əsasən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Xitam verilərkən məktəbin 8-ci sinif şagi rdi X*0 ilə iddiaçının “müəllimə yaraşmayan hərəkətlər” etdiyi qeyd edilmiş və bu əsas olaraq işdən azad edilmişdir. Məktəbin 8-ci sinif şagirdi X*0 iddiaçı barəsində şikayət etmiş və şikayəti Suraxanı rayon Polis İdarəsində araşdırılmış və məlum olmuşdur ki, Nərminə qarşı iddiaçı hər hansısa müəllimə yaraşmayan hərəkət etməmiş, ona qarşı hər hansı bir qanunsuz iş görməmişdir. Bundan başqa, istintaqa məlum olmuşdur ki, Nərminin öz qardaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalmış və o, cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və iddiaçı məsuliyyətə cəlb edilməmiş, bu barədə Suraxanı RPİ-nə sorğu verildiyi təqdirdə onun təqsirsizliyi sübut ediləcəkdir. İddiaçı işlədi yi dövr ərzində heç bir nöqsanları olmamış, daim müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmiş, daim şagird müəllim və texniki heyət tərəfindən normal qarşılanmış, işini layiqincə etmiş və işində daim məsuliyyətli olmuşdur. İddiaçının atası şəhid ailəsi statusundadır, nə iddiaçıya nə də ki, ailəsinə yaraşmaz ki, kiminsə övladına digər bir formada baxsın və ya ona qarşı hər hansısa çirkin bir addım atsın. Cavabdehə təklif göndərilməsinə baxmayaraq ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçının işinə xitam verilərkən Məcəllənin 70 “ç” bəndinə istinad edilmiş və məktəbin şagirdi ilə yaraşmayan hərəkətlərə istinad edilmişdir. iddiaçı heç bir qanunsuz və ya müəllimə yaraşmayan hərəkət etməmişdir. Bununla əlaqədar olaraq məktəb rəhbərliyinə bildirmişdir ki, Nərminin işi ilə bağlı istintaq yekunlaşmayıbdır. İddiaçı təqsirli şəxs deyil, bu sübuta yetirilibdir ki, təqsirkar digər şəxsdir, lakin iddiaçını nə eşidən, nədə ki dinləyən olmamışdır. İddiaçının burada şagirdə qarşı heç bir günahı, heç bir əməli olmamışdır. Şagirdlərinə daim müəllim və valideyn kimi yanaşmışdır. Onlara daim diqqət və qayğı göstərmişdir. İddiaçının əmrinə verilən xitamın maddəsi tamamilə qanunsuz və absurddur. Belə ki, Məcəllədə müəyyən edilmiş halların heç biri iddiaçıda olmamışdır.
5. Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərdi ki, o, 20*8-ci ildə 232 nömrəli məktəbə imtahan verərək gəlmişdir. Bu il yeni direktor gəldi və 2-3 dəfədir ki, ona şər atıb. Polis bölməsinə də düşüb işi, onu şərləmək istəd ilər, lakin bacara bilmədilər. Ona könüllü işdən çıxmasını dedilər, o isə razı olmadı. Direktor ona qarşı qərəzli olub. Belə ki, o, məktəb rəhbərliyinin korrupsiya əməllərindən xəbər tutmuş, buna maneçilik törətmək istəmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi (vəkili) Vəkil* iddianı qəbul etməyərək izahatında göstərdi ki, sənədlər, ərizələr var. Valideynlərin də yazdığı şikayətlər çoxdur. Bundan başqa aktlar da var. İddiaçı D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə 20*8-ci il tarixdən fiziki tərbiyə müəllimi kimi işləmişdir. 24.**.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq onunla bağlanmış əmrə AR-nın ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən azad olunmasına əsas səbəblərdən b iri məktəbin Vİİİ sinif şagirdi X3 qarşı müəllim etikasına yaraşmayan hərəkətlər etməsi olmuşdur. İddiaçının məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı müəllim etikasına uyğun olmayan hərəkətləri heç də təsadüfdən olmamışdır. Belə ki, məktəbin fiziki tərbiyə müəllimi olmuş İddiaçı bir neçə dəfə məktəbin inzibati binasına quraşdırılmış təhlükəsizlik kameralarında, dərs saatından sonra, məktəbdə heç kimin olmadığı, qeyri dərs vaxtlarında Nərmin Quliyeva ilə bilikdə məktəbin idman zalına və ya idman zalında ayrılmış müəllimlər otağına girərək 2-3 saat orada birlikdə olması məktəb direktorunda və məktəbin pedaqoji kollektivində şübhə yaratması səbəb olmuşdur. Bundan sonra məktəbin direktoru ilk öncə iddiaçını otağına çağırıb bu barədə məlumat istədikdə məktəbin direktoruna aqressiv ca vab vermişdir. Bundan sonra məktəbin direktoru, məktəbin Vİİİ sinif şagirdi X4 və məktəbin psixoloqunu otağa dəvət edərək psixoluqun iştirakı ilə onu dinləmiş və sonra məktəbin psixoloqu Heyran Səfərovanın iştirakı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın adına izahat yazılmışdır. Nərmin Quliyeva izahatında bildirib ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Vİ sinifdə oxuduğu zaman, yəni ** yaşı olan zaman məktəbin idman zalında ona yaxınlaşaraq onu sevdiyini bildirmişdir. Nərmin Quliyeva da ona sevdiyini bildirmişdir. Həmin vaxtdan onlar bir-birini sevmişlər. Onlar hətta bir neçə dəfə məktəbin idman zalında və qarderobunda bir-birlərini necə sevdikləri barədə söhbətlər etmişlər. Nərmin Quliyeva Vİ sinifdə oxuyarkən məktəbin idman zalının qarderobunda onl ar təklikdə olan zaman Hüseyn müəllimin onun yanına gəldiyini, onu çox istədiyini deyib qucaqlayaraq onun üzündən öpdüyünü, hətta 2023-cü ilin sentyabr ayının *4-də ilk dərs günü Hüseyn müəllimin onunla idman zalının müəllimlər otağında təklikdə görüşdüyünü Hüseyn müəllimin onu qucaqlayaraq dodağından öpdüyünü demişdir. Nərmin Quliyeva bunu istəməyib geri çəkildiyi zaman Hüseyn müəllim ona yenidən yaxınlaşaraq dodağının ətrafından öpdüyünü, bundan sonra ona qarşılıq vermədiyini, onunla öpüşəndə onu qucaqlayaraq üzbəüz özünə sıxıb və əlləri ilə arxa nahiyəsini sığalladığını demişdir. Bir neçə dəfə balaca bacısı Sevilin onlarla birlikdə olduğunu, lakin onun müəllimlə etdiyi hərəkətlər barədə ona heç bir söz demədiyini, Hüseyn müəllimin onu evinə aparacağını, onun fiziki tərbiyə müəllimi kimi işə düzəldəcəyini, ona mobil telefon alacağını söz verdiyini, onunla aralarında cinsi münasibətlərin olmadığını bildirmişdir. Məktəbin müəllim kollektivi onlar arasında olan isti münasibətlərdən şübhələnib Nərmin Quliyevanı məktəbin direktor otağına dəvət edib orada söhbət edib otaqdan çıxarkən Hüseyn müəllimin ona yaxınlaşıb “bizi ayırmaq istəyirlər, qələt edirlər bizi heç kim ayıra bilməz” sözlərini dediyini, dərsdən sonra görüşüb gəzməyə getməyi ona təklif etdiyini, lakin Nərmin buna şərait olmadığı üçün görüşə bilməyəcəyini qeyd etmişdir. Məktəbin direktoru Nisə Fərəcova tərəfindən ilk öncə Nərmin Quliyevanın anası Şahid məktəbə dəvət etmiş və Nərminin məktəbin müəllimi İddiaçılə olan müəllim şagird etikasına zidd hərəkətlər barədə ona məlumat verilmişdir. Bundan sonra məktəbin direkt oru və Nərmin Quliyevanın anası Şahid tərəfindən müəllimin şagirdə qarşı olan qeyri etik hərəkətlərinin araşdırılması üçün Suraxanı RPİ-yə müraciət olunmuşdur. Eyni zamanda müəllimin şagirdə qarşı etdiyi qeyri-etik davranış qaydaları barədə Nərmin Quliyevanın anası məktəbdə İddiaçı qarşı ona irad tutub məktəbin inzibati binasında qışqırıb onunla mübahisə edərkən məktəbdə oxuyan şagirdlər və övladlarını məktəbə gətirib-aparan valideynlərin də bundan xəbər tutub ərizə ilə məktəbin direktoruna müraciətlər yazaraq İddiaçı onların övladlarına qarşı da kobud rəftar etməsini və hazırkı vaxtda məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı qeyri-etik davranışlar etməsini göstərərək müəllimin işdən azad olunmasını, əks təqdirdə isə övladlarını məktəbə buraxmayacaqlarını bildirmişdirlər. Azər baycan Təhsil İşçiləri X*6 Suraxanı rayon Komitəsinin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı iş prosesində əmək intizamı qaydalarına əməl etməməsi, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi, valideynlər və şagirdlər arasında mənfi fikir yaratması, məktəbin Vİİİ sinif şagirdi X*0 ilə dərs zamanı və dərs saatlarından sonra müəllimə yaraşmayan hərəkətlər etməsi məktəbin ilk həmkarlar təşkilatında baxılmış və iclasın gedişində yetərsay (57 nəfər) olmasını nəzərə alaraq qərar qəbul edilmişdir. İclasda müəllimin şagirdə qarşı etdiyi qeyri etik davranış qaydaları məktəb kollektivində mənfi psixoloji fikir yaratdığını və məktəbin müəlliminin məktəbdə fəaliyyət göstərməsi məqbul hesab edilməmiş və İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğv edilməsin ə etiraz etməmişlər. Bundan başqa, iş üzrə iddiaçı iddia ərizəsində göstərir ki, işlədiyi dövr ərzində hər hansı bir nöqsanı olmamış, daimi müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmişdir. O daim şagird, müəllim və texniki heyət tərəfindən normal qarşılanmışdır. İşini layiqincə görmüş və işində daimi məsuliyyətli olmuşdur. Halbuki, iddiaçı işlədiyi dövr ərzində bir neçə dəfə məktəbdə etik davranış qaydalarını pozmasına, məktəbin daxili nizam intizam qaydasını pozmasına, şagirdlərə qarşı qeyri etik hərəkətlər etməsinə görə ona intizam tənbehləri verilmişdir. Belə ki, 3*.0*.20*9-cu il tarixdə İddiaçı birinci yarım il ballarını və qiymətlərini düzgün hesablayıb çıxarmamasına görə AR-nın ƏM-nin *86.2-ci bəndinə əsasən ona töhmət verilmişdir. *0.02.2020-ci il tarixdə müəllim jur nalının aparılması təlimatını pozduğuna görə ona həmin maddə ilə töhmət verilmişdir. 29.*2.2022-ci il tarixdə iddiaçı məktəbin müəllim etik davranış qaydalarını pozduğuna, şagirdlərə davranış prosesində yol verdiyi nöqsanlara, keyfiyyətsiz dərs keçdiyinə görə ona həmin maddə ilə töhmət verilmişdir. xx.xx.2023-cü il tarixdə eyni əsaslarla islah olmayıb yenidən iddiaçı müəllimin etik davranış qaydalarını pozduğuna, dərsə məsuliyyətsiz yanaşdığına görə ona töhmət verilmişdir. *9.06.2023-cü il tarixdə iddiaçıya üzrlü səbəb olmadan iş vaxtı rejimini dəfələrlə pozması, işə tez-tez gecikməsi və icazə almadan işdən tez getmə hallarına yol verməsi, müəllimin etik davranış qaydalarını pozaraq təhsil alanlarla ayrı-ayrılıqda kobud rəftara yol verməsi səbəbindən tənbeh tədbiri tətbiq edilmişdir. Bunun la əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıqlar edilməsinə, eləcə də, yuxarıda qeyd edilən tarixlərdə töhmət verilməsinə baxmayaraq, bunlardan nəticə çıxarmayıb xx.xx.2023-cü il tarixdə Vİ sinif şagirdi X5 fiziki güc tətbiq edərək dərsdən çıxarması və bu əsaslarla müəllimin etik davranış qaydalarına zidd davranış göstərməsi səbəbindən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin əmrdə gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi bildirilmişdir. Nəhayət son xəbərdarlıq və şiddətli töhmət verilməsindən 5 ay sonra 27.**.2023-cü il tarixdə yuxarıda qeyd etdiyimiz əsaslar və ən əsası Nərmin Quliyevaya qarşı müəllim adına yaraşmayan hərəkətlər etdiyinə görə o, AR-nın ƏM-nin 70 maddəsinin “ç” bəndinə əsasən 27.**.2023-cü il tarixdə n işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bundan başqa iddiaçının məktəbdə şagirdlərə qarşı qeyri-etik davranışları ilə bağlı məktəbin pedaqoji kollektivi tərəfindən, müəllim adına yaraşmayan hərəkətləri barədə aktlar tərtib olunmuşdur. Həmin aktlarda göstərilmişdir ki, məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbin fiziki tərbiyə müəllimi işləmiş İddiaçı fiziki tərbiyə dərsini tədris etməsindən narazıdırlar. Şagirdlər onun dərsinə girməkdən imtina edirlər. O dərsdə müvafiq formadan istifadə etmir. Bu hərəkətləri barədə ona kollektiv tərəfindən irad bildirilsə də o aqressiv hərəkət nümayiş etdirərək məktəb rəhbərliyinə “mənim hüquq mühafizə orqanlarındakı işim üzrə bəraət aldıqdan sonra buradakı abırsızlar mənə cavab verməli olacaqdır” deyə etirazı nı bildirmişdir. Eyni əsaslarla məktəbin pedaqoji kollektivi tərəfindən tərtib edilmiş *6.**.2023-cü il tarixli akt aktla da müəyyən edilir ki, valideynlər övladlarını İddiaçı davranışlarına görə məktəbə buraxmaq istəmirlər. 27.**.2023-cü il tarixdə tərtib edilmiş aktlarda müəyyən olunur ki, İddiaçı işdən azad olunmasına baxmayaraq qanunun tələblərini pozaraq dərsə girmiş və jurnalı yazmışdır. 29.**.2023-cü il tarixdə işdən çıxarıldığı üçün əmək kitabçasını götürmək barədə ona məlumat verilməsinə baxmayaraq o gəlib əmək kitabçasını götürməmişdir. xx.xx.2023-cü il tarixdə məktəbin digər fiziki tərbiyə müəllimi X2 ilə İddiaçı arasında konflikt yaranmış və konflikt zamanı o, müəllimin etik davranış qaydalarını pozmuşdur. Bununla bağlı da akt tərtib olunmuşdur. 26.*0.20*8-ci il tarixdə, 30.09. 20*9-cu il tarixdə, **.*0.202*9cu il tarixdə, *9.**.20*9-cu il tarixlərində iddiaçı tərəfindən yuxarıda qeyd edilən eyni əsaslarla pozuntular edildiyinə görə məktəbin pedaqoji kollektivi tərəfindən aktlar tərtib olunmuşdur. Hesab edir ki, məktəbin fiziki tərbiyə müəllimi iş üzrə İddiaçı şagirdlər, ən əsası məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı etdiyi qeyri-etik davranış normaları səbəbindən, eyni zamanda məktəbdə oxuyan digər şagirdlərə və ümumiyyətlə məktəbin pedaqoji kollektivinə qarşı etmiş olduğu hörmətsizliklər səbəbindən ona bir neçə dəfə verilmiş intizam tənbehindən nəticə çıxarmayıb yenidən müəllim adına sığmayan əsaslarla şagirdə qarşı etmiş olduğu qeyri-etik davranışlarına görə məktəbin onu AR-nın ƏM-nin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarması qanuni, əsaslı və ədalətli olduğundan iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.
7. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X** izahatında göstərdi ki, müəllim təkcə məktəbin şagirdi Nərminə görə işdən aza edilməyib. Müəllimin müxtəlif vaxtları əhatə edən ərizə və töhmətləri var. İddiaçı deyir ki, Nisə xanımın korrupsiya əməllərindən xəbər tutmuş, bunu işıqlandırdığı üçün onu işdən azad etmişlər. Həmin məktəbdə Nisə müəllimə cəmi bir il işləyib, sonradan başqa məktəbə işləməyə getmişdir. Həmin məktəbdə sonradan Günel müəllimə direktor təyin olunmuş və sözügedən əmri imzalamışdır.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla m üəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırkı mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Əmək Məcəlləsi üzrə müəllimlərin etik davranış qaydalarına riayət edilmədiyindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı etiraf etmişdir ki, şagird özünə qapanan, psixoloji problemləri olan biridir. Bunu bilə-bilə müəllim məktəbin müvafiq məsul şəxslərinə bu barədə məlumat verməmişdir. Əksinə vəzifə səlahiyyətlərini aşaraq həmin şagirdlə müəllim-şagird münasibətlərini aşan y axınlıq etmişdir. İddiaçı həmçinin etiraf edir ki, şagirdin ona qarşı isti hislərinin olmasından xəbərdar olmuşdur. Buna baxmayaraq, müəllim bununla bağlı rəhbərliyi məlumatlandırmamış, əksinə şagirdə müəllimə aid olan yaxınlıq və qayğı göstərməyə davam etmişdir. Şagirdin psixoloji vəziyyəti ilə məşğul olmaq idman müəlliminin səlahiyyətlərini aşan məsələdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Nərminə Quliyevanın anasıdır. Qızı Nərmini məktəbin müəllimi Hüseyn müəllim maşınına mindirirdi. O, kiçik qızını məktəbdən götürməyə gedəndə ona bildirmişlər ki, məktəbin müdiriyyəti onu görmək istəyir və orada ona bildirdilər ki, qızı Nərminlə məktəbin müəllimi Hüseyn müəllim arasında sevgi yaşanır, onlar görüşürlər, söhbət edirlər, Hüseyn müəllim onun qı zı Nərmini maşınına oturdur, öpüşürlər, söhbət edirlər. Nərminlə sevgili olublar, Hüseyn müəllim qızına deyib ki, səni alacağam. Nisə müəllimə dedi ki, bununla bağlı videoçəkiliş var. O, polisdə ifadə verəndə ona heç bir təzyiq olunmayıb. Kamera çəkilişlərinə o, şəxsən baxmayıb, Nisə müəllimə dedi ki, kamera çəkilişləri var. Qızı Nərminin heç bir psixi problemləri yoxdur və olmayıb. Qızı Nərmin onunla birlikdə yaşayır. X26 müəllimin tərəfini saxlayır. İndi də onu müdafiə edir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*034/2024 nömrəli, 24 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim R. Qafarova) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində əsaslandığı hallar maddi hüquq normaları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflərin izahatlarından və işə əlavə edilən sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı vəzifə səlahiyyətlərini aşmış, şagirdlərlə aralarında olan müəllim şagird münasibətlərini düzgün idarə edə bilməmiş, şagirdi Nərminin psixoloji problemlərinin olduğunu bilə-bilə bu barədə məktəbin səlahiyyətli şəxslərinə məlumat verməmiş, dərslərə davamiyyətini pozan şagirdlə bağlı müvafiq tədbirlər görülməsi üçün addımlar atmaq əvəzinə bunun üçün ona şərait yaradaraq onu dəstəkləmiş, ən əsası həmin şagirdlə müəllim-şagird münasibətlərinin həddini kobud şəkildə pozan və aşan yaxın münasibət qurmuşdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, *86.*, *86.2, 300.*-ci, Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 88, *06.*, 2*7.3, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- *034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbdə 20*8-ci ildən fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. 24.**.2023-cü il tarixində qanunsuz və əsassız olaraq əmrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xitam verilərkən məktəbin 8-ci sinif şagirdi X*0 ilə “müəllimə yaraşmayan hərəkətlər” etdiyi qeyd edilmiş və bu əsas olaraq işdən azad edilmişdir. Bildirir ki, mək təbin 8-ci sinif şagirdi X*0 onun barəsində şikayət etmiş və şikayəti Suraxanı rayon Polis İdarəsində araşdırılmış və məlum olmuşdur ki, Nərminə qarşı o hər hansısa müəllimə yaraşmayan hərəkət etməmiş, ona qarşı hər hansı bir qanunsuz iş görməmişdir. Ondan başqa istintaqa məlum olmuşdur ki, Nərminin öz qardaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalması müəyyən olunmuş və o cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Bununla da, onun təqsirsizliyi sübuta yetirilmiş və məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa əmrinə xitam verən Nisə Fərəcovanın iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onun barəsində müvafiq araşdırmanın aparılması üçün Suraxanı RPİ cinayət işini ayıraraq Nisə Fərəcova barəsində işin aparı lması üçün materialı Suraxanı rayon Prokurorluğuna göndərmişdir. İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Nisə Fərəcova (yəni onun əmrini ləğv edən onsa şərböhtan atan şəxs) Nərmin Quliyevaya və onun anası Şahid təsir edərək İddiaçı barəsindən yalan ifadələrin verilməsini təşkil etmişdir, bu kim qanunsuz əməllər istintaq vaxtı müəyyən edilmişdir. (Bu barədə 6 may 2024- cü il tarixli Suraxanı rayon Pİ nin qərarını iş materiallarına əlavə edirəm, həmin qərarla tanış olduqda bütün bunlar məlum olacaqdır). İşlədiyi dövr ərzində heç bir nöqsanları olmamış, daim müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmişdir. Daim şagird müəllim və texniki heyət tərəfindən normal qarşılanmışdır. İşini layiqincə etmiş və işində daim məsuliyyətli olmuşdur. Əlavə olaraq bildirir ki, atası şəhid ailəsi statusundadır, ona, nə də ki ailəsinə yaraşmaz ki, kiminsə övladına digər bir formada baxaq və ya ona qarşı hər hansısa çirkin bir addım ataq. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Apelyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Bütün sübutları təqdim edir ki, 232 nömrəli məktəbin keçmiş direktoru Nisə Fərəcova onu qərəzli şəkildə işdən azad etmişdir və bundan başqa ona ləkə ataraq guya ki, 8-ci sinif şagirdi ilə müəllimə yaraşmayan hərəkətlər etmişdir, bunlara əsasən işdən azad edilmişdir, birinci instansiya məhkəməsinə bu işlə bağlı bir neçə dəfə yazılı və şifahi vəsatətlər verilmişdir ki, İddiaçı Nərminlə bağlı işdə təqsirsizdir, ona qarşı zərrə qədər bir addım atmamışdır, Nərmin öz doğma qardaşı tərəfindən cinsi istismara məruz qaldığına görə həssaslaşmış, psixologiyası pozulmuş, iradəsi zəifləmişdir. Nərminə qarşı qeyri-etik hərəkətlər edən onun qardaşı İbrahim olmuşdur, bu barədə Suraxanı rayon Polis İdarəsində istintaq hərəkətləri aparılmış və Quliyeva Nərminin qardaşı Quliyev İbrahim təqsirləndirilən şəxs qismində cəlb edilmiş və əməllərini etiraf etmişdir. Dəfələrlə birinci instansiya məhkəməsinə müraciət edirdi ki, məhkəmə sorğu versin polisə və hər şey aydın olacaqdı, ancaq bunu məhkəmə etməmiş və etmək istəməmişdir. Sonradan birinci instansiya məhkəməsində iş yekunlaşdıqdan sonra vəkil sorğu verərək Suraxanı RPİ-nin qəbul etdiyi 06 may 2024 cü il tarixli qərarı əldə etmiş, və hazırda da apelyasiya məhkəməsinə təqdim edir. Po lisin qəbul etdiyi qərarda hər bir detal açıq - aydın görünür və bunda məlum olmuşdur ki, X2* və onun anası məhkəmədə də dindirilən Şahid (Nərminin anası) yalan ifadələr vermişdir, bu da istintaqla müəyyən edilmişdir. Nisə Fərəcovada yalan ifadələr verməsi istintaqı aldatması, şahidə zərərçəkmişə təsir etməsi, onlara təzyiq etməsi sübuta yetirilərək cinayət işindən ayrılmış və ayrıca olaraq araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması tamamilə əsassızdır. Qeyd edir ki, məhkəmə ancaq təqdim edilmiş sübutlara əsaslanır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar saxtadır. 232 nömrəli məktəb sübutlar təqdim etmişlər, həmin sənədlər barədə ardıcıllıqla aşağıdakı məlumatı təqdim edir və ərizəyə qoşma olaraq əlavə edirəm. *. xx.xx.20 23-cü il tarixli X*5 tərəfindən verilmiş arayış imzalanmamışdır. 2. 3*.0*.20*9-cu il tarixli 30 nömrəli əmrdən çıxarış (Əzizova Məhluqə) imzalanmamışdır. 3. *9.**.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 4. **.*0.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 5. 30.09.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 6. 26.*0.20*8-ci il tarixli akt imzalanmamışdır. * nəfər imza etmişdir.
7. Bakı şəhər Təhsil idarəsinə Fərəcova Nisə tərəfindən göndərilmiş sənəd imzalanmamışdır. Bu siyahını daha da uzatmaq mümkündür. Bu kimi imzalanmamış sənədlərin məhkəməyə təqdim edilməsi özü özlüyündə cavabdehin nə qədər qanunsuz hərəkətlər etməsini sübut edir, qanunsuz olaraq məni işdən azad etməkləri bir kənara məhkəməyə də təqdim etdi kləri sənədlərin nə qədər əsaslı olması şübhə altındadır. Hesab edir ki, cavabdehin təqdim etdiyi sənədlər sonradan tərtib edilmişdir. Belə ki, o tarixlərdə işləmiş adamların adından sənədlər hazırlayaraq məhkəməyə təqdim etmişlər. Cavabdeh bu kimi hərəkətlərlə guya sübut etməyə çalışır ki, İddiaçı işinin öhdəsindən gələ bilmir və işləyə bilməz. Bu artıq cinayətdir. Bu qədər saxtakarlığı Rübabə Qafarova görmədi və ya görmək istəmədi. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar saxta sübutlardır! Belə nəticəyə gəlir ki, onda o da saxta və həqiqətə uyğun olmayan sübutlar təqdim etmiş olsa idi, iş xeyrinə yekunlaşardı. Tamamilə əsassız və qanunsuz yanaşaraq Rübabə Qafarova əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin saxta sübutlarına hüquqi don geydirmiş, onları mötəbər sübut hesab etmişdir. Rübabə Qafarova qərəzli olmuşdur, saxta sübutları qəbul etmiş və onları rəhbər tutmuş iddianı təmin etməmişdir. Şahid dindirilməsinə heç bir ehtiyac yox idi, zatən Bahar istintaqda ifadələr vermişdir ki, Nərmini və məni Nisə Fərəcova öyrədib və bizə yalan ifadələr verməyə İddiaçıə qarşı çıxmalarına təşviq etdiyini etiraf etmişlər. Məhkəmə Şahid kimi yalançı və böhtan atan bir şəxsi çağırıb dindirməklə çirkin niyyətə rəvac vermişdir. Bu qədər pozuntunu ört basdır etmək olarmı? Bundan başqa məhkəmə onlar tərəfdən təqdim edilmiş vəsatətlərin heç birinə münasibət belə bildirməmişdir. Məhkəmə bir sorğu ilə bu işi həll edə bilərdi və iddianın nə qədər əsaslı olmasını sübut edə bilərdi, ancaq bunu etmədi, Suraxanı rayon Polis idarəsinə sorğu verilməklə cinayət iş materiallarını al ıb öyrənmiş olmuş olsa idi, görəcəkdir ki, Şahid yalan ifadə verir, X23 Quliyevaya və Şahid təsir və təzyiq edir, X*7 yalan məlumatlar verir, bunlar hamısı ortaya çıxacaqdır, ancaq təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bunları etmək istəmədi. Bundan başqa məhkəmə əsassız qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamədə şikayətlərdən sonra 0* ay 0* günə yazaraq ona xx.xx.2024- cü il tarixində təqdim etmişdir. Birinci instansiya məhkəməsi, gəldiyi nəticə iş üçün mühüm əhəmiyyətli faktlar bir sıradır, bunlardan ən əsası isə İddiaçıin təqsirsiz olması və şər böhtanla, təzyiqlərlə işdən azad edilməsi olmuşdur, bu kimi qanunsuz hallar istintaqla müəyyən edilmişdir, ancaq məhkəmənin gəldiyi nəticədə bunları heç sayaraq əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iş üçün əhəmiyyətli olan hallardan biridə şahid ifadəsidir ki, iş üzrə dindirilmiş Şahid istintaqda etiraf etmişdir ki, Nisə Fərəcova ona təsir etmiş və o da onun istədiyi kimi ifadələr vermişdir, məhkəmədə isə tamamilə yalan və həqiqətə uyğun olmayan ifadələr səsləndirmişdir. Bu da özü özlüyündə şahidin nə qədər yalançı və böhtan atmasını ortaya qoyur, belə ki, şahidin ifadələri tamamilə bir birinin əksini ifadə etmişdir, məhkəmə bunu da nəzərə almamışdır, məhkəmə tamamilə sifarişli və göstərişli keçmişdir. Bu kimi hallar iş materialları ilə tanış olduqda öz əksini tapacaqdır. Bundan başqa məhkəmə hüquqi yardım göstərməli idi, bir neçə dəfə vəsatətlə çıxış etmişdir ki, istintaq orqanına sorğu ver, həqiqətlər ortaya çıxsın, ancaq hakim R.Qafarova bunu etmək istəməmişdir. Birinci instansiya məhkəməsi tərəfind ən, iş üçün əhəmiyyətli olan istintaqın araşdırması və sübutları qiymətləndirməsi kimi halları, birinci instansiya məhkəməsi görməzdən gəlmişdir, hətta cavabdehin saxta təqdim etdiyi sənədlərə, şahidin yalan və fərqli ifadələri, istintaqın İddiaçı qarşı olmaması Nərminin psixologiyasının pozulmasına onun cinsi istismara məruz qalması halları da sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olmuşdur, buna görə də iddia təmin edilməmişdir. İş üçün əhəmiyyətli olan hallar düzgün tətbiq edilmiş olsa idi, nəticə işin halların uyğun olmuş olardı, ancaq belə olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə hüquqa ziddir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verm işlər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*03)-473*/2024 nömrəli, *6 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinin yoxlanılması ilə bağlı şahidlərin təkrar dindirilməsini təmin etmiş və apardığı araşdırma üzrə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının üzərinə düşən əmək funksiyasını lazımi qaydada icra etməməsi iş materialları, şahid ifadələri, həmkarlar ittifaqı komitəsinin məktubu ilə təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı rəsmiləşdirilmə də əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır. Belə ki, iddiaçının izahatı alınmaqla hadisə araşdırılmış, müvafiq aktlar tərtib edilmiş, araşdırmanın nəticələrinə dair arayış tərtib edilmiş, Həmkarlar İttifaqı Komitəsinə təqd imatla müraciət edilmiş və komitənin qabaqcadan razılığı alınmış, qəbul edilmiş əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır.
20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç”, 80.2, *86.*-ci, Mülki Prosessual Məcəlləsinin *4.2, 48, 77.*, 8*, 2*8.3, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 20*4cü il 6 noyabr tarixli, */2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın 4.*.*, 4.*.2, 4.*.3, 4.*.4, 4.*.5, 4.*.6, 4.*.7, 4.*.8, 4.*.9, 4.*.*0, 4.*.**, 4.*.*2, 4.3.*, 4.3.2, 4.3.3, 4.3.4, 4.3.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun barəsində verilmiş intizam tənbehlərindən 3*.0*.20*9-cu il, *0.02.2020-ci il, 29.*2.2022-ci il tarixli tənbehlər Əmək Məcəlləsinə əsasən 6 aydan çox müddət keçdiyi üçün öz qüvvəsini itirmişdir və onların hər hansı bir əmrin qəbul edilməsinə əsas kimi götürülməsi və məhkəmədə istifadə edilməsi qanunsuz və əsassızdır. 27.**.2023-cü il tarixli, 239 saylı əmrdə guya əmək intizamı qaydalarına əməl etmədiyi və tapşırıqlarıqları vaxtında icra etmədiyinə görə müxtəlif vaxtlarda intizam tənbehi aldığım qeyd o lunmuşdur. Həmin tənbehlərə 3*.0*.20*9-cu il, *0.02.2020-ci il, 29.*2.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli intizam tənbehləri aiddir ki, həmin tənbehlər sonradan tərtib olunmuş və onun işdən azad edilməyi üçün istifadə edilmişdir. Belə ki, qeyd olunan intizam tənbehlərinin hər birində eyni qaydada izahat yazmaqdan imtina etdi sözləri qeyd edilmiş, məndən heç bir izahat alınmadan və tənbehlərlə tanış edilmədən saxta şəkildə sonradan tərtib olunmuş və üzərlərində qeyd olunan tarixlərə aid deyil. Halbuki Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə intizam tənbehləri tətbiq edilən zaman mənim izahatı alınmalı və həmin tənbehlərlə tanış edilməli idi.
23. Onun 232 saylı məktəbin direktoru olmuş X*3 ilə aralarında yaranmış mübahisələrin əsas səbəbi dərslərdə iştirak etməy ən şagirdlərə qaib yazmağı olmuşdur. Belə ki, bəzi şagirdlər var idi ki, həmin şagirdlər dərsdə iştirak etməsələr də, direktor X*3 həmin şagirdlərə qaib yazılmamasını tapşırmışdı. Lakin o bu hala öz iradını bildirərək, həmin şagirdlərin dərsə gəlməyəcəyi halda bu barədə davamiyyət jurnalında qeydlərini aparacağını bildirdi. Çünki şagirdlərin dərs vaxtında harada olmaları və başlarına gələ biləcək hadisələrdən narahat idi. Bu səbəbdən davamiyyət jurnalında daim qeydlərimi aparırdı. Bu hal isə 232 saylı məktəbin direktoru olmuş X8 xoş gəlmir və onun bu hərəkətini əmrə tabesizlik kimi hesab edirdi. Bu səbəbdən məktəb kollektivinin bir hissəsini ona qarşı qaldırmış və işdən azad olunmağı üçün hər bir vəziyyəti dəyərləndirmişdir. Qeyd olunan halı həm Suraxanı Rayon Məhkəməsi, həm də Bakı Apelly asiya Məhkəməsinə təqdim etdiyi davamiyyət jurnalının şəkilləri təsdiq edir.
24. İşəgötürən onun işdən azad olunmasını 8-ci sinif şagirdi Nərmin Quliyevaya qarşı müəllimə yaraşmayan hərəkətlər edilməsi ilə əsaslandırmışdır. Lakin bu hal hüquq mühafizə orqanları tərəfindən araşdırılmış və onun təqsirsizliyi sübuta yetirilmişdir. Göstərilən halı Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı təsdiq edir. Əlavə olaraq 8-ci sinif şagirdi Nərmin Quliyevaya qarşı edilmiş qeyri-etik hərəkətlərlə bağlı cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*0*)-*845/2024 saylı hökmü ilə X*2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *50.3.3-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hadisədə onun adının hallanması isə həmin dövrdə 232 saylı məktəbin direktoru olmuş X6 Suraxanı Rayon Polis İdarəsinə göndərmiş olduğu ərizə ilə bağlı olmuşdur. Belə ki, 232 saylı məktəbin direktoru olmuş X*3 ilə münasibətləri yaxşı olmadığı üçün 8-ci sinif şagirdi Nərmin Quliyevaya hədə-qorxu gələrək ərizə yazdırmış və həmin əsasla da onun işdən azad edilməsinə nail olmuşdur. Qeyd olunan halı X* Rayon Polis İdarəsində verdiyi izahatda etiraf etmişdir. Belə ki, cinayət işinin araşdırılması zamanı izahat verən zərərçəkmiş şəxs X*0 öz izahatında İddiaçı qarşı məktəbdə yazdığı ərizəni həmin dövrdə 232 saylı məktəbin direktoru olan X6 hədə-qorxusu ilə yazdığını bildirmişdir. Suraxanı rayon Polis İdarəsi tərəfindən *8.*0.2023-cü il tarixdə CM-nin *52.2-ci maddəsi ilə başlanmış cinayət işi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda onun təqsirsizliyi sübuta yetirilərək barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarda 232 saylı məktəbin direktoru olmuş X6 hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Əlavə olaraq Bakı Apellyasiya Məhkəməsində şahid qismində dəvət olunmuş X*0 öz ifadəsində ona qarşı edilmiş qeyri-etik hərəkətlərdə onu təqsirli bilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 2(*03)-473*/2024 saylı *6.*2.2024-cü il tarixli qətnamə qəbul edən zaman göstərilən hal nəzərə alınmamış və onun təqsirsizliyi sübuta yetməsinə baxmayaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunma barədə əmr qüvvə də qalmışdır. Halbuki, əmək müqaviləsinin ləğv edilməsinə əsas olmuş hal aradan qaxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X** tərəfindən etiraz ərizəsi məhkəməyə ünvanlanmış və iddiaçının Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2
7. Maddə 7*.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə 72 “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
29. Ma ddə *94.*. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
30. Maddə *94.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
31. Maddə *95 “b”. Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
32. Maddə 300.*. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
36. Maddə *096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa z iyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. Maddə *099.*. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
39. Maddə ***8.*. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən z ərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 4*6.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 4*8.3. Prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
50. Azərbaycan Respublikasının MPM-nin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin *4, 77, 88, 2*7 və 2*8-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
53. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 2(*03)-473*/2024 nömrəli, *6 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.