Məhkəmə qərarları › İş №2(102)-1348/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1348/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1348/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3092/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şirvan şəhər məhkəməsinin (hаkim Ziya Əliyev) 2(032)-840/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dayanacaq x ərci olaraq 257 manat, avtomobilin təmirinə sərf edilmiş 2523 manat, avtomobilin onda qalmış olduğu müddət üçün əldən çıxmış fayda olaraq 14700 manat, cəmi 17480 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə barədə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 17480 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsаsən ləğv edilmiş, iddia tələbi rədd edilmişd ir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət edərək Cavabdeh dayanacaq xərci olaraq 257 manat, avtomobilin təmirinə sərf edilmiş 2523 manat, avtomobilin onda qalmış olduğu müddət üçün əldən çıxmış fayda olaraq 14700 manat, cəmi 17480 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə iş üzrə Cavabdeh ilə razılığa gələrək mülkiyyətində olan “Mercedes Benz C-180” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 11000 ABŞ dollarına satmışdır. Cavabdeh avtomobili almaq üçün ona ilkin olaraq 4500 ABŞ dolları məbləğində pul ödəmiş, borclu qalmış olduğu 6500 ABŞ dolları məbləğində pulu 2-3 aya ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh aralarında olan şifahi razılaşmaya əməl etməyərək borclu qaldığı 6500 manat məbləğində pulu ödəməmişdir. Bu səbəbdən də avtomobil üçün cavabdehə verdiyi etibarnaməni notariat qaydada ləğv etdirmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə və Şirvan şəhər Polis Şöbəsinə avtomobilin qaytarılması üçün ərizə ilə müraciət etmişdir. Eyni zamanda avtomobilin qaytarılması tələbi ilə Şirvan şəhər məhkəməsində Cavabdeh qarşı iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. 2013-cü il tarixdə cavabdeh avtomobili ondan aldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu fakt iş materiallarına əlavə edi lmiş 12 saylı Ərazi Vergilər İdarəsinin məktubunda, vəkilinin sorğusuna verilmiş cavabda Azərbayacan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş tələbnamədə və fotoşəkillərdə öz əksini tapmışdır. Avtomobil 2017-ci ildə cavabdehdən alınaraq ona verildikdən sonra 257 gün hər gün üçün bir manat dayanacaq haqqı ödəmək şərti ilə Gəncə şəhər Polis Şöbəsinin dayanacağında saxlanılmışdır. Avtomobili dayanacaqdan təhvil alarkən istismara yararsız vəziyyətdə olduğu üçün 2523 manat üzərinə xərc qoymuşdur. Avtomobil 4 il bir ay müddətində cavabdehin istifadəsində olmuşdur. Bu müddət ərzində də o, həmin avtomobildən qazanc əldə etmişdir. Avtomobili cavabdehin istifadəsində olduğu dörd il müddətində icarəyə vermiş olsaydı, o halda 14700 manat məbləğində gəlir əldə etmiş olardı. Beləliklə, cavabd eh dayanacaq xərci olaraq 257 manat, avtomobilin təmirinə sərf edilmiş 2523 manat, avtomobilin onda qalmış müddət üçün 14700 manat, cəmi 17380 manat pul məbləğində ona dəymiş ziyanı ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 2013-cü il tarixdə cavabdeh avtomobili ondan aldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmişdir. Bu fakt 12 saylı Ərazi Vergilər İdarəsinin məktubu nda, Azərbaycan Respublikası Vergilər Nazirlisi tərəfindən verilmiş tələbnamədə və fotoşəkillərdə öz əksini tapır. Eyni zamanda, cavabdeh vermiş olduğu bütün ifadələrində təsdiq etmişdir ki, mübahisə predmeti olan avtomabil 2013-cü ilin sentyabr ayından 2017-ci ilin yanvar ayına kimi onun istifadəsində olmuş, bu müddət ərzində fasiləsiz olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş və hər gün 50 manat məbləğində qazanc əldə etmişdir. Bu fakt təsdiq edir ki, əgər adı çəkilən avtomobil həmin müddət ərzində onun (iddiaçının) istifadəsində olsaydı, o halda həmin qazancı o, əldə etmiş olardı. l.akin buna baxmayaraq məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı avtomobilin cavabdehin istifadəsində olması səbəbindən ziyana düşməsini və o cümlədən, həmin ziyanın cavabdehin hərəkəti ilə sə bəbli əlaqə olmasını sübut edə bilməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kim i qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“Mercedes Benz” C-180 markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddia tələbindən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan “Mercedes Benz” C180 markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə iddiası Şirvan şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin avtomobil 2017-ci ildə Cavabdeh alınaraq ona verildikdən sonra 257 gün hər gün üçün bir manat dayanacaq haqqı ödəmək şərti ilə Gəncə şəhər Polis Şöbəsinin dayanacağında saxlanılmış, avtomobili dayanacaqdan təhvil alarkən istismara yararsız vəziyyətdə olduğu üçün 2523 manat üzərinə xərc qoymuş, avtomobil 4 il bir ay müddətində cavabdehin istifadəsində olmuş, bu müddət ərzində cavabdeh hə min avtomobildən qazanc əldə etmiş, avtomobili cavabdehin istifadəsində olduğu dörd il müddətində taksi kimi icarəyə vermiş olsaydı, o halda 14700 manat məbləğində gəlir əldə etmiş olardı. Ona görə də Cavabdeh dayanacaq xərci olaraq 257 manat, avtomobilin təmirinə sərf edilmiş 2523 manat, avtomobilin onda qalmış olduğu müddət üçün əldən çıxmış fayda olaraq 14700 manat, cəmi 17480 manat pul məbləğini və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilmiş “Mercedes Benz C-180” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobili 2013-cü ilin sentyabr ayında o, iddiaçı ilə şərik işlədikləri üçün X4 11000 manat pul ödəməklə almışdır. Bundan sonra isə iddiaçı ona maşını idarə etmək üçün etiba rnamə vermiş, eyni zamanda da ona bildirmişdir ki, Cavid Nəbiyevə maşın alqı-satqısına görə ödəmiş olduğu 11000 manat pulu Cavid ona ödəmişdir. O, maşını aldıqdan sonra faktiki olaraq Gəncə şəhərində yaşadığı üçün maşını Gəncə şəhərinə apararaq orada istifadə etmişdir. 2017-ci ilin yanvar ayının 15-də Gəncə şəhərində avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən idarə etmiş olduğu “Mercedes Benz” C-180 markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq, ona bildirilmişdir ki, avtomaşın axtarışdadır və duracağa aparılmalıdır. Bu səbəbdən də həmin vaxtdan avtomaşın ondan alınaraq duracağa qoyulmuşdur. Avtomaşın ondan alınaraq duracağa qoyulan zaman saz vəziyyətdə olmuşdur. Bu barədə maşının ondan alınması zamanı Polis əməkdaşları tərəfindən tərtib edilmiş təhvil-təslim ak tında da qeyd edilmişdir.Digər tərəfdən iş materialları ilə də sübut olunur ki, avtomobil iddiaçının istəyi ilə məhkəmə qərarı əsasında duracağa qoyulmuş, daha sonra isə avtomaşının açarı onda olduğu halda iddiaçı tərəfindən ehtiyat açarı ilə götürülmüş və sürülərək Gəncə şəhərindən Sabirabad rayonuna gətirilmişdir.Bu isə onu sübut edir ki, iddiaçının məqsədi elə əvvəlcədən ona satmış olduğu maşını qaytararaq, asan yolla qazanc əldə etməkdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi bu nəticəni onunla əsaslandırımışdır ki, he sab edilsə ki iddiaçının mülkiyyətlərində olan “Mercedes Benz” C-180 markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil 257 gün ərzində Gəncə şəhərində dayanacaqda qalmışdır, iddiaçı avtomobili dayanacaqdan götürdükdən sonra həmin avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 2523 manat pul xərcləmişdir, yaxud həmin avtomobil cavabdehdə olduğu müddət ərzində cavabdeh avtomobildən taksi kimi istifadə edərək pul qazanmışdır və bu qazancın orta məbləği müvafiq arayışla öz təsdiqini tapır, digər tərəfdən iddia tələbinin təmini üçün başqa bir sual yaranır. İddiaçının qeyd olunan zərərə məruz qalması Cavabdeh təqsirli hərəkətləri nəticəsindəmi yaranmışdır? Cavabdehin təqsirli hərəkətləri nəticəsindəmi iddiaçının avtomobili 257 gün ərzində Gəncə şəhərində dayanacaqda qalmışdır? Avt omobilin xx xxxxxxx 2017-ci il tarixli rəy aktı tərtib edilməmişdən əvvəlki vəziyyəti necə olmuşdur? İddiaçı həmin avtomobildən 4 il bir ay ərzində cavabdehin təqsiri üzündən istifadə edə bilməmişdirmi? Belə ki, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yəni iddiaçı sübut təqdim etməlidir ki, onun göstərilən həddə qazancdan məhrum olması, birbaşa və ya dolayı yolla Cavabdeh təqsiri üzündən yaranmışdır. Belə ki, mülki iş materiallarında bir başa cavabdehin təqsirini və ya təqsirli hərəkətini sübut edən heç bir mötəbər sübut mövcud deyildir. İddiaçının mülkiyyətində olan avtomobildən uzun müddət, yəni 4 i l bir ay ərzində istifadə edə bilməməsinin səbəbi tərəflər arasında olmuş məhkəmə çəkişmələri olmuş, son nəticədə avtomobilin iddiaçıya, avtomobilə görə ödənilmiş 4500 ABŞ dollarının cavabdehə qaytarılması qət edilmişdir. İş materiallarında olan, Sabirabad rayon məhkəməsinin 2(056)-3217/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 aid hissədə iddiasının rədd edilməsi, cavabdeh İddiaçı aid hissədə qismən təmin edilməsi,cavabdeh İddiaçı ödənilən zaman Azərbaycan Respublikası manatı məzənnəsinə uyğun olaraq 4500 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,20 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərə rçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas götürərək qeyd etmişdir ki, birinci inistansiya məhkəməsi tərəfindən qət edilmiş, iddiaçının tələbi üzrə Cavabdeh ümumilik də 17480 manat məbləğində pul tələbini əsaslandıran dəlilləri barədə iddiaçı tərəfindən əsaslı, digər sübutlara təkzib olunmayan sübut təqdim edilmədiyindən, həmin hallar yalnız formal mülahizələr kimi qəbul edilməlidir. Belə ki, məhkəməyə iddiaçı tərəfindən ona vurulmuş zərərin məhz cavabdeh tərəfindən yetirilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu isə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin bu hissədə əsaslı olmasını göstərir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Belə ki, avtomobilinin 257 gün ərzində Gəncə şəhərində dayanacaqda məhz cavabdehin təqsiri üzündən qalmasına, avotmibilin 257 gün müddətində hansı səbəbdən dayanacaqdan götürməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı həmçinin avtomobilin xx xxxxxxx 2017-ci il tarixli rəy aktı tərtib edilməmişdən əvvəlki vəziyyəti necə olması barədə də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3092/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar