Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1357/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1802/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını a raşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. ünvan 1 ünvanı ünvan 2 sahəsi kimi 1957-ci ildən Müdafiə Nazirliyinin balansındadır;
3. SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsi tərəfindən İddiaçı (bundan sonra-iddiaçı) 37/1095 nömrəli, 30 avqust 1982-ci il tarixli orderlə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən ümumi sahəsi 17 kvadrat metr olan 8 saylı mənzil verilmişdir. İddiaçı xx.xx.2004cü il tarixdən həmin ünvanda qeydiyyatdadır;
4. Cavabdeh (bundan sonra-cavabdeh) ünvan 3 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənz ildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən ümumi sahəsi 17 kvadrat metr olan 8 saylı mənzil order əsasında ona məxsusdur. Həmin mənzil köhnə yataqxana binasında yerləşir. Cavabdeh ilə o uzun müddət qonşu olmuşlar. X5 sonra o ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçməyə qərar vermiş, bu zaman qonşuları olan cavabdeh əlil övladı olduğunu, onunla məşğul olmaq üçün fərdi müəllim tutduğunu, lakin ev şəraiti yaxşı olmadığına görə çətinlik çəkdiyini ona bildirmiş və ondan xahiş etmişdir ki, ona məxsus mənzili müvəqqəti olaraq onun istifadəsinə versin. O da heç bir kirayə və digər ödəniş almadan həmin mənzilə özləri qayıdana qədər onun istifadə etməsinə narazılıq etməmişdir. 2003-cü ildə o, iki övladı ilə birlikdə sözügedən yataqxanaya qayıtmalı olmuşdur. Bu zaman mənzilini cavabdehdən tələb etdikdə o, özünəməxsus 14 saylı mənzili ona təklif edərək ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada məskunlaşsın. Səbəb olaraq isə göstərmişdir ki, ona məxsus olan 8 saylı mənzil və özünün yaşadığı 9 saylı mənzil qonşuluqda yerləşdiyi üçün uşağının bütün şəraitini bu formada uyğunlaşdırmışdır. Mənzili qaytarmaq ona çətinlik yaradır. Halhazırda 20 ilə yaxın bir müddətdir ki, o 14 saylı mənzildə məskunlaşmış və özünə məxsus olan 8 saylı mənzildən istifadə edə bilmir. Yaşının çox olması ilə əlaqədar gələcəkdə vərəsələrinə miras əmlakın qalması üçün mənzili özəlləşdirmək niyyətindədir. Bununla bağlı müvafiq quruma müraciət etmişdir. Mənzilin qaytarılması ilə bağlı bu yaxınlarda cavabdehə müraciət etsə də, ona kəskin formada mənzili qaytarmayacağını bildirmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində orderin ona verməsini hesab etdiyi SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu Rayonu Mənzil-İstismar Hissəsində xidmət edibetməməsini, yaxud fəhlə, qulluqçu kimi onun tabeliyində olan Mənzil-İstismar sahəsində işləyib-işləməməsini, işləyibsə işə qəbul və işdən çıxma tarixini göstərməklə hansı vəzifədə işləməsini, xidmətdən və ya işdən üzrlü səbəblər olmadan öz arzusu ilə və ya başqa əsaslara görə çıxarılmasını, mənzilin xidməti yaşayış sahəsi kimi verilibverilməməsini, orderin verilməsinə əsas olmuş qoşun hissə komandanlığının və ya qoşun hissə komandanlığı ilə müvafiq həmkarlar komitəsinin qərarı ilə verilməsini bildirməmiş və həmin qərarı, eyni zamanda yataqxana binasının xidməti yaşayış sahəsi sırasına daxil edilməsi barədə Mənzil İstismar Hissəsinə verilməsinə dair Sumqayıt şəhər XDS İK, yaxud Nasoslu qəsəbəsi XDS İK-nin qərarını iddia ərizəsinə əlavə etməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, Mənzil-İstismar təşkilatından arayış vardır ki, nümayəndəsi olduğu iddiaçı hal-hazırda 2A, mənzil 14 ünvanında qeydiyyatsız yaşayır. Qarşı tərəfin qonşuların iştirakı ilə tərtib edilmiş akt vardır. O aktdan onlarda da vardır. Qonşuların iştirakı ilə tərtib etmişlər. Həmin akta qol çəkən şəxslər Hacıyeva Mehriban, Bəbirova İzzət, Niftəliyeva Gülxanım və Quliyeva Gülnarə həmin cavabdeh şəxsin öz işçiləridir. Tabeliyində olan şəxslərdir. Rəcəbova Nigar və Ağaliyev Sahib ümumiyyətlə həmin binada yaşamırlar. Quliyeva Gülnarə və Qəhrəmanova Səmayə ümumiyyətlə qonşuluqdakı digər binalarda yaşayırlar. Onların mənzilə kifayət qədər hüququ vardır. Bu orderlə təsdiq olunur. Eyni zamanda Dövlət də həmin şəxsi mənzildə qeydiyyatda hesab edir. Razılaşmaya əsasən 14 saylı mənzildə 1982-ci il tarixdən 1995-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Ailə vəziyyəti ilə əlaqədar 1995-ci il tarixdən 2001-ci il tarixə qədər Sumqayıt Şəhərindən köçmüşdür. 2001ci il tarixdən həmin mənzildə yaşayır. Qarşılıqlı razılıq şifahi razılıqdır. Hazırda 14 saylı mənzildə yaşayır. M ənzil boşaldılan kimi onlar ünvanı tərk edib oraya köçəcəkdir. Keçən məhkəmə iclasında bildirmişdir ki, iddiaçının həyat yoldaşına ev verilmişdir. Əri zavodda işləmiş və ona verilmişdir. 1982-ci il tarixdə həyat yoldaşı vəfat etdiyinə görə order iddiaçının adına keçmişdir.
9. Vəkil sorğularına əsasən, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışına əsasən, cavabdeh 10 noyabr 1997-ci il tarixdən 1 nömrəli Mənzil-İstismar sahəsində texnik vəzifəsində işləyir.
10. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışına əsasən, iddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində işləməmişdir.
11. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayonu Mənzil İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli, 512 nömrəli göndərilmiş sorğulara cavab olaraq qeyd edilmişdir ki, iddiaçıya verilmiş 37/1095 nömrəli 30 avqust 1982-ci tarixli order sənədinin verildiyi hissənin komandanlığı və müvafiq həmkarlar İttifaqı Komitəsinin birgə qərarı barədə hər hansı sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Həmin orderdə qərarın nömrəsi göstərilməmişdir. Onun Sumqayıt şəhəri, Nasoslu qəsəbəsi, Kurçatov küçəsi, 2A saylı 8 saylı mənzildə yaşamasını təsdiq edən sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Araşdırma zam anı onun həmin mənzildə yaşaması müəyyən edilməmişdir. Cavabdeh 10 noyabr 1997-ci il tarixdən Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin 1 nömrəli Mənzil İstismar sahəsində texnik vəzifəsində işləyir. Müdafiə Nazirliyi Tağıyev Rayon Mənzil İstismar Hissəsi, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar ittifaqı Komitəsi və Müdafiə Nazirliyi Tağıyev Rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3 nömrəli protokol ilə “Tağıyev3” hərbi şəhərciyi Kurçatov küçəsi, 2(8) saylı otaq göstərilməklə 9 saylı mənzil cavabdehə verilmişdir. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Buna görə həmin sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Cavabdeh 1990-c ı ilin may ayından bu günədək ailə üzvləri ilə birlikdə iki otaqlı Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2 A, mənzil 9- da yaşayır. İddiaçının və cavabdehin adına Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 14 ünvanına qeyd olunmuş hər hansı bir sənəd yoxdur. Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8, 9 ünvanına olan mənzil kirayəsi və məişət tullantılarının daşınmasına görə yaşadığı gündən 2022-ci ilin dekabr ayının sonunadək cavabdeh tərəfindən ödənilmişdir. ünvan 4 ünvanı ünvan 5yış sahəsi kimi 1957-ci ildən Müdafiə Nazirliyinin balansındadır.
12. Hacı Zeynalabdin qəsəbəsində Hacıyev Mehriban, Rəcəbova Nigar, Salmanova Zivər, Qədimov Vüqar, Bəbirova İzzət, Niftəliyeva Gülxanım, Ağaliyev Sahib, Quliyeva Gülnarə, Qəhrəmanova Səmayə, Paşayev İmaməddin qızı tərəfindən xx.xx.2023-cü il tarixdə tə rtib edilmiş akta əsasən, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8,9 ünvanında cavabdeh ailəsi ilə birlikdə 1990-cı ilin may ayından etibarən yaşayırlar. Cavabdeh 1997-ci il oktyabr ayından Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində dalandar vəzifəsində işləmişdir. 2004-cü ilin oktyabr ayının 1-dən hazırki zamana qədər bu idarədə texnik vəzifəsində işləmişdir. Həyat yoldaşı X7 1 nömrəli Mənzil-İstismar sahəsində uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. X3 uzun müddətdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusudur. 2016-cı il döyüşləri və 2020-ci il 44 günlük müharibə iştirakçısı olmuş, müharibə veteranıdır. X2 2017-ci il tarixdən 2022-ci ilin sonunadək 1 nömrəli Mənzil-İstismar sahəsində işləmişdir. Hal-hazırda cavabdeh ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayırlar. Bütün kommunal xərclərini özü ödəyir. İddiaçı Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8 ünvanında həqiqətən də heç bir zaman yaşamamışdır.
13. Mənzil-Məişət Komissiyası tərəfindən verilmiş 3 saylı protokola əsasən, məsələ ilə bağlı mənzil komissiyasının üzvü çıxış edərək bildirmişdir ki, 1 saylı işlər idarəsindən xx.xx.1996-cı il tarixli 124 saylı məktubla X1 yaşayış sahəsinə ehtiyac barədə müraciət etmiş və yataqxana Kurçatov küçəsi, ev 2 A, mənzil 9 ünvanının boş olması bildirilərək onun ora yerləşdirilməsini xahiş etmişdir. Cavabdehin yataqxana Kurçatov küçəsi, ev 2 A, mənzil 9 ünvanındakı sahəsi 36,5 kvadrat metr olan 2 otaqlı yataqxanaya yerləşdirilməsi təklif olunmuşdur. Təklif isə yekdilliklə qəbul olunmuşdur.
14. Sumqayıt Şəhər Məhkəməsi nin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-2521/2023 saylı qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmiş, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənzili qanuni əsaslarla iddiaçının istifadəsinə keçmiş və adı çəkilən order əsasında onun qeydiyyata alınmışdır. Mübahisəli mənzilin order əsasında iddiaçının maneəsiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halı olaraq (qarşılıqlı razılıq əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşayaraq) yaşadığı ünvanı tərk etməsi cavabdehin müdaxiləsi və hazırda etiraz edərək mənzildən ç ıxmaması üçün əsas yaratmır. Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək gətirdiyi dəlillər iddia tələbinin əsaslılığına xələl gətirməyərək, etirazın əsasları təsdiq olunmamış, verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirilərək, iddiaçının iddia tələbinin hüquqi əsasının sübut olunmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili orderin protokol əsasında ayrılmasını mübahisələndirərək, ayrılmış “8” və “9” saylı mənzillərin orderdə nömrənin göstərilməməsi barədə gətirdiyi əsas qanuni hesab edilməyərək, iddia tələbinin sübuta yetirilməməsi üçün əsas deyildir.
16. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hü ququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin əsası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut olunduğundan iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı İddiaçı order əsasında ayrılmış mənzilə köçməsi iş materialları əsasında təsdiq olunmuşdur. Cavabdehin etirazının əsası qanunvericiliyin tələbinə ziddir. Belə ki, order əsasında olan mənzillərin heç bir hüquqi əsası olmadan şifahi razılaşma əsasında (iddiaçının yaşamaması və sair) cavabdehin gətirdiyi dəlilləri əsassızdır. İddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə özbaşına daxil olaraq formal mülahizələrlə yaşamaq hüququ vermir. Bu baxımdan mübahisələndirilən idd iaçıya order əsasında ayrılmış mənzildən cavabdeh əşyaları ilə birlikdə çıxarılmalı və mənzilin tam olaraq boşaldılmalıdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının order əsasında ayrılmış mənzilə köçməsi onun mənzilə dövlət qeydiyyatına alınmaqla təsdiq edilmiş, bundan əlavə cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.5, 157.4, 178.1, 203.1, 329.1, 337.1, 337.3, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51, 53, 54, 99-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hesab etdiyi halları iş materiallarında olan hansı sənədlərlə, iddiaçının təqdim etdiyi hansı sübutlarla və məhkəmə iclasında tədqiq etdiyi hansı hallarla təsdiq olunduğunu göstərməmişdir. İddiaçı həmin sübutları iddia ərizəsinə əlavə etməmiş, nümayəndəsi isə məhkəməyə iddiaçının mübahisələndirdiyi mənzilə köçüb və daha sonra mənzildə yaşaması, digər yaşayış sahəsində iddiaçının cavabdehlə qarşılıqlı razılaşma əsasında yaşaması barədə izahatını təsdiq edən heç bir sübut təqd im etməmişdir. Məhkəmə isə iddiaçının mübahisələndirdiyi mənzilə nə vaxt köçməsini, nə vaxt və hansı səbəbdən mənzili tərk etməsini, qarşılıqlı razılaşmanın nə vaxt əldə olunmasını, hansı sübuta əsasən müəyyən etməsini və hansı sübuta əsasən 14 saylı mənzildə yaşamasını qətnamədə göstərməmişdir. Mənzil-İstismar Hissəsinin arxivində iddiaçının orderdə göstərilmiş mənzilə köçüb və yaşamasını təsdiq edən hər hansı bir sənəd yoxdur. İş materiallarında iddiaçı ilə cavabdehin qarşılıqlı razılaşması əsasında iddiaçının digər yaşayış ünvanında 14 saylı mənzildə yaşamasını təsdiq edən sübut yoxdur və o həmin mənzildə yaşamır. Bu səbəbdən MİH tərəfindən 1982-ci ildən 1990-ci ilə qədər onun mübahisələndirdiyi mənzildə və daha sonra bu günədək 14 saylı mənzildə yaşamasını təsdiq edən arayış verilməmiş dir. Cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşamasını, onun mənzilə hər hansı hüququnun yaranmasının müəyyən edilməməsi işin mübahisəsiz halına gəldikdə, MİH və Həmkarlar ittifaq komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3 nömrəli protokol ilə “Tağıyev-3” hərbi şəhərciyi Kurçatov küçəsi, 2A saylı iki otaq göstərilməklə 9 saylı mənzil (hazırda yeni ünvanı ünvan 6 verilməsini təsdiq edən protokolu məhkəməyə təqdim edib. Göründüyü kimi, məhkəmənin mübahisəsiz hesab etdiyi hallarla bağlı nəticəsi faktlara söykənmir, subyektiv mülahizəsinə əsaslanır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin order əsasında iddiaçının maneəsiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halıdır. Belə nəticə çıxır ki, cavabdeh iddiaçının həmin hüququnu tanıyır. Halbuki, iddianı qəbul etməyərək, iddiaçının bu hüququnu tanımayaraq, etirazını bildirmişdi. Etirazın əsaslarının təsdiq olunmamış hesab etməsini verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirməsi etiraz sözü ilə etiraf sözünü bir-birindən fərqləndirə bilmədiyini, hər iki ifadənin mənasını başa düşmədiyini, ifadənin yerində işlədilməməsini, sübutların qiymətləndirməsinin qüsurlu olduğunu göstərir. Orderin yazılmasına əsas olan MİH və MİS həmkarlar ittifaq komitəsinin qərarının nömrəsinin yazılmadığını bildirmişdi. Məhkəmə mənzilin iddiaçıya orderlə, cavabdehə protokolla verilməsini nəzərdə tutursa bu uğurlu müqayisə deyildir. Belə olan halda hər bir sənədə, iddia tələbinin və etirazın əsaslarına işin halları və işdə olan sübutlar üzrə Mənzil Məcəlləsinin normalarına əsasən qiy mət verməli idi. Məhkəmə cavabdehə protokol ilə mənzil ayrılmasının maddi hüquq normalarına uyğun qanuni, yaxud qanunsuz verilməsinə münasibət və qiymət verməmişdir. Məhkəmə orderdə nömrənin göstərilməməsi dəlilini qanunsuz hesab etsə də, bu zaman hansı qanuna əsaslandığını göstərməmişdir. İddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılması tələbini əsaslandıran hal kimi məhkəməyə order və mənzildə qeydiyyatda olması barədə “Asan xidmət” Mərkəzindən aldığı arayışı təqdim etmişdir. Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsində onu H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi ev 2A saylı ev 8 saylı mənzildə qeydiyyatı yoxdur. Müdafiə Nazirliyi 1 saylı Mənzil-İstismar Sahəsindən həmin ünvanda qeydiyyatı olub yaşaması barədə arayış almadan, yalnız orderi Sumqayıt şəhər Pİ-nə təqdim edib qanunsuz olaraq xx.xx.2004-cü il tarixdən həmin ünvan üzrə qeydiyyata alınmışdır. İddiaçı və nümayəndəsinin göstərdikləri vaxt mübahisəli mənzili tərk etməsi həmin arayışla təkzib olunur. İddiaçıya 14 saylı mənzildə yaşamadığı üçün ona 1 saylı Mənzil İstismar Sahəsindən həmin faktı təsdiq edən arayış verilməmişdir. O, Sumqayıt şəhərində bildirmədiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının ərizəsində cavabdeh ilə uzun müddət qonşu olmasını, mənzili müvəqqəti olaraq ona verməsini, 2003-cü ildə yataqxanaya qayıdarkən mənzilini tələb etməsini, cavabdeh özünəməxsus 14 saylı mənzili ona verməsini göstərməsi həqiqətə uyğun deyil, heç bir sübutla təsdiq olunmur. 1990-cı ilin may ayında 8 və 9 saylı mənzillər boş olmuş, hər iki mənzildə heç bir əmlak olmamış, həmin vaxt c avabdeh ailə üzvləri ilə hər iki otağa köçərək özlərinə məxsus əmlakları hər iki otaqda yerləşdirmişlər. 2000-ci ildən iki otaqlı 9 saylı mənzil MİH tərəfindən qanuni əsaslarla cavabdehə verilmişdir. 14 saylı mənzili zəbt etsə idi ona 9 saylı iki otaq verilməzdi. Göründüyü kimi, işin bu faktiki halı ilə onun iddia ərizəsində göstərdiyi hallar təkzib olunur. 2003-cü ildə mübahisəli binaya qayıtsa idi, 8-9 saylı mənzilin cavabdehə verildiyini bilərdi. Ərizəsindən görünür ki, yaşının çox olması ilə əlaqədar gələcəkdə vərəsələrinə miras əmlakın qalması üçün mənzili özəlləşdirmək niyyətindədir. İddiaçının tələbini qəbul etmədiyi, hüquqlarının pozulmadığını hesab etdiyi üçün cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verməmişdir. İşə baxan məhkəmə isə orderdə göstərildiyi vaxtdan 41 il sonra iddiaçının hüquqlarının pozulduğu hesab edərək tələbini təmin etmiş, lakin qüvvədən düşmüş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət üç il olmasına və həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən məcburi tətbiq olunmasına baxmayaraq, həmin normaları tətbiq edib iddianı rədd etməmişdir.
22. Apellyasiya icraatı zamanı işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil təmsil etdiyi orqanın balansında olmaqla xidməti mənzildir. Cavabdeh onların işçisidir, müəssisədə uzun illərdir çalışır, 3 övladı var. Oğlu da Vətən Müharibəsi iştirakçısıdır və cavabdehin himayəsində olmaqla onunla birlikdə həmin ünvanda yaşayır. Mənzilin orderi İddiaçı adına olsa da, heç vaxt həmin ünvana gəlməyib və orada yaşamayıb. Xidməti mənzili özəlləşdirmək qanunsuzdur. 14 saylı mənzil iddiaçıya verilib. Müəssisənin mühəndisləri dəfələrlə ora getsələr də iddiaçını orada görməyiblər. 14 saylı mənzil iddiaçıya tərəflər arasındakı razılıq əsasında verilib. İddiaçının orderi olduğunu təkzib etmir. Amma həmin mənzil hərbçilər üçündür. Mühəndislər bildirir ki, iddiaçı mənzilə gəlib-getməyib. Verilən məlumata görə cavabdeh 1990-cı ildən həmin ünvanda yaşayır. İdarədə Mənzil Fondunun müdiri bildirdi ki, mübahisəli mənzilin kommunal xərclərini ca vabdeh ödəyir.
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1802/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı təxminən 1990-cı illərdən order əsasında ona verilmiş 8 saylı mənzildən çıxmış, 2003-cü ildə yataqxanaya qayıtmış, ancaq 14 saylı mənzildə yaşamışdır. Müdafiə Nazirliyi Tağıyev Rayon Mənzil İstismar Hissəsi, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Müda fiə Nazirliyi Tağıyev Rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixli, 3 nömrəli protokol ilə “Tağıyev3” hərbi şəhərciyi, Kurçatov küçəsi, 2 (8) saylı otaq göstərilməklə 9 saylı mənzil cavabdehə verilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özünün razılığı ilə cavabdeh mübahisəli mənzilə köçmüş, 2003-cü ildə ora qayıtmaq istəmiş, cavabdehin xahişinə əsasən 14 saylı mənzildə yaşamışdır. Bundan başqa, iddiaçı xx.xx.2004-cü il tarixdə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Lakin illər ərzində iddiaçı cavabdehə qarşı hər hansı bir iddia qaldırmamış, onun oradan çıxmasını tələb etməmişdir.
26. Məhkəmə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddəsinin 3-cü bəndinə istinad etməklə qeyd etmişdir ki, iddiaçı təxminən 1990-cı illərdən mübahisəli mənzildən çıxmış, 2003-cü ildən isə 14 saylı mənzildə yaşayır. Yəni qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisəli mənzilə hüququ itirilmiş hesab oluna bilər.
27. Məhkəmə həmçinin, həmin məcəllənin 100 və 106-cı maddələrinə istinadla onu da qeyd etmişdir ki, xidməti mənzillər və yataqxanalar işlədiyi dövr ərzində vətəndaşlara verilən yaşayış sahələridir.
28. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli mənzili gələcəkdə vərəsələrinə miras əmlakın qalması məqsədilə özəlləşdirmək niyyətindədir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçının həmin mənzildə yaşamaq məqsədi yoxdur, sadəcə gələcəkdə miras əmlak kimi özəlləşdirmək istəyir.
29. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad et mişdir ki, cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanı məhdudlaşdırılır. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmamışdır və həmin mənzil Müdafiə Nazirliyinin balansındadır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi köhnə Mənzil Məcəlləsinin xidməti yaşayış sahəsi ilə bağlı müddəalarına əsaslansa da, qeyd olunan 105-ci maddəni nəzərə almaq istəməmişdir. Belə ki maddənin tələbindən də göründüyü kimi xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri həmin mənzildən çıxarıla bilməz. Mübahisəli yaşayış sahəsi xx.xx.1982-ci il tarixli Order əsasında onun adına ona görə rəsmiləşdirilmişdir ki, mərhum həyat yoldaşı X4 qəsəbəsində yerləşən Hərbi zavodda işləmişdir. Order də əvvəl onun adına olmuş, lakin o 1982-ci ildə vəfat etdiyi üçün Order adına keçmişdir. Bunu iş materiallarında olan sorğuya cavab da təsdiq edir ki, özü hərbi zavodda və ya Mənzil İstismar Sahəsində heç vaxt işləməmişdir. Xidməti yaşayış sahələri xidməti və ya əmək münasibətləri əsasında şəxsə təqdim olunur. Yəni, o, ailə üzvləri ilə birlikdə orderin verildiyi tarixdən xeyli müddətdən əvvəldən 1995-ci ilə qədər fasiləsiz yaşamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi onu heç bir qurum həmin xidməti yaşayış sahəsindən məhrum edə bilməz və ya hansısa şəxs həmin mənzili zəbt edə bilməz. Məhkəmə bu məsələyə ümumiyyətlə hüquqi qiymət verməmiş, xidməti yaşayış sahəsi ilə bağlı ümumi normaları əsaslandırmağa cəhd etmişdir. Hətta məhkəmə öz mövqeyinin əsası kimi (qərarın 46-cı bəndi) iş materiallarına əlavə edilmiş arayışı qeyd etmişdir ki, həmin arayış binada yaşayan qonşuların imzası ilə "təsdiq olunmuşdur". Ancaq həmin qonşuların yalan məlumatı barəsində birinci instansiya məhkəməsində öz izahatını kifayət qədər aydın ifadə etmişdir. Həmçinin qonşuların təsdiq etdiyi bu aktdan birini də Apellyasiya Məhkəməsinə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan da göründüyü kimi 1995-ci ilə qədər həmin evdə yaşamışdır. Maraqlı məqa m ondan ibarətdir ki, qonşulardan Bəbirova İzzət, Niftəliyeva Gülxanım hər iki akta imza ataraq ziddiyyətli faktları təsdiqləmişlər. Apellyasiya instansiya məhkəməsi isə cavabdehin təqdim etdiyi "qonşu aktını" sübut kimi qiymətləndirmiş, halbuki, bu qonşuların kim olması, nə vaxtdan orada yaşaması və niyə hər iki akta imza etməsi barədə heç bir araşdırılma aparmamış, yalnız cavabdehin mövqeyinə əsaslanmışdır. Onun order əsasında ayrılmış mənzilə köçməyi mənzilə dövlət qeydiyyatına alınmaqla təsdiq edilmiş, lakin cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması iş materialları ilə müəyyən edilmir. Hətta iş materiallarında olan sorğuya cavabda da (qərarın 30-cu bəndi) qeyd edilir ki, cavabdeh xx.xx.1996-cı il tarixdə 124 saylı məktubda Mən zil Məişət Komissiyasına yaşayış sahəsi ilə təmin olunmaq üçün müraciət edir. Yəni, onu ümumiyyətlə həmin vaxta qədər hər hansısa bir xidməti yaşayış sahəsində yaşamaması öz təsdiqini tapır. Cavabdehin 1990-cı ildən həmin mübahisəli mənzildə yaşaması ilə bağlı mülahizəsinə "hansı əsaslarla orada yaşayıb?" sual verildikdə cavabdehin nümayəndəsi "boş mənzil idi, girdik yaşadıq" cavabını vermişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi əsas vətəndaş hüquqlarından biri olan şəxsin yaşadığı mənzildən məhrum edilə bilməməsini pozaraq cavabdehin formal mülahizələrinə və şübhəli sübutlarına əsaslanmış, onun mənzili zəbt edib qaytarmamasını əsaslı hesab etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında xüsusi təyinatlı mənzillər in Mənzil Məcəlləsi ilə tənzimlənmədiyi qeyd edilmiş, buna görə də kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qeyd edilmişdir. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
33. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başq a şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
37. Maddə
106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.
38. Maddə
108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1802/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.