Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1356/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, ştatların ixtisarı, ixtisarın qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X4 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7651/2022 nömrəli, 29 noya br 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 2012-ci ildən başlayaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra ASC və ya cavabdeh) son vəzifəsi İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsi olmaqla müxtəlif vəzifələrdə işləmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli, 55 nömrəli əmri ilə İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin adı dəyişdirilərək “Əsas fondların inventarlaşdırılması və idarə olunması şöbəsi” adlandırılmış, lakin xx.xx.2022-ci il tarixli, 59 nömrəli əmrlə həmin əmr ləğv edilmişdir. 3. xx.xx.2022-ci i l tarixli, 62 nömrəli əmrlə ASC-nin Aparatının təşkilati strukturunda dəyişikliklər edilərək, İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin ləğv edilməsi və Aparatın tərkibində Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin yaradılması qərara alınmışdır. 4. “Aparatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 62 nömrəli əmrdə iddiaçının tutduğu vəzifənin ixtisar edildiyi qeyd olunmuş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh in onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ASC-nin sədr müavini X1 strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 55 nömrəli əmri imzalamaq səlahiyyətinə malik olduğu mübahisəlidir. 2021-ci ilin avqust ayına qədər 9 ştat vahidindən və 9 işçidən ibarət olan iqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsi ləğv edilən zaman 11 ştat vahidindən və 11 işçidən, bir şöbə rəisi, iki şöbə rəisinin müavini və 8 digər ştat vahidlərindən ibarət olma sına baxmayaraq, eyni funksiyaları yerinə yetirən, adına sadəcə "xxxx" sözü artırılmış ASC-nin Aparatının tərkibində olan Əsas fondların idarə olunması və monitorinqi şöbəsi 14 ştat vahidindən, yəni bir şöbə rəisi, bir şöbə rəisinin müavini və 12 digər ştat vahidlərindən (11 ştat vahidi olanda şöbə rəisinin müavini 2 ştat vahidi, 14 ştat vahidi olduqda isə şöbə rəisinin müavini 1 ştat vahidi) ibarət olaraq təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda bir şöbə ilə əlaqəli 3-8 fevral tarixlərində olan 4 iş günündə 3 əmrin imzalanması məqsədli və qərəzli olmaqla bərabər, idarəetmənin mövcud qanunvericiliyinin tələblərinə və idarəetmə strukturunun səmərəli surətdə təkmilləşdirilməsinə deyil, şəxsi və subyektiv mülahizələrə uyğun şəkildə olmasını əyani şəkildə sübut edir. xx.xx.2022-ci il tari xli, 03/01-1/1/1649 nömrəli xəbərdarlıq məktubu ona təqdim edilməmişdir. Belə ki, Həyat yoldaşının “COVİD-19” testinin nəticəsi pozitiv çıxdığından xx.xx.2022 - xx.xx.2022ci il tarixlərində işdə olmamış və bununla bağlı xəstəlik vərəqəsi təqdim etmişdir. xx.xx.2022-ci il tarixli, 62 nömrəli əmr formal olaraq verilmiş, əslində isə həmin şöbə ləğv edilməmiş, sadəcə işlədiyi şöbə iqtisadiyyat və uçot idarəsinin tabeçiliyindən çıxarılaraq ASC-nin aparatı tərkibində yenidən təşkil edilmiş və adında cüzi dəyişiklik edilmişdir. Faktiki olaraq ştat ixtisarı aparılmamış, onunla əmək müqaviləsini ləğv etmək üçün rəhbərlik etdiyi şöbənin adı və tabeçiliyi dəyişdirilmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasla işçinin işdən kənarlaşdırılması işəgötürənin hüququdur. İddiaçı ixtisarın formal xarakter daşıdığını iddia edir. ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrdən də görünür ki, müəssisənin fəaliyyətinin optimallaşdırılması, gündəlik xərclərin azaldılması məqsədilə ixtisar prosesi aparılmışdır. Bundan başqa, ştatların artırılması və şöbənin adına “monitorinq” sözünün əlavə edilməsi da ixtisar prosesinin düzgün aparılmadığına əsas vermir. İşəgötürənin hüququdur ki, ştatlar ixtisar edildikdən sonra yeni şöbə yaratsın. Şöbənin adına “monitorinq” sözünün əlavə edilməsi ilə əlavə əlavə funksiyalar və işçi qüvvəsinə ehtiyac yaranmışdır. Ştat vahidini artırmaq işəgötürənin hüququdur və bu hüquq əmək qanunvericiliyi ilə məhdudlaşdılmamışdır. Bu hallara istinad edərək, ixtisar prosesinin düzgün aparılmamağı qənaətinə gəlinməsi absurddur. Giriş-çıxış məlumatlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 09:04-də "Azərsu” ASC-yə gəlmiş və saat 12:25-də oradan çıxmışdır. Həmin saatlarda işdə olmuş və xəbərdarlıq məktubu ona təqdim edilmişdir. Əmək kitabçasının ona həmin gün təqdim edilməməsi və son haqq hesabın hesabına həmin gün yox, xx.xx.2022-ci il tarixində köçürülməsi pozuntudur və müvafiq məsuliyyətə səbəb olur, lakin ixtisar prosesinin düzgün aparılmamasına əsas vermir. Həmçinin ixtisar ştat vahidlərinin artırılmasını istisna etmir.
8. İşə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materiallarından görünür ki, iddiaçıya peşəkarlıq səviyyəsi yüksək olduğuna görə əmək haqqına əlavə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin mövqeyi ondan ibarətdir ki, ASC-nin xx.xx.2022-ci il tarixli, 95-k nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3768/202 2 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia təmin edilmiş, ASC-nin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlin də müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə iş çinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
11. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
12. Məhkəmə qeyd etmişdir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı əmək münasibətlərinə də şamil olunur.
13. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçının işlədiyi şöbə ləğv edilsə də, əslində şöbə ASC-nin aparatı tərkibində 12 ştat vahidindən (əvvəlkindən 1 ştat vahidi artıq) ibarət olmaqla yenidən təşkil edilmiş, həmçinin adında dəyişiklik edilmişdir. Bu zaman iddiaçının tutduğu Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı və digər 10 ştat vahidi (şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı) ştat cədvəlindən çıxarılmış, ştat cədvəlinə Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi və digər 11 ştat vahidi əlavə edilmişdir. Göründüyü kimi, faktiki olaraq ştat ixtisarı aparılmamış, şöbənin adı və tabeçiliyi dəyişdirilmiş, iddiaçının işlədiyi Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlindən çıxarılsa da, Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlinə əlavə edilm işdir. Yeni yaradılan şöbə 14 ştat vahidinə qədər artırılmışdır. Bu zaman Əsas fondların idarə olunması şöbəsinin bütün işçiləri ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmiş, xx.xx.2021-ci il tarixdən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsini tutan X3 (iddiaçıdan daha az əmək stajına malik olan şəxs) ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Halbuki, Əsas fondların idarə olunması şöbəsi üzrə yalnız həmin şöbənin rəisi olmuş iddiaçının əmək haqqına peşəkarlığa görə əlavə ödənilmişdir. Bu hal cavabdehin nümayəndəsi tərəfindən də təkzib edilməmişdir.
14. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmri ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir.
15. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
16. İddia qeyd olunan hissədə təmin e dildiyi üçün Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən məhkəmə iddianı qalan hissədə də əsaslı hesab etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 16, 70, 71, 74, 77 və 300(1), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad etməklə, eyni zamanda maddəy ə şərh vermiş və ixtisar prosesi zamanı tələb olunan sənədlərin siyahısını göstərmişdir. Qətnamə sanki birinci instansiya məhkəməsi tərəfindən deyil, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. Hakim səlahiyyət hədlərini aşaraq maddəni bir növ şərh etmişdir. Qətnamədə qeyd edilir ki, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənədin olması bildirilir. Lakin bu halın hansı qanunla tənzimləndiyi göstərilmir. İddiaçıya vaxtında qanunla nəzərdə tutulan qaydada xəbərdarlıq edilmiş, lakin o, özü bilərəkdən həmin xəbərdarlığa imza atmaqdan imtina etmişdir. Bu barədə məhkəməyə sübutlar təqdim edildikdə, hakim tərəfindən qərəzli olaraq qəbul edilməmişdir. Belə ki, iddiaçı ixtisar prosesinə cəlb edildiyini bildiyindən qəsdən dəfələrlə xəstəliklə bağlı müvafiq sənədlər alaraq cavabdehə təqdim etmişdir. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, təxir barədə vəsatətlərini təmin etməmiş, bununla da işə birtərəfli və qərəzli yanaşmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7651/2022 nömrəli mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsasland ırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 77, 78-ci maddələrinin tələbləri baxımından düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin edilməsi qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam ar aşdıraraq düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, apellyator şikayətində iddiaçıya vaxtında qanunla nəzərdə tutulan qaydada xəbərdarlıq edilməsini, lakin onun bilərəkdən həmin xəbərdarlığa imza atmaqdan imtina etməsi və bu barədə məhkəməyə sübutlar təqdim edilsə də, qəbul edilməməsinə istinad etsə də, bu halların mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. Bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri-mötəbər, iddiaçı tərəfindən təqdim oluna n sübutları isə heç bir əsas olmadan əsaslı hesab etmiş, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, məhkəməyə təqdim etdikləri sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
28. Maddə
16. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə ağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin a millər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
29. Maddə 70, “b”. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
30. Maddə 71 (3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Maddə 71 (1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
32. Maddə 77, (1). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
33. Maddə 77, (2). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
34. Maddə 77, (3). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
35. Maddə 77, (4). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim hə ftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
36. Maddə 78, (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçir ilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
37. Maddə 300. (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddən in ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Q ətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir.
51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7651/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.