Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1349/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ˝2hedbavaC˝ MTK-ya və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin sonradan bəyənilməklə bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh1 və vəkili X7, cavabdeh ˝2hedbavaC˝ MTKnın nümayəndəsi X3 və vəkili X6 iştirkı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il ta rixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər ˝2hedbavaC˝ MTK-ya və Cavabdeh1 qarşı ərizəsi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ˝xxxx˝ MMC (bundan sonra MMC) arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝2hedbavaC˝ MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 İddiaçı və ˝2hedbavaC˝ MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsi, MMC ilə İddiaçı arasında MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3- cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğısatqısına dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi kimi 5000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı ilə ˝xxxx˝ MMC arasında bağlanmış 12.12.2015-ci il tarixli və ˝xxxx˝ MMCnin hüquqi varisi ˝2h edbavaC˝ MTK arasında bağlanmış 08.01.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 ˝xxxx˝ MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ˝xxxx˝ MMC ilə İddiaçı arasında bağlanmış 21.05.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması vəzifəsinin cavabdeh ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝2hedbavaC˝ MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İşin mübahisə edilməyən hallarına görə, MMC 04.10.2015-ci tarixdə dövlət qeydiyyatına alınmışdır. 2016-cı ildə adı dəyişdirilərək ˝2hedbavaC˝ MTK olmuşdur və bu dəyi şiklik 15.02.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır.
5. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, MMC-nin direktoru X2 və İddiaçı arasında bağlanmış 21.05.2009-cu il tarixli müqavilə əsasında MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 10-cu mərtəbə, ümumi sahəsi 133,6m2 olan 3-cü blok, izolə olunmuş 4 otaqdan ibarət 60 saylı mənzili bir pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 500 manat olmaqla cəmi 66800 manat təşkil edir.
6. Həmçinin o da mübahisə edilmir ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, ümumi sahəsi 133,6 m2 olan, 10-cu mərtəbə, 60 nömrəli, 4 otaqlı mənzilinin dəyəri 66800 manat tam şəkildə İddiaçı tərəfi ndən ödənilmişdir.
7. Eyni zamanda işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, MMC-nin direktoru X2 və Cavabdeh1 arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilə əsasında MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 10-cu mərtəbə, ümumi sahəsi 133,3 m2 olan 3-cü blok, 60 saylı mənzili, izolə olunmuş 4 otaqdan ibarət bir pay kimi Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 285 manat olmaqla cəmi 37099,50 manat təşkil edir.
8. Bununla yanaşı işin mübahisə edilməyən hallarına görə Cavabdeh1 ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində, ümumi sahəsi 133,3 m2 olan 4 otaqlı, 60 saylı mənzilin pay dəyəri olan 370 99 (otuz yeddi min doxsan doqquz) manatın payçı Cavabdeh1 tərəfindən ödənilməsi barədə MMC tərəfindən 12.09.2012-ci il tarixli maliyyə arayışı verilmişdir.
9. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, MMC-nin direktoru X8 və İddiaçı arasında 21.05.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə 12.12.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində, ümumi sahəsi 133,3 m2 olan 4 otaqlı, 60 saylı mənzil Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13 mərtəbəsi, ümumi sahəsi 133,6 m2 olan, 3-cü blokunda, 4 otaqdan ibarət 78 saylı mənzillə dəyişdirilmişdir. Mənzilin dəyəri 66800 manat müəyyən edilmişdir. Müqaviləni n 11-ci bəndinə tərəflərin hüquqi ünvanı və rekvizitləri olan hissədə ˝ıçyaP˝ qismində X4 adı qeyd edilmişdir.
10. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, ˝6102ssergorP˝ MTK-nın sədri X8 ilə İddiaçı arasında ˝2hedbavaC˝ MTK varisi olduğu MMC ilə əvvəllər bağlanmış 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında yeni şərtlərlə 08.01.2016cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ˝ıçarcİ˝ əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006cı il tarixli, 201 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan, izolə olunmuş 4 otaqdan ibarət 78 nömrəli mənzili pay kimi ay˝ıçyaP˝ ayırma ğı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2- ci bəndinə əsasən ədəlivaqüm˝ıçyaP˝ göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 500 manat təşkil edir və cəmi 66800 manat ödənilməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin 6.3-cü bəndinə əsasən, X1 qərarı ilə bir kvadrat metr sahə üçün əlavə 100 manat məbləğində artırılmaqla, sahəsi 133,6 m2 olan mənzil üçün hazırda 13360 manat təşkil edir.
11. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ˝2hedbavaC˝ MTK-ya qar şı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə ˝xxxx˝ MMC arasında bağlanan 12.08.2010-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 m2 olan 60 saylı, 4 otaqlı mənzilə və 03.02.2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyriyaşayış hissəsində ümumi sahəsi 113,52 m2 olan market üçün nəzərdə tutulmuş sahəyə dair Cavabdeh1 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi vəzifəsinin ˝2hedbavaC ˝ MTK-ya həvalə edilməsi qət edilmişdir.
12. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, 18.04.2016-cı ildə İddiaçı ˝2hedbavaC˝ MTK-ya müraciət edərək MMC ilə 21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin, həmin 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanılmış 08.01.2016-cı il tarixli 204 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilə olan sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və ilkin 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi, müvafiq maliyyə arayışının əsillərinin ona qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Araşdırma aparılmadan, düzgün yerdəyişmə həyata keçirilm ədiyindən payçı İddiaçı mənzil hüquqları kobud pozulduğundan və onun xahişini nəzərə alaraq MMC ilə 21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin, həmin 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanılmış 08.01.2016-cı il tarixli, 204 saylı müqavilə qarşılıqlı razılıqla ləğv edilmişdir. İlkin 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi və müvafiq maliyyə arayışına əsasən payçı İddiaçı ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilə olan mənzil hüquqları bərpa edilmiş və 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi və müvafiq maliyyə arayışı ona geri qaytarılmışdır.
13. İddiaçı bildirir ki, MMC ilə 21.05.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilə dair 66800 manat tərəfindən tam ödənilmişdir. Bu haqda 21.05.2009-cu il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək ona verilmişdir. Mübahisəli mənzilə dair alğı-satqı müqaviləsi onunla 21.05.2009-cu il tarixdə bağlandığı halda MMC-nin əvvəlki direktoru X2 tərəfindən həmin mənzil təkrar 12.08.2010-cu il tarixdə Cavabdeh1 əsassız olaraq satılmışdır. Cavabdeh1 12.08.2010-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair manelərin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə ˝2hedbavaC˝ MTK-ya qarşı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Sumqayıt Apelyaisya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir.
14. Cavabdeh1 bildirir ki, İddiaçı öz iddia ərizəsində bütün arqumenti onun üzərində qurmuşdur ki, guya o, mənzili ondan əvvəl əldə etmişdir və buna görə də, İddiaçı mənzilə olan hüquqları ondan üstün hesab edilməlidir. Həmçinin, İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, güya Abşeron Rayon Məhkəməsi Cavabdeh1 MMC-yə qarşı iddia tələbi üzrə işə baxarkən kobud prosessual pozuntuya yol verərək işi birtərəfli aparmaqla hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə al mamış, hal-hazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız 09.04.2018-ci il tarixli qətnamə qəbul etmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə İddiaçı xəbər verilmədən cavabdeh ˝2hedbavaC˝ MTK tərəfindən məlumatlandırılmadan maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Halbuki, onunla MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,3 m2 olan 4 otaqlı, 60 saylı mənzilin müqavilə üzrə dəyəri 37099 manat onun tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin mənzil üzərində onun istifadə və sahiblik hüquq ları yaranmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli qətnaməsi ilə həmin mənzilə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi ˝2hedbavaC˝ MTK-ya həvalə edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Həmin işin materialları ilə də sübut olunur ki, həmin məhkəmə prosesi dövründə mübahisəli mənzilə dair onunla MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli alğı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən ilkin İddiaçıla MMC arasında alğı-satqı müqaviləsi mövcud olmamış, həmin məhkəmə prosesində iştirak edən ˝2hedbavaC˝ MTKnın sədri X8 onun iddiasını əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin mənzilin ona təhvil v eriləcəyinə dair məhkəmədə öhdəlik götürmüşdür. Əgər doğrudan da ilkin İddiaçı hazırda mübahisələndirdiyi mənzilə dair onunla MMC arasında 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi mövcud olsaydı, onda ˝2hedbavaC˝ MTK-nın sədri R.Nəsirov bu barədə 09.04.2018-ci il tarixli məhkəmə prosesində bildirərdi. Bundan başqa əgər doğrudan da mübahisəli mənzilə dair ilkin İddiaçı ilə MMC arasında 21.05.2009-cu il tarixli alğı-satqı müqaviləsi olsaydı, onda o ˝2hedbavaC˝ MTK-ya həmin mənzilin ona təhvil verilməsinə dair 19.06.2019-cu il tarixdə deyil, bundan çox əvvəl, ən azı hələ 2012-ci ildə müraciət edərdi. Lakin İddiaçı hazırda mübahisələndirdiyi həmin mənzilin Cavabdeh1 satıldığı barəsində ən azı elə həmin vatxtdan tam məlumatlı olsa da, nədənsə həmin vaxt bu mənzilin ona verilməsini tələb e tməmiş, əksinə, MMC ilə aralarında 12.12.2015-ci il tarixli yeni müqavilə ilə əvvəllər 21.05.2009-ci il tarixdə 60 saylı mənzilə dair bağladığı alğı-satqı müqaviləsinə xitam vermiş, əvəzində isə MMC ilə arasında 12.12.2015-ci il tarixdə həmin binanın 3-cü blok, 13-cü mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 78 saylı mənzilin ona verilməsinə diar yeni müqavilə bağlamış, bundan sonra da MMC ilə arasında həmin 78 saylı mənzilə dair bağlanmış 12.12.2015-ci il tarixli müqaviləyə xitam verərək, həmin 78 saylı mənzilə dair müqaviləni yeni şərtlərlə, yəni mənzillin hər m2-nə görə əlavə olaraq 100 manat olmaqla, cəmi 13360 manat əlavə ödəniş etmək öhdəliyi götürməsinə dair 08.01.2017-ci il tarixli, 204 saylı yeni müqavilə bağlamış və bundan sonra isə sonuncu müqavilədəki borc öhdəliyi üzr ə müəyyən ödənişlər etməyə başlamış, lakin indiyədək yeni borc öhdəliyini də tam yerinə yetirməmişdir. Odur ki, İddiaçı tərəfindən MMC ilə aralarında mənzil münasibətini əks etdirən yuxarıda göstərilən işin faktiki hallarını hazırkı məhkəmədən gizlədərək, guya 10-cu mərtəbədəki 60 saylı mənzilin Cavabdeh1 satılması barədə əvvəllər MMC tərəfindən ona məlumat verilməməsinə və guya ˝2hedbavaC˝ MTK tərəfindən məlumatlandırılmadığı üçün məhkəmə tərəfindən maraqlarına toxunan qətnamə qəbul edilməsinə dair göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı hazırki iddia tələbinə dair mülki işin siyahısında 4-cü sırada 21.05.2009-cu il tarixli müqavilənin və maliyyə arayışının təsdiq olunmuş surətlərini əlavə etdiyini göstərsə də, faktiki olaraq həmin sənədərin heç bir halda təsdiq olunmamış rəngli kserosurətləri aşkar olundu. Odur ki, həmin müqavilə və maliyyə arayışı blanklarının həqiqi sənəd olması əsaslı şübhə yaradır və bu səbəbdən də həmin şübhəli blankların müvafiq ekspertizadan keçirilərək, sənədin hansı şəraitdə hazırlandığı, oradakı şriftlərin, möhürün, imzanın və digər qeydlərin həqiqi və ya əsl olub-olmaması, həmçinin saxta üsullarla hazırlanıbhazırlanmadığı müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. Həmçinin İddiaçı mübahisəli mənzilə dair müqavilənin guya 21.05.2009-cu ildə bağlandığını iddia etsə də, əsl həqiqətdə isə həmin müqavilə sonradan qanunsuz və saxta üsullarla geri tarixə hazırlanmış, bundan sonra da həmin müqavilədəki saxtakarlığın üstünün açılmasından ehtiyatlanaraq mənzili əvvəllər (2015-ci ildə) tələb etməmişdir. Əgər, İddiaçı həmin müqavilənin guya 21.05.2009-cu il tarixdə bağlanmasına inansaq, onda bu müqavilənin bağlandığı müddətdən 10 ildən çox müddət keçdikdən sonra mənzilin onun qəflətən anıday˝ düşməsi˝ əqdin həqiqiliyinə əsaslı şübhə yaradır və real hüquqi nəticələr yaratmaq yox, başqa niyyətlərlə hazırlandlğını göstərir. Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi şərtinin mövcudluğu üçün pis niyyətin bir tərəfdə yox, hər iki tərəfdə olması şərti tələb olunur. İddiaçı ilə MMC arasında bağlanmış həmin 21.05.2009-cu il tarixli müqavilənin öz razılığı ilə ləğv edilərək, bunun əsasında yeni 12.12.2015-ci il tarixli müqavilə bağlanması və bu müqavilənin də ləğv edilərək, əsasında 08.01.2017-ci il tarixli, 204 saylı yeni müqavilənin bağlanması faktları ilə birbaşa süb ut olunur ki, ilkin İddiaçı, Cavabdeh1 ilə MMC arasında müqavilənin mövcud olmasından ən azı 12.12.2015-ci il tarixdə əvvəlki müqaviləsini ləğv edərkən, yeni müqavilə bağlayan zaman məlumatı olmuş, lakin ilkin iddiaçı bu məlumatları əks etdirən sənədləri hazırki məhkəmədən gizlədərək, həqiqəti əks etdirməyən, qanunsuz yolla əldə etdiyi etibarsız dəlillərlə məhkəmədə əsassız iddia qaldırmış, öz iddiasını yalnız bir əsasa – öz müqaviləsinin guya daha əvvəlki tarixə olması əsasına söykəmişdir.
15. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi bildirir ki, İddiaçı 18 aprel 2016-cı il tarixdə Cavabdeh2 MTK-nə rəsmi qaydada müraciət etmişdir. Müraciətində MMC ilə 21 may 2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanmış 08 yanvar 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, ünvan 5 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133.6 kvadrat metr olan, 4 otaqlı 60 saylı mənzilə olan sahiblik, istifadə hüquqlarınır bərpa edilməsi və ilkin 21 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi, müvafiq maliyyə arayışının əsillərinin ona qaytarılmasının təmin edilməsi xahiş olunmuşdur. Araşdırma aparılmadan, düzgün yerdəyişmə həyata keçirilmədirindən payçı İddiaçı mənzil hüquqları kobud pozulduğundan və onun xahişini nəzərə alaraq MMC ilə 21 may 2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilənin həmin 12 dekabr 2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanılmış 08 yanvar 2016-cı il tarixli, 204 saylı müqavilə qarşılıqlı razılıqla ləğv edilmişdir. İlkin 21 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi və müvafiq maliyyə arayışına əsasən payçı İddiaçı ünvan 1 ünvamnda inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133.6 kvadrat metr olan, 4 otaqlı 60 saylı mənzilə olan mənzil hüquqları bərpa edilmiş və 21 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi və müvafiq maliyyə arayışı ona geri qaytarılmışdır. Sonradan Cavabdeh1 "xxxx" MMC ilə bağladığı 12.08.2010-cu il tarixli müqaviləni məhkəməyə təqdim etmişdir. Həmin müqavilədən də görünür ki, MMC ilə İddiaçı arasında bağlanmış müqavilə Cavabdeh1 ilə bağlanmış müqavilədən» əvvəl bağlanmışdır. Hal-hazırda ünvan 6 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133.6 kvadrat metr olan, 4 otaqlı 60 saylı mənzilinə dair payçı İddiaçı ilə bağlanılmış 21 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi və müvafiq maliyyə arayışı qüvvədədir. Həmin müqavilə İddiaçı tərəfindən deyil qardaşı tərəfindən imzalansa da, İddiaçı müqaviləni mübahisələndirməmişdir. Eyni zamanda əlavə edirəm kı biz “xxxx” MTK olaraq MMC-dən binanı tikilməsi üçün təhvil alarkən MMC tərəfindən bizə heç bir sənəd təhvil verilməmişdir. Ona görə də, onların mənzil alıcıları ilə bağladığı müqavilələrin bizdə əsli deyil surətləri qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(012)3167/2019 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh2 MTK və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilib, İddiaçı və “xxxx” MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə (21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və İddiaçı və ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝2hedbavaC˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələr etibarsız hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh1 İddiaçı və Cavabdeh2 MTK-ya qarşı qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, “xxxx” MMC və İddiaçı arasında “xxxx” MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğı-satqısına dair bağlanmış 21.05.2009-cu il tarixli müqavilə etibarsız hesab edilmiş və qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilm əmişdir.
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ˝6102ssergorP˝ MTK-nın 18.08.2019-cu il tarixli, 18/08-1 saylı cavab məktubundan görünür ki, İddiaçı MMC ilə bağlamış olduğu müqavilələrin ikinci nüsxəsi, müvafiq reyestrqeydiyyat kitabının ilkin versiyası, müvafiq qəbz və maliyyə arayışları MMC-nin hüquqi varisi olan ˝2hedbavaC˝ MTK-da mövcud deyildir, həmin sənədlər MMC-nin əvvəlki rəhbəri X2 tərəfindən götürülmüşdür və MTK-ya qaytarılmamışdır. Digər tərəfdən İddiaçı və MMC arasında 21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilədən görünür ki, müqavilə İddiaçıla deyil, X9 ilə bağlanmışdır, üstəlik iş materiallarından görünür ki, hər iki şəxs fərqli şəxsiyyət vəsiqələrinə, fərqli qeydiyy at ünvanına malikdirlər. 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə tərəflərin iradəsini ifadəsini əks etdirmir, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Müqaviləni bağlayan şəxslə onu imzalayan şəxs tamamilə fərqli adamlardır. Ona görə də, ilkin iddia İddiaçı və MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə (21.05.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və MMC-nin hüquqi varisi ˝6102ssergorP˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir.
18. İlk iddianın 08.01.2016-cı il tarixli, 204 saylı müqavilənin etibarsız hesab edilməsi˝ hissəsinə hüquqi münasibət bildirən birinci instnsiya məhkəməsi hesab etmişdir ki, müqavilə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə əsasında bağlanmışd ır. ˝2hedbavaC˝ MTK MMC-nin hüquqi varisi kimi dövlət reyestrində 15.02.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Deməli yalnız 15.02.2016-cı il tarixdən sonra tərtib edilən müqavilələr ˝2hedbavaC˝ MTK tərəfindən imzalana bilərdi. Lakin hazırki müqavilə ˝2hedbavaC˝ MTKnın hüquqi varis kimi dövlət qeydiyyatından keçməsindən əvvəl tərtib edilərək, imzalanmışdır. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, həmin müqavilə səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır.
19. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı və MMC arasında bağlanmış 21.05.2009-cu il tarixli müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır, beləliklə həmin müqavilə bağlanarkən İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmiş və müqavilə qanunla müəyyən edilmiş şərtlər in pozulması ilə bağlanılmışdır. İddiaçı həmin müqaviləni sonradan bəyənməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Göründüyü kimi hazırki müqavilə eyni mənzilə dair Cavabdeh1 və MMC ilə arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin olması səbəbindən Cavabdeh1 mənafelərinə toxunur.
20. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiasının ıçaiddİ˝ hazırki qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi kimi 5000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi˝ hissəsində qeyd etmişdir ki, ilk iddiaçının qanunsuz hərəkəri nəticəsində bilavasitə zərər vuran şəxsin hərəkətləri ndən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olması halı təsdiqini tapmadığından qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilə bilməz.
21. Bununla yanşı iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzilin 12.08.2010-cu il tarixli müqavilə əsasında Cavabdeh1 satılmasını İddiaçı 2019-cu ilin iyun ayında bilmiş və həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı həmin tarixdə də məhkəməyə müraciət etmişdir. Ona görə də Cavabdeh1 iddia müdətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.1, 329.2, 331.1, 337.1, 339.1, 375.1, 375.2-ci Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat
23. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, E.Rəhimov və L.Məmmədova) İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(012)-3167/2019 saylı qətnaməsi İddiaçı verdiyi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
25. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 329.1, 331.1, 337.1, 351.5, 355.1, 355.2, 357, 372.7, 389.1, 390.1, 421.3, 752.1, 752.2-ci maddələrinin tələblərinə istinad etməklə ilk iddianı və qarşılıqlı iddia ərizəsini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21.09.2009-cu il tarixli müqaviləni tərəflər bəyəndiklərini bildirsələr də apelyasiya instanbsiyası məhkəməsi həmin müqaviləni etibarsız saylaqla əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh1 kassasiya şikayətlərinə qarşı yazılı e tirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
30. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X10 və vəkili X12 izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olun masını xahiş etdilər.
31. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi
36. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
37. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)
38. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
39. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıq lı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1)
40. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. (maddə 329.2)
41. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. (maddə 331.1)
42. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
43. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.( maddə 357)
44. Əgər başq a şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. (maddə 360.1)
45. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. (maddə 360.2) Mülki Prosessual Məcəllə
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
48. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
49. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
50. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
51. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin h ansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (55-56)
56. Apelyasiya intansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 329.1, 331.1, 337.1, 351.5, 355.1, 355.2, 357, 372.7, 389.1, 390.1, 421.3, 752.1, 752.2-ci maddələrinin tələblərinə istinad etməklə ilk iddianı və qarşılıqlı iddia ərizəsini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
57. Belə ki, İddiaçı və ˝xxxx˝ MMC arasında bağlanmış 21.05.2009-cu il tarixli müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır, beləliklə həmin müqavilə bağlanarkən İddiaçı həqiqi iradə ifadəsi əks etdirilməmiş və müqavilə qanunla müəyyən edilmiş şərtlərin pozulması ilə bağlanılmışdır.
58. Həmçinin İddiaçı həmin müqaviləni sonradan bəyənməsinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Göründüyü kimi İddiaçıla MMC arasında bağlanmış müqav ilə eyni mənzilə dair Cavabdeh1 və MMC ilə arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin olması səbəbindən Cavabdeh1 mənafelərinə toxunur.
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qeyd edilən əsaslandırması işin halları ilə uyğunluq təşkil etmir.
60. Əvvəla işin mübahisə edilməyən hallarından görünür ki, mübahisə predmeti olan mənzilin alqı-satqısının bütün şərtləri barədə razılıq “xxxx” MMC ilə məhz İddiaçı arasında əldə edilmiş, bu razılıq əsasında 21.05.2009-cu il tarixli müqavilə tərtib edilmişdir. Müqavilə İddiaçı şifahi tapşırığı əsasında qardaşı tərəfindən imzalanmış və İddiaçı tərəfindən mənzilin tam dəyəri MMC-yə ödənilmişdir.
61. Bundan başqa işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, MMC ilə İddiaçı arasında 21.05.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 12.12.2015ci il tarixli və 08.01.2016-cı il tarixli müqavilələr bağlanmışdır. Sonradan 21.05.2009-cu il tarixli müqaviləyə dəyişiklik barədə bağlanmış müqavilələr iddiaçının mənafelərini pozduğundan sonuncu onların ləğvini tələb etmiş və onun tələbi ilə MMC həmin müqavilələri ləğv etmişdir.
62. Qeyd ediləndən göründüyü kimi 21.05.2009-cu il tarixli müqavilə İddiaçı qardaşı tərəfindən imzalansa da həmin müqavilə faktiki olaraq İddiaçı ilə MMC arasında bağlanmış və İddiaçı tərəfindən bəyənilmişdir.
63. Belə olan vəziyyətdə isə MM-nin 357-ci maddəsinin dispozitiv şərtləri əqdin bağlandığı andan onu bəyənmiş şəxsin hüquqlarını tanıyır.
64. Eyni zamanda nəzərə alınmalıdır ki, qeyd edilən müqavilə üçüncü şəxslərin, o cümlədən Cavabdeh1 hüquqlar ına və qanunla qorunan mənafelərinə toxunmamışdır.
65. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisə predmeti olan mənzilə dair MMC ilə İddiaçı arasındakı müqavilə 21.05.2009-cu ildə, MMC ilə Cavabdeh1 arasındakı müqavilə isə 12.08.2010-cu ildə bağlanmışdır.
66. Qeyd edilənlər isə onu təsbit edir ki, MMC ilə İddiaçı arasında müqavilə bağlanan vaxt Cavabdeh1 mənzilə dair hər hansı bir hüququ olmadığından 21.05.2009-cu il tarixli müqavilə sonuncunun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur.
67. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarına hüquqi qiymət verməmiş və həmin hissələrdə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
68. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
70. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaç ı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1114/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.