Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1364/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı və birləşdirilmiş ikinci iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki işlərə dair QƏRARİ İş № 2(102)-1364/2023 (Açar sözlər: mənzildən məcburi çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddiası və birləşd irilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2163/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsində istifadədə olan 0,05788 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada, 47 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmla kın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18535 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.
2. X2 ilə alıcı İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan ünvan 1-ni alıcıya 35.000 manat qiymətə satmışdır. Müqavilə etibarnaməyə əsasən X2nın əvəzinə Cavabdeh tərəfindən imzalanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən 64,24 kv.m. ümumi sahədən ibarət olan, ev 2, mənzil 12 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət r eyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə)
4. İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ üzrə ona məxsus 3 (üç) otaqdan ibarət mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində X5 məxsus ünvan 2 ünvanda yerləşən 47 kv.m. sahədən ibarət olan 3 otaqlı mənzili onun etibarnamə əsasında nümayəndəsi ünvan 3 ü nvanda qeydiyyatda olan Cavabdeh 35.000 manat ödəyərək əldə etmişdir. Əslində o, Cavabdeh notariat ofisində ödədiyi 35.000 (otuz beş min) manatdan əlavə qeyri-rəsmi olaraq 60.000 (altmış min) manat pul ödəmişdir. Ona ümumilikdə 95.000 (doxsan beş min) manat pul ödəmişdir. Həmin qeyri-rəsmi ödədiyi məbləği təsdiq edən şahidi vardır. Lakin keçmiş mülkiyyətçinin etibarnamə əsasında nümayəndəsi Cavabdeh hal-hazırda müqavilə şərtlərini pozaraq ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxmaq istəmir. O, dəfələrlə cavabdehə ailə üzvləri ilə birlikdə evi boşaltmasını tələb etsə də, onlar onun tələblərini rədd edərək ona məxsus mənzildə yaşamağa davam etmişlər. Sonradan Cavabdeh belə vicdansız davranışının səbəbi ona məlum olmuşdur. Belə ki, cavabdeh ondan başqa şəxslərdən də böyük miqdarda p ul alaraq qeyri-rəsmi olaraq onlara da ev verəcəyinə söz vermişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Nərimanov RP İdarəsindən ona həmin işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməyini bildirilmişlər. O, mülkiyyətində olan mənzil üzərində sahiblik, istifadə və sərəncam hüququnu tam həyata keçirə bilmir.
6. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o iddiaçıya ev satmamışdır. İddiaçıdan 35.000 manat borc almışdır. Notariat Kontorunda müqavilə imzalanarkən onun alqı-satqı olmasını bilməmiş, ona izah edən olmamışdır. Hazırda 35.000 manatı qaytarmağa hazırdır. Ona görə iddianın rədd olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında ifadə vermiş şahid X9 ifadəsində bildirmişdir ki, o, iddiaçının əmisidir. Cavabdeh ilə bir ye rdə işləyir və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona pul lazım olduğunu və evini 95.000 manata satmaq istədiyini bildirmişdir.Qardaşı Mehdi oğluna ev almaq istəyirdi və bu barədə ona demişdir. O, və qardaşı Mehdi, Ofelya xanımın evinə getmişlər, evə baxmışlar, bəyənmişlər və 50.000 manatı Ofeliyanın evində ona vermişlər. Avqustun 5-də isə öz maşınını 13.600 manata satmış və həmin puldan 10.000 manatı Fərid Məhərrəmov adlı iş yoldaşının yanında Cavabdeh vermişdir. Bundan əlavə notariusda alqı-satqı müqaviləsi də bağlanmışdır. Müqavilədə alqı-satqı predmeti olan mənzilin dəyəri Ofelya xanım vergi ödəmək istəmədiyindən 35.000 manat göstərilmişdir.
8. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində bildirmişdir ki, o, Emil müəllimlə bir yerdə işləyir. Emil müəllim onun yanında Ofely a xanıma bu ilin avqust ayında 10.000 manata yaxın pul vermişdir. Həmin pulu maşını satdıqdan sonra evin alqı-satqısı ilə bağlı vermişdir. Pulu götürdükdən sonra Ofelya xanım başqa heçnə deməmişdir.
9. Məhkəmədə icraat zamanı xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsaəsən müəyyənləşdirilmişdir ki, İddiaçı tərəfindən 35.000 manat məbləğində ödəniş edilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Həmin yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cav abdeh yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərə kətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdeh yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil İddiaçı təhvil verilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsində icraat (ikinci iş üzrə)
13. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisində 16 iyul 2021-ci il tarixdə, AN-İ № ******* saylı, 4Ə-841 ilə qeydə alınmış, etibarnamə üzrə nümayəndəsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış ünvan 1-nin daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdeh İddiaçı tanımır və xüsusi mülkiyyətində olmuş ünvan 1-ni satmaq fikrində olmayıb, evin satışı ilə bağlı heç kimə müraciət etməyib. İş üzrə üçüncü şəxs Cavabdeh izahatı: “09 iyul 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin “Azərinşaatlayihə” institutunda işlədiyi şöbədə iş yoldaşım X9 ilə söhbət əsasında mənə pul lazım olduğunu bildirdim. Emil də bildirdi ki, qardaşım, iş üzrə cavabdehin atası Mehdi bu məsələdə mənə kömək göstərə bilər. Evi girov qoyub pul götürmək qərarına gəldik. 16 iyu l 2021-ci il tarixdə notariusa getdik. Mehdi bildirdi ki, ev sənin adına olmadığı səbəbindən evi ancaq alqı-satqı etmək mümkün olacaq ki, sizə pul verək. Həmin günü formal alqı-satqı apardıq və mənə 35.000 manat hər ay pulu Emilə 2.000 manat faiz ödəməklə 2 ay müddətinə pulu tam qaytarmağı öhdəmə götürdüm. Formal alqı-satqı iş üzrə cavabdeh Bakı şəhəri, 9 saylı notariat ofisində 16 iyul 2021-ci il tarixdə, AN-İ seryalı ******* saylı, 4Ə-841 reyestr qeydiyyatlı müqavilə ilə həyata keçirilmişdir. Lakin oktyabr ayında pulu tam formada qaytara bilmədiyim səbəbindən, oktyabr ayı üçün aylıq faizi ödəmək istəyəndə Emil bildirmdi ki, evi satışa çıxarmışam, pula ehtiyac yoxdur. Bundan sonra məcbur qalıb Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə müraciət etdim. Polis İdarəsinin İstantaq Şöbəsin in müstəntiqi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Evin satılmasına dair tərəflə ümumiyyətlə razılığımız olmamış və alqı-satqı formal xarakter daşımışdır. Belə ki, Emil mənim iş yoldaşım olduğu səbəbindən ona inanmışam. Pulu borc götürdüyüm səbəbdən bütün notariat xidməti üçün ödənişi mən ödəmişəm”.
15. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasında mübahisəli mənzilin faktiki mülkiyyətçisinin iş üzrə üçüncü şəxs Cavabdeh olduğu müəyyən edildiyini göstərərək, iş üzrə iddiaçı X4 dəyişdirilməsinə və Cavabdeh ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Həmçinin məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli mənzilin faktiki ol araq onun mülkiyyətində olmasını, X8 qohum olduğu üçün mənzili onun adına qeydə aldırdığını göstərərək, onun iddiaçı qismində tanınmasını və X8 adlı iddiaçı ilə dəyişdirilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 19 aprel 2022-ci il tarixli iclasında məhkəmə, əsl olmayan iddiaçı X4, əsl iddiaçı Cavabdeh ilə əvəz olunması barədə qərar qəbul etmişdir.
18. Daha sonra ddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehlər İddiaçı cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisində 16 iyul 2021-ci il tarixdə, AN-İ № ******* saylı, 4Ə-841 ilə qeydə alınmış, etibarnamə üzrə nümayəndəsi Cavabd eh ilə İddiaçı arasında bağlanmış ünvan 1-nin daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilkin iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, mənzil əvvəl Cavabdeh adına olmuş, buna dair xx.xx.2005-ci il tarixli ÖM seryalı 231262 saylı qeydiyyat vəsiqəsi də mövcud olmuşdur. Cavabdeh ailə münasibətlərinin pozulması səbəbindən mənzili xx.xx.2006-cı il tarixdə xalası qızı X4 adına keçirmişdir. Mənzil alqı-satqı müqaviləsinə görə 35.000 manata satılmışdır. Bu da onun formal bağlanılmasını göstərir. Həmin mənzilin sahəsi 110 kv.m-dir. Hər kv.m. üçün 1.500 manat hesablasalar onun hazırki likvid qiyməti 165.000 manat təşkil edir. Mənzil onun dəyərindən 2,5 dəfə aşağı qiymətə satılmışdır. Bu da onu göstərir ki, müqavilə etibarsızdır və başqa müqaviləni pərdələmək üçün bağlanılmışdır.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1181/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd olunmuşdur.
21. Birinci instansiya məhkəməsi həmin iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə əsaslanmaqla cavabdehə qarşı iddia irəli sürməsi tam əsassız olmuşdur. Belə ki, tələbin hüquqi və faktiki əsası olduğunu nəzərə alaraq göstərilən tələbin faktiki əsasının olmadığı müəyyən edilir. Maddənin dispozisiyasında şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmədən söhbət getdiyi halda i ddiaçının iddia ərizəsində İddiaçı və ya digər şəxslərin özünə və onun əmlakına yaranan real təhlükənin nədə ifadə olunması barədə heç bir sübut gətirilməmişdir. Odur ki, göstərilən halda əqdin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin bağlanması üçün müəyyən edilmiş bütün lazımi addımlar atılmış, daha sonra əmlak cavabdehin adına rəsmi qaydada qeydiyyata alınmış, eyni zamanda iş materialları və izahatlara əsasən həmin mənzilin faktiki alqı-satqısının həyata keçirilməsi müəyyən edilmişdir. Odur ki, iddiaçının vacib yanılma təsiri altında bağladığı əqdin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.2, 339.3, 339.4, 34 0.2, 347.1 və 347.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona ev satılmamışdır. Əslində iddiaçıdan 35.000 manat borc almışdır. Evin girov qoyulması barədə müqavilənin alqı-satqı olmasını bilməmiş, bu ona izah edilməmişdir. Həmin əqd vacib əhəmiyyətli yanılma nəticəsində, başq a əqdi pərdələmək məqsədilə bağlanmış və etibarsız olduğundan əhəmiyyətsizdir.
25. İkinci iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1181/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. İkinci iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini ikinci iş üzrə verdiyi iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun qaydada əsaslandırmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5578/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə qeyd olunana mülki işlər bir icraatda birləşdirilmişdir.
28. Məhkəmə ic lasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ünvan 2 ünvanı həqiqətdə Cavabdeh məxsus olsa da, rəsmi qaydada X4 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyata alınmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsində ərizə verərək iddiaçının əsl iddiaçı Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2163/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəfail Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5527/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)1181/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, həmin qətnamə ləğv olunmuş, iddia təmin olunmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. H azırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının əqdi mübahisələndirməkdə müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olubolmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh ilkin olaraq alqı-satqı müqaviləsini mübahisələndirməkdə müvafiq subyektiv (tələb) hüquqlara malik olmasını sübut etməlidir. İddiaçı tərəf bununla bağlı mübahisəli yaşayış sahəsinin əsl mülkiyyətçisi olmasını, mənzilin formal olaraq qohumu olan X4 adına keçirilməsini göstərsə də, bu hal özü-özlüyündə iddiaçının hazırki tələb hüquqlarının mövcudluğunu ehtiva etmir. Çünki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində məhz X4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfləri də - satıcı kimi X8, alıcı kimi İddiaçı olmuşdur. İşdə olan sübutlardan və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi – mübahisəli yaşayış sahəsinin əvvəlki (mübahisələndirilən alqı-satqı müqaviləsindən əvvəlki) mülkiyyətçisi məhz X8 olmuş, Cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyinə etirazı olmamış, belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Reyestrin məzmununun həqiqiliyi və tamamlığı pre zumpsiyası qüvvədə olduğu müddətcə isə iddiaçının faktiki mülkiyyətçi kimi qəbul edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, Cavabdeh təmsilçi (nümayəndə) kimi alqı-satqı müqaviləsini X4 adından imzalaması faktı da vəziyyəti dəyişdirmir. Göründüyü kimi, qanunverici əqdin təmsilçi vasitəsilə də bağlanması imkanını müəyyən etmişdir. Bu hal isə özü-özlüyündə təmsil edilənin daşınmaz əşya üzərində əşya hüquqlarının (mülkiyyət və s.) təmsilçiyə keçməsi anlamına gəlməməklə, sonuncunu əşya üzərində mülkiyyətçi statusuna gətirmir. Həmçinin qeyd edilməlidir ki, əqdi mübahisələndirilməsi ilə bağlı ilkin tələbi məhz X8 qaldırsa da, sonuncunun da razılığı ilə iddiaçı Cavabdeh dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi məhz iddiaçı kimi Cavabdeh qəbul edərək işə mahiyyəti üzrə b axmışdır. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da Cavabdeh əqdi mübahisələndirməkdə subyektiv hüquqları yaranmamışdır. Məhkəmə kollegiyası qəbul etmişdir ki, yalan əqdlərlə subyektiv tərkibin fərqli olması imkanı mövcuddur, lakin hazırki işin halları baxımından bu hal tətbiq oluna bilməz. Qeyd edildiyi kimi, Cavabdeh özünü mübahisəli yaşayış sahəsinin əsl (faktiki) mülkiyyətçisi hesab etməkdə, əqdi mübahisələndirmiş, hüquqi marağını mənzilin borc əvəzinə ucuz qiymətə satılmasını, mülkiyyətçi kimi hüquqlarının pozulmasını və s. göstərmişdir ki, bununla bağlı məhkəmə kollegiyası yuxarıda hüq uqi mövqeyini göstərmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki qənaəti əqdin maraqlarına toxunan şəxs tərəfindən ümumi qaydada mübahisələndirmək hüququnu istisna etmir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamalıdır. İşin hallarından göründüyü kimi, İddiaçı mübahisə predmeti olan yaşayış sahəsini 16 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfin iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzilində faktiki yaşaması isə hər hansı qanuni hüquqi əsasa söykənməməklə, i ddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Cavabdeh mübahisəli mənzilə hər hansı əşya (və ya məhdud əşya) hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı göstərilən mənzilə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də birinci instansiya məhkəməsi mübahisəyə reyestrin həqiqliyi prezumpsiyası mövqeyindən yanaşmaqla, mübahisə predmetinin iddiaçının mülkiyyətində olmasını nəzərə alaraq iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.1, 359.1, 362.1 və 362.2-ci maddələrinə və Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Qətnamədən cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə məcəllənin qeyd edilən maddəsini tətbiq etməli olduğu halda tətbiq etməyərək formal xarakterli və görünüş üçün olan müqaviləni tanımışdır. Məhkəmə iş materialında olan tərəflərin əslində nəzərdə tutduqları əqdi nəzərə almamışdır. Həmçinin məhkəmə apellyasiya şikayətində göstərilmiş dəlillərə qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazlar
34. Birinci iş üzrə İddiaçı verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazında kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Etiraz onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, istər birinci instansiya məhkəmələrində, istərsədə apellyasiya məhkəməsində onun vicdanlı alıcı olduğu, Cavabdeh onların etibarlarından necə su istifadə edərək başlarına öz yaramaz əməll əriylə nə qədər problemlər yaratdığını iddia ərizəsində, məhkəməyə verdiyi etirazlarda dəfələrlə qeyd etmişdir. Onun adından nümayəndəsi (atası) tərəfindən məhkəmələrdə şöylənilmiş çıxışlarda və onun verdiyi etirazlarda bütün bu olanlar xırdalaqlarına qədər göstərilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Cavabdeh qeyri qanuni hərəkətləri ucbatından onun kimi başqa şəxsdə problem yaşayır. Belə ki, Cavabdeh öz iş yoldaşı olan X1 da etibarından sui istifadə edərək, ona mənzil verəcəyini vəd edərək 66.100 manat məbləğdə pul alaraq onu aldatmışdır. İbtidai istintaq zamanı həmin məbləğin 30.000 manatını Fəridə ödəmiş və buna görə də onun əməli Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə töfsif edilmiş və hazırda həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır (hakim İradə Həsənzadə iş № 1(102)-549/2023). Ona görə də Bakı Apellyasiya Məhkəməsi 2(005)-5527/2021 saylı iş üzrə qətnaməni qüvvədə saxlamaqda və e-2(007)-l181/2022 saylı iş üzrə qətnaməni ləğv etməkdə tamamilə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə obyektiv və düzgün hüquqi nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
40. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
46. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
47. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
48. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
52. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavab dehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətində birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
67. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qə rarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
69. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh ilkin olaraq alqı-satqı müqaviləsini mübahisələndirməkdə müvafiq subyektiv (tələb) hüquqlara malik olmasını sübut etməlidir. İddiaçı tərəf bununla bağlı mübahisəli yaşayış sahəsinin əsl mülkiyyətçisi olmasını, mənzilin formal olaraq qohumu olan X4 adına keçirilməsini göstərsə də, bu hal özü-özlüyündə iddiaçının hazırki tələb hüquqlarının mövcudluğunu ehtiva etmir. Çünki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində məhz X4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfləri də - satıcı kimi X8, alıcı kimi İddiaçı olmuşdur. İşdə olan sübutlardan və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi – mübahisəli yaşayış sahəsinin əvvəlki (mübahisələndirilən alqı-satqı müqaviləsindən əvvəlki) mülkiyyətçisi məhz X8 olmuş, Cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyinə etirazı olmamış, belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu müddətcə isə iddiaçının faktiki mülkiyyətçi kimi qəbul edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, Cavabdeh təmsi lçi (nümayəndə) kimi alqı-satqı müqaviləsini X4 adından imzalaması faktı da vəziyyəti dəyişdirmir. Göründüyü kimi, qanunverici əqdin təmsilçi vasitəsilə də bağlanması imkanını müəyyən etmişdir. Bu hal isə özü-özlüyündə təmsil edilənin daşınmaz əşya üzərində əşya hüquqlarının (mülkiyyət və s.) təmsilçiyə keçməsi anlamına gəlməməklə, sonuncunu əşya üzərində mülkiyyətçi statusuna gətirmir. Həmçinin qeyd edilməlidir ki, əqdi mübahisələndirilməsi ilə bağlı ilkin tələbi məhz X8 qaldırsa da, sonuncunun da razılığı ilə iddiaçı Cavabdeh dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi məhz iddiaçı kimi Cavabdeh qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Həmçinin, İddiaçı mübahisə predmeti olan yaşayış sahəsini 16 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfin iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzilində faktiki yaşaması isə hər hansı qanuni hüquqi əsasa söykənməməklə, iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Cavabdeh mübahisəli mənzilə hər hansı əşya (və ya məhdud əşya) hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı göstərilən mənzilə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabehin (ikinci iş üzrə iddiaçının ) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. 71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən f aktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2163/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.