Məhkəmə qərarları › İş №2(102)-2486/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2486/2022

18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2486/2022 18.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı x tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İlkin iddia üzrə iddiaçı x ilkin iddia üzrə cavabdeh X2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 saylı evin çıxarışının ləğv edilməsini, həmin mənzilə sahiblik hüququnun bərpasını və ya verdiyi 49000 manat pulun cavabdehdən tutularaq qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı i ddia üzrə cavabdeh x qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin olunaraq cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və mənzildən çıxarılma tələbini təmin olunmasını, ilkin iddia üzrə iddiaçı X1 ona qarşı qaldırdığı "çıxarışın ləğvi, pulun geri qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı x ilki iddia üzrə cavabdeh X2 qarşı "çıxarışın ləğvi, pulun qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılqlı iddia təmi n edilmiş, x Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 28, 20 saylı mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli 2(103)3692/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(102)5266/2021 saylı qərardadı ilə (hakim E.Şamayev) kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən icraata qəbul edilmədən mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(103)-3692/2021 saylı qərardadı ilə (hakimlər F.Talışinski, R.Eyvazov, Ş.Məmmədova) kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(103)-3692/2021 saylı qərardadı ilə (hakimlər İ.Kərimli, A.İsgəndərov, E.Kazımov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli 2(103)-3692/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizənın təmin edilməməsi qət edilmişdir. İddiaçı x həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçı x kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən sənədləri müəyyən edir. Həmin Məcəllənin 407.1.5 maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edi lmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, iddiaçının kassasiya şika yətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. MPM-nin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1.5, 408.1.5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı x Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3692/2021 nömrəli iş üzrə 28 dekabr 202 1-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar