Məhkəmə qərarları › İş №2(102)-135/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-135/2020

09.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-135/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)3996/2018, hakim N.Ə.Misirzadə) İddiaçı cаvаbdeh Cavabdeh qаrşı ümumi mülkiyyətə payların müəyyən edilməsi və açıq hərracdan satılması və bölünməsi tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9824/2018, hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova, E.M.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-3561/2019, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10302/2019, hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mübahisələndirilən hissədə- yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Bakı səhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi və onu n qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı səhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə 1 (bir) il 6 (altı) ay müddətinə istifadə hüququ saxlanılması, həmin müddət başa çatdıqda mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Cavabdeh ilə İddiaçı xx xxxx 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxx 2015-ci il tarixdə Ediza adlı uşaqları doğulmuşdur. Tərəflər xx.xx.2009-cu il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilind ə yaşamışlar. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. xx xxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı - ünvan 1 ünvanında yerləşən mənzilin 2/3 hissəsinə azyaşlı övladının mənafeyi nəzərə alınmaqla onun, 1/3 hissəsinə cavabdehin payının müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən pulun paylara uyğun bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 53 saylı evinin, 66 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə onu 3 yaşlı azyaşlı uşağı mənzil hüququndan məhrum etmişdir. Hansı ki, onlar həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar və həmin mənzildə haqları vardır. Həmin mənzil atasının verdiyi pulun və bankdan götürülüb, birgə nikah dövründə ödənilən kreditin hesabına alınıb, mənzil onun vəsaiti ilə əsaslı təmir edilib. O, 9 ildir ki, həmin mənzildə yaşayır, mənzili qoruyur və saxlayır. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43 və 60-cı maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə i clasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını mənzilin birgə nikah dövründ ə əldə edilmiş əmlak hesab edilməklə 2/3 hissədə iddiaçı, 1/3 hissədə cavabdehin payının müəyyən edilməklə mənzilin açıq hərracda satılaraq, satışdan əldə edilən vəsaitin paylara uyğun tərəflər arasında bölünməsi təşkil edir. Qarşılıqlı iddia tələbinin əsasını mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin həmin mənzildən çıxarılması təşkil edir. İlk iddia tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya məhkəməsi tərəfindən qətnamə ilk iddia hissəsində dəyişdirilmədən saxlanılmış, ilk iddia üzrə iddiaçı həmin hissədə qətnamə ilə razılaşaraq qətnaməni kassasiya qaydasında mübahisələndirməmişdir. Eyni zamanda kassasiya instansiy a məhkəməsinin qərarı ilə qarşılıqlı iddianın təmin edilməyən hissəsində apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşaması, yanında azyaşlı uşağının olması, onun mənzilə ehtiyacının olması və bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması ədalətli hesab edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh istifadə hüququ olmayan şəxs hesab edilməli, qətnamə qanuni qüvvəy ə mindiyi vaxtdan 1 il 6 ay müddətinə istifadə hüququ saxlanılmalı, həmin müddət başa çatdıqda mənzildən çıxarılmalıdır. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmaq olmaz. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2009-cu ildə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2015-ci ildə Ediza adlı uşaqları doğulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzili xx.xx.2009-cu il tarixdə, yəni qarşılıqlı iddia üzrə cavabdehlə nikaha daxil olmamışdan əvvəl alqı-satqı qaydasında əldə etmiş və onun adına xx.xx.2009-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarış verilmişdir. Eyni zamanda tərəflər mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdə köçərək, həmin vaxtdan həmin mənzil də yaşamağa başlamışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlan mır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin normanın məzmunundan göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onu n göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Deməli qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanmasına yuxarıda göstərilən əsaslar mövcud olduğu hallarda müəyyən müddətə saxlanmasını nəzərdə tutmuşdur. Eyni zamanda yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanması və hansı müddətə saxlanılması maddi vəziyyəti və diqqətə layiq digər halların mövcud olub-olmaması ilə şərtləndirilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün əsaslar mövcuddur. Digər tərəfdən kassator birgə nik ah dövründə mənzildə yenidən qurma işləri apardıqlarını göstərmişdir. Beləliklə, azyaşlı uşağı olan qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzildə istifadə hüququnun saxlanılması barədə qanunvericiliyin tələbləri pozularaq istifadə hüququnun saxlanması müddətinin cəmi 01 il 06 ay müəyyən edilməsi barədə gəlinən nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ h üquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar