Məhkəmə qərarları › İş №2(102)-1353/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1353/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1353/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi” tələbinə dair m ülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1545/2023 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı ilə ekvivalentində və ödənilmiş 198 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(067)-346/2023 nömrəli qətnaməsi ilə iddia tələb i qismən təmin edilmiş, Cavabdeh1 16000 (on altı min) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 171,6 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə) b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1545/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(067)-346/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, İlqar Dəmirov)

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qətnaməsinin Cavabdeh1 yaşadığı ünvan 1i ünvanı üzrə poçt vasitəsilə 04 noyabr 2023-cü il tarixdə təqdim edilmişdir.

6. Cavabdeh1 qətnamədən 25 yanvar 2024-cü il tarixdə kassasiya şikayəti vermiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə də əlavə etmişdir.

7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2023cü il tarixdə cavabdehin rəsmi qeydiyyat ünvanında ailə üzvlərinə təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə poçtalyon Cavabdeh1 zəng edərək, Sumqayıt Apellyasiya Məhkəməsindən mə ktub daxil olduğunu bildirmişdir. Həmin vaxt cavabdeh xəstə olduğu üçün poçta gələ bilməyəcəyini bildirmişdir. Poçtalyon xx.xx.2023-cü il tarixdə qətnamənin surətini cavabdehin yaşadığı ünvanda ailə üzvlərinə təqdim etmişdir və Cavabdeh1 poçt xəbərnaməsini imzalamamışdır, xəbərnamədəki imza ona məxsus deyil.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(105)-1545/2023 nömrəli qərardadı ilə Cavabdeh1 prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə qaytarılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov)

9. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2 023-cü il tarixli qətnaməsi Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2023-cü ildə təqdim edilmiş, şikayət isə xx.xx.2024-cü il tarixdə verilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 405.0.1-ci maddəsinin tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-in 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Göründüyü kimi MPM-in 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir q aydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-in 135.3-cü maddəsində deyilir ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verm əlidir.

12. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Cavabdeh ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsinə səbəb qətnamənin şəxsən ona deyil, qeydiyyatda olduğu ünvan üzrə ailə üzvünə təqdim edilməsi olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı üzrlü hesab etməyərək belə nəticəyə gəlmişdir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəblərə görə buraxılmasını təsdiq edəcək sübutlar olmadığından müddət bərpa edilməməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada kassasiya şikayətinin qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.3, 129.1, 129.2, 130.1, 133.1, 135.2-135.6-cı və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin cavabdehin ünvanında onun ailə üzvlərinə təqdim edilməməsi barədə dəlilləri araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddə tin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına ça tmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlid irlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.[171] Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edi lmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

20. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2023-cü ildə təqdim edilmiş, şikayət isə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür.

24. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi bar ədə iddiaçının dəlilləri əsassızdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticəni əsaslı sayır.

26. Nəzərə alınsa ki, MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verə bilər, belə olan halda, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni olmuşdur.

27. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. 28. “Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsini n 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qətnamənin cavabdehin ünvanında onun ailə üzvlərinə təqdim edilməməsi barədə ərizədə göstərilən xüsusatların apellyasiya instansiyası məhkəməsi tərəfi ndən araşdırılmaması barədə kassasiya şikayətinin dəlillərin qəbul etmir. Belə ki, işdən görünür ki, cavabdeh xəbərnamədəki imzanın ona məxsusluğu ilə bağlı xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi 06 fevral 2024-cü il tarixli qərardadla həmin vəsatəti təmin etməmiş, bunu da Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə istinadən onunla əsaslandırmışdır ki, məhkəmə sənədinin cavabdehin olduğu yer üzrə rəsmi qaydada onun ailə üzvünə təqdim edilməsi halı mübahisələndirilmədiyindən, həmin poçt xəbərnaməsindəki imzanın Cavabdeh1 məxsus olub-olmamasının yoxlanılmasına zərurət yoxdur. 30.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1545/2023 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar