Məhkəmə qərarları › İş №2(102)-1357/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1357/2022

12.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1357/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1357/22 (Açar sözlər: vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(107)1186/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, “Qanun üzrə vərəsəlik hüququ haqqında” 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Şəhadətnamələrin, onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, valideynlərindən miras qalmış 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüququnun tanınması və cavabdehlə aramızda əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras payların naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə ak tları Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəflərin atası Əməl Əhmədovun mülkiyyətində olub. Sonradan JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Əməl Əhmədov, Tamara Əhmədova və cavabdehin birgə mülkiyyətlərinə verilib. 10 yanvar 2006-cı ildə Əməl Əhmədov, 31 yanvar 2007-ci ildə Tamara Əhmədova ölüb. Bundan sonra, 01 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fə rdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Əməl Əhmədovun adına, evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adlarına qeydə alınıb. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair cavabdehin adına 29 noyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V1/337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. 29 noyabr 2014-cü il tarixli Çıxarışa əsasən, İsmayıllı rayonu, Basqal qəsəbəsi, mülkiyyətdə olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Göründüyü kimi valideynlərindən miras qalmış sözügedən əmlakları məhz cavabdeh qoru yub saxlayıb və o, faktiki olaraq həmin əmlakları idarə etməklə mirası qəbul edib və miras əmlaklara dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr və Çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilməyib. İddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməli olduğu halda məhkəməyə müraciət edib. Bundan əlavə, iddiaçı ilk növbədə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməli olduğu halda, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qeyrimüəyyən tələblə məhkəməyə müraciət edib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mü bahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və v əzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəl iyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarıda tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məh kəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, İsmayıllı rayonu, Basqal qəsəbəsi, 0,09 ha həyətyanı torpaq sahəsində yerləşən, 1962-ci ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 50,6 kv.metr olan fərdi yaşayış evi Əməl Əhmədova məxsus olub. İsmayıllı rayon AİK-nın 14 dekabr 1998-ci il tarixli, 63 saylı qərarı ilə sözügedən torpaq sahəsi Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 birgə mülkiyyətinə verilib və JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. 10 yanvar 2006-cı il tarixdə Əməl Əhmədov, 31 yanvar 2007-ci il tarixdə Tamara Əhmədova ölüb. Bundan sonra, 01 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasə n, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 62,6 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Əməl Əhmədovun adına, evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Əməl Əhmədov, Tamara Əhmədova və Cavabdeh1 adlarına qeydə alınıb. Daha sonra işdən görünür ki, cavabdehin 22 avqust 2014-cü il tarixli ərizəsinə əsasən, İsmayıllı DNK tərəfindən Əməl Əhmədov və Tamara Əhmədovadan miras qalmış sözügedən evə və həyətyanı torpaq sahəsinə dair onun adına 31 oktyabr 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilib. Həmin Şəhadətnamələrə əsasən sözügedən ev və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bu barədə sonuncunun adına 29 noyabr 2014-cü il tarixli Çıxarış verilib. Bundan başqa, işə əlavə edilmiş sübutlardan, o cümlədən “Azərpoçt” DM-nin 08 sentyabr 2007-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, iddiaçı, Basqal qəsəbəsində istifadə etdiyi elektrik enerjisinə görə 08 sentyabr 2007-ci ildə Elektrik Təchizat İdarəsinin hesabına 12 manat pul köçürüb (iş vərəq 38). İşə əlavə edilmiş X1 24 avqust 2020-ci il tarixli arayışına görə, ********* saylı telefonun abunəçisi Basqal qəsəbə sakini İddiaçı olub və həmin telefon nömrəsi onun adına 2007-ci ildə çəkilib, 2017-ci ildə isə həmin telefon onun adından çıxarılıb və hazırda onun X2 ödənilməmiş 14,17 manat borcu vardır (iş vərəq 40). İşə əlavə edilmiş abonent İddiaçı adına olan saldodan isə görünür ki, 4 nəfər ailə üzvü olmaqla onun abonent kodu **********0339 olub, ünvanı Basqal qəsəbəsi göstərilib, 01 sentyabr 2015-ci il tarixdə onun yaşadığı evdə Elster G-4T Diafraqma tipli, ******* nömrəli sayğac quraşdırılıb və evdə 4 gözlü qaz piltələri olub. Habelə, işə əlavə edilmiş Basqal qəsəbəsi üzrə Nümayəndəsinin və Basqal qəsəbə bələdiyyəsinin 01 dekabr 2020-ci il tarixli arayışlarından görünür ki, mərhum Əməl Əhmədovun mülkiyyətində olan evdə oğlu Cavabdeh1 və ailə üzvləri daimi qeydiyyatdadırlar və ona məxsus olmuş İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi övladları İddiaçı və Cavabdeh1 tərəfindən öz aralarında bölünüb. Bölünmüş həyətin bir hissəsində, yəni sonradan tikilmiş evdə ailə üzvləri ilə birlikdə Cavabdeh1 yaşayır. Həyətin digər hissəsində yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayış yoxdur. Lakin, İddiaçı a ilə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evdə yaşayır və evdə İddiaçı və ailə üzvlərinə məxsus olan əşyalar saxlanılır. Eyni zamanda, tərəflərin hər birinin adına ayrıca qaz, işıq sayğacı, su və telefon xətti vardır (iş vərəq 37.41). İşin bu halları işə əlavə edilmiş qonşuların tərtib edib imzaladıqları aktla, Basqal qəsəbəsi üzrə Nümayəndəsinin 21 avqust 2014-cü il və 11 yanvar 2021-ci il tarixli arayışları ilə, habelə birinci instansiya məhkəməsinə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Seymur Şəfiyev, Qurban Əhmədov, Bəylər Əhmədov, Namiq Məmmədov, X3 Dəmirov və Elmir İsgəndərovun izahatları ilə də təsdiq olunur. Cavabdeh özü də izahatında, iddiaya etirazında göstərmişdir ki, valideynlərinin ölümündən sonra iddiaçı mübahisəli evin qıfıllarını dəyişərək onu evə buraxmayıb, yəni həmin ev faktiki olaraq iddiaçının sahibliyində, istifadəsində olub. Hazırda iddiaçı, sözügedən evin və həyətyanı torpaq sahəsinin validenylərindən miras qaldığını, valideynlərinin dəfn, qəbirüstü abidələrinin düzəldilməsi xərclərinin onun tərəfindən ödənildiyini, mirası evdə doğulduğunu ailə qurduqdan sonra da orada yaşadığını, atası Əməl Əhmədovun sağlığında torpaq sahəsində ikinci fərdi yaşayış evi inşa etdiklərini, 1991-ci ildə cavabdehin valideynləri ilə birlikdə həmin evə köçdüyünü, həmin vaxtdan mübahisəli evin onun sahibliyində, istifadəsində olduğunu, sonradan Bakı şəhərində mənzil aldığı üçün işi ilə əlaqədar olaraq həmin mənzilə köçdüyünü, mübahisəli evlə əlaqəsini kəsmədiyini yay aylarında oradan istifadə etdiyini, valideynlərinin vəfatından sonra da həmin evdə yaşamaqla mirası faktiki qəbul etdiyini, cavabdehlə aralarında olan razılaşmaya əsasən evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsini iki yerə bölərək hasarladığını, lakin digər vərəsələri göstərmədən cavabdehin bütövlükdə miras əmlaka dair öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr aldığını göstərib, mirasa vərəsəlik hüququnun tanınmasını və sair iddia edir. Cavabdeh isə İsmayıllı rayonu, Basqal qəsəbəsində doğulmaqla ailədə 3 bacı və 3 qardaş olduqlarını, digər vərəsələrin, o cümlədən iddiaçının ataları Əməl Əhmədovun sağlığında, yəni 1992-ci ildə Bakı şəhərindən mənzil alıb ora köçdüyünü, lakin Bakı şəhərinə köçərkən ehtiyac duymadığı bir sıra əmlakları evdə saxladığını, bir qardaş kimi buna etiraz etmədiyini, sonradan iddiaçının bundan sui-istifadə edərək valideynlərinin ölümündən sonra evin qıfıllarını dəyişərək onu evə buraxmadığını, nəticədə həyətdə olan yardımçı tikililərdə yaşamaq məcburiyyətində qaldığını, hər iki valideynlərinin dəfn və hüzr xərclərinin onun tərəfindən ödənildiyini, torpaq islahatı aparılarkən evin yerləşdiyi torpaq sahəsinin valideynləri ilə birlikdə onun ümumi birgə mülkiyyətinə verildiyini və beləliklə də iddiaçının miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyə ti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi, iddiaçının nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmək barədə ərizə verməklə, nə də miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə işdə iştirak edən şəxslərin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsinə dair işə əlavə edi lmiş çoxsaylı yazılı sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin, şahidlərin izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin cavabdehin özünün miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamasının nədə ifadə olunduğunu iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq kifayət qədər əsaslandırmadan, yalnız cavabdehin 22 avqust 2014-cü il tarixdə, yəni mirasa vərəsəlik açıldıqdan 8 il sonra mirası qəbul etməsinə dair notariat ofisinə verdiyi ərizəni və ona əlavə edilmiş Basqal qəsəbə Nümayəndəsinin 22 avqust 2014-cü il tarixli arayışını əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbu ki, MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Daha sonra işdən görünür ki, Əməl Əhmədovun 10 yanvar 2006-ci ildə, Tamara Əhmədovanın isə 31 yanvar 2007-ci ildə ölmələri ilə onlardan miras qalmış əmlaka vərəsəlik açıldığı halda, cavabdeh digər vərəsələri, o cümlədən iddiaçını göstərmədən 22 avqust 2014-cü ildə, yəni mirasa vərəsəlik açıldıqdan 8 ildən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verib, notarius isə ümumiyyətlə mirasın açıldığı yerdə olmayan vərəsələrin dairəsini, mirasın kütləsini müəyyən etmədən (mirası qoyanların belə 6 vərəsəsi vardır), vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, başqa sözlə cavabdehin miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etmədiyini aydınlaşdırmadan, bütövlükdə həm miras evə dair, həm də evin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr vermişdir. Mülki Məcəllənin 1318-ci maddə sinin mənasına görə, miras əmlak bütün vərəsələr arasında, qanun üzrə vərəsələr arasında bərabər, vəsiyyət üzrə vərəsələr arasında vəsiyyətnamədə müəyyən edilmiş paylarla, paylar müəyyən edilmədikdə bərabər bölüşdürülür. Buna görə də miras əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin, bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər, bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbi rlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddələrin tələblərinə cavab vermir. Mülki Məcəllənin 1246-cı maddəsində isə göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə həm iddiaçının, həm də cavabdehin miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etməmələri, onlar arasında miras əmlakın bölgüsü barədə hər hansı razılaşmanın olub-olmadığı, mirasa vərəsəlik açıldıqdan sonra mübahisəli evin faktiki kimin sahibliyində, istifadəsində olduğu tam, hərtərəfli və obyektiv araşdırılmaqla, iddianın əsaslığına düzgün hüquqi qiymət verilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edil miş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(107)-1186/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxı lması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar