Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1357/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), X4 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2029/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayətinin mümkünlüyünə 19 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh faktiki istifadəsində olan, birgə nikah müddətində inşa etmiş olduğu, gözlənilən mülkiyyət hüququ olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-1631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X1 Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim H.Məhəmmədi)
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdi r.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2029/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Rüfət Məcidov)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 27 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 elekton kabinetinə yerləşdirilmişdir.
6. Qətnamədən iddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) tərəfindən elektron kabinet vasitəsilə 7 mart 2025-ci il tarixdə kassasiya şikayəti təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məh kəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlə rə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxma q üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏM ƏSİNİN MÖVQEYİ
8. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi olan vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 27 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir.
9. İddiaçının nümayəndəsi olan vəkil Nümayəndə1 tərəfindən tərtib edilmiş kassasiya şikayəti 7 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.
12. MPM-nin 128.3-cü, 405.0.1-ci, maddələrinə əsasən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddətin axımı rəsmi təqdim edildiyi, yəni nümayəndənin elektron kabinetinə yerləşdirildiyi gündən sonrakı gün başladığından məhkəmə qətnaməsinin iddiaçının nümayəndəsi olan vəkil Nümayəndə1 elektron kabinetinə 27 dekabr 2024-cü il tarixində yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 28 fevral 2025-ci il olmuşdur. Buna baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçının vəkili şikayəti prosessual müddət bitdikdən sonra 7 mart 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərmiş, müddətin bərpası barədə vəsatət verməmişdir.
13. Göründüyü kimi, iddiaçı kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.
14. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 4 05 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
15. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdu diyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2029/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətin in qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.