Məhkəmə qərarları › İş №2(102)-1368/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1368/2022

06.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1368/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh1 qarşı ilkin; Cavabdeh1 Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2455/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14.03.1991-ci il tarixli, 27/7 saylı orderlə Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzili Cavabdeh1 3 nəfər ailə tərkibində verilmişdir.

2. İlkin iddia üzrə iddiaçı bildirir ki, cavabdeh həmin mənzildə birgəyaşayış qaydalarını pozduğuna görə yaşayış sahəsində çıxarılmalıdır.

3. Qarşılıqlı iddiaçı bildirir ki, mənzilin əsas kirayəçisi hesab olunur. Bununla belə ailə münaqişəsi zəmnində o, hazırda həmin mənzilə buraxılmır, faktiki olaraq anasına məxsus başqa ünvanda yaşayır. Buna görə də, onunla hələ 2015-ci ildə qızı Səmayə arasında məhkəmə çəkişməsi olmuş, son nəticədə onun iddiası qismən təmin edilərək həmin mənzilə köçürülməsi qət edilmişdir. Buna baxmayaraq mənzilə köçürülməsi təmin olunmamışdır. Hazırda P.Tağıyevaya qarşı iddia qaldıraraq sözügedən mənzilə köçürülməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 21, mənzil 19-da yerləşməklə sahəsi 31,35 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi Cavabdeh1dur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah ləğv edilmiş və o, yetkinlik yaşlarına çatmış uşaqları 19.07.1991-ci il təvəllüdlü X1 və 04.03.2001-ci il təvəllüdlü X8 oğlu ilə mübahisəli mənzildə pasport qeydiyyatındadırlar və yaşayırlar. Cavabdeh ona və uşaqlarına mübahisəli mənzildə yaşamağa imkan vermir, spirtli içkilər qəbul etməklə evə gəlir, dava-dalaş qaldırır, onun və uşaqlarının həyatı üçün təhlükəyə çevrilir. Belə ki, cavabdeh dəfələrlə yaşadıqları mənzildə birgə yaşayış qaydalarını pozmaqla içkili vəziyyətdə evə gəlmiş, evdə olan əşyaları sındırmış, mənzildə dağıntı törətmiş, hətta qeyri normal hərəkətlərə yol verməklə ona və uşaqlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Cavabdeh bu səbəbdən dəfələrlə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, orada stasionar müalicələr almış, lakin bu müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdeh demək olar ki, daimi içkili vəziyyətdədir, artıq küçələrdə əyyaşlıq edən bomja çev rilməklə günlərlə evə gəlmir, gəldikdə isə yaşadığıqları mənzili dağıdır və onlara maddi, mənəvi ziyan yetirir, mənzildə antisanitar vəziyyət yaradır, onları xəstəliklərə yoluxma təhlükəsində qoyur. O, cavabdehin bu hərəkətlərindən psixi sarsıntı keçirirlər, çünki içkili vəziyyətdə öz hərəkətlərini idarə edə bilməyən cavabdeh hətta bir neçə dəfə mənzili yandırmağa da çalışmış, lakin onlar bunun qarşısını ala bilmişlər. Bu insan nəinki bır ailə üçün, hətta yaşadıqları bina sakinləri üçün də bir təhlükəyə çevrilmişdir. Cavabdehə həkim tərəfindən alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu» diaqnozu qoyulmuşdur, bu cür xəstə bir insanla bir mənzildə yaşamaq mümkünsüzdür, ona görə də cavabdeh mənzildən çıxarılmalıdır. Cavabdehlə mübahisəli mənzildə 1991-ci ildən y aşayır və buna görə də Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hazırki münasibətlərin yaranması zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən cavabdeh birgə yaşayış qaydalarını pozduğu və onunla birlikdə bir mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydalarına zidd əməllərə yol verdiyi və bu qanunsuz hərəkətlərindən nəticə çıxarmadığı, yaşadığı mənzili mütəmadi olaraq korladığı üçün başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdır.

6. Cavabdeh1 Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının ona qarşı irəli sürdüyü birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinin rədd edilməsi, onun Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 21, mənzil 19-da yerləşməklə sahəsi 31,35 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi Cavabdeh1dur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah ləğv edilmiş və o, yetkinlik yaşlarına çatmış uşaqları 19.07.1991-ci il təvəllüdlü X1 və 04.03.2001-ci il təvəllüdlü X8 oğlu ilə mübahisəli mənzildə pasport qeydiyyatındadırlar və yaşayırlar. Cavabdeh ona və uşaqlarına mübahisəli mənzildə yaşamağa imkan vermir, spirtli içkilər qəbul etməklə evə gəlir, dava-dalaş qaldırır, onun və uşaqlarının həyatı üçün təhlükəyə çevrilir. Bel ə ki, cavabdeh dəfələrlə yaşadıqları mənzildə birgə yaşayış qaydalarını pozmaqla içkili vəziyyətdə evə gəlmiş, evdə olan əşyaları sındırmış, mənzildə dağıntı törətmiş, hətta qeyri normal hərəkətlərə yol verməklə ona və uşaqlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Cavabdeh bu səbəbdən dəfələrlə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, orada stasionar müalicələr almış, lakin bu müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdeh demək olar ki, daimi içkili vəziyyətdədir, artıq küçələrdə əyyaşlıq edən bomja çevrilməklə günlərlə evə gəlmir, gəldikdə isə yaşadığıqları mənzili dağıdır və onlara maddi, mənəvi ziyan yetirir, mənzildə antisanitar vəziyyət yaradır, onları xəstəliklərə yoluxma təhlükəsində qoyur. O, cavabdehin bu hərəkətlərindən psixi sarsıntı keçirirlər, çünki içkili vəziy yətdə öz hərəkətlərini idarə edə bilməyən cavabdeh hətta bir neçə dəfə mənzili yandırmağa da çalışmış, lakin onlar bunun qarşısını ala bilmişlər. Bu insan nəinki bır ailə üçün, hətta yaşadıqları bina sakinləri üçün də bir təhlükəyə çevrilmişdir. Cavabdehə həkim tərəfindən alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu» diaqnozu qoyulmuşdur, bu cür xəstə bir insanla bir mənzildə yaşamaq mümkünsüzdür, ona görə də cavabdeh mənzildən çıxarılmalıdır. Cavabdehlə mübahisəli mənzildə 1991-ci ildən yaşayır və buna görə də Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hazırki münasibətlərin yaranması zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən cavabdeh birgə yaşayış qaydalarını pozduğu və onunla birlikdə bir mənzildə ya şayan şəxslərin mənzildən istifadə qaydalarına zidd əməllərə yol verdiyi və bu qanunsuz hərəkətlərindən nəticə çıxarmadığı, yaşadığı mənzili mütəmadi olaraq korladığı üçün başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 23 aprel 2021-ci il tarixli, 2(060)-1135/2021 nömrəli qətnaməsi ilə Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh1 qarşı birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, Cavabdeh1 Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunaraq Cavabdeh1 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Resp ublikasının Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə və MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 01 oktyabr 2021-ci il tarixli, 2(105)-2455/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1135/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 mənzilin kirayəçisi olsa da, həmin mənzildə yox, anasına məxsus mənzildə yaşamaq məcburiyyətindədir. Başqa sözlə, onun iddia edildiyi kimi mübahisəli mənzildə birgəyaşayış qaydalarını mütəmadi olaraq pozması halı inandırıcı görünmür. Digər tərəfdən, işdən göründüyü kimi bundan əvvəl də, Cavabdeh1 və digər ailə üzvləri arasında anoloji məhkəmə mübahisəsi olmuş və həmin halda da onun mübahisəli mənzilə də yaşamaq hüququ təsdiq edilərək o, mənzilə köçürülmüşdür. Hazırda mübahisə tərəfləri dəyişsə də, predmet eynilik təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Pərvanə Tağıyeva kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməs i AR Mənzil Məcəlləsinin 97-ci maddələrinə istinad edərək göstərmişdir ki, əgər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr, yaxud sosialist birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Lakin məhkəmə bu maddəyə istinad edərkən AR MPM-nin normalarını p ozaraq maddi hüquq normalarının düzgün tətbiq etməmiş, tərsinə tətbiq etmişdir. Belə ki, mənzildən çıxarılma üçün məhkəmənin qətnamədə göstərdiyi hallar hamısı mövcuddur, yəni cavabdeh bütün qaydaları pozur və həmin maddəyə əsasən də o mənzildən çıxarılmalı idi. Cavabdeh mənzildə yaşamasa da ailə üzvü kimi onun mənzilə istifadə hüququ, qeydiyyatı qalıb və o, bundan istifadə edib tez-tez sərxoş halda mənzilə hücum edir. O, hələ mənzildə yaşamadığı halda bunları edirsə, onda yaşasa nə olar? Fakt odur ki o bütün o cinayətkar hərəkətləri edibsə onun mənzilin içində olub olmamasının, müəyyən müddət burada yaşamamasının bir fərqi yoxdur. Məhkəmə bir psixi xəstənin mənzilə köçürülməsinin neçə insanın həyatı üçün real təhlükə olduğunu nəzərə almamışdır. Beləliklə məhkəmə AR MPM-nin 418-ci maddəsin in tələbini pozaraq maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, o, Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının qanunsuz əməllərinə görə illərdir mübahisəli mənzildə yaşamır. Necə ola bilər ki, yaşamadığı mənzildə birgəyaşayış qaydalarını pozsun. Kassasiya şikayətində qeyd olunmuş mülahizələr isə formal mülahizələrdir və hər hansı hüquqi əsası olmaması ilə bərabər apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Tətbiq edilən hüquq. 01 oktyabr 2009-cu il tarixi nədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

16. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

17. Maddə

53. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikd irlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

18. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiy arına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Maddə

97. Əgər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr, yaxud sosialist birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 26. 14.03.1991-ci il tarixli, 27/7 saylı orderin surətindən görünür ki, həmin order Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçmək üçün Cavabdeh1 3 nəfər ailə tərkibində verilmişdir. 27. 11 saylı MKS tərəfindən verilmiş 655 nömrəli, 29.04.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadır.

28. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7247/2015 saylı, 26.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 X3 qarşı iddiası təmin edilm iş, X2 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi və iddiaçı Cavabdeh1 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

29. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 255/2016 saylı, 14.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 26.08.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2315/2016 saylı, 31.05.2016-cı il tari xli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14.01.2016-cı il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyilşdirilmədən saxlanılmışdır.

31. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 14.03.1991-ci il tarixli, 27/7 saylı orderlə Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzili Cavabdeh1 3 nəfər ailə tərkibində verilmişdir. Başqa sözlə, o, həmin mənzilin əsas kirayəçisi hesab olunur. Bununla belə ailə münaqişəsi zəmnində o, hazırda həmin mənzilə buraxılmır. Buna görə də, onunla hələ 2015-ci ildə qızı Səmayə arasında məhkəmə çəkişməsi olmuş, son nəticədə onun iddiası qismən təmin edilərək həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda ə sas mübahisə tərəfləri Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı ilə Cavabdeh1dur. Pərvanə Tağıyeva yuxarıda qeyd edildiyi əsaslarla Cavabdeh1 mübahisəli mənzildən çıxarılmasını, Cavabdeh1 isə bu dəfə ona qarşı iddia qaldıraraq həmin mənzilə köçürülməsini tələb edir. İşdən həmçinin o da bəlli olur ki, X6 Baytevin mübahisəli mənzildən çıxarılmasını tələb etsə də, sonuncu faktiki olaraq həmin mənzildə yox, anasına məxsus başqa ünvanda yaşayır. Cavabdeh1 iddiasına görə Pərvanə Tağıyeva onu mənzilə buraxmır.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna daxildir. Başqa sözlə, özəlləşdirilməmişdir, xüsusi mülkiyyətdə deyildir. Mənzilin mövcud order əsasında əsas kirayəçisi Cavabdeh1 hesab olunur. Pərvanə Bayteva onun keçmiş arvadı, orderdə adı olan şəxsdir. Mənzilə order 14.03.1991-ci ildə verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 1991-ci ildən yarandığı üçün mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir.

33. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də, hazırki mübahisə tərəfləri arasında ailə münasibətləri pozulsa da və bu səbəbdən də artıq ailə üzvü hesab edilməsələr də, yaşayış sahəsində yaşamaqda davam etdiklərindən, mənzilə dair eyni hüquq və vəzifələrə malikdirlər. Bununla belə, qanunverici birgəyaşayış qaydalarını mütəmadi pozmaqla bağlı tədbirlər də nəzərdə tutmuşdur.

34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, Cavabdeh1 mənzilin kirayəçisi olsa da, həmin mənzildə yox, anasına məxsus mənzildə yaşamaq məcburiyyətindədir. Başqa sözlə, onun iddia edildiyi kimi mübahisəli mənzildə birgəyaşayış qaydalarını mütəmadi olaraq pozması halı inandırıcı görünmür. Digər tərəfdən, işdən göründüyü kimi bundan əvvəl də, Cavabdeh1 və digər ailə üzvləri arasında analoji məhkəmə mübahisəsi olmuş və həmin halda da onun mübahisəli mənzilə də yaşamaq hüququ təsdiq edilərək o, mənzilə köçürülmüşdür. Hazırda mübahisə tərəfləri dəyişsə də, predmet eynilik təşkil edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsini n qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq m əhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.)

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətin ə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir k i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2455/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar