Məhkəmə qərarları › İş №2(102)-1361/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1361/2021

12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1361/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması) Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Üçüncü şəxs X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1740/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 evdə yerləşən ümumi sahəsi 68,98 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan üç otaqlı 22 nömrəli mənzil X2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X5 23 fevral 2010 -cu ildə vəfat etmişdir. İddiaçı mərhum X2 arvadı, Cavabdeh xxx isə övladlarıdır. İddiaçı 15 mart 2011-ci il tarixdə Sumqayıt Dövlət notariat kontoruna verdiyi ərizəsində göstərmişdir ki, 23 fevral 2010-cu ildə vəfat etmiş əri X1 miras qalmış əmlakdan - ünvan 1 ünvanından ona düşən vərəsəlik payının 1/2 hissəsindən imtina edir. İddiaçı imzaladığı eyni tarixli digər ərizəsinə əsasən, o, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddəti ötürmüşdür. Ərinin ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Qanun üzrə vərəsəlik hüququ haqqında 29 mart 2011-ci il tarixli şəhadətnamə ilə X2 vərəsəsi kimi X6 tanınmış və miras əmlakdan tam hissədə irs almalı olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh xxxna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair ünvan 2n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, iddiaçının vərəsəlik hüququnun tanınması, notariat kontorunda yazdığı ərizənin məzmununa uyğun olaraq ona düşən vərəsəlik payının 1/2 hissəs inə mülkiyyət hüququnun tanınması və onun ünvan 1 evin 22 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi, Vəkil vasitəsi ilə Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, son nəticədə ünvan 1 ünvanda yerləşən mənzilə dair ünvan 2n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 vəfat etdikdən sonra qızı Cavabdeh xxx ona diqqət və qayğı ilə yanaşacağını vəd etmiş, ömrünün axırınadək saxlayacağını bildirmiş və notariat kontoruna gedərək, mərhumdan miras qalmış mənzili adlarına keçirməsini təklif etmişdir. Cavabdeh başa salmışdır ki, evin 75 faiz hissəsi iddiaçının, 25 faiz hissəsi isə onundur, payının 1/2 hissəsindən imtina etsə, hər iksinə 50 faiz düşər. 15 mart 2011-ci ildə notariat kontoruna edərək, iddiaçı bəzi sənədlərə imza atmışdır. O, öz payına düşən hissənin 1/2 hissəsindən imtinaya dair ərizəyə imza etmişdir. Lakin cavabdeh miras əmlakdan tam hissədə irs almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)-250/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilmiş, ünvan 1 mənzilə dair Sumqayıt şəhər 4 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh xxxna verilmiş 29 mart 2011-ci il tarixli, 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Bir inci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 140, 148.2, 324.1, 337.1, 337.2, 337.4, 390.3, 1133.1, 1133.2, 1134.1, 1243.2, 1243.3, 1255, 1321.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı notariusda iştirakı zamanı adından alınan ərizə ilə tanış etdirilmədən və hüquqları izah olunmadan imzalamışdır. Belə ki, iddiaçı latın qrafikası ilə oxuya və yaza bilmir. İş materiallarına əlavə edilmiş iddiaçının imza etdiyi ərizələrin surətlərindən görünür ki, iddiaçı öz soyadını kiril əlifbası ilə yazmışdır. Bu da sübut edir ki, iddiaçı notariusda ərizələrə imza atarkən ərizənin mahiyyəti ona izah edilməmişdir. Əlavə olaraq, iddiaçıya imza etdirilərkən onun iradə ifadəsi nəzərə alınmamışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat Cavabdeh xxx apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(060)-5936/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1740/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)250/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh xxxna, üçüncü şəxslər X4 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnamələrindən məlum olmuşdur ki, iddiaçının paydan imtina ərizəsi qüvvədədir. Lakin hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı notariusda iştirakı zamanı adından alınan ərizə ilə tanış etdirmədən və hüquqları izah olunmadan ərizəyə imza etdirmişdilər. Bununla da məhkəmə qüvvədə olan qətnamə ilə müəyyən olunmuş halı şübhə altına almaqla iddiaçının paydan imtina ərizəsini dolayısı ilə etibarsız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1740/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(060)-250/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə ic lasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxs olan notariat kontorunun nümayəndəsi gəlməmiş, vəkilin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 261.0.2-ci maddəsinə əsasən ey ni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəll ənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş və qətnamə qəbul edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh xxxna qarşı “paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia r ədd olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının rədd edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh xxxna qarşı “paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2019cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Apellya siya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, əvvəllər baxılmış iddia ərizələrinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçı yazdığı ərizələrin məzmununu dərk etməmişdir. Həmin dəlilə Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və iddia rədd edilmişdir. Hazırda irəli sürülən iddia formal cəhətdən fərqli olsa da (əvvəlki iddialarda şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbi irəli sürüldüyü halda, hazırki son tələb həmin sənədlərin etibarsızlığından ibarətdir), faktiki olaraq eyni dəlillə - vərəsəlik payından imtinanın etibarsızlığına əsaslanır. Məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunl arı bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın söz quruluşu fərqli olsa da, mahiyyət etibarən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş tələblə mübahisənin tərəfləri, əsasları və predmetinə görə eynilik təşkil etdiyindən Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 41 7, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1740/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh xxxna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tə rəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar