Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1368/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh lər Cavabdeh1, Cavabdeh2, X3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-198/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(114)-2276/2021 nömrəli qərarına əsasən, Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, iddiaçı X4 xüsusi nülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 21(104)-451/2022 nömrəli qərarına əsasən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı X4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və X5) qarşı ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. 3. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X10 ona məxsus ünvan 2 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmışdır. 4. 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində ünvan 2 ünvanlı daşınmaz əmlakın X10 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə satılması barədə olan, 4-Ə-769 nömrə ilə reyestr kitabında qeydə alınmış notariat işinin materiallarında olan sənədlərə əsasən, həmin müqavilə qeydə alına rkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar.
5. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 240 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüququnun itirilmiş hesab ed ilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi vəkili Nümayəndə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələr verərək, Cavabdeh3 qarşı tələblərindən imtina etmiş, Abdullayeva(Əsədova) Maral Rafiq qızının isə cavabdeh kimi işdə iştiraka cəlb edilməsini, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abdullayeva(Əsədova) Maral Rafiq qızının Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 10 mənzil 15 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilini əldə etmişdir. Qeydiyyatda olan Cav abdeh1, Cavabdeh2 və Cavabdeh3 evin köhnə mülkiyətçilərinin qohumlarıdır və onunla heç bir münasibətləri yoxdur. Mənzili alarkən həmin əmlakda heç kəs yaşamamışdır. Müqavilə bağlanarkən qeydiyyatda olan şəxslər barəsində arayışda cavabdehlərin adları qeyd olunmamışdır. Hazırkı iddia tələbi ilə müraciət etməmişdən əvvəl Gəncə İnzibati Məhkəməsində cavabdeh Gəncə şəhər Baş Polis idarəsininı üzərinə 3-cü şəxslər X6, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmalarının öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etsə də, iddiası rədd olunmuşdur. Həmin işə baxılarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyul 2007-ci il tarixli, 1mk 1077/07 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin mübahisələndirilən mənzildən istifadə hüquqlarının olması müəyyən edilmişdir. Ona görə də iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququ əldə etsə də, həmin əmlakı üçüncü şəxslərin məhdud əşya hüququ, istifadə hüququ ilə yüklü əldə etmişdir. Cavabdehlər mənzildən istifadə hüququ əldə etmiş olsalar belə, bunun ona hər-hansı bir aidiyyəti yoxdur. Belə ki, mənzili alarkən cavabdehlər nə həmin mənzildə qeydiyatda olmuşlar, nə də ki faktiki olaraq orda yaşamışlar. X11 Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarına əsasən icraya dönüş edildikdən sonra həmin mənzilə qeydiyyata düşmüşlər. O, vicdanlı alıcı kimi mənzil almışdır. Cavabdehlərin hər-hansı bir tələbi olsa da, onlar bunu mənzilin köhnə mülkiyətçisindən tələb edə bi lər. Cavabdehlər bu gündə həmin mənzildə yaşamırlar və mənzilin bir otağını zəbt edib başqa şəxslərə kirayə veriblər.
7. Cavabdeh2 bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. 10 il bundan əvvəl 4 sot torpaq alıb, pandemiya dövründə pulu olmamış və satmışdır. Onun başqa yaşayış yeri yoxdur. Mənzilin əvvəlki mülkiyyətçisi X10 ilə iddiaçı qohumdurlar və iddiaçı həmin mənzillə bağlı mübahisənin olduğunu bilirdi. Sonda cavabdeh irəli sürülən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh X9 məhkəməyə gəlməmiş, məhkəmədə onu nümayəndəsi Vəkil2 təmsil etmiş, Vəkil2 digər Cavabdeh2 izahatında qeyd edilən xüsusatlara uyğun olan izahat vermiş, sonda X3 qarşı irəli sürülən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. G əncə Şəhər Məhkəməsinin (hakim Ə.İ.Məmmədov) 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, ünvan 3 ünvanlı mənzilin əvvəlki mülkiyyətçisi X4 iddiası əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(114)-2276/2021 nömrəli qərarı ilə Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2, iddiaçı X4 xüsusi nülki yyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur. Cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılmalarından sonra, yəni, xx.xx.2022-ci il tarixdə X10 həmin mənzili İddiaçı satmışdır. Həmin müqavilə 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2022- ci il tarixdə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. Həmin mənzillə bağlı xx.xx.2022-ci il tarixli əqdin bağlanmasından sonra, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)- 451/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı X4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (ü çüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və X5) qarşı ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Nəticə etibarı ilə cavabdehlərin ünvan 2 ünvanlı mənzilə istifadə hüquqları bərpa edilmişdir. Hazırki vəziyyətdə iddiaçı mənzilin yeni mülkiyyətçisidir, cavabdehlər isə onun ailə üzvləri deyillər.
11. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanmaqla hesab etmişdir ki, iddiaçının ünvan 2 ünvanlı mənzili alqı satqı əqdi əsasında əldə edərkən həmin əmlakın cavabdehlərin istifadə hüququları ilə yüklü olmaması fakt kimi təsdiq olunandır.
12. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində ünvan 2 ünvanlı daşınmaz əmlakın X10 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə satılması barədə olan 4-Ə-769 nömrə ilə qeydə reyestr kitabında qeydə alınmış notariat işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. Yəni, iddiaçı həmin mənzili alqısatqı əqdi ilə əldə edərkən, həmin mənzil cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır. Belə halda, iddiaçı ilə heç bir qohumluq münasibəti olmayan cavabdehlərin həmin mənzilə sonradan bərpa edilən istifadə hüquqlarının itirilmiş hesab edilməməsi iddiaçının Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarının pozulması anlamına gələr.
13. İddiaçının ünvan 2 ünvanlı daşınmaz əmlakı X1 xx.xx.2022-ci il tarixdə alqı satqı əqdi ilə əldə edərkən, həmin mənzilin cavabdehlərin istifadə hüquqları ilə yüklü olmadığını və cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqlarının xx.xx.2022-ci il tarixli alqı satqı əqdindən sonrakı tarixdə bərpa edilməsinin işin faktiki halları kimi müəyyən edildiyini önəçəkən məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının bu hallara tətbiqindən yaranan nəticəyə görə irəli sürülən iddia qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.5, 158.3 maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 81, 217.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən narazı qala n cavabdeh X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(114)-451/2022 nömrəli qərarı əsasında pasport qeydiyyatı bərpa edilmişdir. Mübahisəli mənzilə pasport qeydiyyatının bərpa edilməsi istifadə hüququnun olmasıdır. İddiaçı mübahisəli əmlakı alan zaman mənzilə baxış keçirməmişdir. Həmin mənzil 2 otaqdan ibarət olsa da, 30 ildən çox müddətdir ki mənzil faktiki olaraq 2 hissəyə bölünüb və otağın biri iddiaçının istifadəsində olmaqla rəsmi ünvana açılan qapıdan istifadə edir. Mənzilin otaqlar kərpic hörgü ilə ayrılmış şdır. Bir otaqdan digər otağa keçid üçün qapı yoxdur. Nəcəf Hüseynov onlar arasında mənzil mübahisəsi olmasından xəbərdar olmuş və onun əvvəlki mülkiyyətçi ilə qohumluq münasibətləri vardır.
18. Cavabdeh2 (eləcədə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mabahisəli ev iki otaqdan ibarətdir və hər birinin ayrıca giriş-çıxışı var. Otağın birinin açarı ondadır və uşaqları ilə birlikdə həmin otaqda yaşayır. Qızı Lalə bəzən işi ilə bağlı Türkiyə Respublikasına gedibgəlir, gələndə isə onunla birlikdə həmin evdə qalır.
19. Cavabdeh X2 etibarnamə üzrə nümayə ndəsi (vəkil) Vəkil2 da Cavabdeh2 (eləcədə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsidir) eyni məzmunlu izahat verdikdən sonra cavabdeh X3 münasibətdə qətnamənin ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, alqı-satqı əqdi bağlanılarkən ev boş alınıb, cavabdehlər isə sonradan həmin mənzilə köçmüşlər. Cavabdeh Maral Abdullayeva Türkiyə Respublikasında oturaq izni alıb və həmin ölkədə yaşayır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıl masını xahiş etmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev, M.Ə.Mustafayev) xx.xx.2025-cü il tarixli 2(104)198/2025 nömrəli qətnaməsi ilə cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh Abdullayevə (Əsədova) Maral Rafiq qızının İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması” hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq mövqeyini belə əsaslandırmışdır ki,, mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi, yəni X10 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavcabdehlər Cavabdeh1, Abdullayeva (Əsədova) Maral Rafiq qızı və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci tarixli, 2-1(114)-2276/2021 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021ci tarixli, 2-1(114)-2276/2021 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyul 2007-ci il tarixli, 1mk1077/07 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2005-ci il tarixli qətaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X7 Cavabdeh2 qarşı uşaqları ilə birgə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2005-ci il tarixli qətaməsinın icrasının geriyə dönüşü edilməsi, Cavabdeh2, Cavabdeh1 və X2 Gəncə şəhəri, D.Qorqud küçəsi, 10 saylı evin, 15 saylı mənzilinə pasport qeydiyyatlarının bərpa edilməsi qət olunmuşdur.
23. Gəncə İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarix li 8-1(114)-02/2023 nömrəli qərardadı ilə də Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci tarixli, 2-1(114)2276/2021 nömrəli qərarının icrası nəticəsində ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılmış Cavabdeh1, X9 və Cavabdeh2 yenidən ünvan 5 ünvanında qeydiyyata alınmışlar.
24. Mübahisəli əmlakın hazırkı yeni mülkiyyətçisi də cavabdehlərin pasport qeydiyyatından çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(114)-673/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 oğlunun ünvan 6 ünvanından pasport qedydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməmiş, bu səbəbdən də cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab o lunmasına dair məhkəməyə müraciət olunmuşdur.
25. İşə baxan birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə, eləcədə digər cavabdehlərə münasibətdə iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin mənzili alqı-satqı əqdi ilə əldə edərkən həmin mənzil cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır. Belə halda iddiaçı ilə heç bir qohumluq münasibəti olmayan cavabdehlərin həmin mənzilə sonradan bərpa edilən istifadə hüquqlarının itirilmiş hesab edilməməsi iddiaçının Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarının pozulması alnamına gələr. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, işin yuxarıda qeyd olunan bu halı cavabdeh Maral Abdullayevaya münasibətdə (qətnamə mübahisələndirilə n hissədə) istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz.
26. Belə ki, işdə olan və qanuni qüvvəsini almış məhkəmə qərarlarından müəyyən etmək olur ki, X2 Gəncə şəhəri, D.Qorqud küçəsi 10 nömrəli evin 15 saylı mənzilinə istifadə hüququ yaranmışdır. İşin qeyd olunan bu halı iddiaçının özünün verdiyi iddia ərizəsində də qeyd olunmuşdur. Sonuncunun mübahisəli mənzildən istifadə hüququ iki dəfə məhkəmə qətnaməsi ilə itirilmiş hesab olunsa da, lakin hər iki halda yuxarı məhkəmə tərəfindən həmin qərarlar ləğv edilmiş və cavabdeh təkrar mübahisəli mənzilə qeydiyyata alınmışlar.
27. Həmçinin müəyyən olunur ki, mübahisəli mənzil iki otaqdan ibarətdir və otaqların hər birinin ayrı-ayrılıqda giriş-çıxışı var. Bir otaq İddiaçı, digər otaq isə cavabdehlərin faktiki istifadəsindədir. İddia çı cavabdehlərin mübahisəli mənzildə yaşamamasını qeyd etsə də, lakin onun bu dəlili sübut olunmur. Belə ki, mənzilin bir otağının açarı Cavabdeh2 olmaqla cavabdehlər həmin otaqdan istifadə edirlər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da müəyyən olunur ki, cavabdeh Maral Abdullayeva müəyyən vaxtlarda, yəni müvəqqəti Türkiyə Respublikasına gedib-gəlir. Türkiyə Respublikasından gələn zaman da anası Cavabdeh2 ilə birlikdə mübahisəli mənzildə qalır.
28. Cavabdeh X2 Gəncə şəhəri, D.Qorqud küçəsi 10 nömrəli evin 15 saylı mənzilinə istifadə hüququ yaranmışdır və həmin hüququn itirilməsi üçün hazırda heç bir hüquqi əsas yoxdur. Həmin hüquqa bazar qiymətinə uyğun müvafiq kompensasiya verilməklə xitam verilə bilər.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasın ın 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 228.1, 228.2, 228.4-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 87.2, 88, 124.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsininxx.xx.2025-ci il tarixli 2(104)-198/2025saylı qətnaməsini ləgv edib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadığı halda işi yenidən təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 228.2. 228.4-cü maddələrinə əsaslanaraqa cavabdeh Abdullayevə (Əsədova) Maral Rafiq qızının həmin mübahisəli mənzildən istifadə hüquqlarının olması qənaətinə gəlmişdir. Lakin məhkəmə iddiaçının ünvan 2 ünvanlı daşınmaz əmlakı X1 xx.xx.2022-ci il tarixdə alqı satqı əqdi ilə əldə edərkən, həmin mənzilin cavabdehlərin istifadə hüquqları ilə yüklü olmadığını və cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqlarının xx.xx.2022-ci il tarixli alqı-satqı əqdindən sonrakı tarixdə bərpa edilməsini, yəni iddiaçı bu məsəslə ilə bağlı vicdanlı olmuşdur. Mülki Məcəllənin 158.3-cü maddəsində qeyd edilir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına mü nasibətdə vicdanlı olsun. Məhkəmə iddianı bü hissadə rədd etməklə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçiya münasibətdə hər-hansı bir qohumluğu yoxdur. Cavabdehin istifadə hüququ köhnə mülkiyətçilərə münasibətdə olmuşdur. Bu baxımdadan da hesab edirlər ki, məhkəmə adı çəkilən maddi hüquq normalarına tələblərini pozmuş, həmçinin işin hallarına düzgün, yəni kassasiya şikayətinin 6-cı paraqrafında göstərilən səbəblərə görə qiymət verməmiş, bununlada həmin maddi hüquq normalarının tələblərini pozmuşdu.
32. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran fak tların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazrki iş üzrə məhkəmə işdə olan sübutlara, düzgün qiymət verməmişdir. Mülki işə əlavə edilən sübutlarla tam təstiq olunur ki, iddiaçı mübahisəli mənzili X1 xx.xx.2022-ci il tarixdə alqı satqı ilə əldə etmiş və o həmin mənzili əldə edərkən həmin mənzili cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır və iddiaçının həmin yüklülükdən xəbəri olmamışdır. İş materiallarında olan, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində ünvan 2 ünvanlı daşınmaz əmlakın X10 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə satılması barədə olan 4-Ə-769 nömrə ilə reyestr kitabında qeydə alınmış notariat işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, həmin müqavilə qeydə alınarkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 yaşa yış yeri üzrə həmin ünvanda qeydiyyatda olmamışlar. Yəni, iddiaçı həmin mənzili alqısatqı əqdi ilə əldə edərkən, həmin mənzil cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır. Belə halda, iddiaçı ilə heç bir qohumluq münasibəti olmayan cavabdehlərin həmin mənzilə sonradan bərpa edilən istifadə hüquqlarının itirilmiş hesab edilməməsi iddiaçının Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarının pozulması anlamına gələr. Digər bir məsələ də ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, Abdullayeva(Əsədova) Maral Rafiq qızı uzun müddətdir ki, Türkiyədə yaşayır, orda ərə gedib. Bu halı məhkəmə prossesi zamanı onun nümayəndəsi olan anası Cavabdeh2 da etiraf etmişdi. Buna görə məhkəmə xx.xx.2025-ci il tarixə təxirə salınmışdı. Lakin həmin prossesdə artıq vəkillə birlikdə iştirak edən Cavabdeh2 bildirdi ki, guya o səhv başa düşüb, qızı ərə getməyib, bu da ki inandırıcı deyil. Bu baxımdan da hesab edir ki, məhkəmə tərəfindən göstərilən prossesual hüquq normalarının tələbləri pozulmuşdur.
33. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1,152.5, 158.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9,14.1, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyy ətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik s ahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq nortmalarının tələbinə cavab vermir.
43. Belə ki, işin mübahisəsiz halıdır ki, iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, mübahisə predmeti olan mənzili satıcı X1 almışdır və mənzil hazırda da İddiaçı mülkiyyətindədir.Alqı-satqı müqaviləsi bağlanan tarixdə iş üzrə cavabdeh X9 mənzildə qeydiyyatda olmamışdır.Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mənzili alarkən cavabdehlər nə həmin mənzildə qeydiyyatda olmuş, nə də ki, faktiki olaraq orada yaşamışlar.
44. Apellyasiya məhkəməsi yuxarıdakı bənddə qeyd edilənlər də nəzərə alınmaqla İddiaçı a lqı-satqı müqaviləsi bağlanarkən mənzilin digər şəxslərin hüquqları ilə yüklü olmasına münasibətdə vicdanlı olub-olmamasını tərəflərlə müzakirə etməklə kifayət qədər araşdırmamış və hüquqi dəyərləndirmə aparmamışdır.
45. Nəzərə alınmalıdır ki, hər hansı bir şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmasının məhkəmə qərarı ilə müəyyən edilməsi, həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edən yeni mülkiyyətçinin əldə etdiyi sahənin digər şəxslərin hüquqları ilə yüklü olmasını bilməməsini, yəni vicdanlı olmasını istisna etmir. Şəxs mənzilə mülkiyyət hüququnu əldə edərkən mənzilin digər şəxslərin hüquqları ilə yüklü olduğunu bilməmişsə və bilməli deyildirsə əldə edən şəxsin hüquqları qorunmalı, onun mülkiyyətindən maneəsiz istifadə etməsi təmin edilməlidir.
46. Apellyasiya məhkəməsi qe yd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da müəyyən olunur ki, cavabdeh Maral Abdullayeva müəyyən vaxtlarda, yəni müvəqqəti Türkiyə Respublikasına gedib-gəlir. Türkiyə Respublikasından gələn zaman da anası Cavabdeh2 ilə birlikdə mübahisəli mənzildə qalır.
47. Kassasiya şikayətinin dəlillərindən biri kimi isə qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Abdullayeva(Əsədova) Maral Rafiq qızı uzun müddətdir ki, Türkiyədə yaşayır, orda ərə gedib. Bu halı məhkəmə prossesi zamanı onun nümayəndəsi olan anası Cavabdeh2 da etiraf etmişdi. Buna görə məhkəmə xx.xx.2025-ci il tarixə təxirə salınmışdı. Lakin həmin prossesdə artıq vəkillə birlikdə iştirak edən Cavabdeh2 bildirdi ki, guya o səhv başa düşüb, qızı ərə getməyib, bu da ki inandırıcı deyil.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızının Türkiyə Respublikasında daimi deyil, müvəqqəti əsaslarla yaşamasını kifayət qədər əsaslandıra bilməmiş, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan cavabdeh X8 Respublikasına müvəqqəti gedib-gəldiyinin necə müəyyən olunduğunu inandırıcı şəkildə izah edə bilməmişdir.
49. Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbi yuxarıda göstərilən qaydada pozulduğu üçün maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.
50. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
52. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübah isə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
53. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
54. Yuxarıda qeyd edilənlərə görə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 yanvar 2025-ci il tarixli 2(104)-198/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 6 yanvar 2025-ci il tarixli 2(104)-198/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.