Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1352/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Cavabdeh2 İddiaçı qarşı; X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: möhür və ştampın alınması, bələdiyyənin protokol və qərarının etibarsız sayılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2504/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. Hazırkı işdə Cavabdeh2 və X2 rayonu Pirəbədil Bələdiyyəsinin sədrinin seçilməsi ilə bağlı bələdiyyə qərarlarının etibarsızlığına, habelə köhnə möhür və ştampın geri alınmasına dair aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Cavabdeh2 X6 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X4 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəyişdirilmişdir).
3. X9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Cavabdeh2 sədr seçilməsinə dair tərtib etdiyi 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. X8 əlavə olaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 09 sentyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolunun və qərarının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şabran Ray on Məhkəməsinin 03 mat 2021-ci il tarixli 2(031)-272/2021 saylı qərardadına əsasən Şabran rayon məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair 2(031)178/2021 nömrəli və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair 2(031)-272/2021 nömrəli mülki işlər birlikdə baxılmaları üçün 2(031)-178/2021 nömrə altında bir icraata birləşdirilmişdir.
6. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddiasını müdafiə edərək, İddiaçı qarşılıqlı iddiasını və iddiasını qəbul etməyərək bil dirmişdir ki, 23.12.2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18.01.2020-ci il tarixində Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdu. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o, Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18.01.2020-ci il tarixli 01 saylı protokol tərtib edilmişdir və 54 saylı Şabran - Siyəzən seçki dairəsinə təqdim edilmişdir. 54 saylı Şabran - Siyəzən seçki dairəsinə ünvanladığı məktuba cavab olaraq, 25.02.2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, 18.01.2020-ci il tarixində ilk olaraq 54 saylı Şabran - Siyəzən seçki dairəsinə təqdim olunmuş 1 nömrəli protokola əsasən o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçildikdən sonra keçmiş bələdiyyə sədri X5 bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş bələdiyyə sədri İddiaçı hazırda da bələdiyyə sədri olmasını bildirirərək, 18.01.2020-ci il tarixində aldatma yolu, kobud qanun pozuntusuna yol verərək, bələdiyyə üzvləri seçilmiş şəxslərin xoş niyyətlərindən istifadə edərək boş protokola imza etdirmişdir. Bələdiyyə sədri seçkisinə müdaxilə etmək üçün otaqda kənar şəxsin olmasına şərait yaradılmış, bələdiyyə üzvlərinin tam sayda yığılmasını gözləməyərək iclası başlamışdır. İddiaçı qanunsuz hərəkətinin qarşısının alınması üçün, sonradan həmin günü onun guya ki «sədr seçilməsi» protokolu etibarsız hesab edilməsinə dair müvafiq akt tərtib olunmuşdur və İddiaçı bu barədə bildirilərək, tam qanuni bələdiyyə sədri seçkisi keçirilmişdir. Həmin iclasda bələdiyyə sədri o, seçilmiş və bu barədə protokol 54 saylı Şabran - Siyəzən seçki dairəsinə göndərilmişdir. Eyni zamanda, protokolu ƏN-nin Xaçmaz Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin, idarədən protokolda ştamp, möhür olmadığından qəbul etməmişlər. Onlar İddiaçı möhürü tələb etsələr də, İddiaçı bildirmişdir ki, bələdiyyə sədri o özüdür. Və o özünü hər yerdə bələdiyyə sədri kimi qələmə verirdi. Həmin vaxtlarda həm də, pandemiya xəstəliyi ilə əlaqədar işlər dayandırılmışdır. Sonra İddiaçı bildirmişdir ki, möhür, ştamp onda yoxdur, itib. Bu ndan sonra onlar qəzetdə sənədlərin itməsi barədə elan vermişlər. Sonradan müəyyən olundu ki, möhür və ştamp itməyib, İddiaçıdir. Bələdiyyənin iş fəaliyyəti də dayanmışdır. Bundan sonra onlar – 06 nəfər bələdiyyə üzvü bir yerdə müzakirə etmişlər ki, bələdiyyənin fəaliyyətini dayandırmaq olmaz. Eləcə də, Camaləddin Nuriyev bələdiyyənin möhürünü və ştampını verməyib özündə saxladığından, bələdiyyənin iş fəaliyyəti dayandığından, 12 avqust 2020-ci il tarixdə 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirib, iclasın qərarı ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, Cavabdeh2 bələdiyyə sədri seçilmişdir. Bundan sonra o, bələdiyyənin iş fəaliyyətini bərpa etmiş, bələdiyyə ərazisində təmirabadlıq işləri aparmış, artezyan su quyusu qazdırılmış, şəhid ailələrinə yardımçı olmuş, kənd camaatının çoxdan yığılıb qalmış problemlərini həll etməyə başlamışdır. 27.01.2020-ci il tarixində İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritəni, möhür və ştampı təhvil vermədiyinə görə, Şabran rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma gedən zaman, 05.02.2020-ci il tarixində bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. 06.02.2020-ci il tarixində onun polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməyi bildirilmişdir. 14.02.2020-ci il tarixində İddiaçı Zeyvə kənd sakini X14 ilə birlikdə bələdiyyə binasının qıfılını sındıraraq, bəl ədiyyə binasının qıfılını dəyişdirmişlər və bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. O, bu barədə Şabran rayon Polis Şöbəsinə və Şabran rayon Prokurorluğuna müraciət etmişdir. 19.02.2020-ci il tarixində İddiaçı ona və bələdiyyənin digər üzvlərinə məlumat göndərərək, 28.02.2020-ci il tarixində bələdiyyə iclasının olmasını bildirmişdir.
7. İddiaçı birinci instansiya məhkəməsindəki icraatda qarşılıqlı iddiasını müdafiə edərək, Cavabdeh2 iddiasını qəbul etməyərək bildirmişdir ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, o və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Şabran rayon Pirəbədil bələdiyyəsinə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə 18 yanvar 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin tanınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olmuş və o, Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 iştirak etmiş, təkcə A Şeydayev onun sədr seçilməyinin əleyhinə səs vermiş, lakin o, özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli iclasın qərarı ilə onun sədr seçilməyi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqa na - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. 18 yanvar 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon icra hakimiyyətinə dəvət edərək, ona bildirmişdilər ki, rayonun İcra başçısının bələdiyyə sədrliyinə öz namizədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin buna qarışacağı olmamalıdır. Bundan sonra bələdiyyə üzvlərinə təsir göstərilməklə onları öz tərəflərinə cəlb etmişlər. Hərçənd icra başçısının təsir göstərməsini, eləcə də, ƏN-nin Xaçmaz Regional İdarəsinə təsir göstərilməsini təsdiq edən sübutu olmasa da, dediklərinin hamısı reallıqdır. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Şabran rayon Pirəbədil bələdiyyəsinin üzvlərinin adından 01 nömrəli 18.01.2020-ci il tarixli protokol tərtib olunub və Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub. Onun bələdiyyə sədri seçilməyi ilə bağlı iclas keçirilmiş, orada onunla yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştırakçılari ilə birlikdə iclas protokoluna imza etmişdir. 18 yanvar 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır. Lakin, buna baxmayaraq, Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı Şabran rayon Polis Şöb əsinə müraciət etmişdir. Eyni zamanda tərəfindən Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Şabran rayon X15 Qrupunun təhqiqatçısı Pərviz Babayevin 06.02.2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah olunmuşdur. Bundan sonra Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş yubanır deyə Cavabdeh2 böyük qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq 12 avqust 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Sual olunur. Cavabdeh2 12 avqust 2020-ci il tarixdə sədr seçilmişdirsə, onda məhkəməyə və digər orqanlara təqdim etdiyi 18 yanvar 2020-cu il tarixli iclas protokolu nə idi bəs? Hansı ki, o, həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdir və Cavabdeh2 məhkəmədə bildirmişdir ki, 18 yanvar 2020-ci il tarixdə qanuni sədr seçilmişdir. Və yaxud da Atabala 18 yanvar 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi? Deməli, Cavabdeh2 artıq 12 avqust 2020-ci il tarixli protokolu üzə çıxarmaqla 18 yanvar 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Atabala icra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas protokolu tərtib edə bilir, üzvləri qorxudaraq onlara imza etdirir və s. Göstərdiyi əsaslara görə Cavabdeh2 tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinin adından hazırlanmış 12.08.2020-ci tarixli, 03 saylı protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi ilə bağlı eyni tarixli və eyni nömrəli protokol mövcud olmuş və hər iki protokol məhkəmədə mübahisələndirilmiş və məhkəmə tərəfindən həmin protokollara hüquqi qiymət ve rilməmişdir. Digər tərəfdən bələdiyyə üzvləri tərəfindən yeni sədrin seçilməsi ilə bağlı iclasın keçirilməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verilməmiş, 12 avqust 2020-ci il tarixdə bütün gün bələdiyyənin inzibati binasında olmuş, lakin heç bir bələdiyyə üzvü ora gəlməmiş, onların harada və necə iclas keçirilməsi məlum deyildir.
8. Şabran Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 05 may 2021-ci il tarixli, 2(031)-178/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh X4 qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi, X3 Cavabdeh2 qarşı 18.01.2020-ci il t arixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 18.01.2020-ci il tarixdə Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçildikdən sonra keçmiş bələdiyyə sədri X6 bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin, keçmiş sədr bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil verməkdən imtina etmişdir. 27.01.2020-ci il tarixində İddiaçı bələdiyyənin balansında olan ə mlakı, sənədləri, xəritələri, möhürü və ştampı Cavabdeh2 təhvil vermədiyinə görə, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma gedən zaman, 05.02.2020-ci il tarixində bələdiyyənin balansında olan bir-neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. 06.02.2020-ci il tarixində Cavabdeh2 polis şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda müraciəti mülki xarakterli olduğu qeyd edilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. Məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı özünü bələdiyyə sədri kimi hesab etsə də, heç bir iş görməmiş, bələdiyyənin iş fəaliyyəti dayanmışdır. Bundan so nra 6 nəfər bələdiyyə üzvləri yığışıb 12 avqust 2020-ci il tarixdə iclas keçirmişlər. İclasda İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi, Cavabdeh2 isə bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İclasdan sonra bələdiyyənin yeni möhür və ştampı alınmışdır. Bələdiyyənin iclasları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmiş və Cavabdeh2 qanuni yolla bələdiyyə sədri seçilmişdir. İclas protokollarının etibarsızlığına əsas yoxdur. İddiaçı bələdiyyənin balansında olan köhnə ştampı və möhürü qanunsuz olaraq özündə saxlamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2504/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilməsinə dair Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi, X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddianın qismən təmin edilməsi, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12.08.2020-ci il tarixli, 03 saylı iclas protokolu və qərarının etibarsız hesab edilməsi, X3 Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı iddiası qalan hissədə təmin edilməməsi, i ddia, qarşılıqlı iddia və apellyasiya şikayətinin verilməsi üçün X8 tərəfindən ödənilmiş cəmi 31 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ona ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 1-ci bəndinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, qeyd edilən iclası isə nə bələdiyyə sədri çağırmış, nə də istinad olunan maddə ilə müəyyən edilmiş qaydalar əsasında çağırılıb keçirilmişdir. 12.08.2020-ci ilədək ilk olaraq seçilmiş bələdiyyə sədri kimi İddiaçı fəaliyyət göstərir. Cavabdeh2 sədrliyi kağız üzərində qalır. Bundan sonra o, digər bələdiyyə üzvləri ilə birlikdə yenidən, daha öncə qeyd olunan qanun normasını pozmaqla iclas çağırır və yenidən sədr seçilir. Bu halın özü də, Cavabdeh 2 legitimliyini iddia etdiyi 18.01.2020-ci il tarixdə sonradan çağırılmış iclasın və orada qəbul edilmiş qərarların etibarsızlığına dəlalət edir. Cavabdeh2 ilk iddianı öz adından qaldırmışdır. İlk iddia üzrə cavabdeh tərəf haqlı olaraq sual edir ki, əgər o, özünü bələdiyyə sədri hesab edirdisə, niyə həmin iddianı bələdiyyənin adından qaldırmırdı? Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 belə bir iddia qaldırmağa subyektiv hüququ olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi bu iddianı qaldırmış Cavabdeh2 müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. 12.08.2020-ci ildə keçirilən iclası bələdiyyə sədri çağırmamışdır. Həmin iclasın keçirilməsi üçün istinad olunan qanun normalarına əsasən tələb olunan qaydalara da əməl olunmamışdır. Bələ diyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə olsa belə, iclasın çağırılması üçün bələdiyyə sədrinə müraciət, onun həmin müraciəti nəzərə almaması, yaxud iclasın çağırılmasına mane olması, bələdiyyə üzvlərinə çağrılacaq iclas barədə xəbərdarlıq edilməsini təsdiq edəcək heç bir sübut iş materiallarında yoxdur. Daha doğrusu, ikinci iddia üzrə cavabdeh tərəf keçirilmiş iclasın legitimliyini əsaslandırmaq üçün belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşə baxan məhkəmə isə mübahisə üzrə bu vacib məsələyə əhəmiyyət verməmiş, qeyri-legitim iclasın nəticələrini etibarsız saymamaqla əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Lakin, işə baxan Sumqayıt Apellyasiya məhkəməsi araşdırmamışdır ki, cavabdeh (keçmiş sədr) X9 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərini pozmuş, ayda bir dəfədən az olmayaraq bələdiyyənin iclaslarını çağırmalı olduğu halda bələdiyyə iclaslarını çağırmamışdır. Bundan başqa, işə baxan Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin 5ci bəndinin tələbləri pozulmu ş, tətbiq edilməmişdir, Belə ki, işə baxan Sumqayıt Apellyasiya məhkəməsi araşdırmamışdır ki, cavabdeh (keçmiş sədr) X9 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin 5-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 8 (səkkiz) ay müddətində Bələdiyyənin fəaliyyətini pozaraq nə özü sədr kimi fəaliyyət göstərməmiş, nə də ki, yeni seçilmiş bələdiyyə sədri Cavabdeh2 sədrlik etməyə şərait yaratmamışdır, möhürü və ştampı gizlədərək yeni sədrə təhvil verməmiş, Bələdiyyənin fəaliyyətinə açıq-aşkar maneəçilik törətmişdir. Odur ki, Bələdiyyənin normal fəaliyyət göstərməsini bərpa etmək üçün Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri 12.08.2020- ci il tarixdə bələdiyyə üzvlərinin üçdə birinin təşəbbüsü ilə təkrar iclas keçirilmişdir, 9 nəfərdən ibarət Pirəbədil Bələdiyyə üzvlərindən 6 nəfər bələdiyyə üzvü həmin iclasda iştirak etmiş və iclasda təkrarən Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə sədr seçilməyi təsdiqlənmiş, yeni qərar qəbul edilmiş və bələdiyyənin fəaliyyətini həyata keçirmək, xalqa xidmət göstərilməsi məqsədilə bələdiyyə üzvlərinin birgə səsverməsi, razılığı ilə Pirəbədil Bələdiyyəsinə yeni möhür və ştamp alınması qərara alınmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir. “Bələdiyyələrin statusu haqqında” Az ərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 5-ci bəndinə əsasən, Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Həmin Qanuna əsasən, Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa səd rlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən, Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçir ilməsinə mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. İş materiallarından görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin keçmiş sədri X1 Atabala Bəhrayıl oğlunun Bələdiyyənin 9 üzvündən 7-sinin səsverməsi əsasında Bələdiyyə sədri seçilməyi barədə 18.01.2020-ci il tarixli 01 saylı iclas Protokolunu imza etməkdən və möhürləməkdən boyun qaçırmış, bilə-bilə möhürü gizlədərək təsdiq etməmiş, qanunları pozaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinin normal fəaliyyətinə süni maneəçilik yaratmışdır. Belə ki, keçmiş sədr Camaləddin Nuriyev qanuna zidd hərəkətlərini davam etdirdiyinə görə, bələdiyyənin əmlakını, möhürünü və ştampını ye ni seçilmiş sədr Cavabdeh2 təhvil vermədiyinə görə Cavabdeh2 pozulmuş hüquqlarını bərpa etmək üçün Şabran rayon Polis Şöbəsinə müraciət etmiş, müvafiq araşdırmalar aparıldıqdan sonra Polis orqanı tərəfindən məsələnin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Lakin, işə baxan Sumqayıt Apellyasiya məhkəməsi araşdırmamışdır ki, cavabdeh (keçmiş sədr) X9 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikas Qanununun 16.1-ci maddəsinin tələblərini pozmuş, ayda bir dəfədən az olmayaraq bələdiyyənin iclaslarını çağırmalı olduğu halda bələdiyyə iclasların ı çağırmamışdır. Bundan başqa, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin 5-ci bəndinin tələbləri pozulmuş, tətbiq edilməmişdir. Belə ki, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi araşdırmamışdır ki, cavabdeh (keçmiş sədr) X9 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin 5-ci bəndinin tələblərini pozaraq qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 8 (səkkiz) ay müddətində Bələdiyyənin fəaliyyətini pozaraq nə özü sədr kimi fəaliyyət göstərməmiş, nə də ki, yeni seçilmiş bələdiyyə sədri Cavabdeh2 sədrlik etməyə şərait yaratmamışdır, möhürü və ştampı gizlədərək yeni sədrə təhvil verməmiş, Bələdiyyənin fəaliyyətinə açıq-aşkar maneəçilik törətmişdir. Odur ki, Bələdiyyənin normal fəaliyyət göstərməsini bərpa etmək üçün Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri 12.08,2020-ci il tarixdə bələdiyyə üzvlərinin üçdə birinin təşəbbüsü ilə təkrar iclas keçirilmişdir, 9 nəfərdən ibarət Pirəbədil Bələdiyyə üzvlərindən 6 nəfər bələdiyyə üzvü həmin iclasda iştirak etmiş və iclasda təkrarən Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə sədr seçilməyi təsdiqlənmiş, yeni qərar qəbul edilmiş və bələdiyyənin fəaliyyətini həyata keçirmək, xalqa xidmət göstərilməsi məqsədilə bələdiyyə üzvlərinin birgə səsverməsi, razılığı ilə Pirəbədil Bələdiyyəsinə yeni möhür və ştamp alınması qərara alınmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəs inin 3-cü bəndinə əsasən, bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 5-ci bəndinə əsasən, Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Həmin Qanuna əsasən, Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır, iclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyy ə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilmişdir. Bununla belə, əvvəlcə hazırkı iddiaya mülki mühakimə icraatında baxılmasının mümkünlüyü ilə bağlı prosessual hüquq normalarına əməl edilib-edilməməsi yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr hazırkı işə mülki mühakimə icraatında baxılmalı olub-olmamasına dair məsələni lazımi qaydada əsaslandırmamışlar.
20. Belə ki, İddiaçı iddiası inzibati orqan olan Şabran rayon Pirəbədil bələdiyyəsinin 18.01.2020-ci il tarixli, 01 saylı və 12.08.2020-ci il tarixli 03 saylı protokol-qərarının etibarsız hesab olunması barədədir.
21. Bu iddianın predmeti nəzərdən keçirildikdə aydın olur ki, irəli sürülmüş tələblərə mahiyyət etibarilə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır.
22. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özün üidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
24. Bələdiyyə sədrinin seçilməsi barədə mübahisə, inzibati orqanın özünün fəaliyyətinin təşkili ilə bağlı olmaqla, xüsusi hüquq sahəsinə deyil, ümumi (publik) hüquq sahəsinə aiddir. Bu barədə bələdiyyənin aktları da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər.
25. Çünki, həmin məsələ lər məhkəmə mübahisəsinin predmeti olduqda iddia mülki qanunvericilik əsasında deyil, “İnzibati icraat haqqında” Qanunu və digər aidiyyəti normativ hüquqi aktlar tətbiq edilməklə həll oluna bilər. Belə səlahiyyət isə inzibati məhkəmələrə aiddir.
26. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Mülki prosessual qanunvericiliyə görə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir (§ 15).
28. Qeyd edilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, İddiaçı iddiasına mülki mühakimə icraa tı qaydasında baxılmalı olmadığından ümumi məhkəmələrin iddiaya mahiyyəti üzrə baxması və müvafiq qətnamə çıxarması prosessual hüquq normalarına uyğun olmamışdır.
29. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiası digər iddianın həlli ilə əlaqəli olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla işə yenidən baxılması üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2504/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apell yasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov