Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1369/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi maraqlı şəxs qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1369/22 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-2813/2021 saylı qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə işə 12 aprel 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən e tdi: İşin halları İşin hallarına görə, Ərizəçi məhkəmədə Maraqlı şəxsnə qarşı ərizə verərək, 1960-cı ilin yanvar ayında Şamaxı rayonu, Mehdi Hüseynzadə adına sovxozun ərazisində “Qoltuq” qışlağında doğulmasının qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Quliyev) ərizə rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ərizəçi XX.XX.1963-cü ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində doğulub. Qobustan rayon İHBnın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 17 yanvar 2020-ci il tarixli arayışına görə, Nümayəndəliyin 1982-ci ildə 09 nömrə ilə q eydə alınmış təsərrüfatbaşına kitabından çıxarışda ərizəçinin doğum tarixi 1963-cü il göstərilib. Qobustan Rayon Polis Şöbəsinin 08 may 2021-ci il tarixli arayışına görə, 12 sentyabr 2014-cü il tarixdə ərizəçiyə 50 yaşı tamam olması ilə əlaqədar dəyişdirilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, 28 avqust 2008-ci ildə ona verilmiş AZE 06060277 nömrəli ilkin şəxsiyyət vəsiqəsi əsasında verilib. Ərizəçinin adına ilkin hazırlanan AZE 06060277 nömrəli şəxsiyyət vəsiqəsi ilə əlaqədar toplanmış sənədlər mövcud qanunvericiliyə əsasən 19 mart 2021-ci il tarixdə yandırılaraq məhv edilib. Göründüyü kimi ərizəçinin 1960-cı ildə doğulması faktının müəyyən edilməsi üçün əsaslar yoxdur. Belə ki, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan qeyd olunan faktı o, zaman müəyyən e də bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırki halda bu hal istisna olunur. Ona görə də ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 308-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Ərizəçi apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qobustan Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.3, 308-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ərizəçi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icra at qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itiril miş sənədlərin bərpası mümkün olmasın. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Ərizəçinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əs aslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin rədd edilməsi üçün əsasların olmadığını göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi XX.XX.1963-cü ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində doğulub. Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 17 yanvar 2020-ci il tarixli arayışına görə, Nümayəndəliyin 1982-ci ildə 09 nömrə ilə qeydə alınmış təsərrüfatbaşına kitabından çıxarışda ərizəçinin doğum tarixi 1963-cü il göstərilib. Habelə, Qobustan Rayon Polis Şöbəsinin 08 may 2021-ci il tarixli arayışına görə, 12 sentyabr 2014-cü il tarixdə ərizəçinin 50 yaşı tamam olması ilə əlaqədar dəyişdirilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, 28 avqust 2008-ci ildə ona verilmiş AZE 06060277 nömrəli ilkin şəxsiyyət vəsiqəsi əsasında verilib. Lakin, ərizəçi üçün ilkin hazırlanan AZE 06060277 nömrəli şəxsiyyət vəsiqəsi ilə əlaqədar toplanmış sənədlər mövcud qanunvericiliyə əsasən 19 mart 2021-ci il tarixdə yandırılaraq məhv edilib. İşə əlavə edilmiş DİN-nin Baş Pasport Qeydiyy at və Miqrasiya İdarəsinin 14 iyun 2021-ci il tarixli arayışına görə, ərizəçinin adına həm 28 avqust 2008-ci il tarixdə verilmiş AZE 06070277 nömrəli şəxsiyyət vəsiqəsində, həm də onun adına ilk dəfə 16 oktyabr 1981-ci il tarixdə verilmiş XVİ-JQ 644894 nömrəli köhnə nümunəli sovet pasportunda onun 1963-cü ildə doğulduğu qeyd edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin 18 may 2020-ci il və 20 may 2020-ci il və tarixli ekspert rəyinə görə, 1960-ci ildə doğulmuş ərizəçinin adına təqdim edilmiş 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin R-qrammalarında diafizin divarında endostal kompakt maddənin hissəvi sorularaq itməsi izlənir və müayinə olunan qadın sümüyünün yaşı təxminən 60-65 ilə uyğundur. Həmçinin, həmin Birliyin 21 iyul 2020 -ci il tarixli məktubuna görə, ərizəçinin yaşının təyini ilə əlaqədar 15 may 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin rentgenoqramları Birliyin Mərkəzi ekspertizası şöbəsinə radioloji tədqiqata təqdim edilib və həmin rentgenoqramların təkrar təhlilinə əsasən oynaq səthlərində qeyd edilən sümük destrutiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə başlanmaqla olan osteoporoz elementlərinin endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğundur. Bu hallar tibbi meyarlara əsasən kişilərdə orta hədd kimi 60-dan 65-ə qədər, qadınlarda isə 60 yaşa qədər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, ərizəçinin kassasiya şikayəti il ə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyy ən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Mülki Prosessual Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3- cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, ərizəçinin adına həm 28 avqust 2008-ci ildə verilmiş AZE 06070277 nömrəli şəxsiyyət vəsiqəsində, həm də onun adına ilk dəfə 16 oktyabr 1981-ci ildə verilmiş XVİ-JQ 644894 nömrəli köhnə nümunəli sovet pasportunda onun 1960-cı ildə deyil, 1963-cü ildə doğulması mülki iş materialları ilə istisna edilmədiyindən, ərizəni rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələlənini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozd uğunu, ərizənin rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabd eh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, ərizəçinin kassasiya şikayəti ilə eyni məzmunlu olan ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(105)-2813/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1369/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1369/2022
12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver