Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1367/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1367/2025 Kateqoriya (açar sözlər): işin məhkəmə aidiyyəti (inzibati) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-201/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2010-cu ildə verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Cavabdeh adına 25 may 2009-cu ildə X1 Tibb İnstitutunun verdiyi “PHMİ 000044” saylı bakalavr diplomu Azərbaycan Respublikasında “050362- tarix müəllimliyi” ixtisas istiqamətinin “tarix müəllimi” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent (bərabər) olması təsdiq edilmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2- 1(114)-1696/2023 saylı qərarına əsasən Cavabdeh 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması ilə bağlı dövlət nümunə li diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 yanvar 2024-cü il tarixli 2-1(104)-96/2024 saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(114)-1696/2023 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına yazılmış “ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi” barədə 2010-cu il tarixl i “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2020-ci tədris illərində təhsil aldığını, lakin Elm və Təhsil Nazirliyi tərəfindən onun adına diplom blankının verilmədiyini əsas tutaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan Gəncə İnzibati Məhkəməsi “iddiaçının adına dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin qoyulması barədə” qərar çıxarmışdır. Qərardan apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə şikayət təmin edilməmişdir. İşə baxan məhkəmələrin hüquqi mövqeyi belə olmuşdur ki, Cavabdeh 2009cu ildə Gürcüstan Respublikasının Politexnik, Humanitar, Tibb İnstitutunun “tarix müəllimliyi” ixtisasını bitirmiş və ona “000003” qeydiyyat nömrəli, “PHİM 0000044” nömrəli diplom verilmiş, həmin diplomun tanınmasını təsdiq edən Nazirlik tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin qüvvədə olması iddiaçının adına diplom blankı verilməsi üçün əsasdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının diplomunun ekvivalentliyinin müəyyən edən şəhadətnamənin ləğvi və etibarsızlığı barədə sübut mövcud olmadığından iddia təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respulikasının Qanununun 29.0.21-ci maddəsində xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həy ata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir. Qanunvericiliklə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi bilavasitə Təhsil Nazirliyinin funksiyasına daxildir, hər hansı bir digər orqana belə bir səlahiyyət verilməmişdir. İddiaçının adına yazılmış şəhadətnamənin Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar görünür. Digər tərəfdən, iddiaçıya məxsus şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi və saxta olmasını iddiaçı tərəf etiraf etsə də, işə baxan məhkəmələr bu faktı nəzərə almamışlar.
6. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 saylı, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi hall arı əsaslandıra bilməmişdir. Cavabdeh Təhsil nazirinin imzası və Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlə təsdiqlənmiş ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamə verilmişdirsə və həmin sənədin alınması üçün cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi məhkəmə aktları ilə öz təsdiqini tapmırsa, həmin sənədi vermiş dövlət orqanına – Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (hal-hazırda “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi”) Cavabdeh etimadı qanunla qorunur. Xaricdə alınmış ali təhsil haqqında sənədin Azərbaycan Respublikasında tanınması üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının o zamankı Təhsil Nazirliyinə müraciətinin həmin inzibati orq anın hüquqi varisi olan halhazırkı Elm və Təhsil Nazirliyində aşkar edilməməsi həmin orqan tərəfindən cavabdehə verilmiş dövlət nümunəli rəsmi sənədin etibarsız hesab edilməsinə əsas ola bilməz.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 42 və 71-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.1, 32.2, 44.1 və 42.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli sənədin verildiyi göstərilən tarixdə (2010-cu ildə) qüvvədə olmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.4, 1.6, 1.7, 2.3 və 4.1-ci bəndlərinə, “Avropa regionunda ali təhsil sahəsində ixtis asların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa (xx.xx.1997) istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin əsas vəzifəsi kimi göstərilmişdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması dedikdə, xarici d övlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramını uğurla başa vurmasını təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikası ərazisində qüvvədə olmasını təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bundan başqa, tərəflərin tələb və etirazlarını əsaslandıran ha lların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, eləcə də cavabdehin həmin şəhadətnamənin necə əldə etməsini araşdırmaqdan imtina edərək, nəticədə formal əsaslarla qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə 2010-cu ildə fəaliyyət göstərən Təhsil Nazirliyi ilə hazırkı Elm və Təhsil Nazirliyini fərqli orqanlar kimi qeyd edərək bildirmişdir ki, cavabdeh sənədlərini Təhsil Nazirliyinə təqdim etsə də, həmin sənədlərin Elm və Təhsil Nazirliyində aşkar edilməməsi cavabdehin təqsiri kimi qəbul edilə bilməz. Lakin cavabdeh tərəfindən sənə dlərin Nazirliyə təqdim edilməsi barədə işdə hər hansı bir sübut mövcud deyildir. İşə baxan məhkəmə cavabdehin adına qanunsuz yolla əldə edilmiş şəhadətnamənin həqiqi olub-olmamasını araşdırmamış, eləcə də Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şəhadətnamənin saxta olmasına dair cinayət işinin mövcudluğuna da əhəmiyyət verməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə sübut olunur ki, cavabdeh ümumiyyətlə ixtisasın tanınmasına dair Təhsil Nazirliyinə müraciət etməmişdir. Lakin məhkəmə qətnamədə qeyd edir ki, şəhadətnamədən görünür ki, Təhsil naziri həmin şəhadətnaməni imzalamış və nazirliyin gerbli möhürü ilə təsdiq etmişdir. Məhkəmə bilməlidir ki, saxta sənədi düzəldən şəxs onu həqiqi sənədə oxşatmaq məqsədilə ona imza və möhür vur malıdır. Məhkəmənin məntiqinə görə, istənilən şəxs saxta sənəd əldə etməklə, heç bir məsuliyyəti olmadan ondan istifadə etmək hüququna malik ola bilər. İşə baxan məhkəmə saxta sənədi əldə etmək və ondan istifadə edən şəxsin əməlində cinayət tərkibinin olduğunu bilə-bilə cavabdehin məsuliyyətdən yayınmasına şərait yaratmışdır.
11. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, ümumiyyətlə hazırkı işə mülki qaydada baxıla bilməz. Belə ki, mübahisələndirilən şəhadətnamə inzibati aktdır. İnzibati orqanın həmin aktı özünün ləğv etmək səlahiyyəti vardır. Bu baxımdan hazırkı işə yalnız inzibati icraat çərçivəsində baxıla bilərdi. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(104)-201/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-651/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş və iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
13. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Elm və Təhsil Nazirliyi Cavabdeh adına yazılmış “ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi barədə” 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab olun ması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisələndirilən sənədin formal tələblərə uyğunluğuna baxmayaraq həmin sənədin Təhsil Nazirliyi tərəfindən verilməsinə şübhələr olduğunu - belə ki, diplomun tanınması ilə bağlı cavabdehin müraciətinin Təhsil Nazirliyinə daxil olmadığını, bununla belə, mübahisələndirilən sənədin qanunsuz olmasını təsdiq edən məhkəmə aktının hələlik mövcud olmadığını bildirmişdir.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Elm və Təhsi l Nazirliyi “ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi” barədə 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduğu halda, mülki məhkəmədə iddia qaldırmış, Kəlbəcər Rayon Məhkəməsi isə əsassız olaraq həmin işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
15. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1, 33.1 və 33.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(104)-201/2025 nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, şəhadətnamə inzibati akt olmadığından iddia tələbinə inzibati icraat qaydasında baxılmasının hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyas ı işə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
20. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.
21. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
22. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati orqanların Təsnifatı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı
23. Bənd
9. Azərbaycan Respublikasının Təhsilı Nazirliyi inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı
24. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin pu blik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 15 3.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
26. Bənd
17. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilmək lə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrin normaları, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarın tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Elm və Təhsil Nazirliyi “ali təhsil sahəsində ixtisasın ekvivalentliyinin müəyyən edilməsi ” barədə cavabdehin adına olan 2010-cu il tarixli “003058” qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduğu halda, düzgün olmayaraq mülki məhkəmədə iddia qaldırmış, Kəlbəcər Rayon Məhkəməsi isə əsassız olaraq həmin işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir.
40. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-201/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.