Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1353/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Kateqoriya və açar sözləri – öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1376/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Goranboy Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 1(045)10/2018 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna geri qaytarılmışdır.
2. Goranboy Rayon Prokuroru tərəfindən qəbul edilmiş 26 mart 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30.000 manatın və həmin məbləğin 6 illik faiz dərəcəsi olan 9.000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişlər ki, işbirliyi qurmaq məqsədilə etibar etdiyi cavabdehə xırdabuynuzlu heyvanlar alıb, saxlayıb, qazanc əldə edib, yarı bölmək üçün bir dəfəyə 17.000 manat vermiş, özü də bu məbləğin 15.000 manatını işlədiyi "xxxx" ASC-dən kredit götürmüş, evindəki 2.000 manat ehtiyatını da əlavə etmişdir. O, şəh ərdə yaşadığı üçün mal-qara biznesindən başı çıxmamış, həm də bankda məsul vəzifədə olduğu üçün başqa bir rayonda təsərrüfatla məşğul olmağı mümkün deyildir. Sözügedən hadisə 2014-2015-ci illərdə, onun cavabdehə hədsiz etimadına hörmət və səxavət göstərməyinə görə baş vermişdir. Onları 2011-ci ildə hər ikisi də dost olan bir şəxs tanış etmişdir. Ayrı-ayrı şəhərlərdə yaşasalar da, hər ikisi bank sistemində işlədiyi üçün (cavabdeh Beynəlxalq bankın işçisi olmuşdur), 2011-ci ildə baş vermiş tanışlıqdan sonra vaxtaşırı təmasda olub, çörək kəsmiş, yaxın olmuşdur. Səxavətinə və sadəlövhlüyünə görə, cavabdeh onu bağışlayan adam hesab edərək dəfələrlə və təkidlə şərikli xırdabuynuzlu heyvan saxlamağı təklif etmiş, bu işi bütövlüklə öz üzərinə götürmüş, ondan işbirliyinə yalnız sərmayə qoymağı xahi ş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını deyib, şirin planlar cızmaqla onu ələ ala bilmiş, işə bütün nəzarəti, tanışı olan çobanın haqqını, yem pulunu, hətta heyvanları tapıb, almasını öz üzərinə götürmüş, bu işbirliyindən onun vəzifəsi yalnız lazımi miqdarda pul vermək olmasını bildirmişdir. Razılığa görə qazanc onun sərmayəsinin tədricən (hissələrlə) qaytarılmasından sonra yarı bölünməli idi. Bir müddətdən sonra o, yenə də cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10.000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpabuğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləği o, Rusiyada ticarətlə məşğul olan dostu E lşəndən borc alıb, cavabdehə vermişdir. Lakin ailəsinin torpağın hansı kənddə yerləşməsini bilməmiş, güman etmişdir ki, becərdiyi arpa və buğda boy atanda ona göstərəcək, lakin vaxtı olmadığından həmin sahəyə gedə bilməmişdir. Baxmayaraq ki, razılaşmaya görə, bütün işlərin xərci cavabdehin üzərində olmuşdur, cavabdehin maddi imkanının zəif olması barədə sözlərinə görə (işbirliyi qurmamışdan başqa sözlər deyirdi) çobanın əmək haqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3.000 manat vermişdir. Cavabdeh heyvanları onsuz almış, ona görə də miqdarını və hansı qiymətə alınmasını, alış zamanı onu hansı miqdarda aldatmasını bilmir və bu barədə cavabdehə irad etmir. O, cavabdehə tam inandığı üçün heyvan dalınca rayonlar gəzməyi, alıb saxlanmasına nəzarət etməyi lazım bilməmişdir. Həmçinin işbirliyinin necə cərəyan etməsini yoxlaya bilməmişdir. Alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Cavabdeh ona elə münasibət göstərmiş, elə hərəkətlər etmişdir ki, qalan heyvanların harada otlamasını, hansı yataqda saxlanmasını yoxlamağı, yəni cavabdehi sınağa çəkməyi özünə ar bilmiş, daha da dərinə varsaq, susuz çölləri gəzib, yataq axtarmağa, heyvan saymağa həvəsi olmamışdır. Əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərarda göstərilmişdir ki, guya Cavabdeh 101 baş xırda buynuzlu heyvan alıb, onun sayını cəmi dəyəri 19.790 manat təşkil edən 121 başa çatdırmış, onun dəyəri olan 9.895 manatı ona çatır. Halbu ki, o, işbirliyinə qoyduğu pulun mənimsənilməsi barədə şikayət etmişdir. Cavabdeh barəsində cinayət işi qanunsuz olaraq başlanmamışdır. Cavabdeh bildirmişdir ki, guya ziyan çəkdiyi üçün onun pulunu qaytara bilməmişdir. Nədən ibarətdir ziyan, necə və nə vaxt ziyana düşmüşdür, istintaqçı yazmır. Taxıl əkini barədə də heç nə deyilmir. Qərarda həqiqət ört-basdır edilmiş, işbirliyinə 30.000 manat pul qoymağı gizlədilmişdir. Cavabdeh ibtidai istintaqa verdiyi ifadələrə və şəxsən ona etdiyi etiraflara görə təsərrüfatında cəmi 260, ya da 245 baş heyvan olmuşdur. Guya heyvanın bir hissəsi (təxminən 1/5) tələf olmuşdur. İstintaq boyu müxtəlif ifadələr verən çoban Kamil Mirzəyev ifadələrinin birində göstərmişdir ki, Cavabdeh onu təsərrüfatda 245, yaxud 260 baş heyvan olmasına inandırmaq, yəni aldatma q üçün mövcud heyvanları müvəqqəti olaraq başqa bir çobanın heyvanlarına qatmışdır ki, o, işin yüksəlişə doğru etməsini düşünsün. Əsl həqiqət isə çoban Kamil, onun qoyunları otaran oğlu və cavabdeh yaxşı bilirlər. Cavabdeh onu aldatmasına hər bir halda şübhə qalmır. Bu “nailiyyətə” görə o işbirliyinə qoyduğu puldan az da olsa qaytarılmasını istəmiş, lakin cavabdeh telefonunu bağlayaraq, gizlənmişdir. Cavabdeh onunla təmasdan yayındığı üçün Goranboy şəhərinə səfər edib, sonuncunu evində taparaq hərəkətinə izah verməsini, işin həqiqətdə necə getməsini soruşmuşdur. Cavabdeh, əvvəlcə narahatlığa əsas olmamasını demiş, lakin qətiyyətli verdiyi suallardan sonra bildirmişdir ki, daha heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, satmış, qalan hissəsini isə cavabdeh özü satmış, ziyana düş düyü üçün sərmayəni qaytara bilməmişdir. Cavabdehin bu hərəkətlərinə görə onda şübhə qalmamışdır ki, ona işbirliyi təklifi edən zamandan cavabdeh, əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cavabdeh onun əmlakını təkbaşına, yaxud çoban Kamil Mirzəyevlə cinayət əlaqəsində mənimsəməsi onun üçün önəmli deyil. Özgə sürüsünə baxan çobanların bir qayda olaraq müxtəlif üsullarla heyvan oğurlamaları (heyvanların itmələri, xəstəlikdən, bitdən-birədən tələf olmaları barədə və sair uydurmalarla) barədə çox eşitmişdir. Lakin çoban Kamil Mirzəyev bütün sürünü və bütün arpa-buğdanı oğurlaya bilməzdi. Cavabdeh heyvanları satıb dağıdıb, əldə etdiyi həmin puldan ona 1 manat da olsa, verməmişdir. Başqa sözlə, cavabdehin yaratdığı və ya yaratmaq istədiyi illüziyası yaratdığı təsərrüfatdan o, heç nə almamış, çünki əvvəlcədən aldadılmışdır. Cavabdeh onun verdiyi pulların hamısını mənimsəmiş, qaytarmaq barədə planı olmamışdır. Odur ki, onun neçə heyvan alması, sayının necə artırması burada önəmli deyil. Fakt budur ki, Cavabdeh onun 30.000 manatını etibarından sui-istifadə etməklə talamışdır. Ona görə də, taladığı pulların faizi ilə geri qaytarmalıdır. Cavabdehin məhz onu talamaq niyyətində olması hadisədən ötən uzun zamanla təsdiq olunur. O vaxtdan 6 ildən artıq vaxt ötmüşdür. Cavabdeh istintaq altında olmağını, nəhayətdə tutulmağını, yəni pula zəruri ehtiyacı olmasını, ailəsinin böhran keçirdiyini bildiyi halda, bu uzun müddətdə bir dəfə də olsa, borcundan hərdən bir olsa da, 100-200 manat ödəmək barədə düşünməmişdir. O, hələ cavabdehin 10.000 manatını alıb, əkdiyi taxıl-buğdadan əldə etdiyi, y axud əkmədən (quru yerdən) əldə etdiyi 10.000 manatı demir (sonralar aldığı məlumata görə cavabdeh, heç nə əkməmişdir). Odur ki, cavabdehin onunla işbirliyi zamanı heyvan alınması üçün öz pulunu xərcləməsi istintaq materialları ilə təkzib edilir. Heyvanların ölüm-itim məsələsi isə təsdiq edilmir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan cinayət prosessual qaydada şikayət verib-verməməyi bu işin nəticəsindən, Cavabdeh mülki prosesdə davranışından, özünü məhkəmədə necə aparmasından, ödənişlər etməsindən asılıdır. Cavabdeh barəsində 3 ilə yaxın müddətdə istintaq getməsinin, həmin müddətdə həyəcanlı günlər yaşamasının özü də böyük bir cəzadır. Özü də istintaq altında olduğu üçün bunu yaxşı başa düşür, ona görə də Cavabdeh məhkum edilib-edilməməsi bu gün onun üçün maraqlı deyil, lakin borc ödənilməlidir. Nəhayətdə qeyd etmək istəyir ki, mülki iş üzrə araşdırma zamanı məhkəmə cavabdehin əməlində cinayət tərkibi olmasını müəyyən etdiyi halda, cinayət işinin qaldırılması haqqında xüsusi qərar çıxarıb, onu prokurorluğa göndərə bilər. Çünki işlə adi tanışlıq ondan xəbər verir ki, Goranboy rayon prokuroru cinayət işinin prokurorluğun icraatında olduğu 2 il 1 ay müddətində sürtə-sürtə onu cılızlaşdırmış, cinayət-prosessual qanunla istintaq üçün nəzərdə tutulan müddətləri kobudcasına pozmuş cavabdehin arxasında durub, uzun müddət istintaqın normal gedişinə mane olan, nəyin bahasına olursa-olsun, cinayətkarı xilas etmək istəyən yaxınlarının təzyiq və şikayətlərindən yaxa qurtarmaq üçün aşkar cinayət işini süni surətdə mülki müstəviyə keçirib, xitam verdirmişdir. Bu gün məqsədi, məsələni mülki qaydada həll etmək olduğu üçün cinayət işinin təfərrüatına, yəni cavabdehin birgə təsərrüfatında 245 baş (başqa bir ifadədə 260 baş) heyvan olmasına dair sözlərinin nə dərəcədə həqiqət olmasını müzakirə etmək istəmir. Əgər həqiqətən heyvanlar qeyd edilən miqdarlarda olmuşsa, deməli, Cavabdeh əldə etdiyi qazancı da mənimsəmişdir. Qazancı istəmir, əli ilə verdiyi pulu qaytarsın. Goranboy rayonuna səfər etməyinin xərcini, etdiyi sair hörmətləri, namərdliyi üzündən uzun illər keçirdiyi iztirablarını, xoşbəxtliyini onun pulunda axtarmasını cavabdehə bağışlayır. Cavabdeh ondan aldığı 30.000 manat pulu mövcud mülki qanunvericiliyə görə faizi ilə geri qaytarmalıdır.
5. İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdehi u zun müddətdir, yəni 2011-ci il tarixdən tanıyır. Daha sonra onlar ortaq iş qurmaq qərarına gəlmişlər. Belə ki, cavabdeh ona təsərrüfat işlərini yaxşı bildiyini, hazırda heyvandarlıq təsərrüfatında yaxşı gəlirin olduğunu və yetərli vəsaitə malik olsa, işi idarə edə biləcəyini bildirmişdir. O, da, cavabdehin sözlərinə inanaraq iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30.000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Lakin sonra məlum olmuşdur ki, cavabdeh heyvanların tələf olduğunu bəhanə gətirərək onu aldatmışdır. Bundan sonra cavabdeh tərəfindən mənimsənilmiş pulun qaytarılması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq nəticə olmamışdır. Cavabdeh borcun qay tarılmasından qərəzli şəkildə boyun qaçırır. Sözügedən hadisə ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin onun müraciətləri nəticəsiz olaraq qalmışdır. Cavabdehdən vermiş olduğu pulu ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, cavabdehdən 27.000 manat pul tələb edir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, o, 2010-cu ildən “Beynəlxalq bank”ın Goranboy filialında əməliyyatçı vəzifəsində işləmiş və həmin vaxtlardan iddiaçı ilə tanışlığı olmuşdur. İddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gəlmişlər. Nəticədə razılaşmaya əsasən hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçının bu iş üçün hissə-hissə ümumilikdə 22.000 manat, özü isə 15.000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüşdür. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə Raminə taxıl əkməyi təklif etmiş və bildirmişdir ki, belə olan halda xeyli miqdarda pula qənaət edəcəklər. Ramin də bu təkliflə razılaşaraq 32 hektar torpaq sahəsinə taxıl əkmək üçün 5.000 manat, özü isə 7.000 manat pul qoymuşdur. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanların saxlandığı yerə gedib baxa bilməmiş, yəni heyvanlara nəzarət edə bilməmişlər və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin sonradan çobanın yalan danışdığı və heyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Odur ki, dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla Kamil arasında 7.000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bu günə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3.170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Əkdikləri taxıl sahəsini də ziyanvericilər məhv etdiyi üçün bu təsərrüfatları da batmışdır. Bu ziyanlıqla bağlı Raminə məlumat verdikdə o, bunun ona heç bir aidiyyətinin olmad ığını və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Belə olan halda, onlar arasında mübahisələr başlamış və hazırda da davam etməkdədir. Hətta Ramin ona hədə-qorxu gələrək avtomobilini əlindən alaraq baş etibarnamə ilə dostuna vermişdir. Həmin vaxt o, qorxduğu üçün bu barədə polis orqanlarına müraciət etməmişdir. Raminin ondan pul tələb etməsi əsassızdır, çünki ona da bu işbirliyi nəticəsində 20.000 manata yaxın ziyan dəymiş və hər ikisinin pulu batmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Goranboy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(045)-87/2023 tarixli, 07 fevral 2023-cü il nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmiş, 27.000 manat məbləğində pulun və ödənilmiş 210 ma nat dövlət rüsumunun 171 manat hissəsinin cavabdehdən tutularaq, iddiaçıya verilməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini cavabdeh öz üzərinə götürmüş, iddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27.000 manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində iddiaçıya 27.000 manat məbləğində zərər dəymişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı iş birliyi üçün vəsait vermiş, cavabdeh də öz növbəsində iş ortaqlığına həm pul vəsaiti qoymuş, həm də işin idarəçiliy ini öz üzərinə götürməsi barədə iddiaçıya vəd verməklə sonuncu qarşısında öhdəlik götürmüş, belə olan halda o, qanunun tələbinə görə işçisinin hərəkətlərinə görə də öhdəlik daşıyıb. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 171 manat məbləğində müəyyən edilməli və qalıq 39 manat hissəsi isə idd iaçıya aid edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 385.1, 386.1 və 456-ci maddələri ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq o, 15.000 manat, iddiaçı isə 20.000 manata yaxın hissə-hissə pul qoymuşlar. İlk vaxtlarda işləri yaxşı alınmış, lakin əkdikləri taxıl-arpa sahəsi həmin il bütün ölkədə olduğu kimi, yaşadıqla rı Goranboy rayonunda da ziyanvericilər (siçan-sincab) tərəfindən məhv edilmişdir. Bu zaman əkdikləri taxıl-arpa sahələrini ziyanvericilərdən qorumaq üçün əlavə olaraq 3-5 min manat əlavə xərc çəkmişdir. Lakin, əkdikləri 20 ha-dan heç bir ton da məhsul götürə bilməmişlər. Əlavə olaraq icarəyə götürdükləri torpaq sahiblərinə onun tərəfindən torpaqlarından istifadə etdiyi şəxslərə hər hektara görə 500 manat pul vermişdir. O ki, qaldı xırda buynuzlu heyvanlara, onlarında bir hissəsini iddiaçı ilə birlikdə, qalanını iddiaçının razılığı ilə o, almışdır. Çoban tutmuş, ona aylıq 300 manat əmək haqqı vermiş, heyvanların yeminə xeyli pul xərcləmişdir. Arada heyvanlar xəstələnib ölməyə başlayanda baytar gətirmişlər. Heyvanların ölümünün qarşısını almaq üçün dərmanlara xeyli pul xərcləmişdir. Sonda i sə ona məlum olmuşdur ki, heyvanlara baxan çoban onların inamından istifadə edərək saxladığı heyvanlarını satırmış. Bütün bunlardan iş ortağı olduğu üçün iddiaçının xəbəri olmuş, o, iddiaçını mütəmadi məlumatlandırmışdır. Bütün bu dediklərini istintaq zamanı həm torpaq sahəsini əkdiyi şəxslər, həm heyvanlara baxan baytar həkim, həm də heyvanlara baxan çoban özləri izahatlarında etiraf etmişlər. Hətta onlara ziyan vurduğu üçün o, çoban barədə şikayət də etmişdir, bu zaman çoban hər şeyi etiraf edərək boynuna almışdır. Əslində bu işbirliyindən iddiaçıdan çox ona maddi və mənəvi ziyan dəymişdir. Zərərin nəticəsidir ki, bu günə kimi o, maddi tərəfdən özünə gələ bilmir. İddiaçı isə əksinə, iş ortaqlığında onun çox ziyana düşdüyünü bilsə də bunu qəbul etmir. Əvvəl üstünə aidiyyatı olmayan adamla r gətirmiş, sonra isə barəsində cinayət işi başlanması üçün istintaq orqanına ərizə ilə müraciət etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı iş birliyi məqsədilə cavabdehə ümumilikdə 27.000 manat pul vermişdir. İddiaçının cavabdehə həmin məbləğdə pul verdiyi iş materialları, o cümlədən cavabdehin özünün məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin məbləğdə pulun iddia çı tərəfindən iş birliyi məqsədilə cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə iddiaçının cavabdehə verdiyi 27.000 manat məbləğdə pulun cavabdehin özü üçün sərf etmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Kamil adlı çobanın hərəkətləri ilə bağlı cavabdehin göstərdikləri onu (cavabdehi) iddiaçı qarşısında məsuliyyətdən azad edə bilməz.
17. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayət in təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 178.1, 359.1, 360.1, 362.1, 425.1, 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci,MPM-in 14.2, 77, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. C)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Qətnamədən cavabdeh (vəkil Nümayəndə İnqilab oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında yaranmış münasibətlərə, o cümlədən cavabdehin iddiaçı qarşısında hər-hansı bir öhdəliyinin olmaması, şərikli işlə bağlı görülən işlərdə hər ikisinin işin üstündə durması, heyvanların qırılmasını və məhz bu səbəbdən də onların qazanc əldə edə bilməməsini, tərəflərin bu işə başlayarkən həm qazanca, həm də ziyana şərik olmamaları ilə olan razılaşmalarını nəzərə almamışdır. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə apellyasiya şikayətinin 7-ci paraqrafında göstərilən əsaslara görə sübutlara düzgün qiymət verməmiş və səhv olaraq öhdəliklə bağlı Mülki Məcəllənin normalarına istinad etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəflər arasında şərikli olaraq iş görməsi nəticəsinə gəlmiş və belə olan halda Mülki Məcəllənin 11-ci maddəsinin tələblərinə uyğun olaraq yəni qanunun analogiyası üzrə Mülki Məcəllənin ortaqlıqla bağlı normalarını tətbiq etməliydi. Belə ki, iddia üzrə tərəflərin arasında ya ranmış mübahisə şərik olaraq gördükləri iş üzrə uğranan maddi ziyan üzrə tərəflərin məsuliyyətindən doğan mübahisədir. Tərəflər hüquqi şəxs yaratmasa belə onların məqsədi mənfəət əldə etmək üçün təsərrüfat ortaqlığının yaradılmasından ibarət olmuşdur.
21. Əlavə olaraq qeyd edilmişdir ki, təsərrüfatın məhv olmasına səbəb heyvanların xəstəlikdən məhv olması olmuşdur. Cavabdehin isə yuxarıda göstərilən kimi heyvanların ölməsində heç bir günahı olmamışdır. Yəni, o, öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmiş, lakin özündən asılı olmayan səbəbdən müflis olmuşdur. Bununla da, məhkəmə kollegiyası həmin maddi normaların tələblərini pozmuşdur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli 2(102)-827/2024 nömrəli qərarı ilə cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1504/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini cavabdeh öz üzərinə götürmüş, iddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27.000 manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində iddiaçıya 27.000 manat məbləğində zərər dəymişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iş birliyi məqsədilə cavabde hə ümumilikdə 27.000 manat pul vermiş, iddiaçının cavabdehə həmin məbləğdə pul verdiyi iş materialları, o cümlədən cavabdehin özünün məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin məbləğdə pulun iddiaçı tərəfindən iş birliyi məqsədilə cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə iddiaçının cavabdehə verdiyi 27.000 manat məbləğdə pulu cavabdehin özü üçün sərf etmədiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Hazırkı işdə iddiaçının iş birliyi məqsədilə cavabdehə vermiş olduğu 27.000 manat məbləğdə pulu cavabdehin özü üçün sərf etmədiyi, işbirliyi zamanı itkilərə məruz qaldığı, heyvanları otaran çobanın onlardan xəbərsiz olaraq heyvanları satması, bütün bunlardan iddiaçının məlumatlı olduğu barədə cavabdehin məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və cavabdeh bu barədə heç bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh özünün məhkəməyə verdiyi izahatı ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, Raminin təsərrüfatdan anlayışı olmadığı üçün təsərrüfatı idarə etməyi o, öz öhdəsinə götürmüş, Kamil adlı şəxsi də çoban kimi o, özü işə götürmüş, taxıl əkməyi də Raminə o, təklif etmişdir. Yekun olaraq işin faktiki halı kimi müəyyən olunur ki, cavabdehin hərəkətləri ilə iddiaçıya 27.000 manat məbləğində maddi ziyan dəymişdir və cavabdeh bu ziyana görə iddiaçı qarşısında məsuliyyətlidir. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsasla r yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulmuşdur. Kamil adlı çobanın hərəkətləri ilə bağlı cavabdehin göstərdikləri onu (cavabdehi) iddiaçı qarşısında məsuliyyətdən azad etmir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 27.000 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etsə də, iş materiallarında iddiaçının bu məzmunda ərizəsi mövcud deyil. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən təmin olunduğunu qeyd etsə də, nəticə hissəsində iddianın təmin edilməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin ziddiyyətləri aradan qaldırmaql a bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan hallara hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Apellyasiya İnstansiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1376/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Loğman Süleymanovun) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 16.655 manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, iddia tələbi işbirliyi qurmaq üçün hissələrlə ödənilmiş 30.000 manatın və həmin məbləğin 6 illik faiz dərəcəsi olan 9.000 manatın tutulmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi 6 illik faiz dərəcəsi ilə hesablanan 9.000 manat vəsaitin tutulması hissədə iddiaya ümumiyyətlə hüquqi qiymət verməmiş, habelə qətnamənin nəticə hissəsində tələbin bu hissəsi ilə bağlı hansı nəticəyə gəldiyini qeyd etməmişdir.
29. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 27.000 vəsait verilmiş, Cavabdeh da təsərrüfatın idarəçiliyini öz üzərinə götürmüşdür. 2015-ci ildə İddiaçı tərəfindən Cavabdeh pul vəsaiti ödənildikdən sonra sonuncu muzd müqabilində heyvanlara baxmaq üçün Kamil Mirzəyevlə razılaşmışdır. Daha sonra isə İddiaçı verdiyi vəsait hesabına Cavabdeh təşkilatçılığı ilə müxtəlif şəxslərdən xırdabuynuzlu heyvanlar alınaraq tərəflərin heyvandarlıq təsərrüfatının həyata keçirilməsinə başlanılmışdır. İlk başdan tərəflərin razılaşdığı kimi heyvandarlıq təsərrüfatının idarə edilməsi və ona nəzarətlə Cavabdeh məşğul olmuşdur. Bir müddət keçdikdən sonra tərəflərin yaratdığı təsərrüfatda olan xırda buynuzlu heyvanların sayı 245 başa çatsa da, sonradan heyvanların tələf olması nəticəsində yekun olaraq 121 baş xırda buynuzlu heyvan çoban Kamil Mirzəyev tərəfindən Cavabdeh təhvil v erilmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçı maddi baxımdan təsərrüfatın fəaliyyətini təmin etməli, cavabdeh isə baxım, nəzarəti həyata keçirməli idi. Odur ki, tərəflərin birgə təsərrüfatının nəticəsi olaraq yekunda mövcud olan 121 baş xırdabuynuzlu heyvanın aralarında bərabər bölünməsi qanuna müvafiqdir. Lakin, həmin heyvanlar naturada mövcud olmadığından, yəni cavabdeh tərəfindən satılması təsdiqini tapdığından onların ümümi dəyərinin yarısı Cavabdeh alınaraq İddiaçı verilməlidir.
31. Tərəflərin qurduğu heyvandarlıq təsərrüfatında son zamanlar mövcud olmuş 121 baş xırdabuynuzlu heyvanın yaşı və cinsi nəzərə alınmaqla bazar dəyərinin müəyyənləşdirilməsi üçün Göygöl rayonunda yerləşən «Mal-qara» bazarına müvafiq sorğu verilmiş və sorğ uya cavab olaraq sahibkar X1 (VÖEN **********) tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli 24/04 saylı məktubla qeyd edilmişdir ki, 2024-cü ildə diri çəkisi 50 kq 2 illik erkək qoyunun orta bazar qiyməti 380-400 manat; diri çəkisi 45 kq olan 1 illik erkək qoyunun orta bazar qiyməti 340-360 manat; diri çəkisi 20 kq olan 6 aylıq dişi quzunun orta bazar qiyməti 360- 380 manat; diri çəkisi 30 kq olan 1 illik dişi qoyunun orta bazar qiyməti 200-250 manat; diri çəkisi 40 kq olan 3 illik ana qoyunun orta bazar qiyməti 250-280 manat; diri çəkisi 25 kq olan 3 illik keçinin orta bazar qiyməti 170-180 manat təşkil edir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, 1 ədəd diri çəkisi 50 kq 2 illik erkək qoyunun orta bazar qiyməti 390 manat, 1 ədəd diri çəkisi 45 kq olan 1 illik erkək qoyunun ort a bazar qiyməti 350 manat, 1 ədəd diri çəkisi 20 kq olan 6 aylıq dişi quzunun orta bazar qiyməti 370 manat, 1ədəd diri çəkisi 30 kq olan 1 illik dişi qoyunun orta bazar qiyməti 220 manat, 1 ədəd diri çəkisi 40 kq olan 3 illik ana qoyunun orta bazar qiyməti 260 manat; 1 ədəd diri çəkisi 25 kq olan 3 illik keçinin orta bazar qiyməti isə 170 manat məbləğində müəyyən edilməsi daha məqsədəmüvafiqdir.
33. Məhkəmə kollegiyası həmçinin 30.000 manat vəsaitin 6 illik faiz dərəcəsi olan 9.000 manatın cavabdehdən tutulması hissədə hesab etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda vəsait verilmişdir. Bu halda iddiaçı təsərrüfat şəriki olmuş cavabdehdən faiz dərəcəsi ilə pul tələb etm əkdə haqlı olmamışdır. Ona görə də, iddia həmin hissədə təmin olunmamalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh 33.310:2=16655 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 10.1, 11.1, 21.1, 21.2, 21.3, 64.1, 64.8, 65.3, 385.1, 385.2, 386.1, 456-ci maddəsi, AR MPM-in 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cav abdeh (vəkil Nümayəndə İnqilab oğlu) kassasiya şikayəti verərək qətnaməni qismən – iddianın təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə işdə olan sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işə yenidən təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1, 64.8, 65.3.1, 77.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, təsərrüfatın inkişafı üçün tərəflər arasında razılaşma olmuş və hər biri müəyyən məbləğ qoyaraq işə başlamağa qərar vermişdi. İlk növbədə, heyvanların sayının artması (271 baş) və sonradan xəstəlik səbəbindən bəzi heyvanların itməsi məsələsi mübahisə yaradır. Bu məsələdə çobanın satışla bağlı rolu və onun verdiyi məlumatlar, xüsusən də satılan heyvanların pulunun hara xərcləndiyi ilə bağlı açıqlamalar barədə məlumatsızlığı ilə bağlı qeyd etmişdir.
38. Məhkəmə tərəfindən müəyyən edilmiş 16.655 manat məbləği, satılan 271 baş heyvanın qiymətinin (hər birinin 170 manat olaraq qiymətləndirilməsi) düzgünlüyünü əsas götürərək, cavabdehdən bu məbləğin alınması qərara alınmışdır. Lakin, məhkəmə ekspertizasının keçirilməməsi və tərəflərin müxtəlif mövqeləri, mübahisənin həllinə maneə törətmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
42. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
46. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərin in (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsub
47. Maddə 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
48. Maddə 65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar.
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəy yənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə
456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən – iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
67. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkə məsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericil iyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol v erməmişdir.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1376/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.