Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1362/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1362/21 (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh hüquqi varisi X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı 1 tərəfindən verilmiş kasa siya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 1 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “XX” bağları massivində yerləşən 4116 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 640 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin XXX ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, XXX əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Cavabd eh torpaq qanunvericiliyinin tələblərini pozaraq “XX” bağları massivində yerləşən xxxx saylı bağ torpaq sahəsinin daxilində olan və torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 640 kvadrat metr torpaq sahəsini zəbt edərək istifadə etməkdədir. Həmin torpaq sahəsi XXX mülkiyyətində olduğundan, qeyd olunan torpaq bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılmalı, qüvvədə olan torpaq qanunvericiliyinin normaları əsasında özgəninkiləşdirilməlidir. Cavabdeh torpaq sahəsi sahəsini zəbt etməsi torpağın mülkiyyətçisi kimi bələdiyyənin mülkiyyət hüququnu pozduğundan, ona torpaq sahəsinə sənədləşdirmək və alqı-satqı qaydasında bələdiyyədən almaq təklif olunmuşdur. Lakin cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmamış və torpağın sənədləşdirilməsi ilə bağlı İddiaçı 1nə müraciət etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli, 2(060)-xxxx/2018 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbi təmin edilərək, Cavabdeh “XX” bağları massivində yerləşən xxx saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 640 kvadrat metr torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin XXX ehtiyat torpaq fonduna qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsini 156.1, 157.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 103.1, 111-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh hüquqi varisi X2 birinci instansiya məhkəməsinin qətnaməsindən a pelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(105)-1312/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, xx xxxx 2019-cu il tarixli, 8660 nömrəli məlumatla AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə baxışın keçirilməsi və tədqiqat obyektinə dair tərtib edilmiş arayış Mərkəzə daxil olmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdi r. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)xxx/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, xx xxxxxx 2020-ci il tarixli, 25508 nömrəli məlumatla AR ƏMDK-nın mütəxəssis rəyi Mərkəzə daxil olmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elman Rəhimov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-xxx/2018 saylı, xx xxxxxx 2018-ci il tari xli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh hüquqi varisi X2 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apelyasiya şikayətini təmin edərək XXX iddia tələbini rədd edərkən işin faktiki hallarını araşdırmamış, sübu ta yetirilməyən halları sübut olunmuş kimi qəbul etmiş, müvafiq qanun normalarına və XXX torpağın mülkiyyətçisi kimi hüquq və qanuni maraqlarına biganə münasibət sərgiləyərək maddi və prosessual hüquq normalarının ciddi pozuntularına yol vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə cavabdehin apelyasiya şikayətinin dəlillərinə və İddiaçı 1 tərəfindən irəli sürülmüş iddia tələblərinə qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, zəbt olunduğu iddia edilən torpaq sahəsi Cavabdeh istifadəsinə verilmiş “XX” bağları massivində yerləşə 4116 saylı bağ torpaq sahəsinin daxilində yerləşir ki, müvafiq qanun normalarına əsasən də həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması mübahisələndirilə bilm əz. Belə ki, mübahisələndirilən torpaq sahəsi “XX” bağları massivində yerləşən 4116 saylı bağ torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmamışdır. Məlum olduğu kimi, ’’Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuşdur ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar, ehtiyat fondu torpaqları daxildir. Eyni zamanda, həmin Qanunun 19-cu maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi ü çün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Həmçinin, ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.1-ci maddəsində fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarının xüsusi mülkiyyətinə verilən torpaqların bələdiyyə torpaqlarına aid edildiyi öz əksini tapmışdır. İş materiallarında olan və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib olunmuş xx xxxx 2001-ci il tarixli torpaqayır ma sənədlərindən də görünür ki, Sumqayıt şəhəri ərazisində yerləşən və qanunvericiliyə uyğun şəkildə fiziki şəxslərin üzərində xüsusi mülkiyyət hüququ yaranmamış bağ torpaq sahələri XXX mülkiyyətinə verilmişdir. Bütün bu sadalanan qanun normalarından da görünür ki, mübahisələndirilən bağ torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olması hər hansı şübhə doğura bilməz. Məhkəmənin müəyyən etməli olduğu hal yalnız həmin torpaq sahəsinin həqiqətən də cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi və əgər zəbt edilibsə, zəbt edilmiş torpaq sahəsinin ölçüsünün nə qədər olması idi. Məhz bu suallar məhkəmə tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli və xx xxxxxxxx 2019-cu il tarixli qərardadlarla təyin edilən məhkəmə tikinti-texniki ekspertizası zamanı ekspert qarşısında qoyulmuşdur. Lakin məhkəmə tərəfindən iki dəfə ekspertizanın təyin edilməsinə və məhkəmənin yerində baxış tədbirlərinin təyin etdiyi müvafiq günlərdə bələdiyyənin nümayəndələrinin məhkəməyə gəlmələrinə baxmayaraq nə ekspert, nə də ekspert tərəfindən cəlb edilmiş aidiyyəti qurumun mütəxəssisi bu tədbirlərə qatılmamış, sonradan da hər hansı mötəbər əsasa söykənmədən guya tərəflərin iştirak etməmələri səbəbindən ekspertizanın keçirilməsinin mümkün olmadığını məhkəməyə bildirmişlər. Halbuki, hətta iddia edildiyi kimi, tərəflər iştirak etmədiyi halda belə bu, ekspert tərəfindən məhkəmənin onun qarşısında qoyduğu sualları cavablandırmamasına əsas ola bilməzdi. Belə ki, bu suallar həm yerində baxışla, həm də işçisi mütəxəssis kimi cəlb olunmuş X4 Xidmətinin aidiyyəti qurumunun elektron baza məlum atları və elektron xəritə materialları əsasında araşdırılaraq cavablandırıla bilərdi. Təəssüf ki, məhkəmə bütün bu halları lazımi şəkildə araşdırmamış, ekspert tərəfindən rəyin verilməməsinin səbəblərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan apelyasiya şikayətində göstərilmiş dəlilləri sübut olunmuş kimi qəbul edərək birinci instansiya məhkəməsinin bu iş üzrə çıxardığı qətnaməni ləğv etmişdir. Halbuki., iş üzrə məhkəmə tərkibinin müəyyən etməli olduğu hallara dair ekspert tərəfindən rəy verilməmiş və bu hallar müəyyən edilməmiş vəziyyətdə qalmışdır. Belə olan halda məhkəmənin cavabdehin apelyasiya şikayətini təmin edərək bu iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnaməni ləğv etməsi bələdiyyənin iddia tələbini təmin etməməsi qanunazidd və əsassız bir addımdır. Məhkəmə mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə, zəbt olunmuş torpaq sahəsinin ölçüsü və hüquqi statusu barədə, habelə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasına aydınlıq gətirməmiş, xüsusi bilik tələb olunan suallara cavab almadan əsassız şəkildə torpağın guya zəbt edilməməsi kimi nəticəyə gəlmişdir. Bütün bu sadalananlar apelyasiya instansiyası məhkəməsinin işə səthi yanaşdığını və müvafiq qanun normalarına riayət etmədiyini sübuta yetirir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin hüquqi varisi X2 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, etirazında mübahisələndirilən xxx saylı bağ sahəsinin 35 ildən çoxdur ki, onların sahibliyində, istifadəsində o cümlədən mülki yyətlərində olmasını, 2011-ci ildə atasının ölümündən sonra vərəsəlik qaydasında onun adına keçməsini və reyestrdən çıxarış verilməsini göstərmiş, həmçinin mübahisələndirilən 640 kv.m sahənin pulunu hissə-hissə ödəməklə mülkiyyətlərinə verilməsi barədə müraciətlərinin cavabdehsız qalmasını qeyd etmiş, kasasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı XXX vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh hüquqi varisi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edib tələb irəli sürülən torpaq sahəsinin zəbt edilib-edilməməsini, zəbt edilmişdirsə nə qədər to rpaq sahəsinin zəbt edilməsini sual olaraq ekspert qarşısında qoymuş, ekspert hər iki ekspertizanın keçirilməsi üçün məhkəməyə vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatətdə göstərilən xüsusatlar təmin edilmədiyi üçün ekspert rəy verməkdən imtina etmişdir. Məhkəmə kollegiyası isə zəbtin mövcud olub-olmadığının müəyyən edilməsi barədə mütəxəssis (ekspert) rəyi əldə etmədən yalnız iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməsi əsası ilə iddianı rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. İş materiallarından da göründüyü kimi, hər dəfə ekspertiza təyin edildiyi zaman ekspert vəsatətlə məhkəməyə müraciət edib, vəsatətində mütəxəssis cəlb edilməli olmasının zəruriliyini göstərmiş olsa da, məhkəmə iş üzrə mütəxəssis cəlb edilməsini təmin etməmiş, yalnız Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ekspertiza keçirilməsinin yeri və vaxtı barədə bildiriş ünvanlamış, lakin ekspert vəsatətinin bir surətini Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlamamışdır ki, vəsatətdə göstərilən xüsusatlar Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əml akın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təmin oluna bilinsin və yekunda mübahisənin ədalətli həlli üçün zəruri olan sübutun əldə edilməsinə nail olunsun. Əlavə olaraq qeyd edilməlidir ki, apelyasiya kollegiyası iddiaçı tərəfindən mötəbər sübutun məhkəməyə təqdim edilməməsinə istinad edib iddianı rədd etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara hər hansı münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehin hüquqi varisində mübahisələndirilən torpaq sahəsi ilə bağlı hər hansı sənədin olmasını araşdırmamışdır. Halbuki, kasasiya şikayətinə etiraz ərizəsi ünvanlayan cavabdehin hüquqi varisi torpağa dair çıxarışlarının olmasını etiraz ərizəsində göstərmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Ka dastrı və Ünvan Reyestri Xidməti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubdan (səh xxx) görünür ki, adıçəkilən orqan məhkəməyə müraciətində daşınmaz əmlaka dair hüquqmüəyyənedici və texniki sənədlərin qoşma kimi qeyd edilməsinə baxmayaraq, faktiki olaraq müraciətə əlavə edilməməsi səbəbindən mütəxəssis rəyinin verilməsinin mümkün olmadığını göstərmişdir ki, bu hal da onu göstərir ki, işə baxmış apelyasiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları mütəxəsis cəlb edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanladığı məktubuna əlavə etmədiyi üçün mütəxəssis rəyinin verilməsinin qeyri-mümkün olması bildirilmişdir. Bununla da məhkəmə özü zəruri sübutun əldə edilməsinə süni maneə yaratmış ol muşdur. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların düzgün tədqiqatını həyata keçirməmiş, mübahisənin həlli baxımından önəmli olan ekspert və mütəxəssis rəyinin əldə oluna bilinməsi üçün zəruri tədbirləri görməmiş, nəticədə ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxs in məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda və kasasiya şikayətində göstərilmiş halların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi m əqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı 1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 05)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.