Məhkəmə qərarları › İş №2(102)-1354/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1354/2022

03.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə, 3-cü şəxslər X9, X3, X8, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsini təkrar mülkiyyətə verilməsinin qanunsuz sayılması, mülkiyyət hüququnun bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-185/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qət naməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X9, X8 və Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin təkrar mülkiyyətə verilməsinin qanunsuz sayılması və ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və onun ailə üzvlərinə məxsus JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə, Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha sahəsinə, mülkiyyət hüquqlarının bərpa edilməsi, ona və onun ailə üzvlərinə məxsus JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsi hissəsi ilə bağlı, 2.8 ha torpaq sahəsinin sənəd üzrə RX seriyalı ******* saylı çıxarışına əsasən, Cavabdeh2 təkrar mülkiyyətinə verilməsi ilə bağlı dövlət reyestrində olan qeydin əsassız hesab edilməsi və ləğv edilməsi, ona və onun ailə üzvlərinə məxsus JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə, Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin ölçülərində, formasında, cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 14 saylı ərazi idarəsi tərəfindən baza məlumatında aparılmış (azaldılmış) 8.32 ha torpaq sahəsi ilə bağlı dəyişikliyin ləğv edilməsi, JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktında göstərilən koordinatları daxilində çıxarışın verilməsi dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsi ilə bağlı plan və ölçünün iddiaçıya verilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-in 14 saylı ərazi idarəsinin üzərinə qoyulması, AR DT və XÇ Komitəsinin Şamaxı Torpaq Şöbəsinin keçmiş rəisi M.Əfəndiyev və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması, "xxxx" MMC-nə onun tərəfindən ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh2 tutularaq ona ödənilməsi, məhkəmə xərclərinin müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh AR ƏMDK yanında DƏDRXin 14 saylı Ərazi İdarəsinə qarşı, cavabdehin imtina məktubunun qanunsuz sayılması, Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən 13.51 ha torpaq sahəsinə dair çıxarışın verilməsi və dövlət reyestrində qeydiyyata alınması, həmçinin torpaq sahəsinə dair plan və ölçünün ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin hakimi Z.Piriverdiyevin icraatında olan 21(85)-36/2017 saylı inzibati işlə bağlı, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən 01.11.2017ci il tarixli N 24449 nömrəli ekspert rəyi, məhkəməyə gəldikdən sonra ekspert qarşısında qoyulan suallarla əlaqədar tədqiqatın nəticəsi üzrə məlum olmuşdur ki 1) ona məxsus Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerl əşən 8.5 ha torpaq sahəsinin JN-0427 saylı 41011018 kodlu "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. 2/3) JN-0427 saylı 41011018 kodlu "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 8.5 ha torpaq sahəsinin 2.80 hektarı sənəd və naturada RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh2 təkrar mülkiyyətinə verilmişdir, MN seriyalı ******* saylı çıxarışa əsasən X10 məxsus 2.0 ha, MH seriyalı ******* saylı çıxarışa əsasən X4ma məxsus 0.42 ha və JN- 0662 saylı 41011018 kodlu "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X8 məxsus 3.0 ha torpaq sahələri ilə sənəd üzrə (JN-0427 nömrəli Aktı) onun torpaq sahəsi üst-üstə düşmür. X1 məxsus torpaq sahəsindən 0.15 ha və X9 məxsus torpaq sahəsindən 0.16 ha istifadə edir. X12 isə ona məxsus 0.44 ha torpaq sahəsindən istifadə edir. Ona görə də o, qeyd edilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şamaxı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(074)-345/2018 nömrəli qərardadı ilə (hakim Etibar Hümbətov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisləri və Şamaxı rayonu Nağaraxana kənd Bələdiyyəsinin nümayəndəsi cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli, 16887 saylı ekspert rəyindən görünür ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,5 ha torpaq sahəsinin JN-0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilən konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh2 məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin RX seriyalı ******* saylı Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. JN-0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən İddiaçı 8,5 ha torpaq sahəsi sənəd və naturada RX seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh2 məxsus 8,69 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus 8,50 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Azərbaycan Respublikası "xxxx" MMCnin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,5 ha torpaq sahəsinin JN-0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilən konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh2 məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin RX seriyalı ******* saylı Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun deyildir. Belə ki, həmin torpaq sahəsinin 2.8 hektarı İddiaçı mülkiyyətində olan torpaq sahəsidi r. JN0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən İddiaçı 8,5 ha torpaq sahəsi sənəd və naturada RX seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh2 məxsus 8,69 ha torpaq sahəsi üst-üstə düşür. Üst-üstə düşən 2.8 hektar torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Birinci instansiya məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(074)-345/2018 nömrəli qərardadı ilə (hakim Etibar Hümbətov) təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisləri və Şamaxı rayonu Nağaraxana kənd Bələdiyyəsinin nümayəndəsi cəlb edilməklə Məh kəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2019-cu il tarixli № 3101 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 24 may 2019-cu il tarixli **********19 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məhkəməyə təqdim etdiyi JN-0427 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin elektron məlumat bazası ilə və eyni zamanda naturada istifadə etdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. 2-ci sual üzrə mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq Cavabdeh2 RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahə sinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin naturada istifadə etdiyi torpaq sahəsinə uyğun olduğu müəyyən edilmişdir. 3-cü və 4-cü suallar üzrə mülki işə əlavə edilmiş iddiaçıya verilmiş JN-0427 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən torpaq sahəsinin elektron məlumat bazasında mövcud olan JN-0427 saylı çevrədə göstərilən torpaq sahəsi və eyni zamanda naturada istifadə etdiyi torpaq sahəsi ilə konfiqurasiya uyğunsuzluğu olduğundan, bu sualların cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(074)-215/2019 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 adına ve rilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********0,1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Seriya RX № ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 8,6986 ha torpaq sahəsinin 1,39 ha hissədə qismən əsassız hesab edilərək, həmin hissədə ləğv edilməsi, İddiaçı və onun ailə üzvlərinə məxsus JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsi ilə bağlı Çıxarışın iddiaçıya verilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsinin üzərinə qoyulması, Cavabdeh2 200 manat ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 60 manat pulun alınıb "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci i nstansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998ci il tarixli 08 saylı qərarına əsasən 13,71 ha torpaq sahəsi digər ailə üzvləri ilə birgə iddiaçının mülkiyyətinə ayrılmış, bu barədə dövlət aktı qeydiyyat kitabında 4504 sayla qeydiyyat aparılaraq, JN-171 Kod 41011018 saylı dövlət aktı verilmişdir. Abşeron rayonu 1 saylı DNK-da təsdiq olunmuş, 18.05.2004-cü il tarixli 3M/369 saylı alqı-satqı müqaviləsinə əsasən isə 13,51 ha torpaq sahəsi də digər ailə üzvləri ilə birgə iddiaçının mülkiyyətinə verilmiş və bu barədə 21 iyul 2004-cü il tarixdə dövlət aktı qeydiyyat kitabında 13692 sayla qeydiyyat aparılaraq, JN-0427 Kod 41011018 saylı torpağa mülkiyyət hüququna dair dövl ət aktı verilmişdir. İş üzrə olan sübutlarla həmçinin müəyyən edilmişdir ki, reyestrdə 4Ə/4/942 № ilə qeyd edilmiş 14 sentyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 özünə məxsus 4,57 ha torpaq sahəsindən 2,83 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. 24.10.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 özünə məxsus 52,67 ha torpaq sahəsinin 18897,60 kv.m hissəsini Cavabdeh2 satmışdır. 1,89 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsi barədə 24 mart 2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında 805 sayla qeydiyyat aparılaraq, JN-0689 Kod 41011018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 24.10.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən əldə edilmiş 1,89 ha torpaq sahəsi 24 mart 2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında Ca vabdeh2 adına 805 sayla qeydiyyata alınmasına və həmin qeydiyyat qüvvədə olmasına baxmayaraq, Cavabdeh2 14.09.2005-ci il tarixli 4Ə-4-942 saylı müqavilə əsasında əldə etdiyi 2,83 ha torpaq sahəsi onun adına qeydə alınarkən, həmin müqavilə ilə yanaşı 24.10.2005-ci il tarixli 4ə/5/1095 saylı alqı-satqı müqaviləsi də təkrar qeydə alınmış və sonuncu müqavilə əsasında əldə edilmiş və Cavabdeh2 adına əvvəllər qeydə alınmış 1,89 ha torpaq sahəsi təkrarən başqa torpaq sahəsi kimi ümumilikdə 4,7196 ha torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə JN-0682 Kod 41011018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Nəticədə cavabdehin əldə etdiyi torpaq sahəsinin əvvəllər adına qeydə alınmış 1.89 ha hissəsi müqavilə əsası olmadan təkrar onun adına qeydə alınmışdır. Bundan ba şqa, X13 13.02.2006-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən özünə məxsus 24748,33 kv.m torpaq sahəsini Cavabdeh2 satsa da, müqavilə qeydə alınarkən Cavabdeh2 müqavilə əsasında əldə etdiyi torpağın sahəsi 3,42 ha olaraq qeydə alınmış və bu barədə JN-0703 Kod 41011018 saylı dövlət aktı verilmişdir. Nəticədə 13.02.2006-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsində nəzərdə tutulmayan 0.945167 ha (3,42 ha-2,474833 ha) torpaq sahəsi müqavilə əsası olmadan Cavabdeh2 adına qeydə alınmışdır. İş üzrə olan sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, mülkiyyətinə müxtəlif vaxtlarda qeydə alınmış və dövlət aktları verilmiş torpaq sahələri 08.07.2011-ci il tarixdə Cavabdeh2 adına ümumi 97986 kv.m torpaq sahəsi olaraq qeydə alınaraq **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Qeydiyyat hərəkətləri aparılarkən əvvəllər cavabdehin adına qeydə alınmış 1,89 ha torpaq sahəsinin müqavilə əsası olmadan ayrı torpaq sahəsi kimi təkrar onun adına qeydə alınması və 0,945167 ha torpaq sahəsinin isə müqavilə əsası olmadan qeydə alınması nəzərə alınmamışdır. İş üzrə olan sübutlarla habelə müəyyən edilmişdir ki, 31.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bölgü planına əsasən Cavabdeh2 adına qeydə alınmış 97986 kv.m torpaq sahəsindən 1,19 ha hissəsini X2, Bələdiyyə qərarına əsasən 1,30 ha torpaq sahəsi əldə etmişdir. Bundan sonra Cavabdeh2 mülkiyyətində 8,6986 ha torpaq sahəsi olduğuna dair daşınmaz əmlakın Dövlət reyestrində **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat aparılmış və seriya RX № ******* saylı çıxarış verilmişdir. Göründüyü kimi, Cavabdeh2 8,49 ha torpaq sahəsinə mülkiyyət hüququ yaranmasına və həmin torpaq sahəsindən 1,19 ha hissəsini də özgəninkiləşdirməsinə, bununla da mülkiyyətində 7,3 ha (7,19 ha-1,19 ha +1,3 ha) torpaq sahəsi qalmasına baxmayaraq, mülkiyyət hüququ əldə etdiyi torpağın sahəsi daşınmaz əmlakın Dövlət reyestrində 1,39 ha artıq qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 sentyabr 2018-ci il tarixli rəyində digər ailə üzvləri ilə birgə iddiaçının mülkiyyətinə qeydə alınmış 8,50 ha torpaq sahəsi ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşmədiyi qeyd edilsə də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli № 16887 saylı ekspert rəyi ilə digər ailə üzvləri ilə birgə iddiaçının mülkiyyətinə qeydə alınmış torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin üst-üstə düşdüyü, üst-üstə düşən 2,8 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyun 2019-cu il tarixli № 3101 saylı ekspert rəyi ilə isə iddiaçının 8.5 ha torpaq sahəsinin elektron məlumat bazası ilə və eyni zamanda naturada istifadə etdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi, cavabdehə RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin naturada istifadə etdiyi torpaq sahəsinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə ekspertin 18 iyun 2019-cu il tarixli № 3101 saylı rəyinin cavabdehin mülkiyyət hüququ əldə etdiyi torpağın sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində 1,39 ha artıq qeydə alınması ilə bağlı olan mübahisəli RX seriyalı ******* saylı çıxarış əsasında verdiyini nəzərə alaraq həmin rəylə razılaşmır və bu rəyin iddianın rədd edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Məhkəmə rəyi vermiş ekspertin mühəndislik sahəsində xüsusi biliyinin olduğunu nəzərərə alaraq 10 oktyabr 2018-ci il tarixli № 16887 saylı rəylə razılaşır və tərəflərin mülkiyyət sənədlərində qeyd olunmuş torpaq sahələrinin 2.8 ha hissədə üst-üstə düşdüyünə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Bununla yanaşı məhkəmə onu qeyd etməyi zəruri sayır ki, yanaşı yoxlanılmış sübutlarla müəyyən edildiyi kimi yalnız 1,39 ha torpaq s ahəsi hüquqi əsas olmadan Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. Digər torpaq sahələri bələdiyyə qərarı və bağlanmış müqavilələr əsasında cavabdehin adına qeydə alınmışdır. İddiaçı həmin əqdləri mübahisələndirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarının şərhinə əsasən, nə qədər ki, torpaq sahələrinin Cavabdeh2 mülkiyyətinə qeydə alınmasına əsas olmuş bələdiyyə qərarı və bağlanmış müqavilələr etibarsız hesab olunmayıb, onların əsasında aparılmış qeydiyyat etibarsız sayıla bilməz. Bu halda, Konstitusiy a Məhkəməsinin qeyd etdiyi kimi, qeydin həqiqiliyi prezumpsiyası qüvvədə olur. İddiaçı JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 hä torpaq sahəsinin ölçülərində, formasında, cavabdeh AR ƏMDK yanında DƏDRX-in 14 saylı ərazi idarəsi tərəfindən baza məlumatında aparılmış (azaldılmış) 8.32 ha torpaq sahəsi ilə bağlı dəyişikliyin ləğv edilməsini tələb etsə də, iş üzrə olan sübutlarla həmin hal təsdiq edilməmişdir. İddiaçı eyni zamanda 400 manat pulun Cavabdeh2 tutulmasını tələb etmiş, iddiasının həmin hissəsini "xxxx" MMC-yə iddia edilən məbləğdə pul ödəməsi ilə əsaslandırmış, lakin həmin vəsaiti ödəməsinə, eləcə də vəsaitin hazırkı mübahisə ilə bağlı edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etmə mişdir. İş üzrə olan sübutlarla iddiaçının "xxxx" MMC-yə iddia edilən məbləğdə pul ödəməsi, eləcə də ödənişin hazırkı mübahisə ilə bağlı edilməsi halı təsdiq edilməmişdir. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin mülkiyətində 7,3 ha torpaq sahəsi qaldığı halda, mülkiyyət hüququ əldə etdiyi torpağın sahəsi daşınmaz əmlakın Dövlət reyestrində hüquqi əsas olmadan 1,39 ha artıq qeydə alındığından, nəticədə mülkiyyətlərində olan torpaq sahələri həmin sahə ilə üst-üstə düşən iddiaçının və ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyətçi hüquqları pozulduğundan, cavabdehin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli,.Seriya RX № ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 8.6986 ha torpaq sahəsi 1,39 ha hissədə olmaqla qismən əsassız hesab edilərək, həmin hissədə ləğv edilməli, iddiaçı və ailə üzvlərinə məxsus JN-0427 saylı 41011018 kodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsi ilə bağlı Çıxarışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh AR ƏMDK yanında DƏDRX-in 14 saylı ərazi idarəsinin üzərinə qoyulmalı, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş ekspertizalar üzrə xərc Cavabdeh2 tutulmalıdır. Məhkəmə, bununla yanaşı hesab edir ki, iş üzrə olan sübutlarla JN-0427 saylı 41011018 vodlu "Torpağa Mülkiyyət Hüququna dair" Dövlət Aktı ilə Şamaxı rayon Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin ölçülərində, formasında, ca vabdeh AR ƏMDK yanında DƏDRX-in 14 saylı ərazi idarəsi tərəfindən baza məlumatında aparılmış (azaldılmış) 8.32 ha topraq sahəsi ilə bağlı dəyişikliyin olması, iddiaçının "xxxx" MMC-yə iddia edilən məbləğdə pul ödəməsi, eləcə də ödənişin hazırkı mübahisə ilə bağlı edilməsi halı təsdiq edilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, AR DT və XÇ Komitəsinin Şamaxı Torpaq Şöbəsinin keçmiş rəisi M.Əfəndiyev və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri aşkar olunmadığından, iddia tələbi onların barəsində xüsusi qərardad çıxarılması hissəsində də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4. 1, 8.0.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 217.4, 265.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-21/2019 saylı (hakim Etibar Hümbətov) əlavə qətnaməsinə əsasən, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) 2(105)-1794/2020 nömrəli 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX və Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 10/2888 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********69 №- li, “06” may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, JN-0427 saylı 41011018 kodlu “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən İddiaçı Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində mülkiyyətinə verilmiş 8.5 ha torpaq sahəsinin cizgisinin elektron məlumat bazasında olan cizgi ilə uyğunsuzluq təşkil ediyi müəyyən olunur. Eyni zamanda iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə konfiqurasiya və sahə fərqinin mövcud olduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8.69 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş koordinatlarının həmin torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi və həmin torpaq sahəsinin planına uyğun gəldiyi müəyyən olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********69 №-li, “06” may 2021-ci il tarixli mütəxəssis rəyində JN-0427 saylı 41011018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin koordinatları daxilində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib edilməməsi məsələsinə münasibət bildirilmədiyindən bu sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı və Cavabdeh2 Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində istifadələrində olan və naturada göstərdiyi torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) 2(105)-185/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsinin və Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2019 saylı, 06 fevral 2020-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 250 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba köçürülməsi, 574,48 manat pulun alınıb Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, keçirilmiş ekspert rəyi ilə JN-0427 saylı 41011018 kodlu “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən İddiaçı Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində mülkiyyətinə verilmiş 8.5 ha torpaq sahəsinin cizgisinin elektron məlumat bazasında olan cizgi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunur. Eyni zamanda iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə konfiqurasiya və sahə fərqinin mövcud olduğu müəyyən olunur. Həmçinin RX seriyalı ******* saylı Çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8.69 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş koordinatlarının həmin torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sə nədində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi və həmin torpaq sahəsinin planına uyğun gəldiyi müəyyən olunur. Göründüyü kimi, iddiaçının iddia tələbində mübahisələndirdiyi 1,39 ha torpaq sahəsinin JN0427 saylı 41011018 kodlu “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olması ekspert rəyi ilə təkzib edilir. Eyni zamanda Cavabdeh2 mülkiyyətində olan 8.69 ha torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş koordinatlarının həmin torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi və həmin torpaq sahəsinin planına uyğun gəldiyi müəyyən olunmuşdur. Bununla da müəyyən edilir ki, iddia tələbi keçirilmiş eksper tizanın rəyi ilə təkzib edildiyindən və iddia tələbində göstərilənlər öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışı qeyd edilən hissədə mübahisələndirsə də həmin çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməmişdir. Halbuki hazırkı mübahisənin həlli həmin sənədlərlə əlaqəlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin digər hissələri tələbin torpaq sahəsinin sənəd üzrə RX seriyalı ******* saylı çıxarışına əsasən Cavabdeh2 təkrar mülkiyyətinə verilməsi ilə bağlı dövlət reyestrində olan qeydin əsassız hesab edilməsi və ləğv edilməsi ilə bağlı olduğundan, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan və təmin edilməməli olduğundan tələbin digər hissələri də təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və "xxxx" MMC-nə ödənilmiş 400 manat məbləğində pul da iddiaçının özünə aid edilməli, ekspert xərcləri iddiaçıdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Bundan başqa mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətind ədir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə formal istinad etmiş və ona münasibətdə həmin maddənin tələblərini tətbiq etməmiş, habelə hər hansı bir digər maddi hüquq normalarına istinad etməmişdir. Apelyasiya instansiyası məhkəməsi ona münasibətdə Azərbaycan Respublik ası MPM-nin 80-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya məhkəməsində apelyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxılarkən onun tələbini təsdiq və sübut edən Məhkəmə Ekspertizası Mərkəzinin 01.11.2017-ci il tarixli və 10.10.2018-ci il tarixli ekspert rəyləri nəzərə alınmamış və məhkəmə bu Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, AR Ədliyyə Nazirliyinin 10 oktyabr 2018-ci il tarixli rəyi tərəfləri, AR ƏMDK yanında DƏK-r və ÜRX-ti, “Kadastr və Yer Quruluşu Layihə-Tədqiqat Mərkəzi” Ağsu Layihə-Tədqiqat İdarəsinin mühəndisi və ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsi ilə həyata keçirilmiş rəy olmasına baxmayaraq, həmin ME M-nin 22 iyul 2021-ci il tarixli ekspert rəyi yalnız AR ƏMDK yanında DƏK-r və ÜRX-tinin 06 may 2021-ci il tarixli mütəxəssis rəyinə istinadən tərtib edilmişdir. Apelyasiya instansiyası məhkəməsi nəyə əsasən DƏK-r və ÜRX-ti tərəfindən verilmiş 13 iyul 2017-ci il tarixli cavab məktubunda göstərilən yəni, onlarda olan baza məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətin-də olan torpaq sahəsinin 2.80 hektarının Cavabdeh2 təkrar mülkiyyətinə verilməsini kənara qoyaraq həmin təşkilatın 06 may 2021-ci il tarixli rəyində JN-0427 saylı 41011018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində mülkiyyətinə verilmiş 8.5 ha torpaq sahəsinin cizgisinin elektron məlumat bazasında olan cizgi ilə uyğunsuzluq təşkil etmədiyinin mü əyyən olunmasını və həmin təşkilatın rəyində göstərilən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsi məsələsinə münasibət bildirilmədiyindən bu sual üzrə tədqiqat aparılmamasının mümkün olmamasına öz münasibətini bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində qeyd edir ki, göründüyü kimi (MEM-nin 22 iyul 2021-ci il tarixli rəyi) keçirilmiş ekspert rəyi ilə JN-0427 saylı 410110 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində mülkiyyətinə verilmiş 8.5 ha torpaq sahəsinin cizgisinin elektron məlumat bazasında olan cizgi ilə uyğunsuzluq təşkil etdiyinin və naturada istifadə etdiyi torpaq sahəsi ilə konfiqurasiya və sahə fərqinin mövcud olduğunun müəyyən edilməsini görə-görə nədənsə mübahisənin tam, hərtərəfli və mahiyyəti üzrə həll edilməsi üçün təkrar ekspertiza təyin edilməsindən çəkinərək, Cavabdeh2 maraqlarına uyğun qətnamə çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tu tulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlili üz rə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətini apelyasiya kollegiyasının iş materiallarında olan ekspert rəylərini nəzərə almayıb, özünün təyin etmiş olduğu ekspert rəyinə əsaslanıb qətnamə qəbul edilməsi ilə razılaşmaması barədə dəlilləri ilə, apelyasiya kollegiyası tərəfindən əldə edilmiş rəyin əsassızlığı ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı birinci instansiyası məhkəməsi tərəfindən təkrar ekspertiza təyin edilməsi barədə qərardadı əsasında əldə edilmiş ekspert rəyinə kasasiya şikayətində hər hansı münasibət bildirməmiş, həmin rəydən yan keçmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2019-cu il tarixli № 3101 saylı ekspert rəyində göstərilmişdir ki, “Cavabdeh2 RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torp aq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin naturada istifadə etdiyi torpaq sahəsinə uyğun olduğu müəyyən edilmişdir.” İddiaçının istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli, 16887 saylı ekspert rəyinə gəldikdə isə qeyd edilməlidir ki, həmin rəydə göstərilmişdir ki, “AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh2 məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin RX seriyalı ******* saylı Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. JN-0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən İddiaçı 8,5 ha torpaq sahəsi sənəd və naturada RX seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh2 məxsus 8,69 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus 8,50 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt olunmamışdır.” Daha sonra yenə qeyd edilən ekspert rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,5 ha torpaq sahəsinin JN-0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilən konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Cavabdeh2 məxsus Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin RX seri yalı ******* saylı Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən konfiqurasiyası yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun deyildir. Belə ki, həmin torpaq sahəsinin 2.8 hektarı İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. JN0427 saylı 41011018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən İddiaçı 8,5 ha torpaq sahəsi sənəd və naturada RX seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh2 məxsus 8,69 ha torpaq sahəsi üst-üstə düşür. Üst-üstə düşən 2.8 hektar torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt olunmamışdır.” Göründüyü kimi, 10.10.2018-ci il tarixli ekspert rəyində iki mütəxəssis rəyləri olduğu kimi qeyd edilmiş, bu xüsus da nəzərə alınmaqla birinc i instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, əldə edilmiş yuxarıda qeyd edilən 18 iyun 2019cu il tarixli ekspert rəyində də Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2019-cu il tarixli № 3101 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 24 may 2019-cu il tarixli **********19 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məhkəməyə təqdim etdiyi JN-0427 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8.5 ha torpaq sahəsinin elektron məlumat bazası ilə və eyni zamanda naturada istifadə etdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. 2-ci sual üzrə mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq Cavabdeh2 RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin naturada istifadə etdiyi torpaq sahəsinə uyğun olduğu müəyyən edilmişdir. 3-cü və 4-cü suallar üzrə mülki işə əlavə edilmiş iddiaçıya verilmiş JN-0427 saylı (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən torpaq sahəsinin elektron məlumat bazasında mövcud olan JN-0427 saylı çevrədə göstərilən torpaq sahəsi və eyni zamanda naturada istifadə etdiyi torpaq sahəsi ilə konfiqurasiya uyğunsuzluğu olduğundan, bu sualların cavablandırılması mümkün olmamışdır. Cavabdeh2 RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətinə verilmiş Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 8,69 ha torpaq sahəsinin naturada istifadə etdiyi torpaq sahəsinə uyğun olduğunun müəyyən edilməsi göstərilmişdir. Beləliklə, iş materiallarında olan, işə mahiyyəti üzrə baxmış məhkəmə kollegiyaları tərəfindən əldə edilmiş rəylərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın zəbt edilməsi halının mövcud olmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçının dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin bildirilməlidir ki, iddiaçı onun mülkiyyətində olduğu torpağın cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, öz mülkiyyətində olan torpağa dair sübutu (Çıxarışı) təqdim etməlidir k i, bundan sonra başqasının mülkiyyət hüququnun əsasını təşkil edən sənədləri mübahisələndirsin. Bundan əlavə o da qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-185/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar