Məhkəmə qərarları › İş №2(102)-1362/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1362/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1362/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Əczaçılar İttifaqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aq il Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Əczaçılar İttifaqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qeyd-şərtsiz təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)37/2024-022 nömrəli qətnaməsindən Azərbaycan Əczaçılar İttifaqının kassasiya şikayətinə 05 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti ba şçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Əczaçılar İttifaqına (bundan sonra “iddiaçı” və ya “İttifaq”) ünvan 1nin şimal-qərb hissəsində X4 və istehsalı üçün zavod layihələşdirilməsinə və tikintisinə 10.000 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə X qəsəbəsinin şimal-qərb hissəsində dərman bitkilərinin tədarük və istehsal zavodu tikintisi üçün torpaq sahəsi ayrılmasına dair 9373 nömrəli “İnşaat pasportu” təsdiq edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən X qəsəbəsinin şimal-qərb hissəsi, Y.Əliyev küçəsində yerlə şən və İttifaqa məxsus qeyri-yaşayış sahəsinə dair xx.xx.2002-ci il tarixdə “Texniki pasport” verilmişdir. Həmin “Texniki pasportda” torpaq sahəsinin ölçüsü 10.000 kv.m və ümumi tikinti altı sahənin 1.619,10 kv.m təşkil etməsi göstərilmişdir.

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən X4 və istehsalı zavodunun iddiaçının mülkiyyətində olması barədə xx.xx.2002-ci il tarixdə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.

5. Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı ilə İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 5/23 saylı razılıq məktubu nəzərə alınaraq, X qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş, xx.xx.2004-cü il tarixli 11463 saylı inşaat pasportu əsasında xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi bağlanmışdır.

6. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2004-cü il tarixdə həmin 0,15 ha (1.500 kv.m) ölçüdə olan torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan məişət evinin eskiz layihəsi razılaşdırılmışdır.

7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixdə onunla 0370 saylı icarə müqaviləsi ilə Cavabdeh1 məişət evinin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 1.590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir.

8. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X qəsəbəsi, Yavər Əliyev küçəsi 31 ünvanında yerləşən, 3.024,20 kv.metrdən ibarət qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Firması müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal- qərb hissəsində (Y.Əliyev küçəsi) yerləşən X4 və İstehsalı zavodunun qanuni istifadəsindəki 10.000 kv.metr torpaq sahəsinin ayrıcı cizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhədi boyunca təqribən 2000 kv.metr sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasının qanunsuz hesab edilməsi, göstərilən ünvanda cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi, özbaşına tutulmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin qeyd-şərtsiz iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 904 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə İttifaqa X qəsəbəsinin şimal-qərb hissəsində “X4 və is tehsalı” üçün zavod layihələşdirilməsinə və tikintisinə 10000 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin qonşu sərhədləri ayrıc cizgisində göstərilməklə ümumilikdə yerquruluşu müəyyən edilmiş, X4 və istehsalı zavodu üzərində Azərbaycan Əczaçılar İttifaqının mülkiyyət hüquqları Dövlət Reyestrində qeydə alınmış və Dövlət Əmlakının Özəlləşdirilməsi Departementi tərəfindən xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin dövrdə İttifaqın qanuni istifadəsində olan 10000 kv.m. torpaq sahəsinin ayrıc çizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhəd boyunca yerləşən təqribən 2000 kv.m. sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün, həmin BQ sərhədi boyunca 2000 kv.m torpaq sahəsi xaricdə qal maq şərti ilə daş hasara alınmışdır. İttifaqın mülkiyyətində olan əmlakın yerləşdiyi torpaq sahələrində keçirilmiş monitorinq zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi ilə həmsərhəd olan - ayrıc çizgisində göstərilən BQ ("xxxx" firması ilə) sərhədi boyunca sahədə İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və qanunsuz tikinti işlərinin inşasına başlanılmışdır. Belə ki, İttifaqın rəhbərinin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar uzun müddətli müalicə aldığı dövrdə, İttifaqın fəaliyyətinin müvəqqəti dayandırılmasından sui-istifadə edərək, qanunsuz və özbaşına inşa etdikləri obyektin sökülməsi və ya onlar tərəfindən mənimsənilmiş torpaq sahəsinin hazırda bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraci ət etdikdə, həmin şəxslər tikinti işlərini dayandırmamışlar. İttifaqın qanuni istifadəsində olan torpaq sahəsi bir qrup şəxs tərəfindən ələ keçirildiyinə görə və qeyd olunan ərazinin təqribən 20 sot hissəsində qanunsuz tikinti işləri davam etdiyi üçün cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir.

11. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmayan məlumatlardır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, 3024.2 kv. metrdən ibarət qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışla birgə daşınm az əmlakın parametrlərini əks etdirən texniki pasport da verilmişdir. Həmin texniki pasportdan göründüyü kimi qeyri-yaşayış sahəsi istifadədə olan torpaq sahəsinin 0.15201 ha hissəsini təşkil edir. Həmin sahə həm qeyri-yaşayış binasının tikintialtı sahəsi, həm də həyətyanı sahəsidir. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı mövcuddur. Həmin sərəncamın 25-ci bəndinə əsasən Cavabdeh1 Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintiisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 25-ci bəndinə əsasən u, Y.Əliyev (keçmiş Gülüstan) küçəsi 2595-ci məhəllədə "xxxx" firmasına müvəqqədi avtodayanacağın təşkili üçün 0.79 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra hakimiyyəti başç ısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamının birinci bəndi ləğv edilmişdir. Cavabdehlər tərəfindən tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə qanuni istifadələrinə ayrılmış, eyni zamanda daşınmaz əmlakın Texniki Pasportunda qeyri-yaşayış binasının həyətyanı sahəsi kimi göstərilmiş sahədə aparılır və həmin sahənin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, Cavabdeh1 da həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmet i deyildir. Cavabdehin tikinti apardığı sahənin məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İttifaqın mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən olunmuşdur. Faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş “mülkiyyət hüququ haqqında” xx.xx.200 2-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 (qeyri-yaşayış sahəsi üçün istifadəsinə sahəsi 0,38 ha) verilmiş şəhadətnaməyə uyğundur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.m torpaq sahəsində müdaxilə olunmamışdır.

13. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli şəhadətnaməsinə əsasən İttifaq ın mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları 1:1500 miqyasda araşdırılaraq, Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə olunmadığı göstərilmişdir. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası "xxxx" MMC-nin tərtib etdiyi arayışı və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, iş materiallarında olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İttifaqın mülkiyyətində olan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyə n edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İttifaqın ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında “X” şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gediş-gəliş üçün yolunun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sahəsi olduğu müəyyən edilmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsinin və Bakı şəhəri İc ra Hakimiyyəti Başçısının xx.xx.2004-ci il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin lahiləşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş kadastr plan ilə torpaq sahəsinin faktiki vəziyyəti müqayisə olduğu zaman, Cavabdeh1 kadastr planı üzrə ayrılan 1500 m2 torpaq sahəsindən artıq torpaq sahələrinin olduğuna görə, faktiki istifadə olunan torpaq sahələrinin ayrıc aktında və kadastrda göstərilən cizgilərə uğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan ərazi üzrə (ayrıc aktında olan sahələr daxil olmaqla) müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 1,14 ha olduğu müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 3860 m2 olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (ayrıc aktında göstərilən torpaq sahəsi) nəzərə alınaraq mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsi təqribən 25,0 m2 az olduğu müəyyən edilir. Həmin 25,0 m2 torpaq sahəsi texniki pasport üzrə “D” literli tikilinin arxasında yerləşən “X” şadlıq evinin yol hissəsində yerləşən boş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (kadastr məlumatlarına əsasən) icarə əsasında onun istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan z aman torpaq sahəsinin faktiki olaraq 3860 m2 təşkil etdiyini nəzərə alaraq kadastr üzrə 1500 m2 olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktı ilə müqayisə aparıldığı zamanı torpaq sahəsinin faktiki olaraq (ayrıc aktında) göstərilən sahədən təqribən 1412,0 m2 çox olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ayrıc aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində hündür mərtəbəli yaşayış evlərinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifad əsində olan torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyəti torpaq sahələrinin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçının ayrıc aktı ilə ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktının məlumatlarında göstərilən sahələr ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində tərti b olunmuş texniki pasportun məlumatlarında göstərilən boş torpaq sahəsi ilə təqribən 25,0 m2 sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3024,2 m2-dən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilmişdir. 15. “X3” MMC-nin xx.xx.2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdiriləməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən məlum oldu ki, İttifaqın faktiki istifadəsində 9000 kv.metr, yəni sənəd üzrə ona ayrılmış torpaq sahəsindən 1000 kv.metr az torpaq sahəsi vardır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin sərhədləri və ölçüləri (cizgiləri) müəyyən edilərkən isə məlum oldu ki, onun istifadəsində faktiki olaraq 0,386 ha (3860 kv.metr), yəni 0,236 ha (2360 kv.metr) artıq torpaq sahəsi vardır. İddiaçının faktiki istifadəsində 9000 kv.metr, Cavabdeh1 faktiki istifadələrində 3860 m2 (0,386 ha) torpaq sahələrinin olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 9000 kv.metri rəsmi sənəd üzrə onun mülkiyyətində olan Bakı şəhəri, u, X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 kv.metr torpaq sahəsinin hüdudlarındadır. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən artıq ərazilərdən istifadə etdiyi üçün 2360 kv.metri rəsmi sənəd üzrə icarə əsasında onun istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 0,15 ha torpaq sahəsinin hüdudlarından kənardadır. İddiaçının ona ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmalar müəyyən edilməmişdir. Cavabdeh 1 faktiki istifadəsində olan torpaq sahəsi rəsmi sənədlər üzrə onun adına olan torpaq sahəsinin planı və ölçüsündə (cizgilərdə) əks olunmuş sərhədlərdən 2360 kv.metr ölçüdə kənara çıxmışdır. Bu kənara çıxmış torpaq sahəsinin 1000 kv.metri iddiaçıya ayrılmış torpaq sahəsinə, yerdə qalan torpaqlar isə ətrafdakı Dövlət mülkiyyətinə aid ərazilərə düşür. İddiaçının ərazisinə Cavabdeh1 tərəfindən müdaxilə olunmuş 1000 kv.metrlik ərazinin 500 kv.metri şadlıq evinə və yanından keçən yola, 300 kv.metri anbara və yanından keçən yola, 200 kv.metri isə anbarın arxa hissəsindəki sahəyə düşür. Daşınmaz əmlakın dövlət reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşə n 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004- cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsində inşa edilsə də, iddiaçıya məxsus 300 kv.m. torpaq sahəsinə müdaxilə olunmuşdur.

16. Bakı şəhəri Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(008)- 222/2017 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan alınaraq müvafiq hesaba köçürülməsi qət olunmuşdur. (hakim Vaqif Həsənov)

17. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyi ilə mütəxəsis rəyi arasında olan ziddiyyət ekspert rəyi ilə aradan qaldırılmamış, əksinə, yeni ziddiyyətlərlə dolu olan ekspert rəyi qoyulan birinci suala c avab vermədən və iş üzrə daha əhəmiyyətli olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilən mütəxəsis rəyində istifadə olunun Torpaq sahəsinin Kadastr və Yerquruluşu layihə - Tədqiqat Mərkəzinin arxiv və elektron bazasında olan ortofoto və xəritə materiallarına deyil, daha dəqiq olmayan “Google yer” proqramının görüntülərindən istifadə edilmiş, miqyasın nə üçün dəyişdirilməsi düzgün izah edilməmişdir. Belə ki, məhkəmə-tikinti texniki ekspertizasının 18 oktyabr 2017-ci il tarixli rəyində ekspert göstərmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin konkret olaraq istinad (başlanğıc) və tərpənməz nöqtəsinin hansı tərəfdən nəzərə alınması göstərilməmiş, eləcə də, rəyə əlavə edilmiş sxe m 1:1500 miqyasda tərtib edilmişdir. Halbuki iş materiallarındakı ayrıc cizgisinin miqyası 1:2000 nəzərdə tutulmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarındakı ayrıc cizgisinin miqyası 1:1500 nəzərdə tutulmuş, iş materiallarındakı ayrıc aktında tikililərin cizgisinin miqyası 1:2000 nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin rəyə əlavə edilmiş sxemi düzgün olaraq 1:1500 miqyasda tərtib edilmişdir.

19. Həmçinin iş materiallarında olan xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində 1-ci suala cavab olaraq, Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində o lan X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları 1:1500 miqyasda müəyyən olunmuş, faktiki daş hasarla olan istifadə vəziyyəti iş materialına əlavə edilmiş mülkiyyət hüququ haqqında” 22 may 2002-ci il tarixli şəhadətnamə verilərkən hazırlanmış texniki pasporta və Cavabdeh1 qeyri-yaşayış sahəsi üçün istifadəsində hazırda 0.38 hektar torpaq sahəsinin olması və bu torpaq sahəsinin verilmiş şəhadətnaməyə uyğun olması göstərilsə də, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 18 oktyabr 2017-ci il tarixli 14235 nömrəli rəyi ilə bu məsələyə toxunulmamışdır.

20. Qeyd edilənlərə əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, mötəbər sübut kimi iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyi əsas götürülməlidir.

21. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin cavabdeh tərəfindən məhdudlaşdırılmasına, həmçinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olan cavabdehin hərəkətlərini təsdiq edən halların mövcudluğunu sübut edə bilmməmişdir.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 384cü, Mülki Prossesual Məcəlləsinin 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

23. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya baxışında əlavə tikinti-texniki ekspertizası təyin etmişdir.

25. Məhkəmə Ekspertizası Mərkəzi iddiaçının nüamyəndəsinin tədqiq edilən ünvana gəlməməsi səbəbindən ekspertizanını aprılmasından imtina etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1478/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Məhkəməsinin 2(008)- 222/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, apellyasiya baxışı zamanı müvafiq rəylər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün əlavə məhkəmətexniki ekspertizası təyin olunmuş, lakin iddiaçının hərəkətsizliyi (təşəbbüs göstərməməsi) səbəbindən onun keçirilməsi mümkün olmamışdır. c) Kas sasiya instansiyası məhkəməsində birinci icraat

29. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5699/2019 nömrəli 19 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-1478/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

31. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi hansı tərəfin təqsirli hərəkətləri nəticəsində ekspertizanın aparılmasından imtina olunmasının səbəblərini araşdırmadan, bu səbəblərin aradan qaldır ılmasının mümkünlüyünü müzakirə etmədən xüsusi bilik tələb olunan məsələyə öz formal mülahizəsi əsasında birtərəfli hüquqi qiymət vermişdir. Belə ki, MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; - Cavabdeh2 nümayəndəsi həm birin ci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin dəlillərinin əsassız olması ilə əlaqədar göstərmişdir ki, “iddiaçı tikintiyə mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etsə də, cavabdehin də həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcuddur. Lakin hər iki sənəd hər hansı bir formada məhkəmə mübahisəsinin predmeti deyildir” (i/v 172173,293); - bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən nəzərə alınmalıdır ki, torpaq sahəsinə (daşınmaz əmlaka) mülkiyyət hüququnun əldə edilməsi üzrə əqdlər “mücərrəd” əqdlərə aid olmayıb, “hüquqi əsası olan” əqdlərə aiddir. Buna görə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə sonradan hüquqi əsas olmadan həmin torpaq sahəsinin bir hissəsinə başqa şəxsin adına qeydiyyatı təsdiq edən çıxarış verilməsi həmin hissədə öz-özlüyündə etibarsız olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə işə yenidən baxılarkən iddiaçının iddia tələbinə Mülki Məcəllənin 157-ci və digər maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Təkrar apellyasiya baxışında əlavə komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi 16 dekabr 2020-ci il tarixli 1730 saylı rəy vermiş, eləcə də iddia çının sifarişi ilə tərtib edilmiş “X3”nin rəyi təqdim olunmuş, həmçinin yerli baxış keçirilmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Məhkəməsinin 2(008)-222/2017 saylı 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan Əczaçılar İttifaqına məxsus olan Bakı şəhəri, u, X qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 10.000 kv.metr torpaq sahəsindən Cavabdeh1 tərəfindən zəbt olunmuş 472 kv.metr torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov, Vüsalə Baxışova)

34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnam əni onunla əsaslandırmışdır ki, birinci ekspert rəyi ilə ikinci ekspert rəyi arasında qismən ziddiyyət, həmçinin ikinci ekspert rəyi ilə ikinci mütəxəssis rəyi arasında və sonuncu ilə birinci mütəxəssis rəyi arasında ziddiyyətlər mövcuddur. Həmçinin ekspertlərin və mütəxəssislərin tədqiqat üsulları da fərqli olmuşdur. Belə ki, iş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İttifaqa verilmiş ayrıc cizgisinə əsasən müəyyən olunur ki, ayrıc göstəriciləri kimi “AB”, “BV”, “VQ”, “QD”, “DA” xətləri qeyd olunmuşdur. Mübahisəli əraziyə keçirilən yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, yalnız hasarın dönmə nöqtəsi olan “B” nöqtəsi əsas götütülməklə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Hər iki tərəfin nümayəndələri də etiraf etmişdir ki, mübahisəli ərazidə tərpənməz nöqtə məhz ayrıc aktında qeyd olunan “B” nöqtəsidir. Digər nöqtələr bu və ya digər qaydada dəyişikliyə məruz qalmış və yaxud, ümumiyyətlə, mövcud deyil. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyinin təsviri hissəsinə əsasən müəyyən olunur ki, ekspert tədqiqat zamanı başlanğıc nöqtə kimi ayrıc cizgisində göstərilən “B” nöqtəsini deyil, “A” nöqtəsinin götürmüşdür. Həmin nöqtəni isə mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüşdür.

35. Yerində müayinə zamanı ekspert Elmar Səidov bildirmişdir ki, o, istinad nöqtəsi kimi mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüş və həmin yerdən mübahisəli torpaq sahəsinin ayrıc aktında qe yd olunan “A” nöqtəsinə kimi məsafəni hesablamış, daha sonra ayrıc aktında qeyd olunan məsafələri qeyd etməklə digər nöqtələri müəyyən etmiş və mövcud nəticəyə gəlmişdir. Lakin ekspert körpünün sütunundan “A” nöqtəsinə kimi məsafənin nə qədər olması ilə bağlı sədrlik edənin sualına cavab verə bilməmişdir. Eyni zamanda başlanğıc nöqtə kimi nə üçün mövcud və tərpənməz olan “B” nöqtəsini deyil, faktiki mövcud olmayan və müəyyən edilməsi üçün mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununa əsasən hesablanmalı olan “A” nöqtəsinin götürməsi ilə bağlı sədrlik edənin sualına cavab olaraq ekspert Elmar Səidov bildirmişdir ki, hava şəraiti ilə əlaqədar “B” nöqtəsi olan ərazi palçıqlı olduğuna görə başlanğıc nöqtəsi kimi “A” nöqtəsini müəyyən etmişdir. Həmçinin ekspert Elmar Səidov tə rəfindən verilmiş rəyə əlavə olunan ortofoto görüntülərindən görünür ki, onun qeyd etdiyi “B” nöqtəsi həmin ərazidə yerləşən bir mərtəbəli tikilinin faktiki üzərində (sərhədində) yerləşir. Yerində müayinə zamanı isə müəyyən olundu ki, həmin tikili “B” nöqtəsindən 10 metr aralıda yerləşir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, ekspert Elmar Səidov tərəfindən gəlinən nəticə və verdiyi rəyə əlavə edilmiş “Google Yer” proqramından çıxardığı ortofoto görüntülərdə qeyd olunan məlumatlar Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İttifaqa verilmiş ayrıc cizgisində qeyd olunan ayrıc göstəricilərinə uyğun deyil. Bu baxımdan, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi həmin hissələrdə, yəni iddiaçıya məxsus torpaq sahəsinin yerində dəqiq koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi hissəsində iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.

37. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə də təngidi yanaşaraq hesab etmişdir ki, həmin rəy bütövlükdə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin rəydə tədqiqat prosesi dəqiq və aydın, yəni mütəxəssisin əsas götürdüyü istinad nöqtələri və ona uyğun ümumi ərazinin sərhədlərinin müəyyən edilməsi prosesi t əfsir olunmamışdır. Həmçinin rəydə Cavabdeh1 istifadəsinə 0,38 ha torpaq sahəsinin verilməsi barədə şəhadətnaməyə istinad olunmuşdur. Lakin belə şəhadətnamə, ümumiyyətlə, mövcud deyil və Cavabdeh1 istifadəsinə 0,38 ha deyil, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0,15 ha torpaq sahəsi verilmiş və bunun əsasında 1590 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. Cavabdehin adına xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışda isə istifadədə olan torpaq sahəsinin ölçüsü 0,09186 ha göstərilmişdir. Bundan başqa, mütəxəssis tərəfindən torpaq sahəsinin faktiki vəziyyəti və texniki pasporta əsasən tədqiqat aparılmışdır. Halbuki texniki pasport hüquq müəyyən edici sənəd deyil və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları və dəqiq yeri yalnız Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və İttifaqa verilmiş ayrıc cizgisinin göstəricilərinə əsasən müəyyən edilə bilər. Lakin mütəxəssis rəyində həmin ayrıc cizgisinə istinad olunmamışdır. Cavabdehlə sərhəddə olan hasarın faktiki vəziyyəti isə iddia ərizəsində izah olunmuşdur ("xxxx" firması ilə sərhəd boyunca yerləşən təqribən 2000 kv.metr sahəsi məcburi köçkün statusu almış şəxslər tərəfindən zəbt edildiyi və orada müvəqqəti olaraq yaşadıqları üçün həmin 2000 kv.metr torpaq sahəsi xaricdə qalmaq şərti ilə daş hasar inşa edilmişdir).

38. Bunun əksinə, iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyinin Daşınmaz Əmlakın Kadastr ı və Ünvan Reyestr Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən deyil, ekspertin baxış zamanı əldə olunmuş məlumatlara əsasən gəldiyi nəticə və X1 9 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyi verilərkən, tədqiqat prosesi məhz ayrıc cizgisində qeyd olunan “B” nöqtəsi başlanğıc tərpənməz nöqtə kimi qəbul olunmaqla ortofoto görüntüləri üzərinə köçürülməklə həyata keçirmişdir.

39. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ekspert və mütəxəssis rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir.

40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 14235 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İttifaqın mülkiyyətində olan X qəsəbəsinin şima l-qərb hissəsində yerləşən 10000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilərək, həmin torpaq sahəsinin 0.1 ha hissəsinə müdaxilə edilməsi, yəni İttifaqın ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin 0.03 hektarında “X” şadlıq sarayının inşa edilməsi, 0.02 hektarında qeyri-yaşayış sahəsinə və şadlıq evinə gediş-gəliş üçün yolun salınması, 0.03 hektarında şadlıq sarayının arxa tərəfindəki qeyri-yaşayış binasının inşa edilməsi, 0.02 hektarının isə boş torpaq sahəsi olduğu müəyyən edilmişdir.

41. X1 xx.xx.2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindən isə daha dəqiq müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus tikilinin 549 kv.m. (208 kv.m + 341 kv.m = 549) sahəsi, o cümlədən 472 kv.m yola düşən sahə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin nəzərə alı nır ki, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,15 ha (1500 kv.m) deyil, 3860 kv.m təşkil edir.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 1021 kv.m hissəsi Cavabdeh1 tərəfindən zəbt edilib, həmin sahənin 549 kv.m hissəsində həmin cavabdehə məxsus qeyri-yaşayış sahəsi yerləşir, 472 kv.m hissəsindən isə yol kimi istifadə olunur.

43. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Cavabdeh1 tərəfindən zəbt olunmuş və onun qanunsuz sahibliyində olan 472 kv.m olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verməsini tələb etməkdə haqlıdır.

44. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi onu diqq ətə çatdırmışdır ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, Cavabdeh1 tərəfindən inşa olunmuş tikili (şadlıq sarayı) onun mülkiyyətindədir və həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə Mülki Məcəllənin 180.4-cü maddəsinin mənasında özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda həmin tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati qaydada mübahisələndirilməyib və bu məsələyə hüquqi qiymət verilməsi hazırki məhkəmənin səlahiyyətinə aid deyil.

45. Buna görə də Cavabdeh1 tərəfindən inşa edilən və hazırda onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) 549 kv.m hissəsinin qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi müəyyən edilsə də, hazırkı işdə həmin tikilinin sökülməsinə dair idd ia tələbi təmin edilə bilməz.

46. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, qeyd olunan nəticə iddiaçı tərəfindən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi və həmin iddia təmin olunduğu təqdirdə yeni əsasla hazırkı iddianın irəli sürməsinin qarşısını almır.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər Cavabdeh2 münasibətdə isə təmin edilməməli qənaətinə gəlmişdir. Çünki iş materiallarında həmin cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və onun tərəfindən mübahisəli sahənin zəbt olunması müəyyən olunmur. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

48. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in iddia tələbinin X5 aid təmin edilməyən hissəsində ləğv, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin X5 aid təmin edilməyən hissəsində işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

50. Cavabdeh2 da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiy asının 2(102)4731/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-193/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

53. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyi arasında ziddiyyət olduğundan iş üzrə əlavə- k omisyon məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi verilmişdir; - həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri u X qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsinin və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-ci il tarixli 115 nömrəli sərəncamına əsasən məişət evinin lahiləşdirilməsi və tikinti üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinə dair tərtib olunmuş kadastr plan ilə torpaq sahəsinin faktiki vəziyyəti müqayisə olduğu zaman, Cavabdeh1 kadastr planı üzrə ayrılan 1500 m2 torpaq sahəsindən artıq torpaq sahələrinin olduğuna görə, faktiki istifadə olunan torpaq sahələrinin ayrıc aktında və kadastrda göstərilən cizgilərə uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan ərazi üzrə (ayrıc aktında olan sahələr daxil olmaqla) müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 1,14 ha olduğu müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman, torpaq sahəsinin təqribən 3860m2 olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (ayrıc aktında göstərilən torpaq sahəsi) nəzərə alınaraq mülkiyyətində olan Bakı ş əhəri, u, X qəsəbəsinin şimalqərb hissəsində yerləşən 10.000 m2 torpaq sahəsi təqribən 25,0 m2 az olduğu müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, həmin 25,0 m2 torpaq sahəsi texniki pasport üzrə “D” literli tikilinin arxasında yerləşən “X” şadlıq evinin yol hissəsində yerləşən boş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (kadastr məlumatlarına əsasən) icarə əsasında onun istifadəsinə verilmiş Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi üzrə müvafiq ölçü işləri aparılan zaman torpaq sahəsinin faktiki olaraq 3860m2 təşkil etdiyini nəzərə alaraq kadastr üzrə 1500 m2 olan torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.201 6-cı il tarixində tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktı ilə müqayisə aparıldığı zamanı torpaq sahəsinin faktiki olaraq (ayrıc aktında) göstərilən sahədən təqribən 1412,0 m2 çox olduğu müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, ayrıc aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində hündür mərtəbəli yaşayış evlərinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatları ilə faktiki vəziyyəti torpaq sahələrinin plan və ölçülərdə (cizgilərdə) əks ol unmuş sərhədlərdən kənara çıxmalar (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olmadığı müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, İddiaçının ayrıc aktı ilə ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahələri mülki iş materialında olan ayrıc aktının məlumatlarında göstərilən sahələr ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən boş torpaq sahəsi ilə təqribən 25,0 m2 sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11 06.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində o lan ünvan 1 ünvanında yerləşən 3024,2 m2-dən ibarət qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində inşa olunduğu müəyyən edilmişdir; - bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyi iddiaçıya məxsus torpaq sahəsinin yerində dəqiq koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb- düşməməsinin müəyyən edilməsi hissəsində iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz; - apellyasiya instansiyası məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, hər iki tərəfin nü mayəndələri mübahisəli ərazidə tərpənməz nöqtənin məhz ayrıc aktında qeyd olunan “B” nöqtəsi olmasını etiraf etsələr də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyinin təsviri hissəsinə əsasən müəyyən olunur ki, ekspert tədqiqat zamanı başlanğıc nöqtə kimi ayrıc cizgisində göstərilən “B” nöqtəsini deyil, “A” nöqtəsinin götürmüşdür. Həmin nöqtəni isə mübahisəli torpaq sahəsindən aralıda yerləşən körpünün sütununu götürmüşdür; - bundan başqa, ekspert körpünün sütunundan “A” nöqtəsinə kimi məsafənin nə qədər olması ilə bağlı sədrlik edənin sualına cavab verə bilməmişdir. Eyni zamanda başlanğıc nöqtə kimi nə üçün mövcud və tərpənməz olan “B” nöqtəsini deyil, faktiki mövcud olmayan və müəyyən edilməsi üçün mübahisəli torpaq sahəsindən ar alıda yerləşən körpünün sütununa əsasən hesablanmalı olan “A” nöqtəsinin götürməsi ilə bağlı sədrlik edənin sualına cavab olaraq ekspert Elmar Səidov bildirmişdir ki, hava şəraiti ilə əlaqədar “B” nöqtəsi olan ərazi palçıqlı olduğuna görə başlanğıc nöqtəsi kimi “A” nöqtəsini müəyyən etmişdir. Həmçinin ekspert Elmar Səidov tərəfindən verilmiş rəyə əlavə olunan ortofoto görüntülərindən görünür ki, onun qeyd etdiyi “B” nöqtəsi həmin ərazidə yerləşən bir mərtəbəli tikilinin faktiki üzərində (sərhədində) yerləşir. Yerində müayinə zamanı isə müəyyən olunmuşdur ki, həmin tikili “B” nöqtəsindən 10 metr aralıda yerləşir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, ekspert Elmar Səidov tərəfindən gəlinən nəticə və verdiyi rəyə əlavə edilmiş “Google Yer” proqramından çıxardığı ortofoto görüntü lərdə qeyd olunan məlumatlar Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş və Azərbaycan Əczaçılar İttifaqına verilmiş ayrıc cizgisində qeyd olunan ayrıc göstəricilərinə uyğun deyil; - göründüyü kimi apelyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli mütəxəssis rəyi ilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli ekspert rəyi arasındakı ziddiyyəti aradan qaldırmaq üçün əlavə komission ekspertiza təyin etsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 dekabr 2020-ci il tarixli 1730 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən suallara öz mülahizəsi əsasında cavab verərək Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyini və X1 09 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyini əsas götürməklə qəbul etdiyi qətnaməni əsaslandırmışdır. Halbuki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün təkrar komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin etməli və həmin ekspertizanın nəticəsi olan rəyi digər sübutlarla birlikdə qiymətləndirərək mübahisəyə hüquqi qiymət verməli idi; - beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. ə) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

54. Ücünücü apellyasiya baxışında iddiaçını nümayəndəsi vəsatət verərək hazırki iş üzrə icraataın dayamdırıl masını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, İttifaq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh1) Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3.024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydin və həmin qeyd əsasında xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışın” qismən, yəni 549 kv.m. hissəsində - 208 kv.m (“X” şadlıq sarayına aid hissəsində) + 341 kv.m. (“X” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin çıxarılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməs inə müraciət etmişdir. İnzibati Məhkəmə tərəfindən qəbul olunacaq yekun məhkəmə qərarı hazırda davam edən mülki işin nəticəsinə birbaşa təsir edəcək. Digər tərəfdən, inzibati məhkəmənin qərarında müəyyən edilən işin faktiki halları hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edəcək.

55. Apellyasiya instansyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 1904/2022 saylı iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırmış, həmin iş iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra iş üzrə icraat təzələnmişdir.

56. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri M əhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)

57. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşməməsi halı başqa iş üzrə də məhkəmə araşdırmasının predmeti olmuş və kassasiya instansiya məhkəməsinin qərarı ilə artıq öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2108/2024 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İttifaq cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Əraz i İdarəsi və Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs Cavabdeh2) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.m-dən ibarət qeyri-yaşayış binası üzərində, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 549 kv.m hissədə (X1 9 mart 2021-ci il tarixli 22 saylı mütəxəssis rəyindəki ortofoto görüntülərlə müəyyən olunmuş 208 kv.m (“X” şadlıq sarayına aid hissəsində) + 341 kv.m (“X” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində) ləğv olunması və həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

58. Bakı İnzibati Məhkəmə sinin 2-1(112)-416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İttifaqın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m “X” şadlıq sarayına aid hissəsində və 341 kv.m. “X” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövl ət reyestrində aparılmış qeydin çıxarılmasına dair qərar çıxarılması hissəsində iddia mümkün sayılmamışdır.

59. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərarı ilə iddia Azərbaycan Əczaçılar İttifaqının cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunmasına dair iddiası təmin edilməmişdir.

60. İddiaçının həmin qərardan verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-973/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

61. İddiaçının həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)973/2024 nömrəli qərarı ləğv olunmuş, İttifaqın cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən məişət evinə (ümumi sahəsi 3024,2 kv.metr) dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000246 nömrəli xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv olunması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alı nmışdır.

62. Ali Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 115 nömrəli sərəncamının mətnindən aydın olur ki, Bakı şəhəri, u, X qəsəbəsi, Y.Əliyev küçəsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh1 istifadəsinə verilmiş 0,15 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.93-cü il tarixli, 818 saylı sərəncamı ilə u, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsi, 2595-ci məhəllədə "xxxx" firmasına avtomobil dayanacağının təşkili üçün ayrılmış 0,79 ha torpaq sahəsinin bir hissəsidir. Göründüyü kimi 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq ayırma ilə bağlı ilkin hüquq müəyyənedici sənəd Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 818 saylı sərəncamı olmuşdur. İddiaçıya ayırılmış torpaq sahəsi isə xx.xx.1994-cü il tarixli, 904 nömrəli sərəncamla rəsmiləşdirilmişdir. Buna görə də, məhkəmələr haqlı olaraq hesab etmişdirlər ki, 3-cü şəxsə ayrılmış torpaq sahəsi iddiaçıya torpaq sahəsindən daha əvvəl ayrılan torpaq sahəsidir.

63. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyinə görə iddiaçı və 3-cü şəxsin hüquq müəyyənedici sənədlərində göstərilmiş torpaq sahələri üst-üstə düşmür, torpaq sahələri arasında hasar mövcuddur.

64. Hazırkı mübahisə üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmış torpaq sahələrinin üst-üstə düşməməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır.

65. Ali Məhkəmə həmin qərarında vurğulamışdır ki, iddiaçı o zaman hazırkı məzmunda iddia qaldırmaq hüququna malik olardı ki, ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə mötəbər sübutlar mövcud olsun. Belə olan halda, İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş iddianın ümumi mümkünlük şərti (cavabdeh inzibati orqanın üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması ilə bağlı hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması) ödənilmir. İddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması üçün ilkin olaraq, onun bu məzmunda iddia qaldırmağa subyektiv hüququ olmalıdır. Bu (subyektiv) hüququn sahibi olmayan şəxsin iddiasına mahiyyəti üzrə baxılıb, iddianın əsaslılığına qiymət verilməsi mümkünsüzdür. İPM-in 35-ci maddəsində nəzərdə tutulmuş ümumi mümkünlük şərti ödənilmədiyindən, iddiaç ının hazırkı məzmunda iddia qaldırmaq üçün subyektiv hüququ istisna edilir.

66. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qeyd edilən qərarında əks edilən hüquqi mövqeəyə əsasən qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

67. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, əksinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-2108/2024 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İttifaqın adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış torpaq sahələri üst-üstə düşmür.

68. Beləliklə, apellyasiya araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 təhvil verilməsi tələb edilən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, həmin torpaq sahəsinin tələb edilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur.

69. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəllənin 157.2-ci, Mülki Prosessual Məcllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

70. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasına dair və ya işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

71. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin 19 sentyabr 2019-cu il tarixli 2(102)-5699/19 saylı qərarındakı hüquqi mövqeyi təhrif olunmaqla qəbul edilmiş, həmçinin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə əməl olunmamış və eləcə də Konstitusiya Məhkəməsinin göstərilən məsələ ilə bağlı hüquqi mövqeyi nəzərə almamışdır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hər tərəfli və obyektiv araşdırılmamışdır, qəbul edilmiş qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Məhkəmə, qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və posessual hüququn imperativ normalarının tə ləblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şika yəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

74. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

75. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

78. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi tələbidir.

79. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, 3024,2 kv.metrdən ibarət qeyri-yaşayış binası üzərində, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən, 549 kv.m. hissəsində, yəni 208 kv.m “X” şadlıq sarayına aid hissəsində və 341 kv.m. “X” şadlıq sarayının arxasında inşa edilmiş qeyri-yaşayış sahəsinə aid hissəsində, eləcə də hazırkı məhkəmə icraatı zamanı qeyd olunan daşınmaz əmlak üzərində cavabdeh tərəfindən aparılmış hərəkətlərin əsassız olmaqla, aparılmış sənədləşdirilmələrin ləğv olunması və həmin hissədə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin çıxarılmasına dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.

80. Həmin işdə Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı və 3-cü şəxsin (hazırki işdə cavabdehin) hüquq müəyyənedici sənədlərində göstərilmiş torpaq sahələri üst-üstə düşmür, torpaq sahələri arasında hasar mövcuddur. Hazırkı mübahisə üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üçüncü şəxsin (hazırki işdə cavabdehin) adına dövlət qeydiyyatına alınmış torpaq sahələrinin üst-üstə düşməməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır.

81. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

82. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissəsinin cavabdehin qanunsuz sahibliyin də və ya istifadəsində olması halı tərəflərin iştirak etdiyi inzibati məhkəmə icraatı üzrə əlaqəli başqa bir işdə təsdiqini tapmayıb və məhz bu səbəbdən iddiaçının müvafiq subyektiv hüququ olmaması əsası ilə onun iddiası mümkün sayılmayb.

83. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

84. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

85. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı “Azərbaycan Əczaçılar İttifaqı”nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar