Məhkəmə qərarları › İş №2(102)-1354/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1354/2023

01.05.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-612/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/ 2019 saylı hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 07 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2019-ci il tarixli qərarı ilə apellyasia şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-24/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Bakı Apellya siya Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2019-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 1(103)-660/2021 saylı hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli 1(102)-634/2022 sayl ı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 1(103)-660/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 175.000 (bir yüz yetmiş beş min) manat, mənəvi ziyana görə 300.000 (üç yüz min) manat, cəmi 475.000 (dörd yüz yetmiş beş min) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 07 iyul 2018-ci il şübhəli şəxs qismində tutulmaqla həmin tarixdən azadlığı əlindən alınmış və məhkəmələrdə işinə baxılarkən günahsız olduğunu bildirsə də, bununla bağlı yuxarı instansiya məhkəməsinə şikayət versə də, qanunda nəzərdə tutulmuş qaydada müraciətlər etsə də heç bir nəticə olmamış və həbsdə neçə illər qaldıqdan sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin ədalətli araşdırmasından sonra, məhkəmə kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2019 nömrəli 07 yanvar 2019-cu il tarixli hökmü ləğv edilərək, ona bəraət verildikdən sonra azadlığa çıxmışdır. Beləliklə, İddiaçı 07 iyul 2018-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək, yəni 3 il 5 ay 12 gün əsassız olaraq məhkum olunaraq həbsdə s axlanmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə ona bəraət verilib, azadlığa çıxsa da, qeyd olunan qərardan verilmiş əsassız apellyasiya protestinə baxılanadək keçən müddət ərzində də stress və sarsıntılar keçirmişdir. Keçən həmin müddət ərzində İddiaçı çox böyük izdirablar çəkmişdir. Belə ki, heç bir günahı olmadan onun ağır cinayətdə ittiham olunması və təqsirinin olmamasına heç kimin inanmamasını görüb etiraz əlaməti olaraq məhkəmə zalında pəncərənin qırılmış şüşəsi ilə özünü qarın nahiyəsindən doğramış və özünü öldürmək istəmişdır. İşin qeyd olunan həmin halı AR SN Ağdaş rayon Xəstəxanasının ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarış, həmçinin 4790 №-li X6 ilə təsdiq olunur. Həmin sənədlərdən göründüyü kimi İddiaçı qarnı nın ön divarında olan ağrılar, şişkinliklər və başqa narahatlıqlarla bağlı cərrahiyə şöbəsinə müraciət etmiş, həkim müayinəsi zamanı onun qarnının ön divarının kəsikdən sonra çoxsaylı çapıqların olması və kəskin ağrıların olması müəyyən edilmiş, bununla bağlı müalicə təyin edilmişdir. (həmin arayışı iddia ərizəmə əlavə edəcəyəm) Qeyd olunan maddə ilə ittiham olunmasına görə qızının nişanı qaytarılmış və ailə üzvləri ondan üz döndərmişlər. Bundan başqa, qeyd etmək istəyirəm ki, İddiaçı Rusiya Federasiyasında yaşayıb orada da işləmişdir. Azərbaycan Respublikasına qızının nişan mərasimi ilə bağlı gəlmiş və qeyd olunan ittihamla bağlı tutulmuşdur. Rusiya Federasiyasında Fud Sity bazarında 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayınadək işləmiş, günə 4500-5500 Rus rublu, yəni Azərbayca n manatı ilə 120-130 manat pul qazanmışdır. Həmin halı qeyd olunan dövrlərdə Rusiya Federasiyasında olmaqla İddiaçılə eyni bazarda işləyən iş yoldaşları da təsdiq edə bilərlər və qeyd olunan şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmənin iclasında iştirakları təmin ediləcəkdir. İstintaq orqanlarının bilavasitə qanunsuz hərəkətləri, məhkəmə orqanlarının laqeydliliyi nəticəsində düşdüyü çıxılmaz durum və narahatçılıq özünü mənəvi sarsıntılar və iztirablarla büruzə vermişdir. Bütün bunlar İddiaçı psixoloji stress yaratmış, daim əsəb və sarsıntı keçirtmiş və bu onda immunitetin zəifləməsinə gətirib çıxarmışdır. Daimi həyəcan nəticədə xəstəliyə tutulmuşdur. Bu gündə mənəvi iztirablar keçirir, sosial adaptasiya olunmaqda çətinlik çəkir. Əsassız cinayət işinin başlanmasına və təqsirləndi rilən şəxs kimi cəlb edilməsi, tutulmaqla, məhkum edilməsi və bunun nəticəsində yəni 3 il 5 ay 12 gün həbsdə qalması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Beləliklə, Rusiya Federasiyasında bazarda işləməklə günə minimum 120 manat qazanmış, həbsdə 3 il 5 ay 12 gün qalmış və barəsində çıxarılmış bəraət hökmündən verilmiş kassasiya protestinə baxılanadək 07 iyun 2022-ci il tarixinədək Azərbaycan Respublikasını tərk edib işinə qayıda bilməmiş, keçən həmin müddət də 6 ay 18 gün də işləyə bilməmiş qazanc əldə etməmişdir. Buna görə də İddiaçı 3 il 5 ay 12gün+ 6 ay 18 gün= 4 il, 4 il =1460 gün, 1460 gün * 120=175200 manat yalnız işsiz qalması ilə bağlı maddi ziyan dəymişdir. Bundan başqa, heç bir təqsiri olmadan həyatının 3 il 5 ay 12 gününün dəmir barmaqlıqlar arasında keçirməsi, buna görə ailəsinin ondan üz döndərməsi, beləliklə də keçirdiyi stress və iztirabın mənəvi ziyanını pulla ödənilməsilə, keçmiş həmin zamanı kompensasiya edə bilməsə də, ona vurulmuş mənəvi ziyana görə 300.000 (üç yüz min) manat kompensasiya ödənilərsə bundan sonrakı həyatını qaydasına salmasına qismən kömək ola bilər. 8. 09.08.2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etirazla müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönədliyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün h üquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. İddiaçı ərizəsində keçirdiyi fiziki, mənəvi sarsıntıları, onun barəsində mənfi fikrin formalaşmasını və onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə dair sübutlar təqdim etməmişdir. Bundan başqa iddiaçı mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmiş və ağlabatan deyildir. Eyni zamanda iddiaçı maddi ziyanla bağlı Rusiyada çalışarkən gündəlik gəlirinin 120 manat olmasına istinad etsə də buna dair faktlar, sənədlər təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.

9. Bakı şəhər Nəsimi rayon məhkəməsinin (hakim Anar İbadzadə) e-2(006)3840/2022 sa ylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona maddi 175.000 manat ziyanın vurulduğunu bildirsə də, qeyd olunan iddia tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir, şahid ifadələri isə məhkəmə tərəfindən hazırkı maddi ziyanla bağlı tələbin təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

11. Məhkəmə bildirmişdir ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasın da ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir ko nkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»-nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1101.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə istinad etmiş dir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları nın vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərar ında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəv i sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 41.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — y üz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 41.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə, son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm mənti qi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Həmçinin, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlə t büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X5) 2(103)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi id diaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı hər aya görə 1.000 manat, ümumilikdə 41.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

18. Kollegiya öz mövqeyini əsaslandırarkən. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1101.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 41.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab etmişdir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş z iyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə CinayətProsessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 41.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) məhkəmələr tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyyət təşkil edir Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzini n ödənilməsi nəzərdə tutula bilər.

26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

27. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-612/2023 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar