Məhkəmə qərarları › İş №2(102)-1357/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1357/2020

03.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1357/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əliyev, iş № 2(039)-273/19)İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən zəb t edilən, onun mülkiyyətində olan, Yevlax rayon Aran qəsəbəsində yerləşən 2,48 ha torpaq sahəsindən cavabdehin dərhal çıxarılması və ona vurulmuş 6,000 manat zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiаsı rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən, İ.Quliyev-məruzəçi və M.Əsədli, iş № 2(107)-2981/19) apelyasiya şikayəti təmin edilməyərək Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt edilən və onun mülkiyyətində olan Yevlax rayon Aran qəsəbəsində yerləşən 2,48 ha torpaq sahəsindən cavabdehin dərhal çıxarılması və ona vurulmuş 6.000 manat zərəirn əvəzinin ödənilməsi, həmçinin cavabdeh barəsində xüsusi qərardad çıxarıması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili F.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh A.Allacov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili F.Məmmədovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində 2.48 ha torpaq sahəsi İddiaçı, 4.34 ha torpaq sahəsi isə cavabdeh X2 mülkiyyətindədir. Cavabdeh A.Allacovun 4.34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Aqrar İslahat Komissiyasının 2001-ci il tarixli qərarına, İddiaçı 2.48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ isə 03.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmışdır. İddiaçı həmin 2.48 ha torpaq sahəsini göstərilən tarixdə X4 və digərlərindən alqı-satqı yolu ilə əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsi hə mçinin müəyyən etmişdir ki, bundan əvvəl Yevlax Rayon Məhkəməsində X5 ilə 2.48 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X4 və digərləri arasında torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmə mübahisəsi olmuş və Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X4 və digərlərinin Arif Allacova və ailə üzvlərinə məxsus 4.34 ha torpaq sahəsinin 2.27 ha hissəsindən, cavabdeh Eldar Quliyevin isə həmin torpaq sahəsinin 2.07 ha hissəsindən çıxarılmaları qət edilmişdir. Bu qətnamə Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Əldə edilmiş mütəxəssis rəyləri ilə həm İddiaçı mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəs ində yerləşən **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış 2,48 ha torpaq sahəsinin, həm də Arif Allacovun mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən **********1 reyestr nömrəsi ilə qeydiyyata alınmış 4,34 ha torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatları naturaya köçürülərkən onların üst-üstə düşmədiyi və qonşu torpaq sahələri olduğu, habelə Arif Allacovun mütəxəssislər tərəfindən qeyd edilmiş və hazırda istifadə etdiyi 4.34 ha torpaq sahəsinin hüdudlarından kənara çıxmadığı müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsinin qənаətinə görə birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Belə ki, mühəndislər tərəfindən tərtib edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş aktdan da müəyyən olunur ki, A rif Allacov mütəxəssislər tərəfindən qeyd edilmiş və hazırda istifadə etdiyi 4.34 ha torpaq sahəsinin hüquqlarından kənara çıxmamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə qeyd edilən torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş, məhkəmə iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 140, 443.4, 1096.1, 1096.2, 1097.1-ci və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini iş materialları ilə təkzib olunduğundan əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci mad dəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunu r ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İ ddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 oktyabr 2019-cu il tarixli, 2(107)-2981/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar