Məhkəmə qərarları › İş №2(102)-1369/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1369/2020

11.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1369/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı2 və vəkili X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: GRаyоn Məhkəməsinin (hakim İbrahim Fəttahov) 05 mаrt 2018-ci il tаrixli qətnaməsi ilə iddiаçılаr İddiaçı1 qızının və İddiaçı2 qızının cаvаbdehlər Cavabdeh1 оğ lunа, Cavabdeh2оğlunа və Cavabdeh3оğlunа qаrşı mirаsın qəbul edilməsinin müəyyən edilməsi və mirаs əmlаkdа qаnun üzrə vərəsələrin pаylаrının müəyyən edilərək əmlаkın qаnun üzrə vərəsələr аrаsındа bölünməsi bаrədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, Dаşınmаz Əmlаkın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriyа RX ******* sаylı Reyestrdən Çıxаrış əsasında Ünvan küçəsi, 15, dаlаn 20 sаylı ünvаndа yerləşən А fərdi yаşаyış evinin mərhum X qızından miras qalmış 8/14 hissəsinin 2/21 hissəsinə İddiaçı1, 2/21 hissəsinə İddiaçı2, 2/21 hissəsinə İddiaçı3, 2/21 hissəsinə Cavabdeh2, 2/21 hissəsinə Cavabdeh1, 2/21 hissəsinə Cavabdeh3, A1 fərdi yaşayış evinin 17 hissəsinin 1/42 hissəsinə İddiaçı1, 1/42 hissəsinə İddiaçı2, 1/42 hissəsinə İddiaçı3, 1/42 hissəsinə Cavabdeh2, 1/42 h issəsinə Cavabdeh1, 1/42 hissəsinə Cavabdeh3 və həmin çıxarış əsasında mərhum X oğlundan miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0678 ha həyətyanı torpaq sahəsinin 0,0113 ha hissəsinə X qızının, 0,0113 ha hissəsinə İddiaçı2, 0,0113 ha hissəsinə İddiaçı3, 0,0113 ha hissəsinə Cavabdeh2, 0,0113 ha hissəsinə Cavabdeh1, 0,0113 ha hissəsinə Cavabdeh3 miras əmlakda payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilməsi, qətnamənin icrasının Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 16 sаylı Ərаzi İdаrəsinə və GRayon İcra və probasiya Şöbəsinə həvalə edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(107)-57/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən), İ.F.Q uliyev (məruzəçi) və M.A.Əsədli) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək GRаyоn Məhkəməsinin 05 mаrt 2018-ci il tаrixli qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən 0,0678 ha torpaq sahəsinin onlar və cavabdehlər tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, mərhum X oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən 0,0678 ha torpaq sahəsində onların və cavabdehlərin qanun üzrə vərəsə kimi hər birinə 1/6 hissə olmaqla paylarının müəyyən edilərək əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi, mərhum anaları X5 miras qalmış, ünvan 2 ünvanda yerləşən 3 otaqlı ev in 8/14 hissəsinin, 4 otaqlı fərdi yaşayış evinin 1/7 hissəsinin İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin hissənin qanun üzrə vərəsə kimi İddiaçı1 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-57/2019-sayh, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi “miras əmlak olan A 1 fərdi yaşayış evinin 1/7 hissəsinin 1/42 hissəsinə İddiaçı1, 1/42 hiss əsinə İddiaçı2, 1/42 hissəsinə İddiaçı3, 1/42 hissəsinə Cavabdeh2, 1/42 hissəsinə Cavabdeh1, 1/42 hissəsinə Cavabdeh3 payının müəyyən edilməsi” hissədə ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda qanun üzrə vərəsələrin paylarının müəyyən edilərək əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası “miras əmlak olan A 1 fərdi yaşayış evinin 1/7 hissəsinin 1/42 hissəsinə İddiaçı1, 1/42 hissəsinə İddiaçı2, 1/42 hissəsinə İddiaçı3, 1/42 hissəsinə Cavabdeh2, 1/42 hissəsinə Cavabdeh1, 1/42 hissəsinə Cavabdeh3 payının müəyyən edilməsi” hissədə əsassız olduğu üçün təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və vəkili X2 Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(107)-57/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkə mə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(107)-57/2019 saylı qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532, 552-ci maddələrinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1979-cu il 28 sentyabr tarixli Vərəsəlik Qanunun tətbiq e dilməsinin bəzi məsələləri haqqında 5 saylı qərarının 6/1-ci bəndinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, miras qoyanlar X oğlu 11 may 1983-cü il tarixdə, X10 28 dekabr 1988-ci il tarixdə vəfatlarından sonra vəsiyyətnamə qoymadıqlarından onlarıın ölümündən sonra iddiaçılar və cavabdehlər mirası faktiki idarə etməklə qəbul etdiklərindən onların payı mirası qəbul etmiş 6 nəfər qanun üzrə birinci növbə vərəsə arasında bərabər bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, X oğlu ilə X10 arasında 26 noyabr 1951-ci tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadın H soyadını götürmüşdür. İşin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 valideynləri X oğlu və X9r. X oğlu 11 may 1983-cü il tarixdə Gşəhərində ürək infarktı nəticəsində, X10 28 dekabr 1988-ci il tarixdə Gşəhərində kəskin ürək damar çatmamazlığı nəticəsində vəfat etmişlər. İşin materiallarından həmçinin görünür ki, ünvan 3 ünvanda yerləşən 248,9 kv.m ümumi sahədən ibarət, fərdi yaşayış evinin yerləşdiyi 0,0678 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X oğlunun adına, həmin ünvan 3 ünvanda yerləşən 248,9 kv.m ümumi sahədən ibarət A fərdi yaşayış evinin 8/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi X6 adına, A fər di yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi Cavabdeh3 adına, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı2 adına, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi Cavabdeh2 adına, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı3 adına, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1 adına, A fərdi yaşayış evinin 1/14 hissəsi və A1 fərdi yaşayış evinin 1/7 hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 10 oktyabr 2017-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Əraz i İdarəsinin 05 aprel 2016-cı il tarixli Texniki Pasportunun surətindən görünür ki, **********36 -10301 reyestr nömrəli Gşəhəri Ünvan ev 15 saylı fərdi yaşayış evi X6 adınadır. A fərdi yaşayış evi ümumi sahəsi 80,9 kv.m, yaşayış sahəsi 39,0 kv.m olan 3 otaqdan ibarətdir və 1960-cı ildə tikilmişdir. A1 fərdi yaşayış evi ümumi sahəsi 168,0 kv.m, yaşayış sahəsi 75,2 kv.m olan 4 otaqdan ibarətdir və 1967-ci ildə tikilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında miras əmlakın qəbul edilməsi ilə bağlı mübahisə vardır. Belə ki, İddiaçı1 iddia edir ki, təxminən 3-4 ildir ki, cavabdehlər və onların ailə üzvləri miras əmlakdan istifadə etməyinə problemlər yaratmağa başlamışlar. Belə ki, miras əmlakdan istifadə etmələrinə mane olan cavabdehlər onun yaşadığı 3 otaqlı evə gedən elektrik xə ttini, qaz xəttini kəsir, bununla da mülkiyyətçilərdən biri olan onun mülkiyyətindən və miras əmlakdan istifadəsinə dözülməz şərait yaradırlar. Hazırda cavabdehlərlə miras əmlakın bölünməsində razılıq əldə edə bilmədiyindən və ona miras əmlakdan istifadəyə maneələr yaradıldığından miras əmlakın məhkəmə qərarı çıxarılmaq yolu ilə bölünməsini istəyir. Cavabdeh tərəf isə mərhum anaları yalnız X5 miras qalmış payın vərəsələr arasında bərabər bölünməli olması, miras əmlaka daxil olmayan əmlakın bölünməli olmaması əsası ilə iddiaya etiraz etmişlər. İşin materiallarından görünür ki, işə apellyasiya icraatı qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin 10.07.2018-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək X6 adına verilmiş ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 168 m2 olan fərdi yaşayış evinə dair tərtib edilmiş 05.16.2016-cı il tarixli texniki pasporta və RX seriyalı ******* nömrəli, 10.10.2017-ci il qeydiyyat tarixli çıxarışa düzəliş edilməsi və çıxarışda “hüquq sahiblərinin payı” və “daşınmaz əmlakın ümumi sahəsi” qarafasından, texniki pasportdan ümumi sahəsi 168 m2 olan A1 kimi qeyd edilmiş fərdi yaşayış evinə dair məlumatların silinməsini xahiş etdiyi üçün hazırki işin icraatının dayandırılması qərara alınmışdır. İşin materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2018-ci il tarixli 2-1(84)-1167/2018 qərarı ilə iddiaçı Cavabdeh2 Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2019-cu il tarixli 2-1(84)-1167/2018 qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat haqqında RX seriyalı ******* nömrəli, 10.10.2017- ci il qeydiyyat tarixli çıxarışın, ünvan 5 ünvanda yerləşən və ümumi sahəsi 168 m2 olan “A1” literli fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdhein üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edi lməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2269/19 saylı 04 sentyabr 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-122/19 saylı 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mərhum X vəfat edən tarixdə mübahisəli ünvanda yerləşən ev və tikililələrə dair tərtib edilmiş 1987-ci ilin avqust tarixli yaşayış evinin texniki pasportunda ünvan 6 ünvanda yerləşən “A” literli yaşayış evinin ümumi sahəsi 87,9 kv.m (38,2 kv.m yaşayış, 49,7 kv.m köməkçi sahə), 1967-ci il tarixdə tikilməklə olan “B” literli həyətyanı tikilinin ümumi sahəsi 81,6 kv.m olmuşdur. 05.04.2016-cı il tarixli 408-1/6579 nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən isə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi 0,0678 ha, 335,3 kv.m ümumi tikinti altı sahə mövcuddur. Həmin həyətdə yerləşən “A” literli tikilisinin 1960-cı ildə tikilməklə ümumi sahəsinin 80.9 kv.m, “A1” literli fərdi yaşayış evinin 1967-ci ildə tikilməklə ümumi sahəsi 168 kv. metrdir. Beləliklə, mərhum X11 vəfat edən tarixə mübahisəli olan əvvəllər “B” tikilisi olan həyətyanı tikilinin (tövlə) ümumi sahəsi 81,6 kv.m olmuş, 05.04.2016-cı il tarixli 408-1/6579 nömrəli fərdi yaşayış evinin texniki pasportunda isə mübahisə predmeti olan əvvəllər “B” literli tikili, “A1” literli fərdi yaşayış evi olaraq qeyd edilmiş və ümumi sahəsinin 168 kv. olması qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi, mərhum ata və anası öldükdən sonra əvvəllər tö vlə kimi qeyd edilən tikilinin yerində mübahisəli evin yenidən qurulması aparılmış və əvvəlki tikilinin sahəsi ilə sonradan inşa edilmiş tikilinin sahəsi arasında təxminən 100 kv.m fərq olmuşdur (artırılmışdır). Belə olan vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən qeyd edilən evi inşa edən miras əmlak üzrə mülkiyyətçiləri müəyyən etmədən, tikinti qanunvericiliyinin tələblərinə riayət etmədən həmin mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alması qanunsuz olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi işin icraatını qeyd edilən inzibati iş işlə əlaqədar dayandırmasına baxmayaraq işə apellyasiya qaydasında baxılarkən icraatın dayandırılmasına əsas olmuş inzibati məhkəmənin qərarına qətnaməsində ümumiyyətlə toxunmamış, məhkəmə aktları müəyyən edilən halların mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda qanun üzrə vərəsələrin paylarının müəyyən edilərək əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə iddianın əsaslılığı baxımından hər hansı əhəmiyyəti (həmçinin preyudisiyallığı) olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, «A1» kimi qeyd edilmiş fərdi yaşayış evi mərhum X7 ölümündən sonra 1991-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş, yaşayış üçün yararlı deyil, yarımçıq tikilidir. Yarımçıq tikiliyə dair çıxarış və texniki pasport tərtib olunması qanunsuzdur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan mübahisəli ünvanda yerləşən torpaq sahəsinin v ə oradan inşa edilmiş “A” literli fərdi yaşayış evinin ilkin hüquq müəyyənedici sənədlərinin mövcud olmasını nəzərə almaqla yalnız həmin daşınmaz əmlakların dövlət reyestrində müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyatını aparmalı, “A1” literli fərdi yaşayış evinin yenidən qurulmasını nəzərə almaqla onun hansı vərəsə tərəfindən inşa edilməsini müəyyən etməli idi. Lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş sənədlər olmadan tikilinin qeydiyyatını aparmışdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadə də olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra 6 hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslardır. Məhkəmə qərarları ilə həmçinin müəyyən edilmişdir ki, hazırkı mübahisə predmeti olan ünvanda tikilmiş və dövlət reyestrinə alınmış “A1” literli tikilinin 1991-ci il tarixdə inşasına başlanması nəzərə alınarsa həmin evin razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı mövcud deyildir. Həmçinin “A” literli fərdi yaşayış evinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud olsa da, həmin mübahisəli “A1” literli evə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə də mövcud deyildir. Ona görə də cavabdeh inzibati orqan miras qoymuş şəxslər öldükdən sonra onların vərəsələri tərəfindən inşa edilmiş fərdi yaşayış evini inşa edən vərəsənin (vərəsələrin) hüquqlarının təmin edilməsi baxımından yuxarıda sadalanan sənədlər əsasında həmin daşınmaz əmlakın tikintisinin kim tərəfindən aparılması, sifarişçinin kim olması, kimin vəsaiti əsasında tikilməsini müvafiq sənədlər əsasında müəyyən etməklə hüquq sahibinin kim olmasını müəyyənləşdirməli idi. Vərəsəlik açılan zaman qüvvədə olmuş 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar, ər və ölənin valideyinləri 1-ci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcə llənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirası şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətinə edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsə yə məxsus hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1979-cu il 28 sentyabr tarixli Vərəsəlik Qanunun tətbiq edilməsinin bəzi məsələləri haqqında 5 saylı qərarının 6/1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad edərkən nəzərə almamışdır ki, vərəsəlik açılan zaman qüvvədə olmuş 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-566-cı maddələrinin məzmunundan görünür ki, miras əmlakın kütləsinə ancaq miras qoyanın sağlığında qanunun tələbi əsasında ona məxsus olan tikinti daxil olur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən isə müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Bununla yanaşı, məhkəmə aktlarından şikayətin MPMdə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı X1 adına A1 fərdi yaşayış evinin miras açıldığı vaxt miras qoyanların həmin evə hüquqlarını təsdiq edən heç bir sənədi olmaması faktı sübut olunduğu halda apellyasiya instansiyası məhkəməsinin A1 fərdi yaşayış evinin 1/7 hissəsi 6 nəfər vərəsə arasında bölünməklə hər birinə 1/42 hissəsinin müəyyən edilməli olmasına dair nəticəsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qoruna n mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Ple num qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində kassatorlar apellyasiya instansiyası məhkəməsinin ünvan 7 ünvanda yerləşən A fərdi yaşayış evinin mərhum X5 miras qalmış 8/14 hissəsi 6 nəfər vərəsə arasında bölünməklə hər bir vərəsəyə 2/21 hissə və mərhum X oğlundan miras qalmış ünvan 7 ünvanda yerləşən 0,0678 ha həyatyanı torpaq sahəsindən 6 nəfər vərəsəyə hər birinə 0,0113 ha payın müəyyən edilməsi hissəsini mübahisələndirməsələr də məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən miras əmlakın kütləsi tam müəyyən edilməməklə vərəsələr arasında yaranan mübahisə düzgün həll olunmadığü üçün qətnamə tam ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti ilə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(107)-57/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar