Məhkəmə qərarları › İş №2(102)-1358/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1358/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1358/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin məzmununun mülki prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(104)2003/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən **-BC-*** dövlət qeydiyyat nişanlı “Shagman” markalı yük avtomobili üçün ödədiyi 17000 manat məbləğində pulun, **-BC-*** qeydiyyat nişanlı “Shagman” markalı avtomobilin təmir xərcləri üçün "xxxx" ASC-dən kredit müqaviləsi əsasında götürülmüş 21196 manat məbləğində pulun və əldən çıxmış fayda kimi **-BC-*** qeydiyyat nişanlı “Shagman” markalı avtomobil ilə yük daşıması üçün hər ay (15 ay) qazanılmalı olan 5000 manat məbləğində pulun, cəmi 113196 manat məbləğində pulun və ödənilmiş 404 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

2. Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(013)-1092/2024 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 17000 manat məbləğində pulun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(104)-2003/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Cavadova və Ş.Rzaquliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(013)-1092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi, Vəkil vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(104)-2003/2024 nömrəli qərardadı ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Cavadova və R.Məcidov) kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qərardadı belə əsaslandırılmışdır ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 3 saylı Əlavədə müəyyən edilmişdir. Lakin, cavabdeh in etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə nəzər saldıqda müəyyən olunmuşdur ki, kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə istinad edilsə də, qeyd olunan maddi hüquq normasının pozulmasının konkret nədə ifadə olunması, hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Nümayəndə (vəkil) Vəkil kassasiya şikayətində “Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır” qeyd etməklə prosessual hüquq norması sayılan MPM-nin 372-ci maddəsinə istinad etmişdir. Bu formada tərtib edilmiş kassasiya şikayəti MPM-nin 407-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilm əz.

8. Apellyasiya instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.2, 407.1.4, 408.1.5, 408.3, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(104)-2003/2024 nömrəli qərardadının ləğv edilməsi və qətnamədən verilmiş kassasiya şikayətinə baxılması üçün mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 403.1, 405.0.1-ci maddələrinin tələbləri pozulmuşdur.

11. Belə ki, qətnamə dən kassasiya şikayəti vermək cavabdehin hüququ olsa da, onun şikayəti formal əsaslarla geri qaytarılmışdır. Həmçinin bu qərardadla cavabdehin kassasiya şikayəti verilməsi üçün müddətin buraxılmasına şərait yaradılmışdır.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hans ı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin adından tərtib olunmuş kassasiya şikayətinin məzmununa nəzər saldıqda müəyyən olunur ki, həmin şikayətdə maddi hüquq normalarının pozulması kimi Mülki Məcəllənin 372-ci maddəsinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri göstərilmişdir.

17. Lakin bu normaların pozuntusunun hazırkı işdə konkret nədə ifadə olunması, mübahisəyə aidiyyəti göstərilməmişdir. Kassator yalnız “X3 Məhkəməsi hüquq maddi hüquq normalarının tələbini pozaraq cavabdehin apellyasiya şikayətinə baxmamış, məhkəmə iclasında nümayəndəsinin izahatı alınmamışdır.”; “Məhkəmə yalnız iddiaçının əsassız mülahizəsini nəzərə almaqla, məhkəmə iclasında cavabdehin izahatını almamışdır.”; “İddiaçı tələbini sübut edə bilməmişdir. Məhkəmə yekun nəticəyə gələrkən formal araşdırmaya əsaslanmışdır.”, “Birinci instansiya məhkəməsi sübutlara obyektiv, tam və hərtərəfli tam baxmadan tətbiq edilməli olan hüquq normasına müvafiq qiymət verməmişdir.” (kassasiya şikayətində yazıldığı hazırkı qərara köçürülür) cümlələrini əlavə etməklə, kassasiya şikayətini əsaslandırmışdır.

18. Həmin ifadələr ümumi məna daşımaqla, istinad olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırkı işdə konkret nədə ifadə olunması kassasiya şikayətində əsaslandırılmamışdır.

19. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1.4-cü maddələrinin tələbləri pozulmuşdur.

20. Hazırkı kassasiya şikayətinin dəlili apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehin kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılmasından ibarətdir.

21. Lakin, məhkəmə kollegiyası izah edir ki, məhkəməyə müraciət etmək, o cümlədən kassasiya şikayəti vermək hüququ mütləq hüquq olmamaqla, qanunla müəyyən olunan məhdudiyyətlərə məruz qala bilər.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

23. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli Qərarı)

24. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formala şdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları).

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Belə ki, X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan D övlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).

26. Kassasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliyin müəyyən etdiyi şərtlərdən biri şikayətin forma və məzmununun qanuna uyğun olmasıdır. Bu tələb ilk olaraq kassatorun hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Belə ki, əsaslandırılmamış şikayətin verilməsi aşağı instansiya məhkəməsinin aktının səmərəli yoxlanılmasını qeyri-mümkün edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(104)-2003/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar