Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1355/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1 və onun vəkili X5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2192/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 qzına və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, H.Zeyalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilindən isifadə hüqununun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili 2796 seriyalı orderə əsasən atası X3 verilmişdir. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir. O, 1991-ci ildən həmin ünvanda yaşayır. 2002-ci ildə ailə həyatı qurmuşdur, ailəsi də həmin ünvanda yaşayır. Cavabdehlər Cavabdeh1 və Məmmədova Mehri Məmməd qızı onun bacılarıdır. Cavabdeh1 1997-ci i ldə ailə qurmuşdur və həmin vaxtdan Türkiyədə yaşayır. Cavabdeh2 isə 2001-ci ildə ailə quraraq ailəsi ilə birlikdə Almaniyada yaşayır. Hazırda cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Cavabdehlərin onun istifadəsində olan mənzillə bağlılıqları yoxdur və bu ünvandakı qeydiyyatları formal xarakter daşıyır. Həmin mənzildə onların qeydiyyatda qalmaları onun mənzil hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, iş № 2(060)-4342/2019) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, H.Zeyalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilinə istifadə hüquqların ın itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2796 saylı orderin notarial qaydada təsdiq olunmuş surətinə görə, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili 2796 seriyalı orderə əsasən X3 verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, X6 xx.xx.2007-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 913 qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. Sumqayıt şəhər icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İB-nin 12 saylı MK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 695 saylı arayışa görə, X1 şəhəri, 4-cü mikrorayon, 17/23 saylı evin 36 nömrəli mənzildə yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırla r. xx.xx.2019-cu il tarixli akta görə, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, ev 12, mənzil 16-da qeydiyyatda olan 1963-cü il təvəllüdlü X4 1997-ci ildə ailə həyatı qurub və hal-hazırda Türkiyə Respublikasında yaşayır. 1969-cu il təvəllüdlü Cavabdeh2 2001 -ci ildə ailə həyatı qurub və ailəsi ilə birlikdə Almaniya Respublikasında yaşayır. Birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab etmişdir ki, hazırki mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi h üquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə Cavabdeh1 və … Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi F.Qayıbov küçəsi 12 saylı evin, 16 saylı mənzilində qeydiyyatda olmalarına baxmayaraq Cavabdeh1 1997-ci ildən … ailəsii lə birlikdə mənzildə yaşamadıqları öz təsdiqini tapmış və onlar daimi yaşaaq üçün başqa yaşayış məntəqəsinə g etmişlər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, H.Zeyalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzildən isifadə hüquqları itirilmiş hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Məmmədov, iş № 2(105)-2192/2020 ) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)4342/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasi ya instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzili AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin balansında olmaqla əvvəllər mərhum X2 icarəsində olmuş, onun adına 2796 saylı order verilmişdir. İş üzrə tərəflər isə onun övladlarıdır. M.İddiaçı xx.xx.2007-ci il tarixdə ölmüşdür. X1 şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzilinin hazırkı kirayəçisi hesab edilmiş, mənzillə bağlı maliyyə hesabı onun adına dəyişdirilmişdir. İş üzrə Cavabdeh1 Məhəmməd qızı 1997-ci ildən mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Onun özünün izahatına görə, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab etmişdir ki, hazırki mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yar andığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 Məhəmməd qızı mübahisəli mənzillə əlaqəsini 1997-ci ildən kəsmişdir və daimi olaraq başqa ünvanda yaşayır. Belə olan halda, onun Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzildən istifadə hüququ qeyd edilən normaların tələbinə əsasən itirilmiş hesab edilməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddianı qaldırmağa İddiaçı subyektiv hüququnun olmaması barədə də apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, işdə olan mötəbər sübutlardan görünür ki, İddiaçı mübahisəli mənzildə 1991-ci ildən yaşayır, 2007-ci ildə mənzilin əsas kirayəçisi olmuş atası öldükdən sonra kirayəçi qismində o, çıxış edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X8) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2192/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidə n baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı mülkiyyətçi hesab oluna bilməz. Eyni zamanda onun qeydiyyatı, istifadə hüquqları məhdudlaşdırıla bilməz. İddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının da onlar kimi ümumi mülkiyyətdən istifadə hüququ vardır. Qeydiyyatda olduğu mənzildən istifadə hüququnun itirilməsi gələcəkdə həmin mənzilin özəlləşdirilməsi nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququndan onu məhrum edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili X8 zahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və proses sual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2192/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda apelyasiya instansiya mə hkəməsinin qətnaməsindən kassasiya şikayəti yalnız cavabdehlərdən biri olan Cavabdeh1 tərəfindən verilmişdir Bu baxımndan qətnamənin qanuniliyi yalnız həmin şəxsin vermiş olduğu kassasiya şikayəti və dəlilləri əsasında yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi hazırkı kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərlə bağlı qeyd etmişdir ki, «Cavabdeh1 mübahisəli mənzillə əlaqəsini 1997-ci ildən kəsmişdir və daimi olaraq başqa ünvanda yaşayır. Belə olan halda, onun Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, 12 saylı evin 16 saylı mənzildən istifadə hüququ qeyd edilən normaların tələbinə əsasən itirilmişdir» «işdə olan mötəbər sübutlardan görünür ki, İddiaçı mübahisəli mənzildə 1991-ci ildən yaşayır, 2007-ci ildə mənzilin əsas kirayəçisi olmuş atası öldükdən sonra kirayəçi qismində o, çıxış edir.» Bu baxımdan məhkəmə ko llegiyası apelyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, icarədarın sıradan çıxmasından sonra mənzildə qalaraq onun faydalı hissəsində istifadəni davam etdirən, icarədarın malik olduğu hüquq və vəzifələri həyata keçirən icarədarın ailə üzvləri icarədarın malik olduğu hüquqlara malikdir. Bu baxımdan apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçını subyektiv hüququn sahibi olaraq qəbul etmişdir. Digər dəlilə münasibətdə isə məhkəmə apelyasiya şikayəti verən cavabdehin izahatına istinad edərək onun 1997-ci ildən mübahisəli mənzildə yaşamadığı, ailə qurduqdan sonra oranı tərk etdiyi, yaşayış yerinə malik olması nəticəsinə gəlmiş, mənzilin yeganə yaşayış yeri olması və oraya köçüb yaşamağa iddiaçının mane törətməsi ilə bağlı zəruri sübutlara malik olmamasını qeyd etmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Məmmədova Pakizər Məmməd qızına münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2192/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.