Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1348/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı iş üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1889/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan m əhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı2 ilə cavabdeh X7 2021-ci ilin avqust ayında faktiki ailə münasibətlərinə girməklə ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmi qeyd etdirmişlər;
3. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş Banu adlı uşaq anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşına çatana kimi anası üçün hər ay cavabdehdən 40 manat məbləğdə alimentin alınması qət edilmişdir;
4. X7 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında anası Cavabdeh2 bağışlamışdır;
5. Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında oğlu X6 bağışlamışdır. Torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-ci ildə aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onun Banu adlı uşağı ilə birlikdə cavabdeh X3 yaşadığı və Cavabdeh2 adına qeydiyyata alınmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla ə saslandırmışdır ki, iddiaçı cavabdehlərdən X7 ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuş, birgə nikahlarından Banu adlı uşaqları doğulmuşdur. Onlar ailə qurduqdan sonra Şirəli Məmmədov torpaq sahəsi almış və həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. Banu adlı uşaqları da həmin evdə doğulmuşdur. Özü və uşağı həmin ünvanda qeydiyyatdadırlar. Hətta ona aid cehiz əşyaları da həmin evdədir. Xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar. Nikahın pozulması və aliment tələbinə dair mülki işləri Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Onun və uşağının fərdi yaşayış evində yaşamalarına cavabdehlər imkan vermirlər. Aralarında olan ailə münasibətləri pozulduqdan sonra Şirəli Məmmədov əmlakı anasına bağışlamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkə məyə müraciət etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X9 iddia tələbini müdafiə edərək göstərmişdir ki, qızı ilə cavabdeh Şirəli Məmmədov rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və qızı gəlin kimi Tovuz rayonu, Abulbəyli kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin evə qızı gəlin kimi 2021-ci ilin avqust ayında köçmüşdür. Qızının cehiz əşyaları da həmin evə yığılmış və uşağı Banu da həmin fərdi yaşayış evində doğulmuşdur. Qızı 2023-cü ilin may ayına kimi həmin fərdi yaşayış evində fasiləsiz olaraq yaşamışdır. Həmin tarixdə isə qızı mübahisəli fərdi yaşayış evindən döyülərək çıxarılmışdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Şirəli Məmmədovun adına rəsmiləşdirilməsi üçün bütün xərcləri belə o çəkmişdir. Hətta fərdi yaşayış evi belə onların vəsaiti hesabına başa gəlmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda qızı onlarla birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı2 ilə 2021-ci ilin avqust ayında ailə qurmuş və nikahlarını xx.xx.2022-ci ildə rəsmi qeyd etdirmişlər. İddiaçı gəlin kimi həmin ilin avqust ayının 3-də mübahisəli fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır və hazırda da mübahisəli fərdi yaşayış evindədir. Onların birgə nikahlarından Banu adlı uşaqları da həmin fərdi yaşayış evində doğulmuşdur. İddiaçı 2023-cü ilin may ayına kimi orada yaşamışdır. Həmin tarixdə evdən çıxıb getmişdir. Mübahisəli fərdi yaşayış evinin bütün xərci onun özü və ailəsi tərəfindən çəkilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, yalnız həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun qardaşına məxsusdur. Ümumilikdə mübahisəli fərdi yaşayış evi ona məxsus deyildir. Həmin evdə hazırda heç kim yaşamır, özü belə valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Torpaq sahəsinin əvvəllər ona bağışlanılmasına səbəb ondan ibarət olmuşdur ki, gedib orada yaşasın. Lakin sonradan qardaşı fikrindən daşınmış və özünə aid torpaq sahəsini tələb etmişdir. Ona məxsus hər hansı fərdi yaşayış evi yoxdur ki, iddiaçı da onun keçmiş arvadı olaraq həmin evə köçürülsün. Mübahisəli fərdi yaşayış evi 2020-2021 – ci illərdə inşa edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi boyük oğlu Kamil üçün alınmışdır. Mübahisəli fərdi yaşayış evinin 2020-ci ildə inşasına başlanılmış və 2021ci ilin iyul ayında ev yaşanılacaq həddə çatdırılmışdır. Fərdi yaşayış evi hələ də tam hazır deyildir. İddiaçı həqiqətən də gəlin kimi mübahisəli fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da ora yığılmışdır. Fərdi yaşayış evi oğlu Kamilə məxsusdur. Sadəcə olaraq oğulları Kamil və Şirəli öz aralarında razılaşmış və Şirəli həmin evdə müvəqqəti yaşamağa başlamışdır. Mübahisəli fərdi ya şayış evinin oğlu Şirəliyə heç bir aidiyyəti yoxdur. Hazırda orada heç kim yaşamır. Oğullarının hər ikisi onunla birlikdə ata mülkündə yaşayırlar. İddiaçının fərdi yaşayış evinə köçürülməsinə qəti şəkildə narazıdır. Oğlu Kamil həmin fərdi yaşayış evinə köçüb orada yaşayacaqdır. Şirəli isə onunla birlikdə qalacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Tovuz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(062)-1305/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı2 azyaşlı uşağı – xx.xx.2022-ci il təvəllüdlü Banu adlı uşağı ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsindəki cavabdehlər X7 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı2 aid edilməsi qət edilmişdir (hakim Fərid Əliyev).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsində olan fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmaz.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan, tərəflərin h ər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni formada təzahür etmişdir. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlərlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərli k prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər.
14. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə və 43-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli qərarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1 və 13.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 139.1, 180.1 və 180.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 8, 9.1, 9.2, 68.1, 68.2 və 68.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216220-ci maddələrinə i stinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər X7 və Cavabdeh2 nümayəndəsi, vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 2021-ci il tarixdə mübahisəli evə köçmüş rəsmi nikaha 2022-ci ildə daxil olmuş və evə köçərkən torpaq sahəsinin mülkiyyətçisi və torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli yaşayış evi də Kamil Məmmədova məxsus olmuşdur. Mübahisəli yaşayış evi digər şəxsin mülkiyyətində olmuşdur ki, məhkəmə hakiminin məhkəmə araşdırması zamanı torpaq sahəsinin mülkiyyətçisi olaraq həmçinin evin də faktiki olaraq Kamil Məmmədova məxsus olmasını işdə olan sübutlarla müəyyən edərək və işin gedişində iddiaçı razı olmadığına görə Kamil Məmmədovu işə cavabdeh qismində cəlb etmədikdə işə cavabdehlərə aidiyyəti olmayan və onlara qarşı maddi hüquqi əsası olmayan iddia tələbini təmin etməklə də qanunsuzluğa yol vermişdir. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırıcı təsvir hissəsində qeyd etmişdir ki, Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini oğlu X6 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü ildə aparılmışdır. Belə olan halda məhkəmənin hazırkı gəldiyi nəticə işun faktiki halları baxımından tam səhvdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1889/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1305/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin rədd edilməsi, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakimlər X5 - sədrlik e dən və məruzəçi, X10 və X2 ibarət tərkibdə).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiаçının köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi cavabdeh Şirəli Məmmədovun qardaşının istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də qardaşının sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
19. Çünki, istər iddiaçı, istərsə də cavabdehlər məhkəmə iclaslarında verdikləri izahatlarda, mübahisəli tikilinin hazır vəziyyətdə olduğunu və iddiaçı da gəlin köçən zaman həmin tikiliyə gəlin kimi köçdüyünü qeyd etmişlər. Buna görə də qeyd olunan hal işin mübahisələndiril məyən halı kimi qiymətləndirilməlidir.
20. Hansı ki, iddiaçının özü də məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında verdiyi izahatında bildirmişdir ki, “biz 2021-ci ilin avqust ayından 2023cü ilin may ayına qədər birlikdə yaşamışıq. Mən və mənim ailəm həmin evin şəraitinin yaxşılaşdırılmasına xərc çəkmişik. Mənim valideyinlərim mənə məxsus bank kartına müəyyən məbləğlərdə pullar köçürmüşlər və həmin pulları iddiaçı Şirəli Məmmədov çıxarmışdır. Bundan başqa mənə məxsus olan maaş kartı da daim onda olmuşdur. Ümumilikdə mənə məxsus kartdan müxtəlif vaxtlarda 18000 manatdan cox pul çıxarmışdır. Mən o evə gəlin köçən zaman evin 1 otağı, mətbəx və giriş dəhlizi (təmirli) hazır idi.”
21. Göründüyü kimi, iddiaçının hazırda köçürülməsini istədiyi tikili cavabdeh Şirəli Məm mədovun qardaşının istifadəsində olmuş torpaq sahəsində tikilməklə onun istifadəsində olmuş və hazırki iş üzrə tərəflər el adəti ilə, yəni qeyri-rəsmi evləndikdən sonra yaşamaq üçün köçən zaman artıq ev hazır vəziyyətdə olmuşdur.
22. Belə olan halda, baxılan iş üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini tətbiq edilməklə həll edilməlidir.
23. Birinci imstansiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini və Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrini tətbiq etməmiş, bunun əvəzində isə Mənzil Məcəlləsinin 68.1, 68.2 və 68.4-cü maddələrini tətbiq etmişdir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağl ı yaranan mübahisədir.
25. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən iki hüquq mənbəyi mövcuddur.
26. Bunlardan biri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər.
27. Digər hüquq norması isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsidir. Həmin normada isə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
28. Baxılan mübahisəyə bu qanunlardan hansının tətbiq edilməli olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hü quq normalarına uyğun çıxarılmalıdır.
29. Eyni məsələ ilə bağlı hüquq münasibətlərini tənzimləyən yuxarıdakı normalar arasında yaranan kolliziyanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü ma ddəsinin müddəaları tətbiq edilməlidir.
30. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri 2021-ci ildən yaranmışdır. Həmin vaxt yaşayış sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, cavabdehin Şirəli Məmmədovun qardaşı Kamil Məmmədovun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir.
31. İddiaçının mübahisəli mənzilə köçürülməsi ilə bağlı mübahisənin xx.xx.2009-cu ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımındanda təhili də iddianın təmin olunmamasını şərtləndirir.
32. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçıların evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
33. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən v ə maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
34. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynın keçmiş gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi ya şayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
36. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddaçının hazırda mübahisəli mənzildə yaşamaq hüququ olmadığından onun himayəsində olan azyaşlı uşaq da həmin mənzildə yaşaya bilməz.
37. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43 60, 72-ci maddələrinə, Mülki Məcəlləsinin 11, 13, 146, 164, 180, 228-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil2 Müşafiq oğlu) kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1889/2024 nömrəli 04 dekabr 2024 il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edən Gəncə Apelyasiya Məhkəməsinin məhkəməsi işin halların a düzgün hüquqi qiymət verməmişdir. Çünki evin yerləşdiyi torpaq sahəsi əvvəlcə iddiaçın ərinin adına rəsmiləşdirilmiş və həmin evdə yaşamışlar. Əri ilə birlikdə yaşadıqları dövrdə həmin evdə təmir-tikinti işləri görülmüşdür. Belə olan halda iddiaçı qaynı ilə rəsmi mülki kimi qeydə alınmamış evlə bağlı hansı müqavilə bağlaya bilərdi. İstinad edilən maddi hüquq normalarının müəyyən etdiyi imperativ normalar anlaşılandır. Amma məhkəmələr işə baxan zaman hər bir işin halını nəzərə almalı və iş üzrə ədalətli, obyektiv və hərtərəfli araşdırma aparılmalıdır. Hazırkı iş üzrə ən mühüm olan hal nəzərə alınmamışdır. Bu da mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının əri Şirəli Məmmədovun adına rəsmiləşdirilməsidir. Gəncə Apelyasiya Məhkəməsinin qeyd edilən maddi hüquq normalarına istinad edən zaman işin bu halını nəzərə almaması maddi hüquq normasının tələbini pozmuşdur.
40. Daha sonra qeyd edilmişdir ki, qətnamədə istinad edilən hallar işin faktiki hallarına uyğun deyildir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsi qətnaməsini əsaslandıran zaman qeyd etmişdir ki, hazırkı iş üzrə iddiаçının köçmək istədiyi yаşаyış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi cavabdeh Şirəli Məmmədovun qardaşının istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də qardaşının sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi. Çünki, istər iddiaçı, istərsə də cavabdehlər məhkəmə iclaslarında verdikləri izahat larda, mübahisəli tikilinin hazır vəziyyətdə olduğunu və iddiaçı da gəlin köçən zaman həmin tikiliyə gəlin kimi köçdüyünü qeyd etmişlər. Buna görə də qeyd olunan hal işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Apelyasiya instansiya məhkəməs İddiaçı2 məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında verdiyi izahatını qətnaməsində qeyd etmişdir ki, “biz 2021-ci ilin avqust ayından 2023-cü ilin may ayına qədər birlikdə yaşamışıq. Mən və mənim ailəm həmin evin şəraitinin yaxşılaşdırılmasına xərc çəkmişik. Mənim valideyinlərim mənə məxsus bank kartına müəyyən məbləğlərdə pullar köçürmüşlər və həmin pulları iddiaçı Şirəli Məmmədov çıxarmışdır. Bundan başqa mənə məxsus olan maaş kartı da daim onda olmuşdur. Ümumilikdə mənə məxsus kartdan müxtəlif vaxtlarda 18000 manatdan cox pul çıxarmışdır. Mən o evə gəlin köçən zaman evin 1 otağı, mətbəx və giriş dəhlizi (təmirli) hazır idi.” Bununla da Apelyasiya instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, iddiaçının hazırda köçürülməsini istədiyi tikili cavabdeh Şirəli Məmmədovun qardaşının istifadəsində olmuş torpaq sahəsində tikilməklə onun istifadəsində olmuş və hazırki iş üzrə tərəflər el adəti ilə, yəni qeyri-rəsmi evləndikdən sonra yaşamaq üçün köçən zaman artıq ev hazır vəziyyətdə olmuşdur. Halbuki, Tovuz Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(062)-1305/2024 saylı qətnaməsindən iş üzrə cavabdehlər X7, Cavabdeh2 və onların nümayəndəsi Vəkil1 verdiyi apelyasiya şikayətinə qarşı İddiaçı2 tərəfindən verilmiş etirazda apelyasiya instansiya məhkəməsinin diqqətinə iddiaçı tərəfindən çatdırıl mağa çalışılmışdır ki, apelyasiya şikayətində cavabdeh tərəfin qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir.
41. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibət lərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
44. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
45. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna mal ikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
46. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyy ətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
47. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının mübahisənin obyekti olan yaşayış sahəsinə köçürülməsi üçün əsas yoxdur.
57. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı 2021-ci ildə iddiaçının köçüb yaşadığı evin üzərində cavabdehlərin mülkiyyət hüququ daşınma z əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, ev cavabdeh Şirəli Məmmədovun qardaşı Kamil Məmmədovun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyində, habelə sonuncunun evə gözlənilən mülkiyyət hüququ olmuşdur.
58. Bu hal nəzərə alındıqda işə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi mümkün olmuşdur. Həmin normaya görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
59. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
60. Apellyasiya məhkəməsi vurğulamışdır ki, gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynın keçmiş gəlini saxlamaq vəzifə si müəyyən olunmur. Hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
61. Belə olan halda, iddianın təmin edilməməsi barədə gəlinən nəticə yuxarıda istinad olunan hüquq normalarına uyğun olmuşdur.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. O da qeyd edilməli dir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1889/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.