Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1363/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1898/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər qızıl-zinət əşyalarının nisyə alğı-satqısına dair razılığa gəlmişlər və cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə qızıl-zinət əşyaları almışdır.
2. Tərəflər arasında yaranmış hazırkı mübahisə nisyə satılmış əşyaların dəyərinin ödənilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.160 manat məbləğində pulun və ödənilmiş 132,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, R.N.Musayev adına X4 Tipli Gimnaziya məktəbdə müəllim işləyir. Əri Nümayəndə1 ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdadır və qızıl-zinət əşyal arının alğı-satqısı ilə məşğul olur. Cavabdehi onunla birgə işləyən Jalə müəllimin vasitəsi ilə 2021-ci ildən tanımışdır. Belə ki, Şəbnəm həmkarı Jalə müəllimin bacısıdır. 2022-ci ilin əvvəlləri Şəbnəm əri Vüqarın qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olduğunu bildiyi üçün ona qızıl-zinət əşyaları almaq istəyini və Nümayəndə1 xoşladığı qızıl-zinət əşyalarını dəyərini hissə-hissə ödəmək şərti ilə alaraq ona nisyə satmağını xahiş etmişdir. Bu barədə əri Nümayəndə1 bildirmiş, Vüqar tanıdığı insanlar olduğu üçün buna etiraz etməmişdir. Həmin vaxtdan da Cavabdeh ondan Nümayəndə1 məxsus müxtəlif çəkilərdə qızıl-zinət əşyaları almış və dəyərini hissə-hissə ödəmişdir. Bundan başqa o, müəllim yoldaşları ilə lotereya oynamış və Şəbnəm də həmin lotereya oyununun iştirakçısı olmuşdur. Həmin qızıl-zinət əşyalarının bəzilərinin dəyərini də Şəbnəm lotereya oyununda ödəmişdir. Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2120 manat dəyərində qızıl sep almış, 1920 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 20 qram çəkidə 2000 manat dəyərində qızıl sep almış, 1600 manat ödəmiş, 400 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl bilərzik almış, 800 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2100 manat dəyərində qızıl sep almış, 1800 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20,3 qram çəkidə 2130 manat dəyərində qızıl sep almış, 1830 manat ödəmiş, 300 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 44.7 qram çəkidə, 750 əyyarlı 5360 manat dəyərində qızıl zən cir sep almış, 2760 manat ödəmiş, 2600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.12 qram çəkidə 1600 manat dəyərində qızıl sep almış, 1500 manat ödəmiş, 100 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1100 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl reket sep almış, 540 manat ödəmiş, 600 manat borclu qalmış, xx.xx.2023cü il tarixdə 10.1 qram çəkidə 1130 manat dəyərində qızıl bilərzik almış, 930 manat ödəmiş, 200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl sep almış, 300 manat ödəmiş, 700 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 10.4 qram çəkidə 1140 manat dəyərində qızıl sep almış, 500 manat ödəmiş, 640 manat borclu qa lmış, xx.xx.2023-cü il tarixdə 19.1 qram çəkidə 750 əyyarlı 2380 manat dəyərində qızıl zəncir sep almış, 1500 manat ödəmiş, 880 manat borclu qalmış, xx.xx.2022-ci il tarixdə 11.5 qram çəkidə 1170 manat dəyərində qızıl bilərzik almış, 900 manat ödəmiş, 270 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 5000 manat dəyərində qızıl tros sep almış, 1800 manat ödəmiş, 3200 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 15.1 qram çəkidə 1520 manat dəyərində qızıl sep almış, 750 manat ödəmiş, 770 manat borclu qalmış, xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 2020 manat dəyərində qızıl sep və bilərzik almış, 820 manat ödəmiş, 1200 manat borclu qalmışdır. Bundan başqa, Cavabdeh onun tərəfindən lotereya oyununa qoşulmuş, yerdə 2000 manat götürmüş, 1800 manat ödəmiş 200 manat borclu qalmı şdır. Həmçinin Cavabdeh lotereya oyununun digər iştirakçıları Xatirə və Ləman tərəfindən verilməsi üçün ona verilmiş, Xatirə tərəfindən İİİ və Vİİİ yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu, Ləman tərəfindən İV və V yer üçün hər biri 200 manat olmaqla cəmi 400 manat pulu qəbul etmiş, lakin ona verməmişdir. Cavabdeh qızıl-zinət əşyalarının dəyəri olan 13.360 manat pulu və lotereya oyunundan borclu qaldığı 800 manat pulu ona ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin söz verdiyi tarixdən xeyli müddət keçməsinə baxmayaraq ödəməmişdir. Dəfələrlə, borclu olduğu pulu tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin ondan qeyd edilən qızıl-zinət əşyalarını almasını şahidləri X2 və X8 da təsdiq edə bilər. Ona görə ki, həmin əmlaklardan bəzilərini şahidləri olan həmin şəxsl ərdən satın alaraq və onların iştirakı ilə Cavabdeh satmışdır.
5. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ərizədə şişirdilmiş qiymətlər və qızıl əşyaları yazmışdır. xx.xx.2023-cü il tarixdə 20 qram çəkidə 583 əyarlı 2200 manata qızıl sep almış, 2200 manat puldan 1900 manatını özü, qalan 300 manatını isə xx.xx.2023-cü il tarixdə valideynləri iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıdan 15,12 qram çəkidə 583 əyarlı 1700 manata bir ədəd qızıl sep almış, həmin 1700 manatdan 1600 manatını özü, 100 manatını isə xx.xx.2023-cü il tarixdə valideynləri iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıdan 10 qram çəkidə 583 əyarlı 1150 manat dəyərində bir ədəd qızıl sep almış, həmin 1150 manatdan 600 manatını özü ödəmiş, 600 manatı isə borc olar aq qalmışdır. Həmin 600 manatı yenə də valideynləri xx.xx.2023-cü il tarixdə iddiaçıya ödəmişlər. xx.xx.2023-cü il tarixdə 50 qram çəkidə 583 əyarlı ikinci əl tros sepi iddiaçıdan 5200 manata almış, həmin 5200 manatdan 2000 manatını özü, qalan 3200 manat pulu isə valideynləri ödəmişdir. 2023-cü ilin may ayında iddiaçıdan 950 manata bir ədəd qızıl üzük almış, həmin üzüyün pulundan iddiaçıya 750 manat borcu qalmışdır. Həmin ödənişin gecikmə səbəbi isə iddiaçının lotereya oyunu təşkilində saxtakarlığa yol verməsi olmuşdur. Qızıl-zinət əşyalarının ödənişlərinin bitməsinə baxmayaraq, iddiaçı həmin qızıl-zinət əşyalarına görə əlavə pul istəmiş və belə əsaslandırmışdır ki, lotereya adlandırdığı oyunun 1-ci yer üçün 400 manat, 2-ci yer üçün 300 manat, 3-cü yer üçün isə 200 manat əlavə verməlidir. Lotereya oyunun lci yeri iddiaçının yoldaşının olmuş, həmin pul, yəni 400 manat ona çatmışdır. Bütün yuxarıda qeyd etdiklərinə əsasən onun iddiaçıya hazırda cəmi 750 manat borcu var, həmin borcunu da ödəməyə hazırdır. İddiaçı onun barəsində digər müəllim yoldaşlarına bildirmişdir ki, pulu ondan iki qat məbləğdə alacaqdır. Qızıl-zinət əşyalarını yatırım məqsədi ilə, yəni saxlanc kimi, gələcək həyatının təminatı olaraq alıb yığmışdır. İddiaçı ilə aralarında həmişə yaxşı münasibətlər olmuşdur. Həmişə al-ver etmişlər. Sonradan ehtiyacı olduğundan iddiaçıdan aldığı qızıl-zinət əşyalarını aldığı qiymətdən aşağı qiymətə satmışdır. İddiaçı ilə onun telefon danışıqları və yazışmaları olmuşdur. İddiaçı həmişə ona yazmışdır ki, qızıl-zinət əşyalarının satılmasında ona köməklik etsin. Lotereya oyununu n təşkilində komanda yığmaqda köməklik etmişdir. Valideynləri iddiaçının evində qızıl-zinət əşyalarının qalıq pulunu və lotereya oyununun pulunu nağd şəkildə vermişlər. Valideynləri onun borcuna görə iddiaçıya və ərinə 4800 manat məbləğində pul ödəmişlər. İddiaçıya olan 750 manat məbləğində borcunu ödəməyə razıdır. İddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddiaçı onun arvadıdır. Arvadı İddiaçı Cavabdeh satdığı qızıllar onun mağazasında satışda olan qızıllar olmuşdur. Bütün baş verənlərlə bağlı polis şöbəsinə müraciət də etmişdir. Lakin polis şöbəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh onlara 14166 manat məbləğində b orcunun olmasını, həmin borcdan 10000 manat versələr qalan 4166 manatını güzəşt edəcəyini cavabdehə və valideynlərinə bildirmişdir. Bəhruz Əliyev cəmi 3000 manat pul gətirmişdir. Ümumi tanışları Əsmər xanım bildirmişdir ki, onun xatirinə 1000 manat da əlavə olunacaqdır. O da bildirmişdir ki, axı bu 4000 manat pul onun camaata olan borcunu ödəmir. Onlar cavabdeh və valideynləri ilə söhbət edərkən demişlər ki, bu ödənişlər qızlarının onlara olan hər aya olan borclarıdır. Borclarını hər ay ödəyərlər, onlara da ağırlıq düşməz. Cavabdehin valideynləri cavabdehin qızıl-zinət əşyalarına görə yaranmış borcundan onlara 4620 manat pul ödəmişlər. Həmin məbləği çıxandan sonra qalan borcu tələb edirlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı və iddiaçın ın nümayəndəsi Nümayəndə1 onun qohumlarıdır. Onların, yəni ailə üzvlərinin və onun qızıl-zinət əşyalarının alğı-satqısı ilə bağlı hər hansı bir işləri olarsa həmişə Nümayəndə1 müraciət edirlər. Həyətində tikinti işləri apardığından pul lazım olmuş, qızıl satmaq üçün Vüqara müraciət etmiş, Vüqar ona bildirmişdir ki, tanıdıqları adam var, qızılları həmin tanışının qızı Şəbnəmə satacaq. Özü də bildirmişdir ki, ona pul lazımdır, qızılları kimə satırsa satsın. Razılaşmış və Vüqar qızılları ondan almışdır. Cavabdeh şəxsən tanımamışdır. Qızıllar 2 ədəd sep, 1 ədəd bilərzik və bilərzik kimi xırda sepdən ibarət olmuşdur. Qızılları Nümayəndə1 vermiş, sonuncu bildirmişdir ki, hər ay 200-300 manat olmaqla pulunu qaytaracaq. Nümayəndə1 onun qızıllarını satanda bildirmişdir ki, qızılları tanışı Rəsul mü əllimin qızı Şəbnəm xanıma satmışdır. Vüqar qızılları Şəbnəm xanıma onun yanında verməmişdir. Qızılların qiyməti 9600 manat təşkil etmiş, həmin 9600 manatdan Nümayəndə1 bir hissəsini qaytarmış, 5440 manat borclu qalmışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, cavabdeh baldızıdır. Cavabdehin iddiaçıya 350 manat borcu olmuş, pulu aparıb iddiaçının ərinə vermişdir. Cavabdehin valideynləri iddiaçıya və onun ərinə olan borcunu ödəmişlər. Bir müddət sonra bilmişdir ki, iddiaçının deməsinə görə baldızının xeyli miqdarda borcu qalmışdır. Qayınanası Sədiqə ilə birlikdə iddiaçının yaşadığı ünvana getmişlər. Qayınanası Sədiqə xanım iddiaçıya və ərinə ümumilikdə 5600 manat borc ödəmiş və bildiyi qədər 750 manat borcları qalmışdır. O, iddiaçının əri Nümayəndə1 ilə maşın yuma yerində söhbət etmiş, cavabdehin anası Sədiqə xanımın 750 manat pul verəcəyini demişdir. Bir xeyli danışdıqdan sonra demişdir ki, 1000 manat verər və bununla da borcları bağlanmış olar. Cavabdehin valideynləri ilə məsləhət etmiş və qərara gəlmişlər ki, iddiaçıya 1000 manat pul versinlər. Lakin Nümayəndə1 2000 manat pul istəmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızıdır. 2023-cü ilin iyun ayında əri ilə Bakı şəhərində olmuşlar. Onun telefonuna zəng gəlmiş və bildirmişlər ki, qızının lotereya oyununa 350 manat borcu vardır. X14 350 manat pul göndərmişdir ki, aparıb iddiaçıya versin. X18 də pulu aparıb iddiaçıya vermişdir. Qızı Cavabdeh zəng etmiş, qızı ona bildirmişdir ki, onun heç kimə lotereya borcu yoxdur. Lakin qızıl-zinət əşyaları almış və qızılların pulundan borcu varıdır. Cavabdeh soruşduqda, sonuncu bildirmişdir ki, beş ədəd qızıl-zinət əşyası almışdır, onun ikisini ucuz qiymətə satmış, qalan üç ədədi isə özündədir. Bakı şəhərindən qayıtdıqdan sonra üç ədəd qızıl-zinət əşyasını götürüb, əri və X18 ilə birlikdə iddiaçının yaşadığı ünvana getmişdir. İddiaçıdan xahiş etmişdir ki, qızının aldığı və hal-hazırda onda olan üç ədəd qızıl-zinət əşyasını geri götürsünlər. Lakin iddiaçı və onun əri bildirmişlər ki, qızılları qaytarmırlar. İddiaçıdan nə qədər pul borclarının olduğunu soruşmuş, bundan sonra İddiaçı və əri Nümayəndə1 onun qarşısına dəftər qoymuş, Nümayəndə1 bildirmişdir ki, borcunuz çoxdur, hissə-hissə ödəyin getsin. İddiaçı və nümayəndəsinin dedikləri ilə hesablamış və onun hesablamaların a görə Cavabdeh borcundan əlavə olaraq, iddiaçı və onun nümayəndəsinə 700 manat artıq pul ödəməlidir. 300, 200, 300 manat ödəmələr etməklə iddiaçı və nümayəndəsinə pul ödəmişdir. Sonra, ona bildirmişlər ki, Cavabdeh 800 manat da lotereya borcu vardır. Onu da ödədikdən sonra bildirmişdir ki, bir daha onları narahat etməsinlər. Gələn ay, yəni iyul ayında İddiaçı və əri Nümayəndə1 onların yaşadıqları evə gələrək, qızının onlara köhnədən qalan borcu olduğunu bildirmişlər. İddiaçı və nümayəndəsinin deməsinə görə 200 manat bir borc, 300 manat bir borc, 400 manat bir borc, ümumilikdə 2000 manat borc olmuşdur. O cümlədən, bildirmişlər ki, qızı birinci yer lotereya oyununda olduğuna görə 400 manat da verməlidir. Özü də bildirmişdir ki, birinci yer lotereyanı əgər yoldaşı, yəni iddiaçının nümayəndəs i, əri götürmüşsə, 400 manatı da o verməlidir, qızı yox. İddiaçı ona bildirmişdir ki, yaxşı edir, o bu cür qurur lotereyanı. Qızı Cavabdeh lotereyadan pul almamışdır. Hətta bu barədə söhbət olanda iddiaçı ilə ərinin arasında mübahisə yaranmış, iddiaçı qızının 750 manat, iddiaçının nümayəndəsi isə 750 manat deyil, 950 manat borcunun olduğunu bildirmişlər. Daha sonra iddiaçı qızına digər şəxslər vasitəsi ilə xəbər göndərmişdir ki, pulu ondan üç qat alacaq. Bir müddət sonra Nümayəndə1 X18lə görüşmüş və demişdir ki, Cavabdeh 3000 manat pul versin, bununla da aralarında olan borc söhbəti bağlansın. Bəhruz Əliyev bildirmişdir ki, 1000 manat verək bununla da bütün məsələlər bitsin. Sonradan öyrənmişdir ki, iddiaçı qızına qab-qacaq satmış, altı ədəd bokalı 270 manata satmışdır. Həmin bokallara g örə qızı 100 manat ödəmişdir. Həmin bokalları qaytarmışdır. Hətta sonradan həmin bokallara görə yenə də əlavə olaraq iddiaçıya 100 manat pul ödəmişdir. Səbəb isə bütün bunlara son qoymaq olmuşdur. 1 ədəd 20 qram çəkidə 2200 manat dəyərində qızıl sep olmuş, həmin 2200 manatdan 1900 manatını Cavabdeh, qalan 300 manatını isə onlar ödəmiş, 1 ədəd 15 qram çəkidə 1700 manat dəyərində qızıl sep olmuş, həmin 1700 manatdan 1600 manatını qızı, qalan 100 manatını isə onlar ödəmiş, 1 ədəd 10 qram çəkidə 1140 manat dəyərində qızıl sep olmuş, həmin 1140 manatdan 540 manatını qızı ödəmiş, qalan 600 manatını onlar ödəmiş, 1 ədəd 10 qram çəkidə 1150 manat dəyərində qızıl sep olmuş, həmin 1150 manatdan 550 manatını qızı, qalan 600 manatını isə onlar ödəmiş, 1 ədəd 50 qram çəkidə 5200 manat dəyərində qızıl s ep olmuş, həmin 5200 manatın 2000 manatını qızı, qalan 3200 manatını isə onlar ödəmişlər. Bundan başqa, Şəbnəm iddiaçıdan 1 ədəd 950 manat dəyərində qızıl üzük almış, qızı 200 manatını ödəmiş, 750 manat isə borcu qalmışdır. Onlar, yəni o, əri və X18lə birlikdə iddiaçının evində olarkən İddiaçı və əri Nümayəndə1 qızıl-zinət əşyalarına görə 4800 manat borc və lotereya oyununa görə isə 800 manat pul ödəmişlər. Onlara orada deməmişlər ki, əlavə borcları da qalmışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Cavabdeh onun qızıdır. Arvadı ilə Bakı şəhərində olmuş, iddiaçı arvadına zəng edərək qızlarının borcu olduğunu bildirmişdir. Bərdə rayonuna gələrək, arvadı və yeznəsi Bəhruzla birlikdə iddiaçının yaşadığı ünvana getmişlər. İddiaçıya 4800 manat pul və 800 manat lotereya borcu ödəmişlər. Bununla da aralarında olan borc məsələsi bağlanmış, onlar yenidən Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində olarkən iddiaçıya 100 manat pulu da kart vasitəsi ilə göndərmişlər. Bu ödənişlər 26 iyul 2023-cü il tarixdə olmuşdur. Əgər iddiaçı və əri desəydilər ki, Cavabdeh başqa borcu da var, onlar ödəyərdilər. Lakin onlara bununla bağlı nə iddiaçı, nə də iddiaçının əri heç nə deməmişlər. Onlara qızlarının 4800 manat bir, 800 manat da bir borcu olduğunu bildirmişlər və onlar da həmin borcu ödəmişlər. Onlar iddiaçıya və ərinə 5600 manat pul ödəyəndə onlara deməmişlər ki, borcları qaldı və ya qalmadı.
11. Bərdə Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli 2(021)-386/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddia tələbi qismən təmin edilməklə cavabde hdən 13160 (on üç min bir yüz altmış) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı cavabdeh iddiaçıdan nisyə qızıl-zinət əşyaları aldığını etiraf etmiş, lakin aldığı qızıl-zinət əşyalarının dəyərinin bir hissəsinin özü tərəfindən, qalan hissəsinin isə valideynləri tərəfindən iddiaçıya ödənildiyini, 2023-cü ilin may ayında iddiaçıdan 950 manata aldığı bir ədəd qızıl üzüyə görə iddiaçıya cəmi 750 manat məbləğində borcunun qaldığını bildirmişdir. Belə olan halda, cavabdehin iddiaçıdan nisyə qızıl-zinət əşyaları alması işin faktiki halları, o cümlədən cavabdehin özünün izahatı ilə sübuta yetirildiyindən, həmin qızıl-zinət əşyalarının dəyərinin qaytarılm asının sübut edilməsi yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
13. Cavabdeh və məhkəmə iclasında şahid qismində dindirilən valideynləri iddiaçıya 4800 manat məbləğində pulun cavabdehin valideynləri tərəfindən ödənildiyini bildirmişlər. İddiaçı və onun nümayəndəsi isə cavabdehin borcuna görə onun valideynlərinin 4620 manat məbləğində pul ödədiklərini bildirmişlər. Lakin iddiaçı və onun nümayəndəsi valideynlərin ödədikləri məbləğ çıxılandan sonra qalan borcu tələb etdiklərini bildirirlər. Cavabdeh isə borcunun qaytarılmasına dair sübut təqdim edə bilməmişdir.
14. İddiaçının lotereya oyununa görə 800 manat məbləğində pul tələbinə dair iddiası ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, qeyd olunan tələb mücərrəd olduğundan və bununla bağlı heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Məh kəmə iclasında iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Baxılan mülki iş üzrə iddiaçı iddia tələbinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan nisyə qızılzinət əşyaları aldığını etiraf etmişdir. Yəni iddia tələbinin haqlı olması cavabdehin etiraf yönümlü izahatı ilə təsdiq olunur. Lakin cavabdeh qızıl-zinət əşyalarını iddiaçıdan nisyə aldığını etiraf etsə də, həmin qızıl-zinət əşyalarının pulunu qaytardığını, iddiaçıya cəmi 750 manat məbləğində borcunun qaldığını bildirir. Belə olan halda isə borcun qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür.
16. Cavabdeh məhkəmə iclasında iddiaçıdan nisyə qızıl-zinət əşyaları aldığını etiraf etmiş və iddiaçıdan aldığı qızıl-zinət əşyalarının dəy ərini sonuncuya qaytardığını bildirmiş, lakin borcunu tam olaraq qaytarması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
17. Cavabdehin məhkəmə təqdim etdiyi şahidlər atası, anası və bacısının əri olmaqla yaxın qohumları olmuş, onların məhkəmə iclasında verdikləri izahatlar cavabdehi müdafiə etmək məqsədi daşımışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə qızıl-zinət əşyaları almış, aldığı əşyaların pulundan bir hissəsini qaytarsa da, 13.160 manat məbləğində borcunu qaytarmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, cavabdeh nisyə aldığı qızıl-zinət əşyalarının dəyərinə görə borclu olduğu 13.160 (on üç min bir yüz altmış) manat məbləğində pulu iddiaçıya ödəməsi ni təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğdə pulun iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 329.3, 385, 425.1, 427.1, 427.2, 427.3, 427.4, 442, 445.2.1, 739.1, 739.2 və 739.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərin izahatı və şahidlərin ifadələri təhrif edilmişdir. Qətnamədə iddiaçının öz tələbinin əsası kimi istinad etməli old uğu hallar göstərilməmişdir. Məhkəmə iclası zamanı iddiaçının hansı sübutla 14.160 manat ziyana məruz qalması aydınlaşdırılmamışdır. Halbuki iddiaçı məhkəmə iclası zamanı izahatında son 2-3 aya qədər, yəni 2023-cü ilin aprel ayına qədər onun qızılının və lotereyanın pulunu mütəmadi ödədiyini və aralarında heç bir borc olmadığını bildirmişdir. Məhkəmə isə bunu iddiaçının izahatında qeyd etməmiş və işin tədqiqi zamanı bu halı nəzərə almamışdır. Bundan başqa, valideynləri 26 iyul 2023-cü il tarixdə iddiaçıya olan 4.800 manat borcu ödəyib qurtarmışlar və həmin tarixdən sonra iddiaçı ilə alğısatqıları olmamışdır. 950 manata aldığı bir ədəd qızıl üzüyə görə iddiaçıya 750 manat borcu qalıb və başqa borcu yoxdur.
22. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1898/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), X5 və X6) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmış, yəni Cavabdeh 13.160 (on üç min bir yüz altmış) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməklə cavabdehdən 13.160 (on üç min bir yüz altmış) manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər qızılzinət əşyalarını n nisyə alğı-satqısına dair razılığa gəlmişlər və cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə qızıl-zinət əşyaları almışdır. Tərəflər arasında yaranmış hazırkı mübahisə də, məhz nisyə satılmış əşyaların dəyərinin ödənilməsi ilə bağlıdır. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin nisyə alğı-satqı ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 600.1-cu maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bu baxımdan, yoxlanılan hissədə iddiaçın ın irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, tərəflər arasında nisyə alğı-satqı münasibətlərinin yaranmış olduğu mübahisəli deyildir və işin qeyd edilən faktiki halı iş materialları ilə də təsdiq olunur, tərəflər arasındakı anlaşılmazlıq cavabdehin istinad etməkdə olduğu arqumentlərlə bağlıdır və bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün yuxarıda qeyd edilən həmin arqumentlərə münasibət bildirməyi məqsədəmüvafiq hesab etmişdir.
24. İşin müəyyən olunmuş faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda, müxtəlif növ qızıl-zinət əşyaları nisyə satılmışdır. Həmçinin nisyə satılmış qızıl-zinət əşyalarına görə cavabdeh tərəfindən də iddiaçıya müxtəlif vaxtlarda, müxtə lif məbləğdə ödənişlər edilmişdir. Müxtəlif vaxtlarda nisyə alınmış əşyaların dəyəri də hər əşyaya görə ayrı-ayrılıqda hesablanmış və ödənilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, ilk növbədə tərəflər arasındakı son alğı-satqı zamanı nisyə satılmış əşyalara görə nə qədər borc qaldığı müəyyən edilməli, daha sonra isə həmin borc məbləği üzrə ödəniş edilib-edilməməsi araşdırılmalıdır. Kollegiyanın bu qənaətə gəlməsinə səbəb həm də onunla bağlı olmuşdur ki, iddiaçı cavabdehin 4800 manat ödəniş etdikdən sonda qalıq borcunun 13.160 manat olduğunu iddia etmiş, cavabdeh isə iddiaçıya aldığı qızıllara görə borcunun 13.160 manat olmadığını bildirməklə borcundan sonuncu dəfə 4800 manat ödəniş etdiyini və qalıq borcunun 750 manat təşkil etdiyini bildirmişdir.
25. Tərəflər arasında n isyə qızıl alğı-satqı sonuncu dəfə 2023-cü ilin aprel ayında olmuşdur. İddiaçı iddia ərizəsində, cavabdeh isə birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ərizəsində bu halı qeyd etmişdir. 2023-cü ilin aprel ayından sonra artıq tərəflər arasındakı alğı-satqı münasibətləri dayanmış, lakin həmin vaxtdan sonra cavabdeh iddiaçıya olan borcundan ödəniş etmişdir. Belə ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə iddiaçıya olan borcdan 4800 manat ödənildiyini bildirmiş, iddiaçı tərəf də bunu qəbul etmişdir. Bununla belə, mülki iş materiallarındakı “CD” diskdə olan səs yazılarında tərəflər arasındakı nisyə alğı-satqı münasibətləri üzrə nə qədər qalıq borc məbləği olduğu, ondan nə qədər vəsait ödənilməsi barədə məlumatlar qeydə alınmışdır.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzə rində 1 rəqəmi yazılmış “CD” diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı İddiaçı və Cavabdeh arasında 2023-cü ilin avqust ayında qeydə alınmışdır. Səs yazısının 16-19-cu dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alğı-satqıdan, borcun qaytarılmasından, cavabdehin anasının Cavabdeh borcu ilə bağlı etdiyi hərəkətlərdən və s. bəhs edilir. Səs yazısının həmin dəqiqələrində İddiaçı Cavabdeh ünvanına bildirir: “- Bəhruzla danış mamana desin ki, beş min neçə yüz manatı versin, qalan səkkiz min neçə yüz manat da mənim üstümə düşür, bankdan kredit götürüb borcu bağlayaram sonra da köməkləşib banka olan borcu ödəyərik”. Bundan əlavə, səs yazısında İddiaçı Cavabdeh ünvanına bildirir: “- ərim Vüqar deyir k i, 13000 min neçə yüz manat borcun qabağında 5000 manat nədir? Vüqar deyir ki, heç olmasa 10000 manat gətirsin”. Cavabdeh də iddiaçının dedikləri ilə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, cavabdeh borcun bu qaydada ödənilməsi barədə iddiaçının təklifi ilə razılaşır. Beləliklə, həmin audio yazının sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, danışıq qeydə alınan zaman, yəni 2023-cü ilin avqust ayında Cavabdeh İddiaçı 13.000 manatdan çox (on üç min neçə yüz) borcu olmuşdur.
27. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə iclasında həmin audio-yazıdakı səsin cavabdehə məxsus olmaması və audio-yazının fonoqram olması barədə arqument irəli sürsə də, məhkəmə kollegiyası bu arqumenti əsassız saymışdır. Belə ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) S ədiqə Ağamalıyeva iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış “CD” diskdə qeydə alınmış audio-yazıdakı səsin qızı Cavabdeh aid olduğunu bildirmişdir Bundan əlavə, diqqət yetirilməli haldır ki, həmin səs yazısı əvvəlki məhkəmə iclasında tədqiq edildiyi halda, həmin iclas zamanı (vəkil) Nümayəndə2 sözügedən səs yazısının cavabdehə məxsus olmaması barədə hər hansı arqument irəli sürməmişdir. Əksinə, nümayəndə (vəkil) Nümayəndə2 məhkəmə kollegiyasına şifahi vəsatət verərək iddiaçı tərəflə razılıq əldə edilməsinə görə işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən də cavabdeh tərəfin arqumenti əsassız sayılmışdır. 28. “Qızı həmin səs yazısında ancaq hə, heç nə sözləri işlədir, başqa söz demir. Yəni qızı Cavabdeh həmin səs yazısında borcu etiraf etmir. Səs yazısın da söhbət 13.000 manat deyil, 5000 manat məbləğində borcdan gedir. Qızı həmin danışıqda heç söhbətin nədən getdiyini bilmir” barədə cavabdehin etibarnamə üzrə nümayəndəsi Sədiqə Ağamalıyevanın dəlilləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki yuxarıda da göstərildiyi kimi, həmin səs yazısı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən zaman səs yazısının 16-19-cu dəqiqələrində qızıl-zinət əşyalarına dair tərəflər arasındakı nisyə alğı-satqıdan, borcun qaytarılmasından, cavabdehin anasının Cavabdeh borcu ilə bağlı etdiyi hərəkətlərdən və s. bəhs edildiyi aydın olmuşdur.
29. Bu səbəbdən də, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış diskdəki audio yazını mötəbər sübut olaraq qiymətləndirmiş və hesab etmişdir ki, həmin yazıda qeydə alınmış məlumatlar tərəflər arasındakı hazırkı mübahisənin həqiqi və faktiki hallarını özündə əks etdirir.
30. İşin faktiki halları ilə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfin (valideyninin) iddiaçıya olan borcdan 4800 manat ödədiyi müəyyən edilir.
31. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş üzərində 1 rəqəmi yazılmış diskdəki audio-yazının 2023-cü ilin avqust ayında, yəni borcdan 4800 manat ödənilməsindən sonra qeydə alınmasını və həmin zaman Cavabdeh İddiaçı 13000 manatdan çox (on üç min neçə yüz) borcu qalması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir. Çünki həqiqətən də cavabdeh iddiaçıya 4800 manat ödəniş etdikdən sonra onun qalıq borcu 13160 manat təşkil etmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçıya olan borcunun 13160 manat olmadığını bildirməklə borcdan sonuncu dəfə 4800 manat ödəniş edildiyini və qalıq borcunun 750 manat təşkil etdiyini bildirsə də, lakin bu hal öz təsdiqini tapmamış, əksinə işin müəyyən edilmiş və faktiki halları ilə cavabdeh tərəfin bu dəlili təkzib edilmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilmiş üzərində 2 rəqəmi yazılmış CD diskdəki audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, səs yazısı Cavabdeh ilə onu, həmçinin İddiaçı ortaq tanışları olan X2 arasında qeydə alınmışdır. Səs yazısında gedən danışıqlardan müəyyən etmək olur ki, həmin danışıq hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qeydə alınmışdır. Səs yazısında İddiaçı ilə Cavabdeh arasında olan qızıl-zinət əşyalarının nisyə alğı-satqısından, buna görə cavabdehin iddiaçıya yaranmış borc problemindən, məhkəmə mübahisələrindən, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verilməsindən və s. bəhs edilir. Səs yazısının 1:25-ci dəqiqəsində Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir: “ - maman istəsə borcu verərdi, özü vermədi”. Cavabdeh da bu deyilənlə bağlı hər hansı arqument irəli sürmür. Əksinə, bu deyilənlə razılaşaraq bildirir: “- ay sağ ol, ara qarışdı, məssəb itdi, mamamı cırnatdılar”. Daha sonra Aygün İsgəndərova Cavabdeh ünvanına bildirir: “ - Şəbnəm, mən bildiyim sizin (iş üzrə tərəfləri nəzərdə tutur) lap siftə Nərgizə verdi yiniz 4000 manat pul olmuşdu ey, 14000 manat da qalmışdı. Nərgiz deyir ki, 14160 manat borc qalanda Şəbnəmə borcundan 10000 manat ödəməsini, qalan 4160 manatı isə keçməsini (güzəşt etməsini) təklif etmişdir, ancaq Şəbnəm bununla razılaşmamış gətirib borcundan 4000 manat pul ödəyəcəyini bildirmişdir”. Cavabdeh da bu deyilənlərə cavab olaraq bildirir: “o axırda oldu ey, o oldu oktyabr ayında, sən dediyin ən sonda oldu. İyul ayında mamam borcu ödədi, avqust ayında onu cırnatdılar. Ona görə də arvad (öz anasını nəzərdə tutur) başladı verəcəyi pulun məbləğini aşağı salmağa. Oktyabr ayında da sən dediyin təklifi etdi Nərgizə”. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş üzərində 2 rəqəmi yazılmış CD diskdəki audio-yazının tədqiqi nəticəsində də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıy a xx.xx.2023-cü il tarixdə qızılların alğı-satqısına görə 4800 manat ödənildikdən sonra cavabdehin 14160 manat borcu qalmışdır. Daha sonra isə tərəflər arasındakı hazırkı məhkəmə mübahisəsi başlamışdır.
33. Beləliklə, cavabdehin qızıl-zinət əşyalarının nisyə alğı-satqısına görə sonuncu dəfə iddiaçıya 13.160 manat dəyərində (yoxlanılan hissə həddində) borcu qalması işdəki sübutlarla öz təsdiqini tapır, həmin borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 425.1, 427, 442, 567, 600.1,, 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin 14.1,77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən əsaslandırılmayan dəlillərə, CD disklərə və iddiaçının qanunvericiliyə uyğun rəsmiləşdirilməyən izahatına istinad etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflə rin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
37. Məhkəmə onun öhdəliyi icra edib-etməməsini hərtərəfli araşdırmamış və nisyə aldığı qızıl əşyalarının dəyərinə görə borclu olduğu 13.160 (on üç min yüz altmış) manat məbləğində pulu iddiaçıya ödəməyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən həmin məbləğdə pulun iddiaçıya qaytarılması üçün məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Lakin məhkəmə iddiaçının tələb etdiyi 13.160 manat pulu hansı əsas və sübutla qəbul etməsini əsaslandırmamışdır. O, izahatında iddiaçıya 13.160 manat pul borcunun olduğunu və ondan 13.160 manat dəyərində qızıl əşyaları aldığını göstərməmişdir. İddiaçı da bu barədə hər hansı bir sübut təq dim etməmişdir. O, iddiaçıya borclu olduğu 4800 manat borc qaytardığını göstərmiş və iddiaçı özü də bunu təsdiq etmişdir. Ona görə də məhkəmənin qətnamədə öhdəliyi icra etməməyi barədə gəldiyi qənaət əsassızdır. Məhkəmə məlumatları məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etməmişdir. İşin düzgün həlli üçün ekspert rəyi əldə etməmiş, işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verilməmişdir.
38. Məhkəmə qanunla müəyyən olunmuş qaydada əldə olunmamış “CD” disklərini sübut kimi qəbul etmişdir. Belə ki, “CD” disklərində səs yazılarının nə vaxt, kim tərəfindən, hansı şəraitdə yazılması məlum deyildir. Bununla da, prosessual hüquq norması pozulmuşdur. Əgər ekspertiza təyin edilsə idi, məhkəmədə sübut kimi qəbul edilən CD disklərin qanuni yazılıb-yazılmaması, montaj olunub-olunmaması barədə daha mötəbər sübut əldə etmiş olardı.
39. Yazılı izahatla verdiyi siyahıdakı qızıl əşyalarından cəmi 4800 manat borcu qalmışdır və 26 iyul 2023-cü il tarixdə qızıl əşyalarından qalan 4800 manat borcun hamısını valideyinləri ödəmiş, iddiaçı özü də bunu təsdiq etmişdir. Lakin iddiaçının ödəniləndən əlavə iddia ərizəsində göstərdiyi 14.160 manat borcunun olduğunu hansı sübutla tələb etməsinə obyektiv hüquqi qiymət verilməmişdir. Səs yazısında birbaşa tərəflər arasında deyil, üçüncü şəxslə iddiaçı və cavabdeh arasında olan şübhəli danışıqlar əks olunur.
40. Məhkəmə qətnamədə iddiaçının, nümayəndəsinin izahatlarına əsaslanmış və sübut kimi qəbul etmişdir. Mülki prosessual normaya görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə iclasında heç bir etiraf yönümlü izahat vermədiyi halda, onun izahatı qətnamədə etiraf kimi göstərilmişdir. Halbuki, məhkəmə faktın etiraf edilməsi olsa belə, işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır.
41. İddiaçı məhkəmə iclası zamanı izahatında son 23 aya qədər, yəni 2023-cü ilin aprel ayına qədər onun qızılın və lotereyanın pulunu mütəmadi ödədiyini və aralarında heç bir borc olmadığını bildirmişdir. Məhkəmə isə qətnamədə həmin göstəriləni iddiaçının izahatında qeyd etməmiş və nəzərə almam ışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində və izahatında onun almadığı qızıl əşyalarını, həmçinin ondan xx.xx.2023-cü il tarixdə 10 qram çəkidə 1000 manat dəyərində qızıl sep aldığını, 300 manat ödədiyini, 700 manat borclu qaldığını, xx.xx.2023-cü il tarixdə 10,4 qram çəkidə 1140 manat dəyərində qızıl sep aldığını, 500 manat ödədiyini, 640 manat borclu qaldığını, xx.xx.2023-cü il tarixdə 19,1 qram çəkidə 750 əyarlı 2380 manat dəyərində qızıl zəncir sep aldığını, 1500 manat ödədiyini, 880 manat borclu qaldığını göstərmişdir. Ancaq 2023-cü ilin aprel ayından sonra iddiaçı ilə aralarında heç bir qızıl alğı-satqısı olmamışdır. Həmçinin, iddiaçı məhkəmə iclasında məhz iddia ərizəsində sadaladığı qızıl-zinət əşyalarını ona satmasını sübuta yetirə bilməmişdir.
42. İddiaçı tərəfindən birinci in stansiya məhkəməsində təqdim etmək imkanı olmasına baxmayaraq, apellyasiya instansiyasında təqdim etdiyi səs yazıları sübut kimi qəbul edilmişdir.
43. Məhkəmə tərəfindən iddiaçıya sual verilmiş, sonuncu səs yazısının nə vaxt yazılmasını bilməmiş, yalnız hakimin və vəkilin köməkliyi ilə “avqust” ayında yazılmasını qeyd etmişdir.
44. Səs yazıları bir neçə dəfə məhkəmə iclası təxirə salınandan sonra montaj edilməklə məhkəməyə verilmiş və disklər məhkəmə iclasında təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə1 tərəfindən etiraz daxil olmuşdur.
46. Etiraz ərizəsi iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Cavabdeh onun tərəfindən lotereya oyunun a qoşulmuş, yerdən 2000 manat götürmüş, 1800 manat ödəmiş 200 manat borclu qalmışdır. Həmçinin Cavabdeh lotereya oyununun digər iştirakçıları Xatirə və Ləman tərəfindən verilməsi üçün ona verilmiş, Xatirə tərəfindən İİİ və Vİİİ yer üçün hər biri 200 manat olmaqla, cəmi 400 manat pulu, Ləman tərəfindən İV və V yer üçün hər biri 200 manat olmaqla, cəmi 400 manat pulu qəbul etmiş, lakin ona verməmişdir. Cavabdeh qızıl-zinət əşyalarının dəyəri olan 13.360 manat pulu və lotereya oyunundan borclu qaldığı 800 manat pulu, cəmi 14.160 manat pulu ona ödəməsi barədə öhdəlik götürməsinə baxmayaraq, ödəməkdən boyun qaçırır və davamlı olaraq məhkəmə qətnamələrindən şikayət verir. Bunun üçün də kassasiya şikayətinin rədd edilməsini və birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrinin qü vvədə saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
49. Maddə 27.1. Əgər öhdəl iyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər
50. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
51. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
52. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etm əyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
53. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
54. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
55. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
56. Madd ə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
57. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq p rosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1898/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi