Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10709/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Günay Axundova) xx xxx 2019-cu il tarixli 2(004)-3325/2019 saylı qətnaməsi ilə iddia tələbi qis mən təmin edilərək Cavabdeh 24700 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan onun xeyrinə 24700 manat əsas və 6175 manat məbləğində faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə cavabdehə iş qurmaq məqsədi ilə 25800 manat məbləğind ə pul vermişdir. Cavabdeh həmin pulu ondan 3 dəfəyə almışdır. Cavabdeh həmin pula Türkiyədən gün eynəkləri alıb gətirəcəyini və qarşılıqlı mənfəət əldə edəcəyini bildirmişdir. İlkin olaraq aldığı pulun vaxtından təqribən 1 ay keçdikdən sonra ona gəlir olaraq 700 manat bir dəfə, 400 manat isə ikinci dəfə, cəmi 1100 manat pul qaytarmışdır. Bundan sonra cavabdeh yalan vədlər vermiş və 2017-ci ildə məlum olmuşdur ki, cavabdeh heç bir ticarətlə məşğul olmamış və onun etibarından sui-istifadə etmişdir. xx.xx.2017-ci il tarixli Nəsimi RPİ-nin TŞ-nın qərarından da göründüyü kimi Cavabdeh öz borcunu etiraf etmişdir. Cavabdeh 5 il ərzində onun vəsaitindən qanunsuz istifadə etdiyinə görə 6175 manat məbləğində faiz ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şik ayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiri lmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı Cavabdeh borc verdiyini iddia edərək tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Nəsimi RPİ-nin TŞ-nın qərarından görünür ki, Cavabdeh izahatında da 25000 manat borcunun olmasını etiraf etmişdir. Cavabdeh təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, o, həqiqətən, 2014-cü ilin yanvar ayın sonunda İddiaçı 20-25 min manat arası borc pul istəmiş və xx.xx.2014-cü ildə X5 metrosunun yaxınlığında idarə etdiyi «Nissan Tiida» markalı avtomaşında görüşmüş, xxxx ona 16000 manat vermişdir. Bundan 10 gün sonra İddiaçı ona həmin ünvanda 7500 manat vermişdir. 2014-cü ilin iyul-avqust aylarında xxxx görüşüb ona hissə-hissə olmaqla 1500 manat verib həmin pulu ona olan 23500 manat borcundan çıxmasını demişdir. 2014-cü ilin avqust ayında Nəsimi rayonu Ak. H.Əliyev küçəsində yerləşən “Unibank”dan xxxx 3000 ABŞ dolları öz adına kredit götürüb bankın qarşısında ona 2300 manat vermişdir. Həmin 23xx xxxxxxxx 1500 manatını orada xxxx verib krediti özü ödəyəcəyini demişdir. Lakin maddi vəziyyəti ilə bağlı bu günədək xxxx olan borcunu ödəyə bilməmişdir. Hazırda onun İddiaçı ümumilikdə 25000 manat borcu vardır. Həmin borcun 5000 manatını ilkin olaraq, yerdə qalan pulu isə hissə-hissə 2 il müddətinə ödəyəcəyinə söz vermişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək h üququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya insyansiyası məhkəməsi müəyyən etmişdr ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh özü də iddiaçıya borcunun olduğun u etiraf etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində borcundan 3000 manatı ödədiyini, 22000 manat borclu qaldığını qeyd etmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf öz etirazını əsaslandırmaq üçün hər hansı dəlil irəli sürməmiş, borcunun qeyd edilən hissəsini qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclaslar ında onun iştirakının təmin edilməməsi, ona rəsmi məlumat verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdehin məlum olan yaşayış yeri üzrə (qeydiyyatda olduğu ünvan üzrə) məhkəmə bildirişləri göndərilmiş, lakin həmin bildirişlər poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (iş v.19). Bu səbəbdən məhkəmə müvafiq icra hakimiyyəti orqanının yerli qurumunun məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra Mülki Prosessual Məcəllənin 147-ci maddəsinin tələblərinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillə rə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10709/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-137/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-137/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver