Məhkəmə qərarları › İş №2(102)-1342/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1342/2025

13.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1342/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı mülki iş QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən-mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, evdən və torpaqdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2000/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəmkir rayonu, Sabirkənd kəndində 0,31 hektar torpaq sahəsində yerləşən, 115,9 kv.m sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətində olmuş, 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X5 mülkiyyət hüququ olmuşdur.

2. Əmlak məhkəmənin icra sənədi əsasında açıq hərraca çıxarılmış, ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyənləşdirilmiş, İddiaçı hərracın qalibi olmuş, əmlakın sonuncu qiyməti olan 35.350 manat pulu ödəyərək əmlakı əldə etmişdir.

3. X3 hərrac üzrə xidmət haqqı və ona aid olan ƏDV-ni ödəmiş, ödəniş məbləği cəmi 2085,65 manat olmuşdur. 115.9 kv.m ibarət olan ünvan 1 kəndindəki 0.31 ha torpaq sahəsində yerləşən əmlakın sahibi çıxarış əsasında İddiaçıdur.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X7 ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.31 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müvafiq qətnaməsi ilə mərhum X1 miras qalmış əmlaka iddiaçı və cavabdehlər vərəsə tanınmışlar. Bundan sonra ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onların paylı mülkiyyəti olaraq qeydə alınmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-95 1/2021 saylı 30 iyun 2021ci il tarixli qətnaməsi ilə 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi X4 adına Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydə alınmış, həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X6 verilməsi qət edilmişdir və qətnamə qanuni qüvvəsini almışdır.Bundan sonra 26 sentyabr 2023-cü il tarixli 234/23 nömrəli Hərrac Yekunları barədə Protokola əsasən həmin əmlakın sonuncu hərracda alış qiyməti 35350 manat olaraq müəyyənləşdirilmişdir. Daha sonra digər payçıların payına düşən 10047 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, hazırda iddiaçı məhkəmə qətnaməsi ilə hərracdan satılması qərara alınmış əmlakı hərracda alaraq cavabdehlərin payına düşən pul vəsaitini ödəmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək hazırda tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxmaqdan yayınır. Belə ki, cavabdeh qızını evləndirdikdən sonra evdən çıxacağını bildirmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(076)-1265/2024 nömrəli qətnaməsi ilə (hakim-Həvayət Məhəmmədi) iddia təmin edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 115.9 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tərəflərin pa ylı mülkiyyətində olmuş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh və 1/6 hissəsinin X6 verilməsi qət edilmişdir. Bundan sonra mübahisəli fərdi yaşayış evi açıq hərracda satışa çıxarılan zaman əmlakın satış qiyməti 35350 manat müəyyən edilmiş, Cavabdeh 1/6 hissə və X4 4. 1/6 hissə paylarının əvəzi (5891,6+5891,6, cəmi 11783 manat) iddiaçı tərəfindən ödənilərək (beh kimi 1750 manat+10036 manat) Hərrac Yekunları barədə protokol əsasında alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsa s olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin1-ci hissəsinə və 29-cu maddəsinin 2-ci hissəsinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qızı Elza Sadıqova ilə birlikdə uzun illərdir mübahisəli evdə yaşayır və həmin mülkdə hər birinin 1/6 hissə mülkiyyət payları olmuşdur. Məhkəmə qətnaməsinə əsasən əmlak açıq hərracdan satılmış və qızı Elza Sadıqova ilə hər birinə əmlakdakı paylarının əvəzinə 5891,6 manat, ümumilikdə 11783 manat vəsait verilmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə ona görə razılaşmamışdır ki, mübahisəli mülkdə paylarına düşən hissənin satılmasına görə onlara pul vəsaiti ödənilsə də, lakin yaşayış sahəsi sayılan həmin əmlakdan istifadə hüquqları vardır və istifadə hüququna xitam verilməsi üçün onlara müvafiq kompensasiya ödənilməlidir. Çünki, mübahisəli mülkdən başq a yaşayış sahələri yoxdur.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2000/2024 nömrəli, 26 noyabr 2024-cü il qətnaməsi ilə (hakimlər:İslam Həsənov-sədrlik edən və məruzəçi, Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, paylı mülkiyyətdə olan ünvan 1 kəndində yerləşən 0,31 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115,9 kv.m ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması nəticəsində cavabdeh tərəf əmlakdakı mülkiyyət payını itir mişdir. Hərracdan əldə edilmiş pul vəsaiti isə itirilən paylı mülkiyyət hüququnun kompensasiyasıdır.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh əmlakın açıq hərracdan satılmasının qanunsuz olması barədə arqumentlər irəli sürsə də, lakin nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan ev tam həcmdə iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçının mübahisəsi gedən əmlaka tam həcmdə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli 243/23 nömrəli hərracın yekunları barədə protokol əsasında yaranmışdır. Hazırkı məqamda xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol hüquqi qüvvədə olduğundan həmin sənəd əsasında iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın da həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin himayəsindəki yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mübahisəli mülkdə mülkiyyətçinin iradəsi əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət 10. edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin hallarından göründüyü kimi, Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmayan övladının hər birinin mübahisəli əmlaka 1/6 hissə mülkiyyət payları olmuş və bu əsasla da əmlaka sahiblik və istifadə hüquqlarını həyata keçirtmişlər. Sonradan məhkəmə qətnaməsi əsa sında mübahisəli mülkün açıq hərracdan satılması nəticəsində isə onlar əmlakdakı mülkiyyət paylarını itirmişlər. Cavabdeh tərəfin mübahisəli mülkə sahiblik və istifadə etmələrinə əsas sayılan mülkiyyət paylarına xitam verildiyindən artıq onların mübahisəli mülkdən istifadə hüquqları da saxlanılmır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, həmçinin Mülki Məcəllənin 152.1 və 157.2, 157.4, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xa hiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onun və qızının mübahisəli mülkdən başqa yaşayış yerləri yoxdur. Hazırda iddiaçı onun və qızını qanunsuz olaraq yaşadığı mənzildən məhrum etmək istəyir. Cavabdeh qeyd etmişdir ki, məhkəmələr tərəfindən mülki iş düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. İddiaçı tərəfindən onların mülkiyyət hüququna xitam verilməsinə görə pul ödənilsə də, istifadə hüququna xitam verilməsinə görə pul ödənilməmişdir. Ona görə də cavabdeh qeyd etmişdir ki, hazırkı iş üzrə iş materiallarında olan sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Maddi hüquq pozuntusu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 43, 60, 71, 127,129-cu maddələrinin, M M-nin 152-ci maddəsinin, MPM-in 88, 217-ci maddələrinin pozuntusuna istinad edilmişdir. 19. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz verilərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

24. Maddə 29 (hissə 2). Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan is tifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda 25. götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakç ılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

33. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

34. Kassasiya şikayətində qeyd edilmiş maddi hüquq pozuntuları belə əsaslandırılır ki, iddiaçı tərəfindən ona və qızına ümumi paylı mülkiyyətdə olmuş əmlaka mülkiyyət hüququna xitam verilməs inə görə pul ödənilsə də, istifadə hüququna xitam verilməsinə görə kompensasiya ödənilmədiyindən istifadə hüququ xitam olunmamışdır.

35. Kollegiya kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İstifadə hüququ mülkiyyət hüququnun tərkibinə daxil olan 3 hüquqdan biridir. Mülkiyyət hüququna xitam verilməsi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına xitam verilməsi ilə nəticələndirindən cavabdehin və qızının Şəmkir rayonu, Sabirkənd kəndində 0,31 hektar torpaq sahəsində yerləşən, 115,9 kv.m sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi ya şayış evi üzərində istifadə hüququ qalmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

36. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(104)-2000/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar