Məhkəmə qərarları › İş №2(102)-1361/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1361/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1361/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmaqla) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmaqla) “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1318/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 6 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-nin “Qəbələ” filialından Cavabdeh illik 16 %-lə 240 ay müddətinə 66.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən, Cavabdeh 66.000 ABŞ dolları məbləğini 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dol ları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən, həmin tarixli kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti tərəflərin ümumi razılığı əsasında mövcud bazar qiyməti nəzərə alınaraq 83.000 ABŞ dolları qiymətləndirilmişdir.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışa əsasən, Cavabdeh məxsus Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi "xxxx" İKB-nin xeyirinə 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. 4. "xxxx" İKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq ((ing. rebranding) brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planı) həyata keçirmiş və Bankın adı İddiaçı ASC olaraq dəyişdirilmişdir.

5. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmiş, eyni zamanda qeyd olunmuşdur ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu g ünədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacaqdır.

6. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı ASC-nin 24 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023cü il tarixə kimi Cavabdeh tərəfindən banka əsas borcdan ödənilən cəmi məbləğ 14.078,07 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 32.404,84 ABŞ dolları təşkil etməklə Cavabdeh banka olan borcunun məbləği xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas b orc üzrə qalıq məbləği 49.348,36 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləği 62.594,48 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləğ 8.900,38 ABŞ dolları olmaqla cəmi 120.843,22 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 6 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49.348,36 ABŞ dolları əsas, 62.594,48 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 112.832,88 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmas ı üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehə məxsus olan Qəbələ rayonu, N.Nə rimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC-nin) “Qəbələ” filialından 16 faizlə 240 ay müddətinə ev almaq məqsədilə 66.000 ABŞ doll arı məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) 6 fevral 2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il fevral ayının 24dək cavabdehin 6 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49.348,36 ABŞ dolları əsas, 62.594,48 ABŞ dolları faiz, 8.900,38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 120.843,22 ABŞ dolları borcu vardır. Cavabdehin 6 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 8.900,38 ABŞ dolları təşkil etməsinə ba xmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 890,04 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iş materiallarına kredit müqaviləsi əlavə edilsə də, pulun cavabdeh tərəfə verilməsini sübut edəcək kassa məxaric orderi, ya da bunua bərabər sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin cavabdeh həmin əmlakı ipoteka ilə yüklü edilərkən evli olub, onun həyat yoldaşı X2 razılıq ərizəsinin olub-olmaması haqqında hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Ona görə də hər iki sənədin iş materiallara əlavə olunmasını iddiaçıdan tələb etməyi məhkəmədən xahiş etmişdir.

11. Məhkəmənin 12 iyun 2023-cü il tarixdə keçirilmiş iclasında X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb ol unmuşdur.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X2 adından olan ərizədə “İmza” yazısı önündəki imza - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-cı vərə qəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008 ci il tarixdə 40-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X2 adından olan ərizədəki yazılar - X5 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

13. Həmçinin məhkəmənin 21 avqust 2023-cü il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilərək, müvafiq rəylər alınmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatl arı, 6 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində (əsas borc üzrə - 62.847,86 ABŞ dolları, faiz borcu üzrə - 75.050,55 ABŞ dolları) və xx.xx.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində (əsas borc üzrə - 62.847,86 ABŞ dolları, faiz borcu üzrə - 79.045,97 ABŞ dolları) müəyyən edilir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171.000 manat, likvid dəyəri isə 153.900 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir.

16. Bundan sonra, iddiaçı iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 6 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138.788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının öd ənilməsi; tutmanın cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehə məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 10 8,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(025)-22/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli (hakim Abbas Əliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyri nə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin (likvid dəyəri) 153.900 manat müəyyən edilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehin Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sah əsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin Banka vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən 49.348,36 ABŞ dolları tələb etsə də, 03 iyun 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək cavabdehdən Bankın xeyrinə 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsi üzrə banka 62.847,86 ABŞ dolları əsas bor cunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 62.847,86 ABŞ dolları əsas borcun tutulmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2023-cü il tarixə 62.847,86 ABŞ dolları əsas borcu vardır.

19. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 62.594,48 ABŞ dolları faiz borcu tələb etsə də, 03 iyun 2024-cü il tarixdə iddiaçı Bankın nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək cavabdehdən Bankın xeyrinə 6 fev ral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 75.050,55 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 75.050,55 ABŞ dolları faiz borcun tutulmasını əsaslı saymışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2024-cü il tarixə 75.050,55 ABŞ dolları faiz borcu vardır.

20. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmənin müvafiq qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 de kabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyləri iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək rəy ilə razılaşmışlar.

21. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, sözü gedən ekspert rəylərinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/67566757 nömrəli rəyləri) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, 890,04 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan, cavabdehdən 890,04 ABŞ dolları cərimə borcunun tutulması qanuni və ə saslıdır.

23. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı Banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehə məxsus olan Qəbələ rayonu, N.Nəri manov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış e vinə və 0,06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153.900 manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh oranı tərk etməlidir. Cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onun fərdi yaşayış evindən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin və üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2 üçüncü şəxs X2 əmlakın girov qoyulmasına razılıq vermədiyini və əmlakın girovda olmasından xəbəri olmadığını bildirmişdir. Məhkəmənin 20,06.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E- 204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş Elza Əliyevanın adından olan ərizədə “İmza” yazısı önündəki imza - Elza Əliyeva tərəfindən icra olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin “X2 əmlakın girov qoyulmasına razılıq vermədiyi və əmlakın girovda olmasından xəbəri olmaması” barədə dəlilləri ekspert rəyi ilə təkzib olunmuşdur.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, 53, 54-cü və Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

26. Qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri vermişlər.

27. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onun fərdi yaşayış evindən çıxarılması yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barə də notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan bir ay ərzində könüllü surətdə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasının düzgün şərh etməmiş, nəticədə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Həmçinin o da bildirilir ki, birinci instansiya məhkəməsi bir tərəfdən qətnaməsində cavabdehin ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini tərk etməsini göstərir, digər tərəfdən isə belə qənaətə gəlir ki, cavabdeh həmin yerdən çıxarılmalı deyil. Göründüyü kimi bu vəziyyət anlaşılmazlıq yaradır. Bir halda ki cavabdehin evi tərk etməsi qeyd olunursa, digər halda onun evdən çıxarılmaması təzad yaratmış olur. Birinci instansiya məhkəməsi ipoteka predm eti olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin (likvid) satış qiymətinin 153.900 manat müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, işdən göründüyü kimi məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin edilmiş, 19 aprel 2024-cü il ekspert rəyinə görə Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171.000 manat, likvid dəyəri isə 153.900 manat məbləğində müəyyən olunur. Qeyd edək ki, hazırkı kreditin verilməsində məqsəd cavabdehin fərdi yaşayış evi əldə etməsi üçün olmuşdur. İşdən göründüyü kimi alınan əmlakın bazar dəyəri 70.100 manat qiymətində olmuşdur. Düzdür aradan uzun müddət keçmiş, qiymətdə müəyyən dəyişiliklərin olması qaçılmaz olmuş, lakin bir hala diqqət yetirmək lazımdır ki, qiymət fərqinin bu qədər artıq olması inandırıcı olmamışdır. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Göründüyü kimi qanunvericiliyin məqsədi odur ki, ipoteka predmetinin dəyərinin likvid dəyərlə götürülməsi ilə həmin əmlakın tez bir zamanda satılması mümkün olsun, nəticədə işin uzanmaması üçün borcverənin birbaşa zərərə məruz qalması halı aradan qalxmış olsun.

29. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia rədd olunmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pulun götürülməsini təsdiq edən və təqdim edilən qəbz ümumiyyətlə bu işə uyğun gəlmir. Çünki pul vəsaiti Notariat Kontoruna ödənilməli olduğu halda başqa yerə ödənilmiş və ABŞ dolları valyutası ilə olmuşdur. Həmçinin həmin valyutada AZN məzənnəsinə çevriləndə yenədə müqavilədəki məbləğlə uyğun gəlməmişdir. İddiaçı tərəfindən təqdim edilən müqaviləyə və qanunvericiliyə əsasən vəsait bank hesabına mədaxil olmalı və mədaxil olunan vəsait Notariat Kontorunun depozit hesabına göndərməlidir. Lakin buna aid iddiaçı heç bir sübut və ümumiyyətlə pul vəsaitinin verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qətnamədə iddia tələbinin pul tələbi hissəsində əsaslandırılmamışdır. Qətnamənin ləğv edilməsi üçün digər əsas ondan ibarətdir ki, tərəflərindən xx.xx.2023-cü il tarixdə Notariat Arxivinə müraciət olunmuş və notariat işi tələb edilmişdir. Həmin sənədlərdə əvvəlki iclasda da qeyd etdiyi kimi cavabdehin həyat yoldaşının razılıq ərizəsi olmamışdır. Həmin sənədlərdən bir qismi əlbəəl alınmış və məlum olmuşdur ki, Elza Əliyeva tərəfindən ümumiyyətlə Notariat Kontoruna ərizə verilməmiş və orda olan ərizədəki imza onun tərəfindən icra olunmamışdır. Hətta digər ev satan Məhəmməd adlı şəxsin də həyat yoldaşının imzası saxtalaşdırılmışdır. Məhkəmə işin faktiki hallarına deyil təqdim edilən sənədlərlə deyil, yalnız iddiaçının verdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Belə ki, ilk növbədə məhkəmə prosessual hüquq normalarını pozaraq iddiaçı tərəfindən son iclasda təqdim edilən iddia tələbinin artırılması ərizəsini icraat a qəbul etmişdir. İddia ərizə ilə ekspert rəyi arasında olan ziddiyət belə araşdırılmamışdır. Buna dair ekspertin rəyi ilə kifayətlənmiş və bundan sonra da Bankın iddia tələbinin artırılması ərizəsini icraata qəbul edərək işə baxmış və tələbi təmin etmişdir. Həmin ərizə də məhkəmə baxışında təqdim edilmiş və bu da prosessual pozuntudur. Həmçinin məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata qəbul edərkən prosessual pozuntu etmiş və dövlət rüsumu 525,94 AZN olduğu halda iddiaçı tərəfindən 481 AZN dövlət rüsumu qəbul etmişdir. İddiaçı iddia tələbini artırarkən yeni dövlət rüsumu ödənilməli idi. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanmalı və ərizə geri qaytarılmalıdı. Məhkəmə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin xarici valyutada aparılmasını hansı hüquq norması əsasında olmasını araşdırmamışdır.

31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-1318/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Elçin Mehdiyev) iddiaçı Bankın və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən yəni, cavabdehin mübahisəli evə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq banka təhvil verilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.metr ümumi, 108,42 kv.metr yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi hərracda satıldıqdan bir ay sonra fərdi yaşayış evinin boşaldılaraq cavabdehin həmin evdən çıxarılması və iddiaçı Bankdan ödənilməmiş qalan dövlət rüsumumunun 44,12 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil ol araq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

34. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəl iyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətininin digər dəlili olan borcun xarici valyutada tələb edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

37. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, tərəflər müqavilədə borcun hansı qaydada ödənilməsi ilə bağlı müvafiq razılığa gəlmişlər. Odur ki, apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır.

38. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin borcun (əsas və faiz borcunun) çox olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 66.000 ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyindən isə görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 6 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində müəyyən edilir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ekspertiza rəyində qeyd edilmiş məbləği əsas götürərək cav abdehdən əsas və faiz borcu tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda bildirmişdir ki, qeyd edilən ekspert rəyi hər hansı bir əsasla təkzib edilə bilmədiyindən ekspertin borc ilə bağlı ekspert rəyin daha arqumentli sübut olaraq qəbul edilmişdir. Odur ki, cavabdeh tərəfin borcun artıq hesablanması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyi ilə bağlı qeyd etmişdir ki, kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, cavabdeh tərəfindən əlavə ödənişlərlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabd eh tərəfindən hazırkı iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən ekspertizanın təyin edilməklə yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertizanın keçirilməsi də təmin oluna bilməz.

42. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin iddia tələbinin həcminin artırılması ilə bağlı ərizənin icraata qəbul edilməli olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində artırma ərizəsinin məhkəmə baxış iclasında veri ldiyini və bu səbəbdən də ərizənin icraata qəbulundan imtina edilməli olduğunu bildirmişdir. Lakin, iş materiallarından müəyyən edilir ki, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı verilmişdir. Belə ki, ərizə xx.xx.2024-cü il tarixdə verilmiş və həmin zaman da məhkəmə hazırlıq iclası baş tutmuşdur. Daha sonra isə, işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Belə olan halda, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vaxtında verilmiş hesab edilməlidir. Odur ki, şikayətin həmin dəlilləri də əsassızdır.

43. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin əmlak ipotekaya qoyulan zaman cavabdehin arvadının razılığı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmi şdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf əmlak ipotekaya qoyulan zaman cavabdehin arvadının buna razılıq vermədiyini bildirmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, doğrudan da X2 adından olan ərizədəki yazılar - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunsa da, ərizədə olan “İmza” X5 tərəfindən icra olunmuşdur.

45. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, ərizədəki yazıların X5 tərəfindən icra edilməməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, ərizədə olan “İmza” X5 tərəfindən icra olunmuşdur. Odur ki, ekspert rəyi ilə cavabdehin “X2 əmlakın girov qoyulmasına razılıq vermədiyi və əmlakın girovda olmasından xəbəri olmaması” barədə dəlilləri tamamilə təkzib olunmuşdur. Bundan başqa, iddia tələbi X3 qarşı yox, Cavabdeh qarşı irəli sürülmüşdür. Yəni, X3 qarşı onun mənzildən çıxarılması və ya başqa bir tələb irəli sürülməmişdir. Həmçinin 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli "xxxx" İKB ASC-İ ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, məhz cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi 6 fevral 2008-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərinin in likvid dəyəri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətlərin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı tərəf əmlakın likvid dəyərinin çoxluğundan, cavabdeh tərəf isə dəyərin azlığından narazılıqlarını bildirmişlər.

47. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi əmlakın likvid dəyərini düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153.900 manat məbləğində müəyyən olunur.

48. Məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 279, 295, 296.1, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 465.2, 739.1, 739.2, 740.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1, 36.2, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiya sının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3, 372, 384.0.2, 385.1.1-385.1.5 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

50. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhk əməsi iddiaçının iddia tələbi ilə ekspert rəyi arasında olan ziddiyəti belə araşdırmamışdır. İddiaçının əsas məbləği ilə ekspert rəyi arasında 20.000-dən çox fərq vardır. Buna dair ekspertin rəyi ilə kifayətlənmiş və bundan sonrada bankın iddia tələbinin artırılması ərizəsini icraata qəbul edərək işə baxmış və tələbi təmin etmişdir. Həmin ərizədə məhkəmə baxışında təqdim edilmiş və bu da prosessual pozuntudur. Məhkəmə məhz borc tələbi dəyişdiyindən mühasibatlıq ekspertizası keçirtməli və borcun yeni tələbin düz olub-olmamasını araşdırmalı idi. Əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi tam əsaslandırılmamış və reallığa uyğun olmayan rəy verilmişdir. Həmin rəy üzrə verilmiş qiymət həddindən artıq az yazılmışdır. Məhkəmə təkrar və ya komision ekspertiza təyin etməli və müstəqil qiymətlən dirici tərəfindən əmlakı yenidən qiymətləndirilməli idi. Hazırda isə digər vəsatəti əmlakın qiymətləndirilməsi ilə bağlıdır. Əmlaklarının dəyəri 200.000 manat civarındadır. Belə ki əmlakın təsvirindən də göründüyü kimi torpaq sahəsi 0,06 ha tikili isə ikimərtəbəli 250 kvadrat metrə yaxın tikilidir. Həmin ərazidə torpaq sahəsinin 1 sotu hazırda 15-18.000 manat arasında dəyişilir. Tikilinin dəyəri isə kvadrat metri 500 manatdan hesablansa 120.000 manat edir. Hazırda daşınmaz əmlak saytlarından da göründüyü kimi həmin ərazidə tikililərin qiyməti 240.000 manatdan çoxdur. Həmçinin məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata qəbul edərkən prosessual pozuntu etmiş və dövlət rüsumu 525,94 AZN olduğu halda iddiaçı tərəfindən 481 AZN dövlət rüsumu qəbul etmişdir. İddiaçı iddia tələbin i artırarkən yeni dövlət rüsumu ödənilməli idi. Buna dair məhkəmə əsaslandırma etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

52. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

53. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

54. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

55. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

56. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

57. Maddə 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

58. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

59. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

60. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

61. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

62. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

63. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

64. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında n əvvəl icra edə bilər.

65. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

66. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

67. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

68. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş i cra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

69. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

70. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

71. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlə rin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

72. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

73. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

74. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

75. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

76. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu.

77. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipo teka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

78. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

79. Maddə 36.1. İpoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka p redmetinə tutmanı yönəltməyə başlaya bilər.

80. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır.

81. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

82. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

83. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarı.

84. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

85. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun ola raq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

86. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

87. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

88. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

89. Maddə

53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

90. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məh kəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

91. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

93. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

94. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

95. Maddə 218.

3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

98. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

99. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

100. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

101. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

102. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

103. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

104. Belə ki, kassa siya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul e dilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Bu səbəbdən də həmin hissələrdə kassasiya şikayətinin dəlilləri əsassızdır.

106. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və ara şdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

107. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

108. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı ilk öncə onu qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi, həmçinin borcun icrasının təmini ki mi ipoteka münasibətləri, yəni Mülki Məcəllənin 307-ci maddəsi təşkil edir.

109. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iş üzrə borcu götürən Cavabdehdir.

110. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-nin “Qəbələ” filialından cavabdehə illik 16 %-lə 240 ay müddətinə 66.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həm in müqaviləyə 1 saylı əlavəyə əsasən, cavabdeh 66.000 ABŞ dolları məbləğini 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli ipoteka müqaviləsinə əsasən, həmin tarixli kredit müqaviləsi üzrə borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234,67 kv.m. ümumi, 108,42 kv.m. yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti tərəflərin ümumi razılığı əsasında 83.000 ABŞ dolları məbləğində qiymətləndirilm işdir. "xxxx" İKB ASC-də 2019-cu ilin noyabr ayında rebrendinq həyata keçirmiş və Bankın adı İddiaçı ASC olaraq dəyişdirilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmiş, eyni zamanda qeyd olunmuşdur ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacaqdır. İddiaçı Bankın xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında cavabdehə ünvanlanmış bildirişindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. “İddiaçı Bankın 24 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəfindən banka əsas borcdan ödənilən cəmi məbləğ 14.078,07 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 32.404,84 ABŞ dolları təşkil etməklə cavabdehin banka olan borcunun məbləği xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas borc üzrə qalıq məbləği 49.348,36 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləği 62.594,48 ABŞ dolları, cərimə borcu üzrə qalıq məbləğ 8.900,38 ABŞ dolları olmaqla cəmi 120.843,22 ABŞ dolları təşkil edir.

111. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə əsas və faiz borcunun məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməklə, ekspert qarşısında 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin öhdəlikləri yerinə yetirməməsi nəticəsində əs as borcu və faiz borcunun düzgün hesablanıb-hesablanmaması, kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcunun nə qədər təşkil etməsi barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli ekspert rəyinə əsasən, cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 6 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcunun 137.898,40 ABŞ dolları məbləğində (əsas borc üzrə - 62.847,86 ABŞ dolları, faiz borcu üzrə - 75.050,55 ABŞ dolları) müəyyən edilmişdir. Bundan sonra iddiaçı Bank iddia həcminin artırılması ilə bağlı ər izə ilə məhkəməyə müraciət edərək, ekspert rəyində göstərilənlərə uyğun olaraq cavabdehdən Bankın xeyrinə 6 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138.788,45 ABŞ dolları məbləğinin tutulmasını xahiş etmişdir.

112. Birinci instansiya məhkəməsi cavabdehdən 6 fevral 2008-ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə ödənilməli olan əsas və faiz məbləğini tutarkən, ilkin iddia tələbində iddiaçının cavabdehdən 49.348,36 ABŞ dolları əsas borc tələb etməsini qeyd etsə də, iddiaçının daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməsini, həmçinin 14 dekabr 2023-cü il tarixli ekspert rəyini əsas götürərək, cavabdehin banka 62.847,86 ABŞ dolları əsas borcunun, 79.045,97 ABŞ dolları faiz borcunun olması barədə nəticəyə gəlmişdir.

113. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 6 fevral 2008ci il tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka 62.847,86 ABŞ dolları əsas borcunun, 79.045,97 ABŞ dolları faiz borcunun olması barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, iddiaçı Bank məhkəməyə müraciət edərkən təqdim etdiyi 24 fevral 2023-cü il tarixli maliyyə arayışında, xx.xx.2023-cü il tarixə kimi cavabdeh tərəfindən banka əsas borcdan ödənilən məbləğin 14.078,07 ABŞ dolları, faizdən ödənilən məbləğin isə 32.404,84 ABŞ dolları təşkil etməsini göstərərək, həmin tarixə banka olan əsas borc üzrə qalıq məbləğinin 49.348,36 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğinin isə 6 2.594,48 ABŞ dolları, cəmi 111.942,84 ABŞ dolları (8.900,38 ABŞ dolları cərimə ilə birlikdə cəmi 120.843,22 ABŞ dolları) təşkil etməsini qeyd etsə də, məhkəmə mühasibatlıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli rəyinin əsaslandırıcı hissəsində cavabdehin xx.xx.2023-cü il tarixədək 82.627,99 ABŞ dolları məbləğində ödəniş etməsi, həmin məbləğin 79.475,85 ABŞ dollarının faiz borcuna və 3.152,14 ABŞ dollarının əsas borca silindiyi, cavabdehin banka 62.847,86 ABŞ dolları əsas borcunun, 79.045,97 ABŞ dolları faiz borcunun (cəmi 141.893,83 ABŞ dolları) olması qeyd edilmiş, lakin ekspertin gəldiyi həmin nəticə rəydə əsaslandırılmamış, həmçinin rəydə kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin öhdəlikləri yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcunun düzgün hesablanıb-hesab lanmaması ilə bağlı suala aydınlıq gətirilməmiş və cavab verilməmiş, ümumiyyətlə annuitet ödənişlərinə görə xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən hansı məbləğdə cəmi əsas və faiz borcunun ödənilməli olduğu açıqlanmamışdır.

114. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 14 dekabr 2023-cü il tarixli ekspert rəyində, cavabdehin xx.xx.2023-cü il tarixədək 82.627,99 ABŞ dolları məbləğində ödəniş etməsinə baxmayaraq, həmin məbləğin 79.475,85 ABŞ dollarının faiz borcuna və 3.152,14 ABŞ dollarının əsas borca silinməsinin əsaslandırılmamasına, qeyd olunan nəticənin Bankın məhkəməyə təqdim etdiyi 24 fevral 2023-cü il tarixli maliyyə arayışında göstərilən məlumatları ilə ziddiyyət təşkil etməsinə, ilkin iddia tələbində Bankın 24 fevral 2023-cü il tarixə görə cavabdehdən əsas və faiz bo rcu üzrə cəmi 111.942,84 ABŞ dolları tələb etməsinə baxmayaraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində həmin məbləğin qeyd olunan 24 fevral 2023-cü il tarixə görə əsas və faiz borcu üzrə cəmi 141.893,83 ABŞ dolları həddinə qədər artırılmasının səbəbi araşdırılmamış, cavabdeh tərəfindən edilmiş bütün ödənişlərin nəzərə alınmamasına diqqət yetirməmiş, bu halın MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir.

115. Halbuki, birinci instansiya məhkəməsi ekspert rəyinin tərtibi zamanı yol verilmiş, yuxarıda qeyd olunan nöqsanları nəzərə almaqla müqavilənin ləğv edildiyi müddətə uyğun olaraq hesablamış əsas və faiz borcunun cavabdehdən tutulmasını dəqiq müəyyən etməli idi.

116. Məhkəmə kollegiyası müqavilənin ləğv edilməsi müddəti ilə bağlı isə qeyd edir ki, iddiaçı bank xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli xəbərdarlıqları cavabvdehə ünvanlayaraq iradə ifadəsini qarşı tərəfə bildirilməklə, kredit müqaviləsini Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə, həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli qaydada ləğv etdiyindən, həmin sonuncu xəbərdarlıq müddəti, yəni xx.xx.2023-cü il tarixi müqavilənin ləğv edilməsi müddəti kimi nəzərə alınmalıdır. Odur ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almaqla, habelə 14 dekabr 2023-cü il tarixli ekspert rəyində yol verilmiş nöqsanların aradan qaldırılması üçün əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsini müzakirə etməklə müqavilənin ləğv edildiyi müddətə uyğun olaraq hesablamış əsas və faiz borcunun cavabdehdən t utulmasını müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qeyd olunan hissədə dəyişdirmədən saxlayarkən həmin halları nəzərdən qaçırmış, göstərilən hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

117. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

118. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübut larla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

119. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

120. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

121. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 122. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxla nılmasına imkan verən müddəalara əsaslanmalıdır.

123. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.

124. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.

125. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən e dilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə və qiymətləndirilə bilər.

126. Avropa İnsan Hüquqları Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.

127. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə gəldiyi nəticə, yuxarıda qeyd edilən tələblərə cavab vermir.

128. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

129. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

130. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

131. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işd ə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 132. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

133. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

134. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hazırkı kassasiya şikayətində qeyd olunan, yuxarıda göstərilən hissədə qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllini tapmamışdır.

135. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015- ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

136. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

137. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

138. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməl i, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

139. Beləliklə, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edildiyindən, lakin məhkəmə kollegiyası yalnız yuxarıda qeyd olunan konkret hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin olunmalıdır.

140. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla iddiaçı Bankın xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

141. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən – kre dit müqaviləsi üzrə müqaviləyə xitam verildiyi tarixə kimi əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədi ilə əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsini tərəflərin mövqeyini öyrənməklə müzakirə etməli, qeyd edilən ekspertizanın keçirilməsi ilə bağlı vəsatət olmadığı halda məhkəmə öz təşəbbüsü ilə bu məzmunda ekspertizanın keçirilməsini müzakirə etməli, ekspertizanın keçirilməsi barədə qərar qəbul edildiyi halda isə, ekspert qarşısında yuxarıda qeyd olunan sualla yanaşı, kredit müqaviləsi üzrə müqaviləyə xitam verildiyi tarixə kimi cavabdeh tərəfindən hansı məbləğdə ödəniş edilməli olduğu, faktiki olaraq nə qədər ödənişin edilməsi barədə, habelə araşdırmanın gedişindən asılı olaraq yaranmış başqa sualları qoymalı, araşd ırmanın nəticəsindən asılı olaraq, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qeyd olunan hissədə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

142. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1318/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi “Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesa blanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62.847,86 ABŞ dolları əsas, 75.050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138.788,45 ABŞ dolları məbləğində kredit borcunun tutulması” hissəsində ləğv edilsin və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar