Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1364/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator XXX oğlu, vəkili X7, cavabdehin vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(016)-553/2019, hakim M.S.Bayramov) X4 Cavabdeh İB-nin Ağsu X14 İdarəsinə qarşı iddiası təmin edilmi ş, tərəflər arasında bağlanmış 328 saylı, xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq xitam verilməsinə dair “xx xxxxxx 2019-cu il tarixli, 18/k saylı əmri ləğv edilmiş, iddiaçının Cavabdeh Ağsu X14 İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulunun və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə işə bərpa olunması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə X8 məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2821/2019, hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) Cavabde h” İB-nin Ağsu X14 İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə və əlavə qətnamə ləğv edilmiş, X4 Cavabdeh İB-nin Ağsu X14 İdarəsinə qarşı qarşı iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh Ağsu X10 İdarəsi ilə İddiaçı arasında bağlanmış 328 saylı, xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. xx xxxx 2019-cu il tarixdə XXX oğlu Cavabdeh İB-nin Ağsu X14 İdarəsinə qarşı həmin əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 73-cü maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh Ağsu X10 İdarəsi arasında xx xxxxxx 2015-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər etiraz etmədiyi üçün hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzadılmışdır. Cavabdeh Ağsu RQİİ xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Ağsu X10 İdarəsinin İsmayıllı rayonu üzrə xxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam vermişdir. Tərəflər аrаsındа bаğlаnmış müqаvilənin müddəti xx xxxxxx 2019-cu ildə bаşа çаtmışdır. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İddi açı cavabdeh müəssisədə 20 ildən artıq müddətə işlədiyinə, həmin müddət ərzində heç bir qanun pozuntusuna yol vermədiyinə, üzərinə düşən vəzifələri icra etdiyinə istinad edərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müəssisə rəhbərinin iddiaçı ilə əmək münasibətlərinə xitam verməsi barədə xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilərək işə bərpa edilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında xx xxxxxx 2015-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər etiraz etmədiyi üçün hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzadılmışdır. Tərəflər аrаsındа bаğlаnmış müqаvilənin müddəti xx xxxxxx 2019-cu il də bаşа çаtmış, xx xxxxxx 2019-cu il tarixdə isə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qanuni əmr verilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixdə Cavabdeh QSC-nin X11 İdarəsində istismar sahəsi üzrə 5-ci dərəcəli nəzarətçi-çilingər peşəsinə qəbul edilmiş, xx xxxx 2007-ci il tarixdə mühəndis vəzifəsinə keşirilmiş, xx xxxxxx 2008-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx xxx 2008-ci il tarixdə “xxxx” MMC-nin X11 İdarəsində 1 saylı sahəyə 5-ci dərəcəli nəzarətçi-çilingər peşəsinə qəbul edilmiş, xx xxxxxx 2008-ci il tarixdən sahə rəisi vəzifəsinə keçirilmiş, xx xxxxxxx 2009-cu il tarixdə 11-ci dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilmiş, xx xxx 2010-cu il tarixdə onunla bağlanmış əmnək müqaviləsinə xitam verilərək xx xxx 2010-cu il tarixdə “xxxx” MMC-nin İsmayıllı rayon İdarəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 2010-cu il tarixdə həmin əmək müqaviləsinə xitam verilmiş, xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh İB-nin regionlar üzrə qaz İstismarı İdarəsinin X11 Sahəsində 8-ci dərəcəli texnik vəzifəsinə qəbul edilmiş, həmin əmr sonradan etibarsız sayılmış, xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh İB-nin X15 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2015-ci il tarixdə həmin əmək müqaviləsi başqa isəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmiş, elə həmin t arixdə Ağsu X10 İdarəsinin İsmayıllı rayonu üzrə xxxx xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsi müddətli olmaqla bağlanmış, xx xxxxxx 2019-cu il tarixdə müddət bitdiyindən həmin müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi ilə əmək müqaviləsinin müddətsiz bağlanması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli ol duğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını da nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx xxxxxx xx 2004-cü il tarixdən xx xxxxxx 2011-ci il tarixə qədər həmin sahədə qısamüddətli fasilələrlə, xx xxxxxx 2011-ci il tarixdən isə həmin peşədə fasiləsiz olaraq işləmişdir. Lakin iddiaçı ilə xx xxxxxx 2015-ci il tarixdə yeni işə qəbul edilən şəxs kimi müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müddətli əmək müqaviləsi bağlanan hallar müəyyən edilmişdir. İddiaçı ilə müddətli müqaviləsi bağlanması üçün həmin normada göstərilən halların olması müəyyən edilmir. Bu halda, iddiaçının xx xxxxxx 2011-ci il tarixdən fasiləsiz olaraq çalışdığı peşədən xx xxxxxx 2019-cu il tarixdə müddətin bitməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr özüözlüyündə qanuni sayıla bilməz. Digər tərəfdən eyni iş üzrə əmək münasibəti 5 ildən artıq müdd ətə davam etməklə əmək müqaviləsi müddətsiz hesab edilir. Lakin apellyasiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara əmək qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni olmasına dair səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, həmin işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməklə düzgün hüquqi nəticəyə gəlinməmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1364/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1364/2020
04.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver