Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1360/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilin divarına quraşdırılmış dolabın sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2421/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 2, mənzil 20, Yeni qaydalarla: AZ 2023, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, 8, M1, m2 tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır.
3. Cavabdeh tərəfindən binanın ümumi istifadədə olan sahəsində (blokda) iddiaçıya məxsus mənzilin hamam tikilisinin divarına bitişik şəkildə taxta materialdan dolab quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsinə və iddia ərizəsi vermək üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, 4-cü mkr, 2 saylı evin 19 saylı mənzili 2022-ci ilin oktyabr ayından etibarən iddiaçıya məxsusdur. Mənzil çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Cavabdeh 19 saylı mənzi llə üzbəüz olan 20 saylı mənzildə yaşayır. Binanın quruluşuna görə mərtəbədə mənzillərin qarşısında ümumi istifadədə olan sahə, pilləkən qəfəsi var. Onlar həmin sahədən keçib mənzillərinə daxil olurlar. Həmin sahədə cavabdeh qanunsuz olaraq dolab və su çəni yerləşdirib. Cavabdehin yerləşdirdiyi dolab iddiaçının mənzilinə bitişikdir. Ev panel olduğu üçün cavabdeh hər dəfə həmin dolabı açıbbağlayanda evin içərisində səs və titrəyiş əmələ gəlir. Həmin dolabın cavabdeh tərəfindən istifadəsi nəticəsində iddiaçı evində rahat yaşaya bilmir, işdən qayıtdıqdan sonra istirahət edə bilmir, hər dəfə dolabın qapısı çırpılanda diksinir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək dolabının evin divarından sökməsini bildirmişdir. Lakin, cavabdeh könüllü olaraq dolabı evinin divarından sökmür. Buna görə h azırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsi, iddia ərizəsi vermək üçün ödədiyi 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
6. Cavabdeh iddiaya etirazı ondan ibarət olmuşdur ki, həmin dolab uzun müddətdir ki, mövcuddur və heç bir kəsə maneçilik törətmir, nə də səs-küy yaratmır. İddiaçı həmin evi alanda da dolab orada olmuşdur.
7. Gəncə Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov), iddianın təmin edilməsi, Gəncə şəhəri 4-cü mikrorayon, 2 saylı evin İddiaçı mü lkiyyətində olan 19 saylı mənzilinin hamam tikilisinin divarına bitişik şəkildə, Cavabdeh tərəfindən quraşdırılmış dolab Cavabdeh vəsaiti hesabına sökülüb götürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3-16-16/2-10/1278 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş, ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunmuşdur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, cavabde hin Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) və məhz iddiaçının mülkiyyətinə aid olan hissədə quraşdırdığı taxta materialdan dolab, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan sahəsindən iddiaçının istifadə hüquqlarını məhdudlaşdırır. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5 və 170-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15 və 29.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verə rək, Gəncə Şəhər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sözügedən Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan quraşdırılmış dolab uzun müddətdir ki, mövcuddur və heç bir kəsin gediş-gəlişinə, hərəkət etməsinə maneçilik törətmir, çünki blokun boşluq hissəsində quraşdırılmış, həmçinin taxta materialdan olduğundan açılıb-bağlanarkən heç bir səs-küy yaratmır. İddiaçı əv vəl həmin mənzildə yaşayan heç bir kəsin həmin dolabın evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan blokunda quraşdırılmasına nə etirazı olmuş, nə də ki, narazılığı olmuşdur. Həmin dolab 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan İddiaçı adına olan mənzilin, sonradan inşa edilmiş hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı üçün hesab etmişdir ki, işdən gəlib istirahət edərkən Aynurəyə heç bir narahatçılıq yarada bilməz. Bundan başqa, taxta materialdan hazırlanmış dolab çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan sahəsində quraşdırıldığından İddiaçı heç bir mülkiyyət hüququ pozulmamış, onun həmin ümumi sahədən istifadə hüquqları məhdudlaşdırılmamışdır və iddiaçı həmin sahədən sərbəst surətdə gedib-gəlir, hərəkət edir. B ildirmişdir ki, hamam yerində isə mətbəx inşa edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, iddiaçı hüquqdan sui-istifadə etmişdir. İddiaçı əsas məqsədi həmin dolabı sökdürdükdən sonra, həmin yerdən özünə yeni dolab quraşdırmaqdır. Məhkəmə bunları nəzərə almadan yalnız iddiaçının izahatlarına və öz mülahizəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır, məhkəmə qətnaməsində onun tərəfindən iddiaçının hansı mülkiyyət hüququnun pozulması göstərilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2421/2024 nömrəli mülki iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-533/2024 nömrəli 11 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəy mübahisəli əmlaka əyani baxış keçirilməklə və mənzillərə dair texniki pasportlar tədqiq edilməklə dəqiqliklə göstərilmişdir. Göründüyü kimi, cavabdehin istifadəsində olan dolab tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş qurğu olmaqla, iddiaçının mülkiyyətinə təsir göstərməklə (səs-küyün yaranması, açılıb örtülə n zaman titrəşimin yaranması və.s digər hallar) istifadə hüquqlarını məhdudlaşdırmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
16. Apellyasiya dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 3-cü hissələrinə, 60, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.5, 157.4, 170.1, 171.1, 171.2, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 18 dekabr 2024-cü il tarixli 2(104)-2421/2024 saylı məhkəmə aktını ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını və yaxud işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, iddiaçı hüquqdan sui-istifadə etmişdir. İddiaçı əsas məqsədi həmin dolabı sökdürdükdən sonra, həmin yerdən özünə yeni dolab quraşdırmaqdır. İddiaçı mənzili aldıqdan 2-3 ay sonra və bu gündə evi satmağa çalışır, buna baxmayaraq dolabın sökülməsi iddianı davam etdirir. Məhkəmə bunları nəzərə almadan yalnız iddiaçının izahatlarına və öz mülahizəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Məhkəmələr tərəfindən dolabın açılıb-örtülən zaman səs-küyün və ti trəyişin yaranması iddiaçının sözlərindən başqa heç bir mötəbər sübutla təsdiq edilməmişdir. İş materialında olan ekspert rəyi kifayət qədər aydın və tam olmadığından, yəni rəydə cavabdeh tərəfindən iddiaçının hansı mülkiyyət hüquqlarının pozulması, dolabın açılıb örtülən zaman səs-küyün və titrəyişinin yaranması barədə heç nə göstərmədiyi üçün cavabdeh apellyasiya instansiya məhkəməsinə vəsatətlə müraciət edərək əlavə ekspertiza təyin edilməsini və yaxud mənzilə baxış keçirirməklə dolabın açılıb örtülən zaman səs- küyün və titrəyişin yaranıb-yaranmamasının müəyyən edilməsini xahiş etmiş, lakin məhkəmə kollegiyası cavabdehin vəsatətini təmin etməmişdir. Həmin vəsatətlər təmin edilmiş olsa müəyyən etmək olardı ki, istifadə etdiyi dolab tikinti normalarını və qaydalarını ciddi surətdə pozm aqla tikilməmiş və əgər dolabın istifadəsi iddiaçıya maneçilik yaradırsa, onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur və buna görə də hesab etmişdir ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələri iddia tələbini təmin etmək də haqlı olmamışlar. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış, cavabdehin izahatını nəzərə almamış, hüquqi qiymət verməmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxmayaraq qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır. Məhkəmə kollegiyası yalnız prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 3-cü hissələrinə, 29-cu maddəsinin 1 və 4-cü hissələrinə, 71-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsini n 139.1, 139.3, 152.1, 152.5, 170.1, 170.2, 171.1, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13. (hissə İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. (hissə İ) Hər kəsin mülkiyyət hüququ vardır.
25. Maddə 29. (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən i barətdir.
26. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Maddə
72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş həd lərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəs i və ya əmlakı sayılır.
32. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər ox şar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
34. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
35. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən m eydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzil li binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
41. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
42. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasındakı mübahisə çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin paylı mülkiyyətində əmlakından istifadə i lə bağlı yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları və dəhlizlər yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir.
43. Hər bir mülkiyyətçinin əmlakından istifadə etmək hüququ olsa da MM-in 215.1-ci maddəsi ilə müəyyən edilir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
44. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmadığına dair kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, işə baxılarkən cavabdehin yaşadıqları binanın ümumi istifadədə olan sahəsində şəxsi istifadə üçün taxtadan dolab quraşdırmasına digər mənzil mülkiyyətçisinin razılığının olduğu öz təsdiqini tapmadığından iddiaçının MM-in 157.4, 170.2-ci və 215.1-ci maddələrinə əsasən cavabdehdən dolabın sökülməsini tələb etmək hüququnun olduğuna dair məhkəmənin mövqeyi əsaslıdır.
45. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası mə hkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(104)-2421/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.