Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1346/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1346/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdehlər x2, x3, x4 və x5 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlаx Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(039)-1006/2017 saylı qətnaməsi ilə (hаkim V.Məlikov) iddiа tələbi təmin edilərək, iddiaçı x1nun ünvan 3 ünvanda yerləşən və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏD RX-nin RX seriyаlı ******* №-li çıxarışla mülkiyyətində olan 0,6659 ha torpaq sahəsinin 1,2 kv.m hissəsindən cavabdeh x5, 46,6 kv.m hissəsindən x4, 11,35 kv.m hissəsindən x3, 13,3 kv.m hissəsindən isə x2nun çıxarılmаsı, həmin torpaq sahəsi üzərində qanunsuz tikililərin sökülməsi, cavabdehlərdən müştərək qaydada 60 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası ƏMDK-nin yanında Kadastr və Ünvan Reyestr Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-44/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Quliyev, M.Əsədli və M.İsayev) Yevlаx Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(039)-1006/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərə aid edi lmişdir. Cavabdehlər x2, x3, x4 və x5kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-44/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər ünvan 1-da yaşayan x2, ünvan 2-da yaşayan x3, ünvan 5-da yaşayan x4, ünvan 4-də yaşayan x5 ona məxsus olan ünvan 3-da yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX N-0990557 saylı çıxarışla mülkiyyətində olan 0,6659 ha torpaq sahəsindən dərhal çıxarılmalarını və həmin torpaq sahəsinin üzərində olan qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tər-tər rayon Bəyimsarov Bələdiyyəsinin 10.10.2004-cü il tarixli qərarı ilə onun mülkiyyətinə 0,69 ha torpaq sahəsi verilmişdir. Uzun məhkəmə proseslərindən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX N-0990557 saylı çıxarışla 0,6659 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Onun mülkiyyəti xüsusi mülkiyyət olmaqla ünvan 3-da yerləşir. Həmin mülkiyyətin texniki pasportu tərtib edilmiş, torpaq sahəsinin plan və ölçüsü hazırki vəziyyətinə əsasən tərtib edilmişdir. ünvan 1-da yaşayan x2, ünvan 2-da yaşayan x3, ünvan 5-da yaşayan x4, ünvan 4-də yaşayan x5 ona məxsus olan torpaq sahəsini zəbt edərək, orada qanunsuz tikinti işləri aparmış və orada fəaliyyət göstərirlər. Cavabdehlər əldə etdiyi çıxarışlardan sui-istifadə edərək, ona məxsus olan torpaq sahəsinə daxil olmuş, bilərəkdən, düşünərəkdən mülkiyyətində olan torpaq sahəsini, zor gücünə zəbt edərək, orada qanunsuz tikinti işləri aparmışlar. O, cavabdehlərin həmin tikinti işlərini orada apararkən qəti olaraq onlara etiraz etmiş, dövlət orqanlarına müraciət etmiş, bundan sonra da uzun bir müddətdir ki, məhkəmə müstəvilərində qanuni hüquqlarının ədalətli həllini tələb etmişdir. Bu barədə çoxsaylı məhkəmə qətnamələri mövcuddur. O, bu insanların qanunsuz hərəkətləri ilə bağlı qanuni əmlakını tələb edərkən, çıxarışını tələb edərkə n süründürməçiliyin edilən qanunsuzluğun nəticəsində mülkiyyətinə dair çıxarışı çox çətinliklə əldə edə bilmişdir. Bu özbaşınalığa görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinə qarşı dəfələrlə cərimə cəzaları tətbiq edilmişdir. Ona məxsus olan mülkiyyəti hazırki cavabdehlərin, qanunsuz istismarındadır. Cavabdehlər ünvan 1-da yaşayan x2, ünvan 2-da yaşayan x3, ünvan 5-da yaşayan x4, ünvan 4-də yaşayan x5 ona məxsus olan ünvan 3-da yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX N-0990557 saylı çıxarışla mülkiyyətində olan 0,6659 ha torpaq sahəsindən dərhal çıxarılmalarını və həmin torpaq sahəsinin üzərində olan qa nunsuz tikilinin sökülməsinin qanuni və əsaslı hesab edir. Odur ki, iddia tələbi təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x2, x3, x4 və x5 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-44/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 628 saylı 27 fevral 2017-ci il tarixli arayışından görünür ki, x1 ünvan 6-də yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, H.Əliyev prospekti 106-da yerləşən 1190.2 kv.m ümumi sahəsi 0,6659 hektar torpaq sahəsi 14 fevral 2017-ci il tarixdən x1nun xüsusi mülkiyyətindədir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-453/2015 saylı 04 iyun 2015-ci il tarixli qərarının surətindən görünür ki, **********26 reyestr nömrəli, hüquq sahibi x1 yazılan 03.03.2015-ci il tarixdə tərtib edilən, 0,6659 ha torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv olunmuş, Tərtər rayon Bəyimsarov bələdiyyəsinin 10.10.2014-cü il tarixli 10 nömrəli qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının cizgisində göstərilən sərhəd daxilində 0,6659 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin yenidən hazırlanması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarənin üzərinə qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1350/2015 saylı 10 dekabr 2015-ci il tar ixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 avqust 2015-ci il tarixli, 2-1(107)-232/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestri xidmətinin **********03 saylı 19 iyun 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı x1nun ünvan 3 yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,6659 ha torpaq sahəsindən, cavabdehlər x5 tərəfindən 0,00012 ha (1.2 kv.m), x4 tərəfindən 0.00466 ha (46.6 kv.m), x3 tərəfindən 0,001135 ha(11.35 kv.m) zəbt edilmişdir. x2nun istifadə etdiyi 0.0082 ha torpaq sahəsinin 0.0041 ha hissəsi **********41 nömrəli çıxarışla öz mülkiyyətindədir. Hər iki mülkiyyətçi tərəfindən ayrı-ayrılıqda 0.00133 ha(13.3 kv.m), cəmi 0,00266 (26.6 kv.m) sahə zəbt edilmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN 0687 kod 61100028 nömrəli dövlət aktı ilə, Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə x1nun mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsi ilə Yevlax Bələdiyyəsinin mülkiyyətində olan 0,0421 ha və cavabdeh şəxslərə RX ******* nömrəli çıxarışla x2na verilmiş 0,004154 ha, RX0087401 nömrəli çıxarışla, x5na verilmiş 0,0042 ha, RX ******* nömrəli çıxarışla x3na verilmiş 0,004076, RX ******* nömrəli çıxarışla x4na verilmiş 0,00374 ha torpaq sahələri üst-üstə düşmür. x2nun, x5, x3nun, x4nun tikdirdikləri binaların yerləşdiyi və faktiki istifadə etdikləri torpaq sahələrinin müəyyən hissəsi x1 mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpağın mülkiyyət hüququna dair JN 0687 kod 61100028 nömrəli, Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin 19.10.2004-cü il tarixli 10 saylı qərarı ilə x1nun mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsi və 08.02.2012-ci il tarixdə 04 nömrə ilə dövlət torpaq kadastr kitabında qeydə alınmış AN ******* nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən x6 məxsus olan 1000 kv.metr torpaq sahələri qeyd edilən sənədlərdə göstərilən ölçülərə həmin torpaq sahələrinin naturada koordinatları uyğundur, ümumilikdə mülkiyyətçi x1 məxsus torpaq sahəsinin ölçüləri faktiki olaraq naturada yerində mövcuddur. İddiaçı x1 tərəfindən Yevlax bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi zəbt edilməmişdir. x1 mülkiyyətə verilmiş 0,69 ha torpaq sahəsindən faktiki istifadənin sərhədləri JN 0687 kod 61100028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı sərhədlə ölçüdə eynilik təşkil edir. JN 0687 kod 61100028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən x1 ona məxsus torpaq sahəsinin şimal-şərq hissəsində yerləşən 0,05 hektar torpaq sahəsinin əvəzində digər 0,0421 ha bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşdə olan arayışdan görünür ki, Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2018-ci il tarixli, 21122 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mütəxəssis rəyinin məluma tlarından məlum olur ki, iddiaçı x1nun ünvan 3 yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,6659 ha torpaq sahəsinin cavabdehlər x5 tərəfindən 0.00012 ha (1.2kv.m), x4 tərəfindən 0.00466 (46.6 kv.m), x3 tərəfindən 0.001135 (11.35kv.m) istifadə edildiyi müəyyən edilmişdir. x2nun istifadə etdiyi 0.0082 ha torpaq sahəsinin 0.0041 ha hissəsi **********741 nömrəli çıxarışla öz mülkiyyəti, 0.0041 ha hissəsi **********40 nömrəli çıxarışla x7 mülkiyyətində olduğu, hər iki mülkiyyətçi ayrı-ayrılıqda 0.00133 ha (13.3 kv.m), cəmi 0.00266 ha (26.6 kv.m) sahəni istifadə etdikləri müəyyən edilmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN 0687 kod 61100028 nömrəli dövlət aktı ilə Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyab r 2004-cü il tarixli 10 saylı qərarı ilə x1nun mülkiyyətinə verilmiş 0.69 ha torpaq sahəsi ilə Yevlax bələdiyyəsinin mülkiyyətində olan 0,0421 ha və cavabdeh şəxslərə RX ******* nömrəli çıxarışla x2na verilmiş 0,004154 ha, RX ******* nömrəli çıxarışla, x5na verilmiş 0,0042 ha, RX ******* nömrəli çıxarışla x3na verilmiş 0,004076, RX ******* nömrəli çıxarışla x4na verilmiş 0,00374 ha torpaq sahələrinin üst-üstə düşmədiyi, x2nun, x5na, x3nun, x4nun tikdirdikləri binaların yerləşdiyi və faktiki istifadə etdikləri torpaq sahələrinin müəyyən hissəsinin x1nun mülkiyyətinə verilmiş 0.69 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpağın mülkiyyət hüququna dair JN 0687 nömrəli (kod ********) Dövlət Aktı ilə, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19.10.2004-cü il tarixli 10 saylı qərarı ilə x1nun mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsi və 08.02.2012-ci il tarixdə 04 nömrə ilə dövlət torpaq kadastr kitabında qeydə alınmış AN ******* nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən x6 məxsus olan 1000 kv.metr torpaq sahələri qeyd edilən sənədlərdə göstərilən ölçülərə həmin torpaq sahələrinin naturada koordinatlarının uyğun olduğu, ümumilikdə mülkiyyətçi x1 məxsus torpaq sahəsinin ölçülərinin faktiki olaraq naturada yerində mövcud olduğu müəyyən edilmişdir. Torpağın mülkiyyət hüququna dair JN 0687 nömrəli kod 61100028 Dövlət Aktı ilə, Tərtər rayonu Boyimsarov bələdiyyəsinin 19.10.2004-cü il tarixli 10 saylı qərarı ilə x1nun mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsi yerləşən 112 ha ərazi Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi ra yonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21,04,2006-cı il tarixli, 96-İİİ Q nömrəli Qanunu ilə Tərtər rayon Bəyimsarov bələdiyyəsindən Yevlax bələdiyyəsinə verildiyi müəyyən edilmişdir. İddiaçı x1 tərəfindən Yevlax bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin istifadə edilmədiyi müəyyən edilmişdir. x1 mülkiyyətə verilmiş 0,69 ha torpaq sahəsindən faktiki istifadənin sərhədləri JN 0687 kod 61100028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı sərhədlə ölçüdə eynilik təşkil etdiyi müəyyən edilmişdir. JN 0687 kod 61100028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən x1 məxsus torpaq sahəsinin şimalşərq hissəsində yerləşən 0.05 hektar torpaq sahəsinin əvəzində digər tərəfdən 0.0421 ha bələdiyyə mülkiyyət inə məxsus torpaq sahəsini istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1nun mülkiyyətində olan 0,6659 ha torpaq sahəsinin 1,2 kv.m hissəsi x5, 46,6 kv.m hissəsi x4, 11,35 kv.m hissəsi x3, 13.3 kv.m hissəsi isə x2 tərəfindən zəbt edilərək orada tikinti işləri aparmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və az adlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətind ən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddə sinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bildir ir ki, iddiaçı x1nun ünvan 3 ünvanda yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində seriya RX № ******* saylı çıxarışla mülkiyyətində olan 0,6659 ha torpaq sahəsinin 1,2 kv.m hissəsindən x5, 11,35 kv.m 46,6 kv.m hissəsindən x4, 13,3 kv.m hissəsində isə x2 çıxarılmalı həmin torpaq sahəsi üzərində qanunsuz tikililər sökülməlidir. Cavabdehlərdən müştərək qaydada 60 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası ƏMDK yanında Kadastr və Ünvan Reyestr Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayət i təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2, x3, x4 və x5 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1346/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1346/2019
21.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver