Məhkəmə qərarları › İş №2(102)-137/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-137/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə istifadə hüququnun yaranması, digər qohumun köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Gədəbəy rayon notariat kontoru tərəfindən 1S-2396 nömrə ilə xx xxxx 2005-ci il tarixdə qeyd edilmiş 243687 nömrəli xx xxxx 2005-ci il tarixli müqaviləyə əsasən X2 mülkiyyət hüququ əsasında ona məxsus olan Gədəbəy rayonu Əmiraslanlı kəndində yerləşən ümumi sahəsi 73 kv.m olan iki otaqlı fərdi yaşayış evini Cavabdeh1 oğluna satmışdır. Cavabdeh1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı1 cavabdehin oğlu, iddiaçı İddiaçı2 isə cavabdehin gəlinidir. İddiaçılar arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, onları azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan (Gədəbəy rayon notariat kontorunda 1S-2396 nömrə ilə xx xxxx 2005-ci il tarixdə qeyd edilmiş 243687 nömrəli xx xxxx 2005-ci il tarixli müqavilə əsasında aldığı) Gədəbəy rayonu Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2005-ci il tarixli 243687 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 aldığı Gədəbəy rayonu Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evində yaşamalarına imkan vermir. Ailə qurduqdan sonra İddiaçı2 həmin evə gəlin köçmüş və cehiz əşyaları hazırda oradadır. Lakin Cavabdeh1 onların həmin evdə yaşama larına imkan verməyərək onları qovmuşdur, hazırda kirayədə yaşayırlar. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(042)-790/2019 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar arasında nikah xx xxxxxxxx 2013cü il tarixdə bağlanmış və onlar cavabdehin razılığı ilə müvəqqəti olaraq yaşamaq üçün onun mülkiyyətində olan evə köçmüşlər. Ailə münasibətləri 2013-cü il tarixdə yarandığından tərəflər aralarında yaranmış mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməli, nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlərlə ailə münasibətlərinə xitam vermişdir. Hazırda tərəflər arasında münasibətlər gərg indir və onların bir evdə yaşamaları münaqişələrə səbəb ola bilər. Eyni zamanda, sübutetmə vəzifəsi üzərilərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən maddi vəziyyətlərinin özlərini yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi halı sübut edilməmişdir. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Gədəbəy rayon İcra Hakimiyy əti başçısının Əmiraslanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 07 nömrəli məktubdan görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə atası Cavabdeh1 təsərrüfatında qeydiyyatdadır. Həmçinin İddiaçı1 arvadı İddiaçı2 2013-cü ildən Cavabdeh1 Gədəbəy rayonu Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)907/2020 nömrəli qətnaməsi ilə (hakimlər Rəhman Muradov - sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva və Fikrət Mehtiyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(042)-790/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaç ı2 Cavabdeh1 sahibliyində olan Gədəbəy rayonu Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 Cavabdeh1 oğlu, digər iddiaçı isə sonuncunun gəlinidir. Mübahisəli fərdi yaşayış evini Cavabdeh1 2005-ci ildə alqı-satqı yolu ilə əldə etmişdir. Fərdi yaşayış evi alınan zaman İddiaçı1 fərdi yaşayış evinin mülkiyyətçisinın ailə üzvü olmuşdur. Digər İddiaçı2 isə əri İddiaçı1la birlikdə həmin evdə yaşamışdır. Belə olan təqdirdə sonuncular mübahisəli mənzildən istifadə hüququ əldə etmiş olurlar. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə istinad edərək əsaslandır mışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin Gədəbəy rayonunun Yaqublu kəndində bir evi, Əmiraslanlı kəndində isə hal-hazırda mübahisə predmeti olan digər evi vardır. Yaqublu kəndində olan evini o, könüllü olaraq iddiaçılara vermiş, hal-hazırda onlar həmin evdə yaşayırlar. Hazırki evdə isə o, ikinci dəfə ailə qurduğu X3 ilə birlikdə yaşayır. İddiaçıların əmlak paylarını məhkəmə qətnaməsi əsasında vermişdir. Bugünkü günü onların cavabdehdən ev tələb etmələri onun ikinci dəfə ailə qurması səbəbindəndir. Məhkəmə Mülki Məcəllənin 228-ci maddəsinə, Mənzil Məcəlləsinin 53-cü maddəsinə və eləcə də xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinə istinad etmiş, bu zaman İddiaçı2 2013-cü ildə gəlin gəlməsini nəzərə alaraq, maddi hüquq normasını düz tətbiq etməmişdir. Cavabdeh kassasiya şikayətinə əlavə təqdim edərək, göstərmişdir ki, apellyasiya məhkəməsi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)790/2019 saylı qətnaməsinin ləğv edilməsinin faktiki əsası kimi “Gədəbəy rayon İH başçısının Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 07 nömrəli məktuba istinad edərək İd diaçı1 ailə üzvləri ilə birlikdə atası Cavabdeh1 təsərrüfatında qeydiyyatda olduğu, həmçinin İddiaçı1 arvadı İddiaçı2 2013-cü ildən Cavabdeh1 Gədəbəy rayonunun Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması”-nı göstərmişdir. Yəni İddiaçı1 ailə üzvləri, o cümlədən həyat yoldaşı İddiaçı2 ilə birlikdə Gədəbəy rayonunun Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi kimi qəbul etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun l-ci maddəsinə əsasən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi iddiaçıları n Gədəbəy rayonunun Əmiraslanlı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması onların cavabdehin sahibliyində olan mənzilinə köçürülmələri üçün əsas ola bilməz. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123cü maddələrinə istinad etməklə maddi hüquq normalarını da pozmuş və göstərilən maddələri səhv olaraq tətbiq etmişdir. Belə ki, işin faktiki halları ilə də görünür ki, İddiaçı1 artıq uşaq deyil və cavabdehin mənzilinə köçürülməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi əsas deyil. Həmçinin İddiaçı2 da hazırda həyat yoldaşı İddiaçı1 yanında, Gədəbəy rayon Yaqublu kəndində yaşayır və o, cavabdehin ailə üzvü kateqoriyasına aid deyildir. İddiaçı2 mənim mənzilimə köçmək və buna dair iddia verməkdə subyektiv hüquqa malik deyildir. Kass asiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yar anan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüq uquna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün hə min sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan ş əxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1 Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Fərdi yaşayış evinə dair bağlanmış notarial alqı-satqı əsasında yaranmış cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin evə cavabdehin sahiblik və istifadə hüququ əqdin bağlanması anından əmələ gəlmişdir və cavabdehin yalnız sərəncam hüququnun yaranması üçün həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı zəruridir. Buna görə də, hazırki mübahisənin həllində cavabdehin həmin evin mülkiyyətçisi olduğu nəzərə alınmalıdır. Baxılan iş üzrə birinci iddiaçı İddiaçı1 müba hisəli evdən istifadəsi ilə bağlı hüquq münasibətləri 2005-ci ildən, ikinci İddiaçı2 ilə bağlı münasibətlər isə 2013-cü ildən yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə səhvən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrini tətbiq etmiş və həmin maddələrə istinadla hesab etmişdir ki, birinci iddiaçı fərdi yaşayış evi 2005-ci ildə cavabdeh tərəfindən alınan zaman onun ailə üzvü kimi, ikinci iddiaçı isə birinci iddiaçının arvadı olmaqla istifadə hüququ əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən birinci iddiaçı ilə həmin hüquq münasibətlərinə Mülki Məcəllənin 228-ci maddəsi, 2- ci iddiaçı ilə hüquq münasibətlərinə isə xx xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəllənin 30-cu maddəsi tətbiq edilməli olduğu halda, apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. İşdən görünür ki, birinci iddiaçının 2005-ci ildə 16 yaşı olmuşdur və o, cavabdehin yetkinlik yaşına çatmayan uşağı kimi həmin evdə atası ilə birlikdə yaşadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən istifadə hüququ əldə edə bilərdi. Lakin apellyasiya məhkəməsinin iddiaçının 2005-ci ildən, yoxsa ailə qurduqdan sonra 2013-cü ildən həmin yaşayış evində yaşamağa bağladığını, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən ailə üzvü kimi istifadə hüququnun yaranıb-yaranmadığını, yaranmış istifadə hüququna sonradan xitam verilməsi üçün əsaslar olub-olmadığını (h azırda başqa yaşayış yerinin olub-olmamasını, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, bu evdə yaşayış yerinə ehtiyacı qalıb-qalmadığını) araşdırmadan həmin şəxsin yalnız cavabdehin ailə üzvü olmaqla istifadə hüququnun olmasına istinad etməsi düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üz ərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarı) İkinci iddiaçıya münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, ikinci iddiaçı cavabdehin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan ailə üzvləri sırasına daxil olan şəxs deyil. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Buna görə də, ikinci iddiaçının evə istifadə hüququnun tanınması barədə apellyasiya məhkəməsinin mövqeyi də əsassız olmuşdur. Məhkəmə kollegiyası hər iki iddiaçının həmin evdə qeydiyyatda olması ilə bağlı da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsi r edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxx xxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarıl malıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçü n həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar