Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1355/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şəmkir Rayon Kür Qəsəbə Mənzil Kommunal X1 sahəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları; işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək vəzifələrinin kobud şəkildə pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəmkir Rayon Kür Qəsəbə Mənzil Kommunal X1 sahəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburax ma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)2292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə 07 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Şəmkir Rayon Kür Qəsəbə Mənzil Kommunal X1 sahəsində fəhlə vəzifəsində işləmişdir. 2. xx.xx.2024-cü il tarixli əmrlə, 30-31 yanvar 2024-cü il tarixlərində səbəb bildirmədən işə gəlmədiyi üçün iddiaçıya xəbərdarlıq edilmişdir. 3. xx.xx.2024-cü il tarixli əmrlə, iddiaçıya xx.xx.2024-cü il tarixlərində şəhid ailəsi olduğu üçün işə gəlməkdən imtina etməsi əsası ilə töhmət verilərək xəbərdarlıq edilmişdir. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, əmrin ləğv edilərək cavabdeh Şəmkir Rayon Kür Qəsəbə Mənzil Kommunal X1 Sahəsində öz əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin avqust ayından cavabdeh qurumda fəhlə vəzifəsinə işə qəbul edilmişdır. 2024-cü ilin aprel ayının sonunda bilmişdir ki, onu işdən qanunsuz azad ediblər. Hər hansı pozuntuya yol vermədiyi halda, xəbərdarlıq edilmədən, həmkarlar ittifaqının rəyi alınmadan işdən azad olunmuşdur.
6. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə etmişdir ki, 2023-cü ilin avqust ayında əmək müqaviləsi bağlananda ona işə gəlmək barədə hər hansı söz deyilməmiş, bu səbəbdən işə getməmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı özünü şəhid ailəsinin fərdi kimi təqdim edərək iş istəmiş, bu səbəbdən işə götürülmüşdür. Buna baxmayaraq işə götürüldüyü vaxtdan 2024-cü ilin fevral ayına kimi işə gəlməmiş, bu barədə ona dəfələrlə xəbərdarlıq edilmişdir. Bir neçə xəbərdarlıqdan sonra iş yerinə gələn iddiaçı, orada səs-küy salaraq iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur.
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2419/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim: Həvayət Məhəmmədi).
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının işdən çıxarılması əsası kimi təşkilatın intizam qaydalarını pozduğu və Əmə k Məcəlləsinin müvafiq maddələrinə əməl etmədiyi göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də iddiaçının heç bir səbəb göstərmədən iş yerinə gəlmədiyi və öz vəzifələrini yerinə yetirmədiyi görünür.
10. Məhkəmə bu nəticəyə gələrkən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinin ə) bəndinə, 186-cı maddəsinin 2-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun əsaslandırmaqla, aşağıdak ı dəlilləri də əlavə etmişdir: Ötən müddət ərzində işə gəlməmişdisə, cavabdeh təşkilat onun izahatını almalı, işdən azad olunması barədə həmkarlar təşkilatına müraciət etməli və digər əlaqədar addımlar atmalı idi. Lakin iş materiallarından da görünür ki, işdən çıxarılmasından yalnız bir neçə gün qabaq barəsində sözügedən addımlar atılmışdır. Buna baxmayaraq, həmkarlar təşkilatının yığıncağında iştirakı təmin edilməmişdir. İddiaçı işdən azad olunandan sonra onunla son – haqq hesab edilməmişdir.
13. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının izahatı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün qeyd edilməmişdir. İzahatın təhrif edildiyi qətnamə alındıqdan sonra onlara məlum olduğu üçün məhkəmə iclas protokoluna qeyd verməmişlər. İddiaçı nın iş materiallarındakı aktlardan, həmkarlar ittifaqının qərarından məlumatı olmayıb. Həmin sənədlər formal olaraq tərtib edilmiş, aktları imzalayan şəxslərin də bundan məlumatı olmamışdır. İddiaçının işə gəlmədiyini təsdiq edən heç bir sübut yoxdur. İddiaçının işdən çıxarılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət edilmiş və aparılan araşdırma nəticəsində cavabdeh təşkilat inzibati qaydada cərimə edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: İslam Həsənov - sədrlik edən və məruzəçi, Rüfət Məcidov, Günay Cavadova).
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münas ibətdə qeyd etmişdir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatın təhrif edildiyi barədə arqumentlər irəli sürsə də, lakin iş materiallarından birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclas protokoluna qeyd verilməsi müəyyən olunmur. Ona görə də bu arqumentlər kollegiya tərəfindən əsassız sayılmışdır.
16. Göründüyü kimi, iddiaçı hər hansı üzrlü səbəb olmadan davamlı olaraq işə gəlməməklə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri kobud şəkildə pozmuşdur. Belə ki, onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli intizam tənbehindən 6 ay müddət keçməmiş o, təkrarən əmək pozuntusuna yol verdiyindən cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
17. Həmçinin qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarix lərdə işə üzürlü səbəblər olmadan gəlmədiyinə görə barəsində intizam tənbehi qismində töhmət verilsə də, onun heç bir üzrlü səbəb olmadan yenidən bütün günü işə gəlməməsi (xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
18. Belə olan halda, əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmrin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddia tələbinin digər hissələri ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasına zərurət yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 186.1-ci maddəsinin tələbini nəzərə almamış, onun işlədiyi müddətdə hər hansı qanun pozuntusuna yol verməməsinə baxmayaraq, intizam məsuliyyətinə cəlb edilməsinə düzgün hüquqi qiymət verməmişdir.
22. Kassasiya şikayətinin digər dəlilinə görə, 30-xx.xx.2024-cü il tarixlərində işə gəlmədiyinə görə iddiaçıya xəbərdarlıq edilmiş, daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsaslanmaqla işdən azad edilmişdir. Bununla da, Əmək Məcəlləsinin 189.1-ci maddəsinin tələbi pozulmaqla, onun barəsində bir intizam xətasına görə iki dəfə intizam tənbehi tətbiq edilmişdi r. İşin bu halı apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
25. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı a y ərzində təkrarən əmək funksiyasını pozması.
26. Maddə 186.Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 1.İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2292/2024 nömrəli mülki iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.