Məhkəmə qərarları › İş №2(102)-1362/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1362/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1362/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ARDNŞ “Kompleks Qazma İşləri” Trestinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1362/22 (Açar sözlər: iddia tələbi qeyri-müəyyəndir) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı “ailə başçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7121/2021 nömrəli, 28.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Milli ET Tibbi Profilaktika X1 barəsində tərtib edilmiş 23.11.1999-cu il tarixli müayinə aktına əsasən, X4 əsas xəstəliyi peşə mənşəlidir və xəstəlik nəticəsində əmək qabiliyyətini itirmiş, 26.11.1999-cu il tarixdən ikinci qrup əlillik dərəcəsi aldığına görə işdən azad olunmuşdur.

2. Səbail Rayon Məhkəməsinin 2(005)-345/2014 nömrəli, 27 yanvar 2014-cü il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) X5 ödənilməmiş müavinətin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X9” Tresti tərəfindən hesablanaraq ödənilməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

3. X6 13.09.2020-ci il tarixdə böyrəklərin respirator pozğunluq sindromu səbəbindən vəfat etmişdir.

4. Mərhumun arvadı İddiaçı X2 təqaüdün aybaay ona ödənilməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 təqaüdün, yəni 2612 manatın onun himayəsində olduğu üçün aybaay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 2612 manat təqaüd almışdır. O, 13.09.2020-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının himayəsində olduğundan ARDNŞ-nin "X9" Trestinə yazılı ərizə ilə müraciət edərək təqaüdün, yəni 2612 manatın ona verilməsini xahiş etmiş və rədd cavabı almış, buna görə də, məhkəməyə müraciət etməyə məcbur qalm ışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(005)-1087/2021 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, X5 aid olan “Ölüm haqqında” şəhadətnamədə ölümün bilavasitə səbəbi “böyrəklərin respirator pozğunluq sindromu” kimi göstərilmişdir. X4 əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəlik xroniki bel-oma radikulitidir və peşə mənşəli xəstəliyi ilə əlaqədar ona cavabdeh müəssisə tərəfindən müavinət təyin olunmuşdur. Lakin, X4 peşə xəstəliyi onun ölümünün bilavasitə səbəbi deyildir. Belə ki, X4 ölməsinə səbəb “böyrəklərin respirator pozğunluq sindromu” xəstəliyi olmuşdur. Beləliklə, X4 ölməsinə səbəb olan xəstəliklə peşə xəstəliyinin arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Əmək Məcəlləsinin 191.1, 191.2, 239, Mülki Məcəllənin 1096.1, 1097.1, 1121.1, 1121.3-cü maddələri və AR Konstitusiya Məhkəməsi Plenumunun AR Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarına istinad etmişdir.

10. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və N.Cəfərov) 28.09.2021-ci il tarixli, 2(103)7121/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(005)-1087/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır.

13. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin hüquqi cəhətdən yanaşması qanunsuz olmuşdur. Məhkəmələr iddia tələbindən kənara çıxmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdehin vəkili və nümayəndəsi Vəkil3 etirazı daxil olmuşdur. Etirazda qeyd edilmiş dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh tərəf etirazında kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

16. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

17. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi m əsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

18. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

19. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağl amlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

20. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

21. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

22. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il, 3 №-li Qərarı: 23. 1.1-ci bəndi. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq m addi məsuliyyət daşıyır. 24. 1.3-cü bəndi. Aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırki kassasiya şikayətində apellyasiya ins tansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araş dırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Aşağı instansiya məhkəmələri öz mövqeyini belə əsaslandırmışlar ki, iddiaçının ərinin ölməsinə səbəb olan xəstəliklə peşə xəstəliyinin arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır. Buna görə də, mərhum X2 təqaüdün iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı qanuni qüvvəyə minmiş qətnamə ilə mərhum ərinə təyin olunmuş müavinətin ona verilməsini xahiş etmiş, lakin iddia tələbinin qanuni əsasının nədən ibarət olmasını göstərməmişdir. İddiaçı kassasiya şikayətində məhkəmələrin hüquqi cəhətdən yanaşmasının qanunsuz olmasına istinad etsə də, yenidən hazırki mübahisəyə hansı hüquq normalarının tətbiq edilməli olmasını q eyd etməmişdir.

37. İddiaçının ərizəsi qeyri-müəyyəndir. Onun mərhum ərinə verilən müavinətin və yaxud pensiyanın ona verilməsini tələb edib-etməməsi aydın deyil. İddiaçının özünün pensiyaçı olub-olmaması da aydın deyil. O, mərhum ərinin himayəsində olması əsası ilə hazırkı tələbi irəli sürmüşdür. Lakin, işdə bununla bağlı heç bir sübut yoxdur, məhkəmə baxışı zamanı da iddia ərizəsində qeyd olunanlarla bağlı sübutlar təqdim edilməmişdir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§25-§27)

39. İddia tələbi ilə bağlı qərar qəbul edilməsi üçün irəli sürülən tələb, onun təsdiq edən hallar, həmin halların hansı sübutlarla təsdiq olunması göstərilməli, tələb aydın olmalıdır. Qeyri-müəyyən tələb irəli sürüldüyü təqdirdə həmin tələbin qanuni əsasını tapıb müvafiq normanı tətbiq etmək də çətinlik törədir. Beləki, işdə iddiaçının yaşayış yeri barədə arayışdan başqa (mülki iş səhifə43) heç bir sənədə mövcud deyil. Hətta 1-ci instansiya məhkəməsi qətnamə çıxaran tarixədək mülki işdə iddiaçının şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Ancaq məhkəmə iclası zamanı iddiaçı 1954-cü il təvəllüdlü olduğu və işləmədiyini bildirmişdir. Onun hansı əsasla mərhum ərinin himayəsində olması (han sı ki, həmin əsasla tələb irəli sürülüb) ilə bağlı heç bir sübut yoxdur. Yəni, iddiaçının pensiyaçı, əlil olması və yaxud digər xəstəliklər səbəbindən işləməməsi, ərinin himayəsində olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə tələblər üzrə obyektiv qərarın qəbulu mümkün deyildir.

40. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7121/2021 nömrəli, 28.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar