Məhkəmə qərarları › İş №2(102)-1360/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1360/2021

06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1360/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi və ayrıca giriş qapısının qoyulması” Açar sözlər: yaşayış evinin naturada bölünməsi və ayrıca giriş qapısının qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Cəfərov Fərman Dəmir oğlunun iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-153/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən aydın olur ki, X. ünvanında yerləşən ev 37 xüsusi mülkiyyət hüququ üzrə 1/5 hissə X5 adında açıq saxlanılır, 1/5 hissə Cavabdeh, 3/5 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 29798 nömrəli vərəqində qeydiyyata alınmış dır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli, 26143 nömrəli rəyindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evinin tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin evə giriş-çıxışın iki tərəfdən olduğunu, tədqiq olunan evin tikililərinə ayrı-ayrı giriş-çıxışın olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texiki parametrlərinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla, həmin evin tikililərindən 3/5 payın ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin v ə metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan mübahisəli torpaq sahəsinin faktiki vəziyyətini, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin həyətyanı torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olduğunu, həmin hissədə də mübahisəli evin yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsindən 3/5 hissənin ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2018-ci il tarixli, 18051 nömrəli rəyindən aydın olur ki, X. ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətini, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin həyətyanı torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olduğunu, həmin hissədə də yaşayış evinin yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2019-ci il tarixli, ***3 nömrəli rəyindən və 02 iyun 2020-ci il tarixli, ****9 nömrəli rəylərindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 37 saylı evin və həyətyanı torpaq sahəsinin uyğun 3 hissəyə 1/5 və 3/5 paylara uyğun təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan X. ünvanında yerləşən 400 kv.m. həyətyanı torpaq sahəsindən və 37 saylı evdən onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehin hesabına icra edilməklə paylara uyğun olaraq evin və həyətyanı sahənin naturada real bölgüsünün aparılması və ayrıca giriş qapısının qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(003)243/2018 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddianın qismən təmin edilməsi, X. ünvanında yerləşən 37 saylı evin İddiaçı məxsus 3/5 hissəsi ekspertiza tədqiqatında göstərilmiş qaydada naturada bölünm əsi, bölgü zamanı ekspertiza tədqiqatında göstərilmiş sahələri 16.88 kv.m. olan 3 saylı tikili, sahəsi 21.73 kv.m. olan 4 saylı tikili, sahəsi 10,63 kv.m. olan 6 saylı tikili, sahəsi 30,39 kv.m. olan 7 saylı tikili ümumi paylı mülkiyyətdən naturada ayrılmaqla İddiaçı 3/5 payına uyğun olaraq ona verilməsi, 16.88 kv.m. və 10,63 kv.m. olan tikililər arasında qapı açılması, sahələri 24.84 kv.m. və 21.73 kv.m. olan tikililər arasında olan qapı və pəncərələr bağlanılması, sahəsi 21.73 kv.m. və 30,83 kv.m. olan otaqlar arasındakı pəncərə bağlanması, sahəsi 16.88 kv.m. və 30,83 kv.m. olan otaqlar arasındakı qapı bağlanılması və qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-153/2020 saylı qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(003)-243/2018 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi, birinci instansiya məhkəməsində iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 200 (iki yüz) manatın İddiaçı, apellyasiya baxışı zamanı aparılmış hər iki ekspertiza tədqiqatının ümumi xərci olan 150 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmiş dir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli ***3 nömrəli rəyinə əhəmiyyət verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüq uq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 və vəkili Cəfərov Fərman Dəmir oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi nə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. -215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -220.1-ci maddəsinə əsasən payli mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı raz ılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi ünvan 1 ünvanında yerləşən 37 saylı evin və həyətyanı torpaq sahəsinin paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməli və həmçinin, paylara uyğun olaraq evin və həyətyanı sahənin naturada real bölgüsünün aparılması tələbi rədd ed ildiyindən ayrıca giriş qapısının qoyulması barədə tələb də təmin olunmamalıdır. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli, ***3 nömrəli rəyinə əhəmiyyət verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işi n faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-153/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar