Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1344/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 (hazırda “Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gennadyevnaya və X2rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü, mübahisələndirilən hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X5, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7987/2020 nömrəli iş üz rə xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 Gennadyevna tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı «kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-487/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7927/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il t arixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov) cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi şikayət vermiş şəxsə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2221/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və İ.Xələfov) cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 (bundan sonra – cavabdeh) tərəfindən birinci instans iya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət həmin qətnamədən X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. Apellyasiya şikayəti üzrə qəbul edilmiş məhkəmə aktları a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-14766/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsi qətnaməsinin surətini rəsmi qaydada almasa da, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılanda məhkəmə iclasları barədə məlumatlı olmuşdur. Belə ki, mülki işin 254 və 294-cü vərəqələrində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsində 24 iyul və xx xxxxxx 2018-ci il tarixlərdə keçirilən məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin cavabdehin apellyasiya şikayəti xx xxxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 360-cı maddəsində müəyyən olunan 1 aylıq müddət ötürülməklə verilmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X6 tərəfindən verilmiş apellyasiya şikayətini n dəlilləri ilə hazırkı apellyasiya şikayətinin dəlilləri də eynidir. Beləliklə, məhkəmə MPM-nin 366.2-ci maddəsini rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya instansiya məhkəməsinin 2(102)-4611/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və Ə.Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin tələblərinə uyğun deyildir. Belə ki, MPM-ni n 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunan normada qətnamədən şikayət verilməsinin prosessual qaydası müəyyən edilmiş, qətnamədən apellyasiya şikayətinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi təsbit edilmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən onun iş üzrə digər cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılan zaman məhkəmə iclasları barədə məlumatlı olmasına istinad etmişdir. Lakin qanunun istinad edilən normasının tələbindən görünür ki, prosessual qanunverilikdə qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin, qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə digər cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılan zaman cavabdehin məhkəmə iclaslarından məlumatlı olması ona məhkəmə qətnaməsinin rəsmi qaydada verilməsi kimi qəbul edilə bilməz. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7987/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şika yətinin dəlilləri digər cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir (hər iki apellyasiya şikayətində ipotekanın ilkin satış dəyəri mübahisələndirilmiş, təkrar ekspertiza təyin olunması zəruri hesab edilmiş, həmçinin digər məhkəmə qərarının olması əsası ilə iş üzrə icraata xitam verilməli olması göstərilmişdir). İşə apellyasiya qaydasında baxan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına istinad edərək belə nəticəyə gəlmişdir ki, məhkəmə aktlarının bir tərəfin apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanı lmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya (həmçinin, kassasiya) şikayətinin dəlilləri araşdırılmış, şikayət təmin olunmamışdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi əvvəllər eyni əsaslar üzrə digər cavabdeh X3 verdiyi apellyasiya şikayəti üzrə (mübahisələndirilən hissədə) yoxlanıldığından cavabdehin qətnamədən analoji hissədə olan apellyasiya şikayəti mümkün sayıla biliməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata götürülməsinin mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh nə birinci instansiya məhkəməsinin, nə də ki apellyasiya instansiyası məhkəməsinin prosesləri barədə məlumatlı olmamış, məhkəmə müdafiəsi hüququndan tamamilə məhrum olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə MPM-nin 420-ci maddəsinin tələbini pozaraq kassasiya instansiya məhkəməsi tərəfindən verilmiş göstərişlərə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dai r» xx xxxxxxx 2020-ci il tarixli qərardadını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəmə sinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq MPM Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadı Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır (bənd 41). Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, k assasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir (bənd 42). Məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə cəkdir (bənd 59). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, cavabdeh X6 mülki iş üzrə borclu, Cavabdeh2 isə zamin və ipoteka qoyandır. Birinci instansiya məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borcun borcludan və zaminlərdən birgə qaydada tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin olaraq X6 apellyasiya şikayəti vermiş və onun şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin qanun iliyi və əsaslılığı borcun məbləği və ipoteka predmetinə tutma yönəldilməsi hissəsində yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, MPM-in 372.6-cı maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadının 59-cu bəndində ifadə edilmiş hüquqi mövqelərə görə mübahisələndirilən hissə şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilibedilməməsindən asılı olmayaraq, şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən edilməlidir. İş üzrə xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, şikayətdə qətnamənin ləğvi xahiş edilsə də, şik ayətin dəlillərindən görünür ki, o da qətnaməni eyni dəlillərlə və eyni hissədə mübahisələndirmişdir. Halbuki adı çəkilən Qərarın 41-ci maddəsində də qeyd olunduğu kimi məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadla şikayəti qeyri-mümkün hesab edərkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Eyni zamanda Kollegiya qeyd edir ki, həmin qərardadla hazırkı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada birinci instansiya məhkəməsinin özünə aid olan və yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılmamış hissələrindən apellyasiya şikayəti vermək hüququndan məhrum etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Gennadyevna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7987/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1344/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1344/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver