Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1344/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, yalan əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu, (məruzəçi) Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5169/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cava bdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2192/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 425-446 (İİ cild); link: https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=80fb2c1d8 0a54504a8906342ab1cf748.edoc). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelly asiya instansiyası məhkəməsi) 2(103)-5169/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), C.C.Musayeva və G.T.Axundova) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-898/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
2. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, həmçinin kassasiya instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə almaqla hеsаb etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
3. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı oğlu ilə 2021-ci ilin sentyabr ayından əvvəl tanış olaraq müna sibətlər qurmaları apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İŞ-nin icraatında olan ********* saylı cinayət işinin materiallarının surətləri ilə təsdiq edilir. Həmin sənədlərə əlavə edilmiş, cavabdehin 2022-ci ilin iyun ayında Nizami rayon prokurorluğuna yazdığı əlyazma formasında olan şikayət ərizəsinin ilk cümləsində göstərilmişdir: «Yazıb Sizə bildirirəm ki, 2021-ci ilin fevral ayında tanışım Rövşən Əmirxanovun vasitəsilə...Sadıqovla tanış oldum» Sonradan bu ərizəsi ilə əlaqədar Polis İdarəsində kompüterdə yazılmış izahatında da, o, X1 ilə 2021-ci ilin yay aylarından tanışlığı olmasını göstərmişdir.
4. Məhkəmə hesab etmişdir ki, hazırkı halda sənəd üzərində müqavilə tərəfləri Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi olsa da, so nuncu, əslində müqavilə tərəfi kimi deyil, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan müqaviləni rəmiləşdirmişdir. Belə ki, yeni tikilən binalarda mənzillərin dövlət reyestrində qeydə alınmaması səbəbindən, insanlar arasında belə mənzillərin başqa şəxsə satılmasının məhz göstərilən qaydada həyata keçirilməsi işgüzar adət kimi təşəkkül tapmışdır. Yəni, mənzilini satmaq istəyən şəxs birbaşa olaraq mənzilin satışını həyata keçirə bilmədiyindən, həmin mənzilə dair MTK ilə aralarında bağlanan müqavilə üzrə mənzildən imtina edir və digər şəxslə MTK arasında yeni müqavilə bağlanır. Bu durumda faktiki olaraq MTK alqı-satqının tərəfi kimi deyil, onun rəsmiləşdirilməsinin vasitəçisi kimi çıxış edir. Belə hallarda nə MTK mənzili satana ödədiyi pulu qaytarmır, nə də yeni alıcı həmin məbləği MTK-ya ödəmir (yəni hər hansı bir qazanc əldə etmir). Alan şəxs mənzilin dəyərini öz müqaviləsindən onun xeyrinə imtina edən şəxsə ödəyir. Həmin müqavilə isə qeyd edildiyi kimi, satıcının MTK və ya MMC olması anlamına gəlmir. Yəni bu əqd etibarlı əqd kimi hesab edilsəydi belə, əqd nəticəsində faydalanan şəxs MTK deyil, İddiaçı olmalı idi – hansı ki, İddiaçı mənzilin satışından hər hansı pul vəsaiti əldə etdiyi müəyyən olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən əqd Cavabdeh1 və Rövşən Əmirxanov arasında yaranması planlaşdırılan birgə biznes fəaliyyəti ilə əlaqədar Cavabdeh1 qoyacağı sərmayəni təminat altına almaq məqsədilə bağlanmışdır. Hazırkı işdə pərdələnən əqd tərəflərin gələcək birgə biznes fəaliyyəti və qanunsuz yolla tenderin udulması barədə gəldikləri razılaşmadır. La kin əslində nəzərdə tutulan münasibətlər qanunsuz fəaliyyətin elementlərini özündə əks etdirdiyinə görə həmin əqdin qaydalarını hazırkı işə tətbiq etmək mümkün deyildir.
6. Məhkəmə qeyd etmişdir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün birinci instansiya məhkəməsi onları haqlı olaraq mötəbər sübut kimi qiymətləndirmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnamədə əsaslandırılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin evin pulunun İddiaçı MTK-nın ofisində verilməsi, maliyyə arayışının alınması, iddiaçı ilə müqavilədən əvvəl heç bir münasibətinin olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər şikayət müəllifinin subyektiv mülahizələri olmaqla heç bir mötəbər sübutlarla təsdiqini tapmır, əksinə işin araşdırılmış və diqqətəlayiq mühüm məqamları ilə təkzib olunur.
8. Məhkəmə Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "Azor İnşaat” MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladakı evin Cavabdeh1 adına keçirilməsi barədə faktların Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapması ilə bağlı qeyd etmişdir ki, həmin qətnamə qanuni qüvvəsini almamaqla, həmin iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında müəyyən anlaşmalar səbəbindən sonuncu iddiadan imtina etdiyi üçün ləğv olunsa da, Şahid5 yenidən Cavabdeh1 tərəfindən aldadılğını göstərər ək, işin icraatına xitam verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadını kassasiya qaydasında mübahisələndirmişdir. Cavabdeh qeyd edilən qətnamənin qanuni qüvvəsini almadığı halda məhkəmənin həmin qətnamə ilə müəyyən edilmiş hallara istinad edilməsini qanunsuz saysa da, apellyator özü də dəlillərini əsaslandırmaq üçün məhz həmin qətnamənin bəzi məqamlarına istinad etmişdir. Halbuki, apellyatorun bu dəlilləri onunla iddiaçının oğlu arasında işbirliyinin mövcuduğunun təsdiqidir.
9. Məhkəmə apellyasiya şikayətinin, iddiaçının oğlunun cavabdehin 174200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının oğlu iddia ərizəsi verilənd ən sonra birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak etmişdir. Tender barədə iş materiallarında heç bir sübut olmasa da, bu əsasla iş görmək adı ilə mənzilə dair alğı-satqı müqaviləsinin formal bağlanmasına dair kifayət qədər sübutların olmasına birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir.
10. Cavabdehin həqiqətən də mənzili qanuni əsaslarla əldə etdiyi halda və bu əmlakına sahib olmaq niyyəti olduğu təqdirdə onun iddiaçının həmin evdən çıxarılmasına dair iddia qaldırmaması və yaxud bununla bağlı iddiaçı tərəfə hər hansı formada xəbərdarlıq etməməsi, hətta iddiaçının oğlu ilə yazışmalarında belə evin boşaldılması, təhvil verilməsi ilə əlaqədar iradlarının göstərilməməsi tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin həqiqi niyyətlə deyil, görünüş üçün bağ lanmasının təzahürüdür.
11. İddia ərizəsi verilməmişdən əvvəl bayram münasibətilə whatsapp proqramı ilə bir-birinə təbrik mesajlarının göndərilməsi barədə faktın mövcudluğu özü-özlüyündə tərəflər arasında səmimi münasibət olmaqla (davam etməklə) iddiaçı tərəfin qaldırdığı iddianın əsassız olmasına qətiyyən əsas yaratmır. İşin faktiki və həqiqi araşdırılmış halları iddiaçının adına olan mənzilə dair alğı-satqı müqaviləsinin görünüş üçün və formal bağlanmasını təsdiq edir.
12. Apellyator şikayətində alğı-satqı müqaviləsinin real olmasını göstərərək, bu dəlilini müqavilənin notarial qaydada təsdiqlənən zaman tərəflər iradə ifadələrini və razılıqlarını bildirmələri, payların satıcıdan alıcıya keçməsi və satıcının payın dəyərini aldığını imzası ilə təsdiqləməsi ilə əsaslandırmağa çalışmış və bu na ən mötəbər sübut kimi məhz iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələri qeyd etmişdir. Məhkəmə qeyd olunan dəlillə bağlı göstərmişdir ki, cavabdehin bu dəlilləri o halda əsaslı və inandırıcı sayıla bilərdi ki, onun mənzilin dəyərini şəxsən, əlbəəl və şahidlərin iştirakı, eləcə də, buna dair sadə yazılı formada aralarında yazılı sənəd tərtib etməklə pulu İddiaçı verilməsini sübut edə bilsin. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh buna dair konkret, tutarlı və mötəbər sübut təqdim etməmişdir. İş üzrə iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələrin də məhz görünüş üçün tərtib ediləcək alğı-satqı müqaviləsinin inandırıc ı olması məqsədi ilə verdikləri öz təsdiqini tapmışdır.
13. Həmçinin mübahisəli mənzil dövlət reyestrində qeydə alınmadığından borcun təminatını qanuna uyğun olaraq ipoteka müqaviləsi bağlamaqla həyata keçirmək mümkün olmamışdır.
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək və işin araşdırılmış hallarına əsasən hesab etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsinin olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına tam uyğundur.
15. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla müəyyən etmişdir ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulduğuna görə daşınmaz əmlakın təminat kimi formal olaraq Cavabdeh1 adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK-ya ödənilməmiş, Rövşən Əmirxanov ilə Cavabdeh1 arasında iş birliyi qurulması adı ilə sonuncu Rövşənin qohumuna məxsus Zaqataladakı evi və "Azor İnşaat” MMC-yə payı (alğı-satqı yolu ilə) əldə etmişdir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 340, 390.1 və 405.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti əvvəlki şikayətin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki tərkibin qərarında ifadə edilmiş dəlilləri və əsasları təkrarlamış, yenidən Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edilmiş, kasasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin qərarında ifadə edilmiş göstərişlər yerinə yetirilməmişdir. Qətnamə MPM-in 372-376-ci maddələrinə zidd olmaqla, maddi və prosessual hüquq normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə ziddir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nətic ələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
25. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.
40. Belə ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin hüququn tətbiqi ilə bağlı göstərişlərini nəzərə alaraq, sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq yenidən qiymət vermiş, işin hallarını müəyyən edən sübutları mötəbər hesab etməsi ilə bağlı mövqeyini əsaslandırmış, apellyasiya şikayətinin dəlillərini əsaslandırılmış qiymət vermişdir. Bu baxımdan sadəcə apellyasiya instansiyası məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılması barədə eyni nəticəyə gəlməsi MPM-in 372-376 və 420-ci maddələrinin pozuntusu hesab edilə bilməz.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5169/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.