Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(105)-209/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. AZ-İ seriyalı, 431431 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X1 20 sentyabr 2010-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 6-cı günündə 1510 nömrə ilə qeyd edilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən, hüququ rəsmiləşdirilən şəxs İddiaçı adına ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak növündə mənzil (mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə 17 mart 2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin mənzildə İddiaçı payı 1/3 hissədə müəyyən olunmuş, yerdə qalan 2/3 hissə isə açıq pay kimi qiymətləndirilmişdir.
3. Babayev Eyyub Məmm ədtağı oğlu 17 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişə əsasən, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “payların naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan mübahisəli mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə Cavabdeh2 və Cavabdeh1 razılığı alınmaqla hər birinə 20.000 manat kompensasiya verilməklə, onların ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060) -4321/2022 saylı mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4321/2022 saylı mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “payların naturada bölünməsi və sair” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Cavabdeh2 və Cavabdeh1 adına Sumqayıt şəhərindəki mübahisəli mənzil üzərində 1/3 hissədə payları qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin ümumi birgə mülkiyyətlərində olan m übahisəli mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)4321/2022 saylı mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin mülkiyyətçilərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Eləcə də göründüyü kimi ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olduğu halda bu hüquqdan istifadə etmədən və qanundan irəli gələn tələblərə ə məl etmədən birbaşa əmlakın hərracdan satılmasını tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda, və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi (araşdırılan mübahisə üzrə iddiaçı) əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmasını məhkəmədən xahiş edə bilərdi. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan pay ı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Cavabdehlərə onlar tərəfindən yazılı bildiriş göndərilsə də, 45 gündən çox keçməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun o evdən çıxmağa imkanı yoxdur. Öhdəsində iki azyaşlı uşağı vardır. Əmək haqqı ona icazə vermir ki, başqa yerdən özünə ev alsın. Ona veriləcək olan kompensasiya məbləği ilə heç nə edə bilməyəcəkdir. Başqa heç yerdə mənzili, torpağı və mülkiyyəti yoxdur. Digərləri onun qardaşıdır. Onların hər birinin evi, torpağı və maşınları vardır. Bildirmişdir ki, o na imkan versinlər ki, özünə şərait qursun. Onun payı həmin mənzildə 1/3 hissə təşkil edir. Notarius orqanından demişlər ki, onu həmin evdən heç kim çıxarda bilməz. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Mənzildə onun payı 1/3 hissədə müəyyən olunmuşdur. İddiaçı tərəfindən xəbərdar edilmişdir və bir ildən artıqdır ki, iş davam edir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e2(060)-4546/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddianın təmin edilərək, tərəflərin mübahisə etdikləri Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracda satılması, həmin mənzil satıldıqdan sonra satışından əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməklə 1/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 olmaqla müəyyən edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir.
13. Birinci instansiya məhkəməsi mənzilə münasibətdə payları müəyyən etmiş və mənzilin 1/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə digər Cavabdeh2 paylarını müəyyən etmiş və mənzilin naturada bölünməsinin məhkəmə qətnaməsi əsasında mümkün olmaması müəyyən edilmiş, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi prizmasından çıxış edərək mənzilin açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölüşdürülməsi tələbi ilə çıxış etmişdir. Məhkəmənin qənaətinə görə əmlakın hərracda satılaraq paylara mütənasib bölüşdürülməsi verilən iddianın hüquqi əsasının müəyyən edilməklə, tələbin əsaslı və qanuni olması baxımından məqsədə uyğun olmaqla, iddia tələbinin təmin edilməsinə imkan verir.
14. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüquqlarının müdafiəsi baxımından tərəflərin payına düşən hissədən maneəsiz istifadə imkanın olması üçün onların tanınan və qorunan hüquqları müdafiə edil məklə, şərait yaradılmalıdır.
15. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 157.2, 213.1, 213.2, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırki iddiada iddiaçı cavabdehlərdən öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi tələb etməli, bu mümkün olmadığı halda isə həmin əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi barədə iddia qaldırmalı idi. Lakin, iş materiallarına nəzər salarkən müəyyən olunmuşdur ki, mülkiyyətçi tərəfindən Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadığından, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(105)-209/2024 nömrəli mülki iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti düzgün əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Həmçinin, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Kontitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 213.1, 213.2, 214.1, 215.1, 215.2, 220.1-220.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülk i işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki qanunvericilik paylı mülkiyyətdə olan mənzilin bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, mənzilin naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Mənzilin naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payınının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyas ı mübahisəli mənzilin açıq hərracda satılmasını nəzərdə tutan Sumqayıt şəhər Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Cavabdeh1 himayəsində iki azyaşlı uşaqlarının olmasını və mübahisəli mənzilin onların yeganə yaşayış yeri olmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sübutlar və dəlillər ümumiyyətlə nəzərə alınmamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin qiymətləndirilməsi barədə ekspertiza təyin etmədən həmin mənzilin açıq hərracdan satılması barədə qətnamə qəbul etmişdir. Bu isə öz növbəsində Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələblərinin pozulması deməkdir. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə pa ylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
33. Maddə 220.1. Paylı m ülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mül kiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
37. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq m ünasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməməklə yuxarıda sadalanan normaların tələblərini pozub.
48. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər, qardaşdırlar və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı evin mübahisəli 24 saylı mənzili hər birinin payı 1/3 hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və hazırda tərəflər Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən, həmin mənzilin paylarına uyğun naturada bölünməsi və ya mənzildən paylarının ayrılması və paylarının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsi barədə razılığa gələ bilməmişlər.
49. Eyni zamanda, işdən görünür ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən, sözügedən mənzilin tərəflərin paylarına uyğun bölünməsi və ya ondan payların ayrılması açıq-aşkar məqsədəuyğun deyil.
50. Ona görə də iddiaçı, cavabdehlərə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri kimi onlar arasında hər birinin 1/3 paylarına mütənasib surətdə bölüşdürülməsini iddia edir.
51. Birinci instansiya məhkəməsində işə baxılarkən, Cavabdeh2 izahatında iddianı qəbul etsə də, digər Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, onun mübahisəli mənzildən çıxmağa imkanı yoxdur və öhdəsində iki azyaşlı övladı vardır. Aldığı aylıq əmək haqqı və mənzilə görə ödəniləcək kompensasiya məbləği ona özü üçün başqa yerdən mənzil almağa imkan vermir. Onan başqa heç b ir yerdə mülkiyyətində mənzili, torpaq sahəsi yoxdur, qardaşlarının isə hər birinin ayrıca mənzili, torpaq sahəsi və avtomobili vardır. Ona görə də iddianın rədd olunmasını xahiş edir.
52. Əvvəla, Mülki Məcəllənin 220-ci maddəsinin mənasına görə, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: a) Ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; b) Əşyadakı paya görə payın dəyərinin ödənilməsi; d) Əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
53. Göründüyü kimi, əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılmasına və satış pulunun paylara mütənasib surətdə paylı mülkiyyətçilər arasında bölüşdürülməsinə o, hallarda yol verilir k i, ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılmasına yol verilməsin və ayrılan payçıya digər payçılar tərəfindən payının dəyəri ödənilməsin.
54. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri kimi tərəflər arasında hər birinin 1/3 paylarına mütənasib surətdə bölüşdürülməsi nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməməklə, yuxarıda sadalanan normaların tələblərini pozub.
55. Düzdür, məhkəmə təcrübəsində qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli əşyanın açıq hərracdan satılması zamanı bazar dəyərinə uyğun ilkin satış qiymətinin göstərilib-göstərilməməsi ilə bağlı hakimlər ar asında fikir ayrılığı olsa da, bu məsələyə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli, 02/2024 saylı Qərardadı ilə artıq aydınlıq gətirilib.
56. Belə ki, həmin Qərardadın 59-cu bəndində göstərilir ki, mülki qanunvercilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulub (İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsi).
57. Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olmas ı barədə birbaşa göstəriş olmasa da, Mülki Məcəllədə bununla bağlı qadağanedici norma da yoxdur.
58. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
59. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına, eyni zamanda Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunverciliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı Qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növdəbə iş üzrə müvafiq ekspertiza təyin edilməklə mübahisəli mənzilin real bazar qiyməti müəyyən olunmalı və bundan sonra, sözügedən Qərardadda şərh edilən göstərişlərə əməl edilməklə, hazırkı iddia tələbinin əsaslılığına yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
61. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(105)-209 /2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.