Məhkəmə qərarları › İş №2(102)-136/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-136/2023

09.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-136/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi, fərdi əmək mübahisələri üçün iddia müddəti, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10584/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2018-ci il tarixli 832 nömrəli əmrə əsasən İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə 171/K nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

2. Milli Onkologiya Mərkəzinin 3.03.2021-ci il tarixli arayışına əsasən İddiaçı alın nahiyəsində “epidermoid kistası”ndan cərahi əməliyyat olunmuşdur. Əməliyyatlar xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə aparılmışdır. 3. 3 nömrəli Sumqayıt şəhər poliklinikasının xx.xx.2020-ci il t arixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışına əsasən, alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunması ilə əlaqədar İddiaçı xx.xx.2020-ci il tarixdən işə başlamalıdır.

4. İddiaçı ARDNŞ “SOCAR”-ın baş ofisinə ünvanladığı xx.xx.2020-ci il tarixli (daxil olma xx.xx.2020-ci il) ərizəsində işdən azad olunmasının əsassız olduğunu bildirərək işə bərpa olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh QSC-yə qarşı əvvəlcə iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə çilingər işinə bərpa edilməsi, dəymiş maddi v ə 50000 manat mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bülletendə olduğu vaxtda müddəti bitməsi əsası ilə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi iki il yarım müddət ərzində cəmi iki dəfə məzuniyyətə çıxarılmışdır. Məzuniyyətə çıxarılmadığı qalan müddət üçün məzuniyyət ödənişləri ödənilməmişdir. 2018-ci ildə metroloqla bağlı imtahan verərək, əlavə olaraq, metroloq vəzifəsini icra etmişdir. Çilingər işinin vəzifə maaşı 500-600 manat, metroloqun vəzifə maaşı isə 750 manat və daha yüksək təşkil edir. Lakin aradakı 150 manat maaş fərqi ödənilməmişdir. Məzuniyyət dövründə olduğu halda əsassız olaraq töhmət verildiyi üç ün güclü stres keçirmişdir və bunun nəticəsində səhətində ciddi problemlər yaranmış xx.xx.2020-ci ildə baş nahiyyəsindən əməliyyat keçirmmişdir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni müqavilə müddətinin qurtarması ilə xx.xx.2020-ci il tarixdə işə götürən tərəfindən xitam verilmişdir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsini xitam verildiyi tarixdə ona işdən azad edilmə əmri, əmək kitabçası təhvil verilməklə son haqq-hesabı da ödənilmişdir. Ona görə də, iddia müddətinin axımı məhz xx.xx.2020-ci i l tarixdən, yəni iddiaçıya işdən azad edilmə əmri, əmək kitabçasının və son haqq-hesab verildiyi gündən başlamışdır. Lakin göründüyü kimi, qeyd edilən tarixdən hesabladıqda da iddiaçı 1 ay ərzində belə bir tələblə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş və qanunvericiliklə müəyyən edilmiş iddia müddətini üzrlü səbəblər olmadan buraxılmışdır. Cavabdehin nümayəndəsi iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasına dair ərizəni məhkəməyə təqdim etmişdir.

8. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, işdən çıxarıldıqdan sonra 10 ay sonra məhkəməyə müraciət etməsinə səbəbin cavabdeh tərəfindən ona qarşı qaldırılan iddia üzrə Sumqayıt Şəhər Məh kəməsində baxılan işlə əlaqədar olduğunu bildirmişlər.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3005/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı Sumqayıt şəhər 3 nömrəli şəhəri poliklinikasının xx.xx.2020-ci il tarixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışına əsasən alın nahiyəsində “epidermoid kistası”ndan cərrahi əməliyyat olunması ilə əlaqədar işdən azad olunmuş və xx.xx.2020-ci il tarixdən işə başlamalıdır. Cavabdehlə olan əmək müqaviləsinə müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri p ozulmuşdur.

11. Belə ki, həmin normada tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsini istisna edən hal mövcuddur. Baxılan işdə iddiaçı xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. Lakin işəgötürən tərəfindən işçinin hüququ pozulmuş və xəstə olduğu, üzürlü səbəblərdən işdə olmadığı halda əmək müqaviləsinə xitam verilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və cavabdeh məhkəməyə təqdim etmiş olduğu ərizədə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötür ülmüşdür. Belə ki, iddiaçı hüququnun pozulmuş olduğunu (xx.xx.2020-ci il tarixdən ARDNŞ “SOCAR”-ın baş ofisinə ünvanlamış olduğu ərizə) bilirdi. Həmçinin, iddiaçı məhkəmədə verdiyi izahatından onunla bağlanmış əmək müqaviləsini xitam verildiyindən məlumatlı olduğunu, lakin məhkəməyə müraciət etmək imkanının olmadığını göstərmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11.1, 45.1, 73.2, 294.1, 296.2, 296.3, Mülki Məcəllənin 368, 372, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onun la əsaslandırılmışdır ki, cavabdeh tərəfindən işdən çıxarılma barədə əmr verilərkən aşkar surətdə Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri kobudcasına pozulmuşdur. İddiaçı xəstə olduğu, üzürlü səbəblərdən işdə olmadığı halda əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsində nəzərdə tutulandan artıq iş yerinə yetirməyinə baxmayaraq, buna uyğun əlavə haqqın ödənilməməsi, işlədiyi 2 il müddət ərzində cəmi 2 dəfə məzuniyyət çıxarılmağı, məzuniyyət ödənişlərinin ödənilməməsi kimi qanunsuz hallara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, bunlarla bağlı qətnamədə hər hansı əsaslandırma aparılmamışdır. Vurulmuş maddi zərərin hesablanması məqsədilə məhkəmə-mühasibatlıq eksperizasının keçirilməsi ilə bağlı məhkəməyə iddiaçı tərəfindən vəsatət ünvanlansa da, vəsatət əsassız ol araq təmin olunmamışdır. Hakim həmçinin, 1 aylıq müddəti ötürməyini əsas gətirərək iddia tələbini təmin etməmişdir. İddiaçıya ümumiyyətlə işdən çıxarılma barədə əmr təqdim olunmamışdır. Əmək Məcəlləsinin də normalarına əsasən işdən çıxdığı gün əmək kitabçası və əmri iddiaçı tərəfindən imzalandıqdan sonra ona təqdim olunmalı idi. Buna baxmayaraq, qanunsuz olaraq əmək kitabçası iddiaçının ünvanına göndərilmiş, əmr isə bu günədək təqdim olunmamışdır. Bununla bağlı cavabdehdə rəsmi müraciət etsə də, heç bir cavab verilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10584/2021 nömrəli iş üzrə 3 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin materiallarında olan iddiaçının Azərbaycan Respublikası Prezidentinə, 1-ci vitse Prezidentə, Baş Prokurora, X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanladığı ərizənin məzmunundan görünür ki, iddiaçı müraciətlərində işdən azad edildiyini bildirmiş və işə bərpa olunması üçün kömək göstərilməsini istəmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hələ xx.xx.2020-ci il tarixində işdən azad edilməsi barədə xəbərdar olmuş, lakin məhkəməyə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.

18. Bundan başqa iddiaçı apellyasiya şikayətində əmək kitabçasının onun ünvanına göndərildiyi ni qeyd etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki iddiaçı apellyasiya şikayətində əmək kitabçasının ona qanunsuz olaraq göndərildiyini, işdən çıxarılma barədə əmrin isə təqdim edilmədiyini bildirsə də, iddiaçı işdən çıxarılması barədə məlumatlı olmuş və qeyd etdiyi hallar mülahizə xarakteri daşıyır.

20. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 2.1, 11.1, 45.1, 73.2, 294.1, 296.2 və 296.3-cü, Mülki Məcəllənin 368 və 372-ci, Mülki Prosessual Məcəllənin 385.2 və 387-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

21. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı cavabdehin (nümayəndə və Vəkil1) etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Ona görə də kassas iya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

25. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

26. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin h üququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 296.3. Hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncam, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhk əmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğv i xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlilərini araşdıraqaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüq uqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola biliməz. Həmin dəlillər apellyasiya şikayətində irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn 88-ci maddəsinin tələblərinə uyğun hüquqi q iymət verilmişdir. Məhkəmə kollegiyası büqiymətləndirmə ilə razılaşır, təkrarqiymətləndirməyə zərurət görmür.

42. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10584/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar