Məhkəmə qərarları › İş №2(102)-1369/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1369/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1369/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə ləğv edilməsi, xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2*24-cü il tarixli, 2(1*4)1754/2*24 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məcburi köçkün X14 və ailə üzvlərinə Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə təmin etmişdir.

2. X19 15 yanvar 2*23-cü ildə ölmüşdür.

3. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 mərhum X11 ailə üzvləridirlər. 4. 2* iyun 2*22-ci il tarixli, 13/21 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 4 otaqlı 21 saylı mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X1 və istifadəsinə verməyi öhdəsinə götürmüş və kirayəçinin ailə üzvləri kimi oğlu X12, oğlu X7, gəlini X8, nəvələri X9 və X13 müəyyən edilmişdir. 5. *1 iyul 2*22-ci il tarixdə “Azəriqaz” İB-nin X28 İstismar İdarəsi ilə X6 arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkəsinin balans məsuliyyəti sərhədi barədə” 1 iyul 2*22-ci il tarixli Akt tərtib edilmiş və X3 adına abonent kodu verilmişdir. 6. 11 avqust 2*22-ci il tarixdə "xxxx" ASC-nin X18 ilə X6 arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” müqavilə bağlanmış və sonuncunun adına abonent kodu verilmişdir. 7. 16 yanvar 2*23-cü il tarixli, 21 fevral 2*23-cü il tarixli və 16 mart 2*23-cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X19 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində i craat

8. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 21 saylı mənzilinə dair 1* aprel 2*14-cü il tarixli, “13/21” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər və onların ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2*17-ci il tarixli, 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvə qqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə, Nazirlər Kabinetinin 24 fev ral 2*17-ci il tarixli, 65 saylı Qərarı ilə təsdiq olunmuş “Qaydalar”-a əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X11 vəfat etdiyi və ailənin digər üzvlərinin – yəni cavabdehlərin 21 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Bu barədə 21 nömrəli mənzilə dair abonentin sayğac göstəriciləri, aktlar və ölüm kağızının surəti əlavə olunmuşdur. Sahə rəisi tərəfindən cavabdehlərə 21 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Cavabdehlərin onlara verilmiş 21 saylı mənzildə yaşamadığı müəyyən edildiyindən, “Qayda”nın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, “Qayda”nın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında həyata keç irilir. Cavabdehlərin onlara verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə yerləşən 13 saylı binanın 21 saylı mənzilində yaşamadığı müəyyən edildiyindən və cavabdehlər tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, sözügedən mənzildə yaşayır, həyat yoldaşının müalicəsi ilə əlaqədar Bakıya getdikləri ərəfədə X6 ona aid evdə 1 ay qalıb çıxacağını bildirərək, həmin mənzildə yaşamaq üçün ondan icazə almışdır. Lakin, onlar mənzili kirayəyə verməmişlər. Həyat yoldaşı 15 yanvar 2*23-cü ildə vəfat etdikdən, yəni təxminən 3 ay Bakı şəhərində müalicə olunduqdan sonra X4 evdən çıxararaq, daimi olaraq sözügedən mənzildə yaşamağa da vam etmişdir. Onların sözügedən evdə yaşamamaları ərinin müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olmuşdur. Hazırda həmin evdə yaşayırlar və onların həmin evə ehtiyacları vardır.

11. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, ev şəraiti çətin olduğuna görə kirayə evlərlə maraqlanmış, nəticədə içi boş və şəraitsiz olan mübahisəli mənzillə razılaşmış, həmin evi Vaqif adlı şəxsdən kirayəyə götürmüşdür. Həmin mənzili özü xərc çəkərək təmir etdirmiş, evin 5-6 ay kirayə haqqını Vaqif adlı şəxsə nağd qaydada vermiş, sonradan kart vasitəsilə ödənişlər etmişdir. Daha sonra, cavabdehlər onu döyərək evd ən çıxartmışlar. O, Komitəyə 5** manat ödəniş edərək xüsusi təyinatlı kirayə müqavilə bağlamışdır.

12. Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi barədə məhkəməyə müvafiq aktlar təqdim edərək müxtəlif vaxtlarda mənzilə baxış keçirdiklərini və hər dəfə cavabdehlərin həmin mənzildə yaşamamalarını aşkar etdiklərini bildirsə də, bu hal cavabdehlərin mənzili tərk etdikləri anlamına gələ bilməz. Həmçinin, cavabdehlər izahatlarında onların sözügedən evdə yaşamamalarının mərhum X11 müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olduğunu bildirmişlər.

14. Məhkəmə həmçinin qeyd e tmişdir ki, iddiaçı cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməsini qeyd etsə də, nə iddiaçı, nə də üçüncü şəxs bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişlər.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmaları sübuta yetirilmədiyindən, iddiaçının cavabdehlərlə arasında bağlanmış 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbi, eləcə də bu tələbdən törəyən digər - cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbləri əsassızdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Mənzil Məcəlləsinin 91.3, 91.1.5, 94.4, 98.2, 99.1, 1**.3, 1*2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2*24-cü il tarixli, 2(1*4)-356/2*24 nömrəli qətnaməsi ilə (hakim L.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 1 * aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iddiaçı, Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən, 1 saylı binanın 21 saylı mənzilini X19 və onun ailə üzvlərinin müvəqqəti istifadələrinə vermişdir. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamamalarını mülki iş materiallarına əlavə olunmuş 16 yanvar 2*23-cü il, 21 fevral 2*23-cü il və 16 mart 2*23-cü il tarixli aktlarla əsaslandırmışdır. Belə ki, həmin aktlardan görünür ki, 16 yanvar 2*23-cü il tarixdə iddiaçının əməkdaşları tərəfindən mübahisəli mənzilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 2*14-cü ildə həmin mənzilin kirayə müqaviləsi üzrə kirayəçi X19 vəfat etmişdir, onun digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və X17 həmin mənzildə yaşamırlar.

20. Məhkəmə kollegiya sı həmin aktları tədqiq edərək hesab etmişdir ki, aktların tərtibatı müvafiq MKİS-nin eyni əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış, həmin aktların daha mötəbərliyi üçün qonşuların iştirakı təmin edilməmişdir. Digər tərəfdən mübahisəli mənzilin kirayədarı olan X19 15 yanvar 2*23-cü il tarixdə Gəncə şəhərində vəfat etmiş və cavabdehlərin izahatına görə mərhumun yası oğlunun başqa ünvanda olan evində təşkil edilmişdir. Ona görə də cavabdehlərin 16 yanvar 2*23-cü il tarixdə həmin mənzildə yaşamamaları qəbul edilən haldır. Bu baxımdan 16 yanvar 2*23-cü il tarixli akt əhəmiyyət kəsb etmir. Digər tarixli, yəni 21 fevral 2*23-cü il tarixli akta gəldikdə isə bu mərhumun yasının qırxının çıxmadığı dövrə təsadüf edir və cavabdehlər həmin ərəfədə gündüzlər oğlunun evinə gedib-gəlməsini göstə rmişlər. 16 mart 2*23-cü il tarixli aktına gəldikdə isə qeyd edilmişdir ki, cavabdehlərin müvəqqəti mənzildə yaşamamaları yaşayış sahəsindən təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisə edilən mənzildə yaşamaqla, həmin mənzilin təyinatına görə istifadə edirlər və onların başqa yaşayış yerləri yoxdur.

21. Məhkəmə kollegiyası cavabdehlərin sözügedən mənzili üçüncü şəxsə kirayə vermələrinə dair iddiaçının dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh bunu ərinin müalicəsi ilə bağlı Bakı şəhərinə getdikləri üçün, 1 aylıq müddətə X5 vermələrini göstərmiş, sonuncu isə izahatında Vaqif adlı şəxsə kirayə haqqı ödədiyini bildirmişdir. Halbuki, 2* iyun 2*22-ci il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaş ayış sahəsinin kirayə müqaviləsi ilə mübahisəli mənzil X1 və istifadəsinə verildiyi üçün o, hazırkı işin nəticəsində maraqlı olan şəxsdir. Ona görə də X3 izahatı mötəbər sübut hesab oluna bilməz və onun izahatı mülki iş materialları ilə öz təsdiqini tapmır.

22. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmaları sübuta yetirilmədiyindən, iddiaçının cavabdehlərlə arasında bağlanmış 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbi, eləcə də, bu tələbdən törəyən digər cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbləri əsassızdır. Cavabdehlər hazırda da həmin evdə yaşayırlar.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 82.4, 98.1, 99.1, 1**.3-ci, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 2, 4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1*6.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *2 iyul 2*24-cü il tarixli, 2(1*2)-1875/2*24 nömrəli qərarı ilə (haki m Ə.Əhmədovun məruzəsi ilə, hakimlər İ.Şəfiyev və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2*24-cü il tarixli, 2(1*4)-356/2*24 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

26. Kassasiya instansiya məhkəməsinin mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə, məcburi köçkün ailəsi kimi cavabdehlərin müvəqqəti olaraq istifadələrinə verilmiş mübahisəli mənzildə iddia olunan müddətdə yaşayıb-yaşamamaları, onların həmin mənzili X2 verib-verməmələri, başqa sözlə cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxıb-qalxmaması ilə bağlı yaranıb.

27. Əvvəla, cavabdehlərin mübahisəli mənzildə 3 ay yaşamamaları onların özlərinin izahatları il ə də inkar olunmur. Həmçinin, cavabdehlərin mənzilə olan ehtiyaclarının aradan qalxması iddiaçının əməkdaşları tərəfindən tərtib edilib imzalanmış aktlarla, həmçinin üçüncü şəxs X3 izahatı ilə də təsdiq olunur.

28. Digər tərəfdən, işdən görünür ki, X6 1 ilə yaxın müddətdə mübahisəli mənzildə yaşayıb və onun izahatına görə o, həmin mənzilin 5-6 aylıq kirayə haqqını nağd şəkildə Vaqif adlı şəxsə (mərhum Asif Həsənovun qardaşına), qalan hissəsini isə onlayn qaydada Cavabdeh3 ödəyib.

29. Daha sonra işdən, abonent kartından, habelə abonent kodundan görünür ki, cavabdehlər mənzildə yaşamadıqları və mənzildə faktiki X6 yaşadığı və məcburi köçkün kimi onun da mənzilə ehtiyacı olduğu üçün, onunla iddiaçı arasında 2* iyun 2*22-ci il tarixli, 13/21 saylı kirayə müqaviləsi bağlanmış və hətta müqavilən in bağlanmasından sonra onunla “Azəriqaz” İB-nin X28 İstismar İdarəsi və "xxxx" ASC-nin X18 arasında “qaz və suyun alqı-satqısına dair” *1 iyul 2*22-ci il və 11 avqust 2*22-ci il tarixli müqavilələr bağlanmış, onun adına müvafiq abonent kodu, kartları verilmiş və onun tərəfindən 7 ay ərzində mənzilin kommunal xərcləri ödənilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi X3, habelə işdə iştirak edən digər şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, sözügedən müqaviləyə əsasən mənzilin 2*23-cü ildən deyil, 2*22-ci ildən X3 qanuni istifadəsində olmasını, mənzilin son 7 ay ərzində kommunal xərclərinin məhz onun tərəfindən ödənilməsini, cavabdehlərin etirazlarında göstərdikləri halların isə hər hansı yazılı sübutlarla tədqiq edilməməsini nəzərə almadan, onların mərhum X11 ölümünədək (15 yanvar 2*23-cü il tarixdə ölüb) və onun ölümündən sonra hansı ünvanda yaşamalarını, həmin evin kimə hansı statusla məxsus olmasını dəqiqləşdirmədən, X3 izahatında göstərdiyi Vaqif adlı şəxsin şəxsiyyətini müəyyən edib hazırkı mübahisəli məsələyə onun münasibətini öyrənmədən, habelə zərurət yarandığı halda X3 onlayn qaydada Cavabdeh3 ödəmiş olduğu məbləğlərdən çıxarışları məhkəməyə təqdim etməyi ona təklif etmədən, yalnız cavabdehlərin izahatlarına əsaslanaraq onların mənzildə müvəqqəti, yəni ailə başçısı X11 xəstəliyi və onun ölümü ilə əlaqədar olaraq yaşamamaları və beləliklə də onların yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmadığı nəticəsinə gəlmişdir.

31. Halbuki, tərəflər arasın da bağlanmış sözügedən müqavilənin 5.3-cü bəndinin tələblərinə görə, kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur.

32. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin başqa yaşayış sahəsinə köçüb getmədikləri və onların istifadəsində digər yaşayış sahəsinin olmadığı qənaətinə gələrkən, mərhum X11 yas məclislərinin keçirildiyi mənzilin kimə məxsus olduğunu, həmin şəxsin cavabdehlərin sırasında olub-olmadığını, habelə Cavabdeh1 mərhum əri X11 yas məclislərini oğlunun başqa ünvanda olan evində təşkil etməsinə dair izahatını tam, hərtərəfli və obyektiv araşdırmamış və ona MPM-in 88, 1*6.1ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməmişdir.

33. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşmış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2*24-cü il tarixli 2(1*4)-1754/2*24 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehtiyev və R.Muradov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə yerləşən, 13 saylı binanın 21 saylı mənzilinə dair 1* aprel 2*14cü il tarixli, “13/21” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların ailə üzvlərinin həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

35. Apellyasiya kollegiyası birinci instansiya məh kəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, 1* aprel 2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən - Azərbaycan Respublikası Qaçqınların və X1* üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün X14 və ailə üzvlərinə Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə təmin edilmişlər. 2*21-ci ilin aprel ayından X6 həmin mənzildə kirayəçi kimi yaşamışdır. 2* iyun 2*22-ci il tarixdə mübahisəli mənzilə dair X6 ilə kirayə müqaviləsi bağlanmış və həmin günün səhərisi günü cavabdehlər onu həmin mənzildən çıxarmışlar.

36. İş materiallarında 16 yanvar 2*23-cü il tarixli, 21 fevral 2*23-cü il tarixli və 16 mart 2*23-cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X19 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar. Cavabdehlər mübahisəli mənzildə yaşamaqlarını və tərtib edilmiş aktlardan xəbərsiz olduqlarını bildirsələr, bunun əksini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin cavabdehlər mərhum Həsənov Asifin xəstəliyi ilə uzun müddət Bakı şəhərində qaldıqlarını bildirsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Cavabdeh1 mübahisəli mənzilin qayını Vaqif tərəfindən bir aylıq istifadə üçün Heydərova Sərəngizə istifadə verdiyini və onların sonradan Sərəngizin həmin evdə yaşamasından xəbərlərinin olmamasını bildirsələr də, Sərəngizin 2*21-cilin aprel ayından 2** 2-ci ilin iyun ayınadək həmin mənzildə yaşaması iş materialları ilə təsdiqini tapmışdır. Cavabdehlərin bu qədər böyük müddət ərzində Sərəngizin həmin evdə yaşamasından xəbərsiz olmalarını bildirməsi inandırıcı deyildir. İstənilən halda həmin müddət ərzində iddiaçıların onların istifadəsinə verilmiş mənzildə bir ildən artıq mənzildə başqa şəxsin yaşamasından xəbərsiz olmaları, onların həmin mənzildə ən azından həmin müddətdə yaşamamasını təsdiq edir.

37. Cavabdehlərin Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə ehtiyaclarının aradan qalxması barədə şikayətinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlərin uzun müddət onların istifadəsi üçün ayrılmış mənzildə yaşamamaları və həmin mənzili kirayə vermələri iş materialları ilə təsdiqini tapdığından, bu cavabdehlərin başqa yerə köçməsi və mənzili təyinatına uyğun istifadə etməmələri kimi qiymətləndirilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 hissəsinə, Mənzil Məcəlləsinin 82.3, 82.4, 82.4.1, 82.4.2, 82.4.4, 98.1, 99.1, 1**.3-cü, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər haqqında” Qanunun 2 və 4-cü, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 385.1.1, 42*-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

39. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2*24-cü il tarixli, 2(1*4)-1754/2*24 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 56*.1-ci, Mülki Prosessual Məcəllənin 8.2, 8.3, 14.1, 14.2, 14.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir.

41. Belə ki, 1* aprel 2*14-cü il tarixli, 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün X19 və onun ailə üzvləri Dövlət Proqramı çərçivəsində Gəncə səhərində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbə 13 saylı binada 4 otaqlı 21 saylı mənzillə təmin edilmi şlər. X19 uzun sürən ağır xəstəlikdən sonra 15 yanvar 2*23-cü il tarixdə vəfat etmişdir. Cavabdeh1 həyat yoldaşının müalicəsi ilə əlaqədar Bakıya getdikləri ərəfədə tanışları X4 evə baxmaq üçün bir aylıq müddətinə mənzilə buraxmış, ancaq mənzili ona kirayəyə verməmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra X4 evdən çıxararaq, daimi olaraq sözügedən mənzildə yaşamağa davam etmişlər. Həmçinin kassatorun oğlu Cavabdeh2 Yeni Gəncə qəsəbəsindəki evini satmış və ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Başqa yaşayış yerləri yoxdur və onların həmin mənzilə ehtiyacları vardır.

42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

43. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının həd ləri:

44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsi r göstərə bilər.

45. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

46. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

47. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sah əsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqa vilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 1**.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 42*-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 42*-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

51. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə bağlıdır. Lakin, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitu siya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2*24-cü il tarixli, 2(1*4)-1754/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar